Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə59/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   55   56   57   58   59   60   61   62   ...   143

 

 

175 



bilən  bü  şəxsi  özünə  vəzir  etmiş, lakin o, vəzir olan zaman 

ədalətsizliklərə etiraz əlaməti olaraq vəzirlik  vəzifəsini  tərk 

etmiş, Hələb şəhərinə getmiş, oradaca vəfat etmişdir. O, Əbu Əli 

ibn Sinanın «Külliyyati – «Qanun» əsərinə şərh və onun «İşarat» 

adlı məntiq əsərinə əlavələr yazmışdır. 

Həsən 


Naxçıvani-Bulqari-Təbrizi (1206-1298) 

Naxçıvanda anadan olmuş, Xoy şəhərinə köçmüş, Əmir Çorma-

qunun basqınından sonra qıpçaqlar onu əsir alıb aparmış və o, 7 

il  qıpçaqların  arasında  yaşamışdır.  Şeyx  Həsən 30 yaşında 

təsəvvüf  təriqətinə meyl etmiş  və bundan sonra 9 il 

Bolqarıstanda, 3 il Buxarada, 27 il Kermanda, bir il Marağada 

və ömrünün qalan hissəsini Təbrizdə keçirmişdir. Bu şəxs Şeyx, 

alim, arif, araşdırıçı, sufi təbliğatçısı kimi tanınmışdı. 

Hümam  Təbrizi (1314-cü ildə  vəfat  etmişdir) «alimlərin 

və  şeyxlərin  rəhbəri,  millət  və dinin ləyaqətli  başçısı»

75

 

olmuşdur. O, söz  ustadı,  görkəmli  şair kimi də  tanınmışdı. 



Hümam Sahib-divanın  xüsusi  nədimlərindən  olmuş, uzun 

müddət Azərbaycana aid olan işlərin nazirliyi ona tapşırılmışdı. 

«Xacə  ədəbiyyat,  mühazirə,  şeir,  inşa  və  xəttatlıqda  öz 

zamanının  yeganə  şəxsiyyəti  olmuşdur».

76

 O, «Azərbaycanın» 



Sədisi  (Sədi  Şirazi  nəzərdə tutulur-red.) olmuşdur.

77

  Xacə 



Hümam 1306-cı  ildə  vəzir  Xacə  Rəşidəddinin Quran təfsirinə 

200  rəy yazanlardan biri idi.

78

 O, Məkkəyə gedib qayıdandan 



sonra guşənişin olmuş və təsəvvüf təriqətini qəbul etmişdir. Onu 

Təbrizdə, özünün tikdirdiyi xanəgahda dəfn etmişlər. Hümamın 

qəzəlləri  və  «Söhbətnamə» adlı  məsnəvisi  vardır. Onun 116 

yaşında Təbrizdə hamamda vəfat etdiyi məlumatı da vardır.

79

  

Hüseyn İbn Əhməd Təbrizi Məkkə, Misir, Qüds və İraqda 



səfərdə 

olmuş, 


dövrünün ruhani biliklərini 

dərindən 

mənimsəmiş, irfan və ilahiyyata aid olan 40 hədisi seçmiş, onları 

şərh etmişdir. Onun əsəri «Xəzinələr açarı və sirlər çırağı («Mif-

tahul-kunuz və misbahur-rumuz») adlanır.  

Çələbi  Əbülqəzail  Hisamülhaq-vəddin  «Həsən ibn 

Məhəmməd ibn Həsən»  və  «Əxi» adı  ilə  tanınırdı.  Çələbi 

«Urməvi 


türklərdəndir».

80

 O, Cəlaləddin Ruminin 



«canişinlərindən» olmuş, 1284-cü  ildə  vəfat  etmişdir  və Rumi-


 

 

176 



nin məzarında dəfn olunmuşdur. XIII əsrdə bilikli, alim və ədib 

şəxslərə  «Çələbi» adı verilirdi (mənası  «mövlana», «seyidanə», 

«seyyidi») idi. Digər bir şəxs  –  Hüsaməddin  Çələbi  Urməvi  də 

Mövlana  Cəlaləddin  Bəlxi Ruminin və  Şəmsəddin  Təbrizinin 

müridi idi, təriqətin  başlıca  ideyalarının  təbliği  ilə  məşğul 

olmuşdu. 

Cəlaləddin  Təbrizi XIII əsrin  məşhur  ariflərindəndir. O, 

Təbrizli  Şeyx  Əbu  Səidin  müridi,  gilanlı  Şeyx Zahidin mürşidi 

olmuşdur.  Şeyx  Cəlaləddin  Məkkə  ziyarətində  olmuş, 1236-cı 

ildə  Bağdaddan Hindistana getmiş, orada Çəştilərin  məşhur 

xəlifələrindən  olmuşdur. O, 1244-cü  ildə Benqalda vəfat  etmiş, 

oradaca  dəfn  oşunmuşdur. Onun qəbri  dərvişlərin  və  ariflərin 

ziyarətgahına çevrilmişdir. Şəmsəddin Xosrovşahi (1254-cü ildə 

vəfat  etmişdir) alim, filosof, şeyxülislam,  təbib  şəriətə dair bir 

çox  əsərlərin  müəllifi idi. O, Şuriyaya  getmiş,  Məlik Nasir 

Səlahəddinə  xidmət  etmişdi.  Şəmsəddin  ölümünədək  Dəməşqə 

yaşamışdır. O, xeyli əsərin müəllifidir.  

Şərif  Şəmsəddin  Urməvi-Misri (1252-ci ildə 60 yaşında 

vəfat  etmişdir)  «Qazil-əsgər» adı  ilə  məşhur  olmuşdur. 

Şəmsəddin Urməvi imam, fəqih, üsul elmində ali bilik sahibi idi. 

O, 

Səlahəddin 



tərəfindən 

vəqf 


olunmuş 

«Şərifiyyə» 

mədrəsəsində və Misirin Came məscidinin yaxınlığında fiqh el-

mini  tədris  etmiş, bir sıra  əsərlərə  şərh  yazmış,  hədisi  də  tədris 

etmişdir.  

Şihabəddin  Əbu Abdulla Xoylu (1228-ci ildə  Dəməşqdə 

anadan  olmuş, 1293-cü  ildə oradaca vəfat  etmişdir) fiqh, ərəb 

dili qrammatikası, Quranın təfsiri, Şəriət elmləri, hesab, həndəsə 

sahələrində tanınmışdı. O, Qüdsdə, Hələbdə, Hillədə, Bəhənsada 

qazi, daha sonra isə  Misirdə  baş  qazı  olmuşdur.  Şihabəddin 20 

elmə dair böyük bir əsər, 7 fənn  haqqında kitab, ərəb dili 

qrammatikası haqqında  İbn Mətin əsərinə şərh, bir sıra  əsərlərə 

izah, 15 hədisə bir cilddə  şərh  yazmışdır. Alimin şeirləri  də 

vardır.


81

 

Beləliklə, orta çağlarda,  xüsusilə islam Şərqində ruhani, 



dini  bilikləri  tədris,  təbliğ  etmiş  alimlərin,  ariflərin  fəaliyyəti 

zamanın  tələbi, obyektiv zərurət,  böyük elmi qabiliyyət idi. 




 

 

177 



Həmin  dövrdə elm başlıca ictimai şüur  forması,  dünyagörüşü 

olan dinlə üzvi bağlılıqda olmuş, ilahiyyatçıların elmə, alimlərin 

dinə, din tarixinə müdaxiləsi adi hala çevrilmişdi. 

XIII-XIV  yüzilliklərdə  tarixə maraq xeyli salnamənin, ta-

rixi  əsərin  yaranmasına  gətirib  çıxardı. Lakin öncədən qeyd 

etmək lazımdır ki, həmin əsərlərin əksəriyyəti salnamə səciyyəsi 

daşıyırdı  və  əsasən  təsvirə  üstünlük  verilməsi  ilə  seçilirdi. 

Əsasən kollektiv əməyin  nəticəsi olan «Cami  ət-təvarix»dən 

başqa bu dövrdə bir sıra tarixi məzmunlu  əsərlər  yaradıldı ki, 

onlar  fərdi elmi fəaliyyətin  nəticəsi kimi meydana çıxmışdı. 

Əhməd ibn Məhəmməd  Təbrizi XIV əsrin  görkəmli 

tarixçilərindən biri olmuşdur. O, «Tarix  əl-nəvadir» və 

«Şahənşahnamə» adlı mənzum tarixi əsərlərin müəllifidir. İkinci 

əsər 1337-1338-ci illərdə Elxani Sultan Əbu  Səidin  şərəfinə 

yazılmışdır. «Şahnamə» əsərində ən qədim zamanlardan 1338-ci 

ilədək  baş  vermiş tarixi hadisələr  öz  əksini  tapmışdır.  Təbrizdə 

yaşamış  Həmdullah Mustovfi əl-Qəzvini (1281/82-1349/50) ta-

rixçi  və  coğrafiyaşünas idi. O, «Tarixi-qozide»  («Seçilmiş ta-

rix») və  «Hüzhət  əl-qülub» («Qəlblərin  əyləncəsi») əsərlərinin 

müəllifidir.  Həmdullah  Qəzvini  «Zəfərnamə» əsərini  də 

yazmışdır. O, Fəzlullah  Rəşidəddinin  yanında  maliyyə  məmuru 

olmuşdur. «Tarixi-qozide» əsərində  xürrəmilər  hərəkatı, 

Şirvanşahlar  sülaləsi,  Səlcuq  sultanları,  Azərbaycan  Atabəyləri, 

«Nüzhət əl-qülub» əsərində isə Azərbaycanın iqtisadi vəziyyəti, 

şəhərləri, yerli feodal sülalələri, elm və  mədəniyyət  xadimləri

monqolların  hücumları  haqqında  məlumatlar  verilmişdir.

82

 

Məkkə,  Mədinə,  Qüds, Mesopotamiya, Kiçik Asiya, İran  və 



qonşu  ölkələr  barədə  məlumatlar da həmin  əsərlərdə  öz  əksini 

tapmışdır. XIV əsrin  «əvvəllərində  və  ortalarında  yaşamış»

83

 

Azərbaycan  tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhərinin  «Tarixe-



Şeyx Üveys» əsəri müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, 

XIII-XIV  əsrlərdə  Şərq  ölkələrində  Şərq  ölkələrində, o 

cümlədən  Azərbaycanda  və  İranda tarix elmi nəzərəçarpacaq 

dərəcədə  irəliləmişdi».

84

  «Fars (İran)  tarixşünaslığının  qızıl 



əsrləri»

85

 kimi qiymətləndirilmiş bir dövrdə  yazılmış  «Tarixe-



Şeyx Üveys» əsərində (bizə gəlib çatmış əlyazması iki hissədən 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə