Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə58/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   54   55   56   57   58   59   60   61   ...   143

 

 

172 



bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini 

yaratmışdır. Onun fars dilində  yazdığı  «Təcarüb  əs-sələf» 

(«Sələflərin təcrübələri») əsəri Azərbaycanın və bəzi Yaxın Şərq 

ölkələrinin ictimai-siyasi tarixinə  həsr  olunmuşdur. Alimin 

yazdığı  «Sihah  əl-Əcəm» («Əcəmin  etibarlısı», «mötəbəri») 

əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars 

dilinin  Azərbaycan  (türk)  və  ərəb  dillərində izah olunan ilk 

qrammatikası  verilmişdir.  Məhəmməd ibn Hinduşah  Naxçıvani 

«Dəstur əl-katib fi təyin əl-məratib» («Dərəcələrin təyinində ka-

tibin  göstərişləri») əsərinin  müəllifidir. Alim bu əsəri 1366-cı 

ilin aprelində  «tam şəkildə sona yetirmişdir».

66

 XIV əsrin 20-ci 



illərində  Təbrizə  gələrək  Hülakular  dövlətində  müxtəlif 

vəzifələrdə  çalışmağa  başlamış  Məhəmməd  Naxçıvani  tezliklə 

vəzir  Fəzlullah  Rəşidəddinin  oğlu  Qiyasəddin  Rəşidi  ilə 

dostlaşmış, onun münşisi və nədimi kimi fəaliyyət göstərmişdir. 

Qiyasəddin dostunu Sultan Əbu  Səidə  tanıtdırmış,  hökmdar  isə 

Məhəmmədin  dövlət  quruluşu  və  idarə sistemini əks  etdirən 

xüsusi  əsər  yazması  barədə  fərman  vermişdi.  Beləliklə, 

Məhəmməd ibn Hinduşah Haxçıvaninin bu əsərinin təqribən 30 

illik elmi fəaliyyətin  nəticəsi  olduğu  bəlli olur. «Məhəmməd 

Naxçıvaninin  əsas  fəaliyyət  dairəsi  münşiliklə (katibliklə)  bağlı 

olmuşdur. Bu sahədəki fəaliyyətinə görə ona «Şəms-i Münşi ən-

Naxçıvani» ləqəbi  verilmişdir».

67

 O, Cəlairi  hökmdarı Sultan 



Üveysin  vaxtında  «Ölkənin  baş qazisi» vəzifəsini icra etmişdir. 

«Dəstur  əl-katib» Məhəmməd  Naxçivanini islam Şərqində 

məşhurlaşdırmış  əsərdir. «Dəstur  əl-katib»in  Cəlairilər  dövrü 

üçün  əhəmiyyəti  «Siyasətnamə»nin  Səlcuqilər, «Came  ət-

təvarix»in  Elxanilər  dövrü  üçün  əhəmiyyəti  ilə eyni səviyyədə 

durur».


68

 Cəlairi hökmdarı Sultan Şeyx Üveysə həsr olunmuş bu 

əsər  giriş, 2 hissə  və  nəticədən  ibarətdir.  Əsərdə vergi və 

mükəlləfiyyətlər,  sənətkarlıq  və  ticarət,  maliyyə  və  məhkəmə 

orqanları,  dövlət  idarələrində  çalışanların  vəzifə  və  imtiyazları, 

görkəmli  dövlət, elm və  mədəniyyət  xadimlərinin  həyatı  və s. 

haqqında müfəssəl məlumatlar vardır. 

XIII-XIV  əsrlərdə  də dini vəzifələrdə  xidmət  etmiş, 

islamın  başlıca  müddəalarını  mükəmməl  səviyyədə  bilmiş, 



 

 

173 



ilahiyyatçı-alim kimi tanınmış  şəxslər islam Şərqində  xüsusi 

hörmətə malik idilər.  Vəzir ibn Hamid Cəfəri-Təbrizi (1174-

1248) Ərdəbildə anadan olmuşdur. O, Nizamiyyə mədrəsəsində 

tədrislə məşğul olmuş, Qurana bir neçə cilddən ibarət olan təfsir 

yazmışdır. Alim Məkkəyə 

getmiş, 


vəfatınadək orada 

yaşamışdır.

69

  

Qiyasəddin  Məhəmməd ibn Xacə  Rəşidəddin XIV əsrin 



ziyalılarından, incəsənət himayəçilərindən, dövlət xadimlərindən 

biri olmuşdur. O, bir çox elmlərdə uğurlar qazanmışdı. «O, səlis 

dilə, aydın danışığa, gözəl xislətə, xoş qərihəyə, pak ürəyə və iti 

zehnə malik olmuşdur».

70

  Qiyasəddin  gəncliyində  Məkkəni 



ziyarət  etmiş, Sultan Əbu  Səid Bahadırxanın  vəfatından sonra 

Dəməşq  əmiri  Xacə  Çoban  oğlu 1327-ci ildə ona vəzirlik 

vəzifəsini  tapşırmışdır.  Qiyasəddin bu hökmdarın  ölümünədək 

ona  vəzirlik  etmiş  və bundan sonra Arpa xanın  hakimiyyəti 

zamanı 6 ay vəzirlik  vəzifəsində  çalışmış, 1336-cı  ildə  həbs 

olunmuş  və 3 gündən sonra öldürülmüşdür.  Dövrün bir neçə 

məşhur əsəri ona ithaf olunmuşdur. Əvhədi Marağayinin «Cami-

Cəm» əsəri  də bu qəbildəndir. «Qiyasəddin  Təbrizin Qiyas 

məhəlləsindəki  «Qiyasiyyə» mədrəsəsinin  və hal-hazırda 

«Xamnə» 


adlanan 

«Qiyasabad» qəsəbəsinin 

əsasını 

qoymuşdur».

71

  

Qiyasəddin  Köcəc-Qiyasəddin  Xacə  Şeyx  Məhəmməd 



(1376-cı  ildə  vəfat  etmişdir)  Məlik  Əşrəfin, Sultan Üveysin  və 

Sultan  Hüseynin  dövründə  baş  şeyxülislam  olmuşdur.  Məlik 

Əşrəfin ona münasibəti pis olduğuna  görə bir müddət 

Dəməşqdə, Şamda və Bağdadda yaşamışdır. Misirdə ona xüsusi 

hörmət bəslənirdi. Ona «Təbrizin Köcəcindən olan Şeyx Qiyas, 

böyük Allah onun bərəkətli  və  yüksək  qiymətli  müsahibəsini 

hamıya  qismət etsin»  –  deyə  müraciət  edərdilər».

72

  Dövlətşah 



Səmərqəndinin  yazdığına  görə, o zaman Köcəcinin  divanı  İraq 

və Azərbaycanda geniş yayılmışdı. Onun divanı Sultan Üveysin 

mədhinə həsr etdiyi şeirlərlə birlikdə on min beytdən ibarətdir. 

Əbdüssəməd  Nizaməddin  Təbrizi (1304-1360) Quranın 

qiraəti,  izahı  sahəsində  məşhur olmuşdur. O, Quranın 7 cür 

qiraəti  haqqında  Şatibinin 1173 beytdən  ibarət olan qəsidəsinə 




 

 

174 



520 beytlik xülasə  yazmışdı.  Əbdüssəməd  dövrünün  məşhur 

alimlərindən idi. O, fiqhi, ərəb dilinin qrammatikasını, 

astrologiyanı,  astronomiyanı, Quran təfsirini  yüksək  səviyyədə 

öyrənmiş  və  həmin  səviyyədə  biliklərini  tədris  etmişdir. 

Nizaməddin  ömrünün son illərində  Təbrizin  baş  qazısı  olmuş. 

Şam yolu ilə Məkkəni ziyarət etmişdir.

73

  

Əlaəddin  Əbülhəsən  Əli  Təbrizi  Konyəvi (1269-1328) 



dərin bilikli imam, görkəmli arif, Dəməşqin baş qazisi, şeyxlərin 

başçısı  olmuşdur. O, Dəməşqdə  vəfat  etmişdir.  Əlaəddin  gözəl 

risalələr  yazır,  münasib  ayələrdən  və  hədislərdən misallar 

gətirirdi.  

Əminəddin  Təbrizi (1356-cı  ildə  vəfat  etmişdir.) «Hacı 

dədə» adı  ilə  tanınmışdır. O, hədis  və Quran təfsirində,  şeir 

sənətində də məşhur olmuşdur. Onun «Əmin», «Nuri» təxəllüsü 

ilə  şeirləri  vardır.  Ömrünün sonunda Əminəddin  Bağdaddan 

Təbrizə  gəlmiş, orada bağ  saldırmış,  öz biliyini maraqlananlara 

təlqin etmişdir. Onun 2500 beytdən ibarət olan divanı vardır.  

Məhəmməd  Təbrizi (1405-ci ildə 60 yaşında  vəfat 

etmişdir) «Məhəmməd Şirin» adı ilə tanınırdı. O, Məqribdə çox 

yaşadığına görə «Məqribi» təxəllüsü ilə də tanınırdı, elmi əsərlər 

müəllifi idi. Onun fars və ərəb dillərində şeirlərdən ibarət divanı 

vardır.  

Məhəmməd  Təbrizi  təsəvvüf  təriqəti  təbliğçilərindən 

olmuşdur.  

Məcdəddin Şeyx İsmayıl Sisli (Təbriz mahalı) 1358-ci ildə 

vəfat etmişdi. O, «övliyaların və ariflərin fəxri» kimi tanınırdı, 2 

il  Kəbədə  yaşamış, bu müddətdə 200 böyük  övliya  və  yüksək 

dərəcəli 

şeyxlər onun xidmətinə 

çatmış, 

biliyindən 

bəhrələnmişdir. O, təriqətin  yüksək  pilləsi olan «mükaşifə» 

dərəcəsinə  çatmış  şəxslərdən idi («mücahidə», «riyazət» və 

«müşahidə» mərhələlərini  keçmişdi).  İsmayıl Sisli-Təbrizi 

təriqət  mürşidlərindən  ən  böyüklərindən idi. Onun yanında 14 

şeyx təriqət mürşidliyi icazəsini almışdı.

74

 



Nəcməddin  Qazı  Əhməd  Naxçıvani (1252-ci ildə  vəfat 

etmişdir) XIII əsrin  məşhur  şəxsiyyəti, filosofu, dövlət xadimi 

idi.  Xarəzmşah  Cəlaləddin dini və  dünyəvi  elmləri  dərindən 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə