Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə62/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   58   59   60   61   62   63   64   65   ...   143

 

 

184 



Təbriz  miniatür  məktəbinin  inkişafına  istiqamət  vermiş 

başlıca kənar təsirlər aşağıdakılar olmuşdur: 

1.

 Monqollarla  gətirilmiş  uyğur  rəssamlarının  Şərqi 



Türküstan-Çin-Uyğur sənəti; 

2.

 Bağdad məktəbi vasitəsilə gəlmiş ərəb – Mesopotamiya 



boyakarlığı ənənələri. 

«Vərqa  və  Gülşa» əsərinə xoylu Əbdülmömin ibn 

Məhəmmədin 

çəkdiyi 70 miniatür bu sənətin 

gözəl 

nümunələrindən idi. «1330-1340-cı illərə aid böyük  Təbriz 



«Şahnamə»sinin  illüstrasiyaları  yalnız  Azərbaycanda deyil, 

ümumiyyfətlə  Şərq  miniatür  boyakarlığının  inkişafında yeni, 

bədii-estetik  və  sənətkarlıq  baxımından daha yüksək bir dövrü 

təmsil edir»

105

.  Tədqiqatçılar  belə hesab edirlər ki, «Şahnamə» 



əlyazması  miniatürlərinin  «çoxunu XIV əsrin  məşhur ustad 

rəssamı  Şəmsəddin, bir hissəsini  isə onun tələbəsi, sonralar 

Teymurun  Səmərqəndə  göndərdiyi  Əbülxay  (Əbdül Xoylu – 

red.) çəkmişdir».

106

 

Təbriz miniatür məktəbi bu dövrdə qonşu Şərq ölkələrində 



miniatür  sənətinin  inkişafı  və  bədii  məktəblərin  təşəkkülü 

prosesində əsaslı rol oynamış «ana məktəb»

107

 olmuşdur. 



XIII-XIV əsrlərdə Azərbaycanda geniş yayılmış dekorativ 

tətbiqi  incəsənət  növləri  arasında keramika aparıcı yer tuturdu. 

Bu dövrdə ölkədə bir neçə saxsı istehsalı mərkəzi vardı. Məişət 

məmulatı və binaların üzlənməsi üçün yüksək keyfiyyətli kaşılar 

hazırlanırdı. Bu dövrdə  daşyonma  sənəti  də xeyli inkişaf 

etmişdir.  Qəbirüstü  daşlar, «Bayıl  daşları» daşoyma  sənətinin 

parlaq  nümunələrindəndir.  Gəncə,  Bərdə,  Naxçıvan,  Şamaxı, 

Təbriz və Ərdəbil metal üzərində bədii işləmə sənətinin  başlıca 

mərkəzləri 

olmuşdur. XIII-XIV əsrlərdə 

Azərbaycanda 

hazırlanmış fiqurlu qablar böyük elmi maraq kəsb edir. Çünki 

bu material «müsəlman  Şərqində  heykəltəraşlıq  nümunələrinin 

olmaması  haqqında  köhnə  baxışı  rədd edir»

108

. Metaldan



daşdan, gildən hazırlanmış, məişət təyinatlı əşyalar eyni zaman-

da incəsənət nümunələri idi. 

Bu  dövrdə  ölkədə xeyli musiqi nəzəriyyəçisi  fəaliyyət 

göstərirdi.  Səfiəddin  Urməvi (1230-1294) onlardan ən 




 

 

185 



məşhurudur.  Bəzi  mənbələrə  görə,  Səfiəddin  Bağdadda anadan 

olmuşdur. O, musiqişünas,  ifaçı,  bəstəkar,  xəttat idi. Səfiəddin 

Urmiyə  və  Bağdadın  «Müstənsiriyyə» mədrəsələrində  təhsil 

almış, Abbasi xəlifəsi  əl-Müstəsimin (1242-1258) saray 

kitabxanasında  işləmiş,  xəlifənin  nədimi  olmuş, musiqi 

nəzəriyyəsinə dair «Kitab əl-ədvar» («Musiqi dövrləri haqqında 

kitab», 1252) əsərini  yazmışdır.  Bağdad monqollar tərəfindən 

fəth olunduqdan sonra o, Hülaku xanın xidmətinə cəlb olunmuş, 

vəzir 

Şəmsəddin 



Cüveyninin 

oğulları 

Bəhaəddinə 

və 


Şərəfəddinə  dərs  demiş,  özünün  «Risaleye-Şərəfiyyə» əsərini 

şagirdi Şərəfəddin Haruna həsr etmişdir. 

Hülaku xan Səfiəddinə  ildə 10 min dinar «mizrab  haqqı» 

ödənilməsi barədə  fərman vermişdi. Tarixçi Vəssaf  yazır ki, bu 

məbləğ ona və  övladlarına uzun müddət  ərzində  ödənilmişdi. 

Səfiəddin  ədəbiyyatşünaslığa dair «Əl-əruz  və  qəvafe  və  – l 

bədaye  («Əruz,  qafiyələr  və  üslubiyyat») əsərini  yazmıışdır. O, 

həyatının son dövrlərində müamiləçilərin şikayəti əsasında həbs 

olunmuş və həbsxanada ölmüşdür. Onun yaradıcıdlığı Yaxın və 

Orta Şərq xalqları musiqisinin təkamülü prosesində yeni dövrün 

başlanğıcıdır.  Bütün  Şərq,  eləcə  də  şifahi  ənənəyə malik olan 

Azərbaycan  peşəkar musiqisinin əsasını  təşkil  edən  səs 

komplekslərini  sistemləşdirməsi  Səfiəddin  Urməvinin musiqi 

nəzəriyyəsi sahəsində mühüm nailiyyətidir. O, 12 əsas məqamın 

(dövr), 6 törəmə  məqamın (avaz) səs  düzümünü,  nümunələri 

təqdim  etmişdir.  Səfiəddin  Urməvi  nüzhə  və  muğni musiqi 

alətlərini  yaratmış,  bərbət musiqi alətinin  məşhur  ifaçılarından 

olmuşdur.

109

 

Əbdülqadir Xacə Kəmaləddin Əbülfəzail ibn Qeybi Hafiz 



Maraği (1353, Marağa-1435, Herat) musiqi nəzəriyyəçisi

bəstəkar, xanəndə idi. Cəlairi hökmdarı Şeyx Üveysin dövründə 

saray  məclislərində  musiqiçi,  xanəndə,  bəstəkar kimi çıxış 

edərək  şöhrət  qazanmışdı.  Əbdülqadir  Marağı  «Came  əl-əlhan» 

(«Melodiyalar külliyyatı»), «Məqasid əl-əlhan» («Melodiyaların 

məqsədləri»), «Şərh  əl-ədvar» (Urməvinin  əsərinə  şərh), 

«Fəvaidi-əşərə» («On fayda»), «Kənz  əl-əlhan» («Melodiyalar 

xəzinəsi») risalələrini 

yazmışdır. 

Bəstəkar orta əsr 




 

 

186 



musiqişünaslığında ilk dəfə olaraq 12 əsas məqamdan törəmə 24 

şöbə sistemini elmi cəhətdən  əsaslandırmış,  dövrünün musiqi 

formalarının təsvirini vermişdir. Onun Azərbaycan (türk) dilində 

şeirləri vardır. Bəstəkarın yaratdığı 20 yeni ritmdən 6-sı sonrakı 

dövr  musiqişünasları  tərəfindən klassik ritmlər  silsiləsinə daxil 

olunmuşdur. Onun əsərlərində  aşıq  sənətinə dair qiymətli 

məlumatlar  vardır. O, ud alətinin mahir ifaçısı  olmuş,  bəzi 

alətləri  isə  (əlvah, kasat və s.) təkmilləşdirmişdir.  Maraği 

dövrünün tanınmış xəttatı idi. «Şeyx Üveysdən sonra onun oğlu 

Sultan  Hüseyn  Mirzə  Əbdülqadirin udunun (çalğı  aləti)  səsinə 

və  gözəl  nəğmələrinə qulaq asırdı. Bu padşahın  əmri  ilə hicri 

qəməri 779-cu il ramazan ayında (1373, yanvar) Xacə 

Əbdülqadir  «otuz  növbə» adlı  məşhur  mahnıları  yazmışdır. Bu 

mahnıların  hər  növbəsi ramazan ayının bir gününə  məxsusdur. 

Birinci növbə  «Hüseyni» adlı muğamdır».

110


 Ramazan ayı başa 

çatdıqdan sonra bəstəkar «otuz növbə»nin müqabilində yüz min 

dinar  peşkəş  almışdır,  bəstəkar bunu «Məqasid  əl-əlhan» 

əsərində etiraf edib».

111

 1382-ci ildə  Üveysin  oğlu Sultan 



Əhməd Xacə Əbdülqadiri özünün xüsusi nədimi etmişdi. Sonra-

lar Əbdülqadir Əmir Teymura və onun xələflərinə xidmət etmiş, 

ömrünün sonlarınadək Xorasanda qalmış, orada vəfat etmişdir. 

XIII  əsrə  qədərki  dövrdə  Azərbaycan musiqisi əsasən sa-

raylarda  və feodal əyanlarının  məclislərində  inkişaf  etmişdir. 

XIII-XIV  əsrlərdə  isə musiqi daha çox xalq kütlələrinin 

yaradıcılıq  məhsulu idi və xalq arasında daha geniş  yayılmışdı. 

Qazan xandan sonra Ulcaytu Sultan Məhəmməd musiqi ifasının 

qadağan  olunması  haqqında  fərman verdi, lakin bu fərman ob-

yektiv  inkişaf prosesinin qarşısını ala bilməzdi.  Çünki sultan 

geniş imperiya ərazisində  (habelə  Azərbaycan  miqyasında) bu 

fərmana  əməl  olunmasını  təmin  etmək  iqtidarında deyildi. Sul-

tan  sarayının da uzun müddət musiqisiz keçinməsi qeyri-

mümkün idi. XIV əsrin II yarısında-Cəlairilər  zamanında 

Azərbaycan musiqisi saraya daha artıq dərəcədə daxil olmuşdu. 

Azərbaycan memarlığının müəyyən uğurları bu dövrdə də 

diqqəti cəlb edirdi. Təbriz memarlıq məktəbi XIII-XIV əsrlərdə 

mühüm və aparıcı mövqe qazanmışdı. XIII əsrin II yarısında re-




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə