Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə50/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   46   47   48   49   50   51   52   53   ...   143

 

 

148 



sənətkarlıq  və  mədəniyyət  mərkəzləri olan xeyli Azərbaycan 

şəhəri xarabazara çevrildi.  Kəşfiyyat  səciyyəsi  daşıyan I 

yürüşdən  fərqli olaraq II yürüş  zamanı  monqolların  başlıca 

məqsədi  zəbt  olunmuş  ölkələrdə  (eləcə  də  Azərbaycanda) 

möhkəmlənmək idi. Buna görə  də monqollar qələbə  əldə 

etdikdən sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və 

İranda  məskunlaşdılar.

4

  Azərbaycan  və  ümumiyyətlə,  Cənubi 



Qafqaz  ərazisi 1239-1256-cı  illərdə Ali Monqol xaqanlığının 

təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu.

5

 

Ali monqol Xaqanı Munkenin qardaşı  Hülakunun  hərbi 



yürüşü  nəticəsində  Azərbaycan tabe olundu. 1258-ci ilin 

dekabrında Hülaku Bağdadı fəth etdi və 500 ildən artıq mövcud 

olmuş  Abbasilər  Xilafəti  tarixə  çevrildi. «Zəbt  edilmiş yeni 

ərazilər  hesabına  beşinci monqol ulusu –  Hülakular  (Elxanilər) 

dövləti  yaradıldı. Bu dövlət  Azərbaycanda bir əsr (1357-ci 

ilədək)  fəaliyyət  göstərdi».

6

 Bu dövlətin  yaranması  və  yüz il 



ərzində  mövcud  olması  tədricən  Azərbaycanın ictimai-iqtisadi, 

siyasi  və  mədəni  həyatına  əhəmiyyətli  təsir  göstərdi, onun 

hüdudlarında,  əhalisinin etnik tərkibində, dini görüşlərində, 

mədəni həyatında,  dilində nəzərəçarpacaq dəyişikliklər baş ver-

di.  Azərbaycan  Hülakular  dövlətinin siyasi, inzibati mərkəzinə 

Marağa, sonralar isə  Təbriz  və  Sultaniyyə onun paytaxt 

şəhərlərinə  çevrildilər.

7

  Elxanilər  dövləti  Yaxın  və Orta Şərqdə 



geniş  ərazini  əhatə edirdi. XIII əsrin  ortalarında  Hülaku  xanın 

hərbi hissələrinin tərkibində bir çox türk-monqol mənşəli qəbilə 

Cənubi Qafqaza gəlmişdi.  Qaynaqların  məlumatı  və toponimik 

materiallar  «20-dən  artıq  qəbilənin  … həmin  dövrdə 

Azərbaycana  gəlib  məskunlaşdıqlarını  təsdiqləyir.  Onların 

tərkibində  türkdilli tayfalar çoxluq  təşkil edirdi… Türk dili 

dövlət dili mövqeyi  qazandı.  Məhəmməd  Naxçıvaninin 

məlumatına  görə,  Hülakular  dövründə  mühüm  sənədlər 3 dildə 

(ərəbcə, farsca və türkcə)- hər bir xalqa öz dilində çatdırılırdı».

8

 



Monqollar  hərbi yolla fəth  etdikləri  ərazilərdə  öz dini 

görüşlərini,  adət  və  ənənələrini  bərqərar  etməyə xeyli cəhdlər 

etdilər. Onlar bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi 

mübarizəyə  başladılar. «Monqolların  hakimiyyətinin ilk 30 ili 




 

 

149 



ərzində mərkəzi dövlət aparatında  «ölkənin baş qazısı» vəzifəsi 

rəsmən  tanınmadı,  vəqf  torpaqları  müsadirə edildi, dini işlərin 

idarəsi  icarəyə verildi və  nəticədə  islamın  dövlət  aparatındakı 

mövqeyi  zəiflədi.  İlk  Elxanilərin islama qarşı  mənfi 

münasibətində  xristianlığın,  yəhudiliyin, buddizmin, habelə 

Avropanın xristian dövlətləri  başçılarının  böyük  təsiri oldu».

9

 

Qazan xan (1295-1304) hakimiyyətə 



yiyələnmək 

və 


Azərbaycanda (eləcə də islamın yayıldığı ölkələrdə) mövqelərini 

möhkəmləndirmək naminə bütpərəstlikdən üz döndərərək islamı 

qəbul etdi və onu yenidən dövlət dini elan etdi. Həmin islahata 

görə Qazan xan «altıncı əsr (hicri) islam dininin islahatçısı» ki-

mi tanındı. Monqol hakimiyyətinin ilk dövründə tikilmiş bütxa-

nalar, xristian kilsələri,  yəhudi  məbədləri (sinaqoqlar) dağıdıldı 

və  onların  yerində  məscidlər,  xanəgahlar  inşa olundu. İslamın 

əski  mövqeyi  bərpa edildi. Avropanın xristian hökmdarlarının 

və  erməni  avantüristlərinin islam Şərqində daha bir «xristian 

adası»  yaratmaq  xülyaları  boşa  çıxdı,

10

 yeni ərazilərdə  dövlət 



qurmuş  monqolların  (eləcə  də  kütləvi  surətdə bu ərazilərdə 

məskunlaşmış yeni türk tayfa və  qəbilələrinin) siyasi mövqeyi 

ilə yanaşı ideoloji, mədəni mövqeləri də möhkəmləndi. Elxanilər 

imperiyası ərazisində bütpərəstliyin, xristianlığın, digər dinlərin 

mövqeləri  sarsıldı. Abaqa xanın (1265-1282), Əhməd  xanın 

(1282-1284), Arqun xanın (1284-1291), Keyxatu xanın (1291-

1295) və bir neçə ay hökmdarlıq etmiş Baydu xanın hərbi-siyasi, 

dini-ideoloji  «eksperimentləri»ndən sonra Qazan xanın islama 

doğru  əsaslı  dönüş  etməsi, bir sıra ictimai-iqtisadi islahatlar 

keçirməsi  Elxanilər  dövlətinin  müəyyən  qədər sabit inkişafını 

təmin etdi. Sultan Ulcaytunun dövründə (1304-1316) bu sabit-

liyin əlamətləri artıq ictimai-iqtisadi həyatın bir çox sahələrində 

özünü  büruzə verirdi.

11

 Sultan Əbu  Səidin (1316-1335) 



öldürülməsindən sonra Elxanilər  dövləti  tədricən  tənəzzülə 

uğradı  və  parçalandı. Arpa xan (1335-1336) başlanmış bu, ob-

yektiv prosesin qarşısını almaq iqtidarında deyildi. Artıq XIV 

əsrin 30-cu illərinin  sonlarında imperiyada «qoşa  və 

çoxpadşahlılıq meydana çıxdı».

12

  İri  dövlətin  parçalanmasında 



Elxani-Qızıl Orda hərbi-siyasi  qarşıdurmasının da böyük rolu 


 

 

150 



olmuşdur.  Ərəb  tarixçiləri  Hülakular  dövləti  ilə  Qızıl Orda 

arasındakı  qarşıdurmanın  başlıca  səbəbini dini təfriqə  ilə 

əlaqələndirmişlər. Lakin tarixi faktlardan aydın olur ki, iki 

dövlət  arasındakı  ziddiyyətlər  Elxanilərin XIII əsrin  sonlarında 

İslamı qəbul etməsindən sonra da davam etmişdir. 

Ziddiyyətlərin  başlıca  səbəbi  Qızıl Orda xanlarının 

Azərbaycanı  öz  ərazisi hesab etmələri  və bu ərazinin  Elxanilər 

dövlətinin  tərkibinə daxil olunmasını qeyri-qanuni hal kimi 

qarşılamaları olmuşdur. Azərbaycan Qızıl Orda xanlarını strateji 

mövqeyi, iqtisadi və  ticarət potensialı  ilə  cəlb edirdi. Elxanilər 

dövləti 

onların perspektiv, strateji məqsədlərinin 

gercəkləşdirilməsi yolunda başlıca  əngəl idi. Qızıl Orda 

xanlarının 

Azərbaycana 

hərbi 


yürüşləri 

Hülaku 


xanın 

zamanından  Elxanilər  dövlətinin  süqutu  məqamınadək (1357-ci 

ildə) davam etdi.

13

  Beləliklə,  təqribən bir əsr  ərzində 



Azərbaycan iki rəqib  dövlətin  hərbi  toqquşmalarının  obyektinə 

çevrilmiş,  ölkənin  inkişaf  potensialı tam gerçəkləşməmişdi. 

Qızıl Orda xanı Canı bəyin (1340-1357) 1357-ci ildə Təbrizi ələ 

keçirməsindən sonra Çobani  Əmiri  Məlik  Əşrəfin  tutulması  və 

öldürülməsi ilə Elxanilər dövləti süqut etdi və Azərbaycan Qızıl 

Orda dövlətinə tabe olundu. Elxanilər dövləti tarixinin son 20 ili 

bu siyasi qurumun tənəzzül prosesi ilə  səciyyəvi  olmuşdur: 

Artıq XIV əsrin 40-cı illərinə  doğru  dövlət 40-a yaxın  hissəyə 

parçalanmışdı. Bu dövrdə  Elxanilər  dövlətini  əslində  Çobani 

əmirləri  «idarə  edirdilər». «Çobani  feodalları 1338-1357-ci 

illərdəki  fəaliyyətləri  dövründə  Azərbaycanda  və  onların  nüfuz 

dairələrində olan ərazilərdə  Hülakuların  təsirindən azad, 

müstəqil  dövlət  təsis  etmişdilər…  Onlar  Hülakular  dövlətinin 

müdafiəsi bayrağı  altında mübarizə apardılar və  dövləti Hülaku 

şahzadələrinin… adından  idarə  etdilər.  Çobanilər  əməli olaraq 

hakimiyyəti  ələ  aldılar, lakin onlar qonşu  dövlətlər  tərəfindən 

müstəqil, 

tamhüquqlu 

dövlətin 

hökmdarları kimi 

tanınmadılar».

14

 



Hakimiyyətdən maksimum dərəcədə 

bəhrələnmiş son Çobani əmiri Məlik Əşrəf idi. O, hakimiyyətdə 

13 il olmuşdur.  Məlik  Əşrəf  «745-ci  ildə (hicri tarixi ilə-red.) 

Təbrizə  gəlib oturdu və  zülm  bayrağını  üfüqlərə  qaldırdı…  O, 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə