Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə64/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   60   61   62   63   64   65   66   67   ...   143

 

 

190 



düşünülmüş plan əsasında  salınmışdı.  Rəşidəddinin  «Günbəd» 

adlandırdığı böyük tikili də «Dar üş-Şəfa» («Sağlamlıq evi») idi. 

«Dar-üş-Şəfa»  elmi-tədqiqat  müəssisələrinin  əsasında dururdu-

sa,  Günbəd dini tikililərin, ilahiyyat alimləri  üçün  nəzərdə 

tutulmuş  küçələrin  mərkəzində  ucalırdı.  Çobani  əmiri  Məlik 

Əşrəf (1344-1356) 1351-ci ildə  Rəbi-Rəşidini  İçqala  seçərək 

şəhər  əyanlarını ora köçürdü, burada saraylar və  evlər tikdirdi, 

lakin XIV əsrin sonunda bu mədəni  mərkəz  dağılmağa  başladı. 

Tacəddin  Əlişah  məscidinin  əsası 1311-ci ildə  qoyulmuşdu. 

Binanın  ucalığı 25 metrdir, memarın  məqbərəsi  buradadır. 

Məscid tələsik tikildiyindən 2 ildən sonra dağılmağa başlamışdı. 

Əlişah  məscidi kompleksi (sonralar Qacarların  hakimiyyəti 

dövründə bu tikili qalaya, hərbi  təyinatlı  obyektə  çevrildiyinə 

görə  «Ərk  qalası» adlanmağa  başlandı) bu dövrün  qiymətli 

memarlıq  incilərindəndir. Onun sağ  tərəfində  mədrəsə, sol 

tərəfində isə Zaviyə, hamam və bazarlar vardı. Bu, iri kompleks 

idi.  Məscidin  döşəməsi  cilalanmış  mərmərlə  örtülmüş,  divarları 

isə kaşılarla bəzədilmişdi. 

İbn Bəttutənin  yazdığına görə, Qazan xanın adı ilə məşhur 

olan çarsı (örtülü bazar) nəinki Təbrizdə, hətta bütün dünyada ən 

gözəl  çarsu idi. Təbrizin 2 kilometrliyində  –  «Şam» aldlanan 

yerdə  salınmış  şəhərcik  tezliklə  Təbrizlə  qovuşdu.  Həmin 

şəhərciyin  tikintisində  təşkiledici  əsas Qazan xanın  nəhəng 

türbəsi  –  «Şənbi-Qazani» olmuşdur. «Şam» günbəz  mənasını 

verən  «Şənb»  (monqol  dilində  «qəbir», «daxma», «sərdabə» 

mənasına malikdir) sözünün  dəyişmiş  formasıdır. Bu türbə 

ətrafında 

yaranmış 

şəhərcik 

«Qazaniyyə» adı 

ilə 

məşhurlaşmışdı.  Bağlar,  məscid,  mədrəsə, arxiv, zaviyə, kitab-



xana binaları, hamam və s. tikililər bu kompleksə daxil idi. Ob-

yekt  planlı  surətdə  yaradılmışdı.  Türbənin  tikintisində xeyli 

fəhlə  iştirak  etmişdi: 14 min 400 fəhlənin 13 mini daimi 

işləyirdisə, 1400 nəfəri  əlavə  işçi kimi müvəqqəti  işə  cəlb olu-

nurdu. On iki bucaqlı tikintinin divarları 33 kərpic və ya 15 gəz 

qalınlığında idi».

117

 İran tarixçisi Hafiz Əbrunin qeydinə əsasən 



gəz təqribən 30 sm-ə bərabər olan uzunluq ölçüsüdür. «Ümumi 

hündürlüyü 170 gəz olan türbə  nisbətlərinə  və  şaquli 




 

 

191 



bölümlərinə  görə  Azərbaycanın  bürcvari  türbələri  ilə  eyniyyət 

təşkil edirdi».

118

 XIII-XIV əsrlərdə 



Təbriz 

memarlığı 

məzmununa və ideya dolğunluğuna, dekorativ zənginliyinə görə 

inkişafının ən yüksək nöqtəsinə çatmışdı. 

1220-ci  ildə  Ərdəbil  şəhəri monqollar tərəfindən  zəbt 

olundu  və  tamamilə  dağıdıldı. XIV əsrdən  isə  şəhər  sürətlə 

inkişaf  etməyə  başladı.  Səfəvi  sülaləsinin 12 nümayəndəsi  dəfn 

olunmuş  Ərdəbildəki dini kompleks (Şeyx  Səfi)  şəhərin 

inkişafını  şərtləndirən  aparıcı amil olmuşdur.  Yalnız  Ərdəbildə 

bu  ziyarətgaha 200 ev, 9 hamam, 8 karvansara, örtülü bazar 

(Qeysəriyyə),  ticarət  meydanı, 100 dükan  və s. məxsus idi. Bu 

kompleksin Təbrizdə 100 evi, 100 dükanı, 2 kəndi, habelə Gilan, 

Astara  və  Muğanda  böyük  vəqf  əmlakı  vardı. «Şeyx  Səfi kom-

pleksi  Ərdəbilin  əsil  şəhərəmələgətirici amili»  idi ki, o şəhərin 

memarlıq, ideoloji və iqtisadi əhəmiyyətini qabarıq hşəkildə əks 

etdirirdi».

119

 Şeyx Səfi türbəsi XIV əsrdə tikilmişdir. Komplek-



sin  başlıca komponenti olan bu tikili bürcvari  türbələrin  gözəl 

nümunələrindəndir. 

XIV  əsrin  əvvəlində  Sultaniyyə  şəhərinin  əhəmiyyəti 

onunla  müəyyən olunurdu ki, o beş  böyük karvan yolunun 

(«Şahrah»)  kəsişmə yeri idi. Sultaniyyənin  əlverişli  coğrafi 

mövqeyi, iqlimi və  monqolların yaylaqlarına  yaxın  yerləşməsi 

şəhərin  sürətlə  böyüməsinə  şərait  yaratmışdı. Elxani hökm-

darlarının yay iqamətgahı  Sultaniyyədə  yerləşirdi. Bu şəhərin 

əsası 1290-cı ildə Arqun xan (1284-1291) tərəfindən qoyulmuş, 

şəhərin tikintiisi sonralar Ulcaytu Xudabəndə  tərəfindən davam 

etdirilmiş və 1313-cü ildə inşaat işləri başa çatdırılmışdı. 1305-

ci ildə Sultaniyyə dövlətin paytaxtı elan olunduqdan sonra daha 

sürətlə  inkişaf  etməyə  başlamışdı. Sultan Ulcaytu şəhərə 

«Sultaniyyə» adını  vermişdi. Bu şəhər  böyüklüyünə  görə 

Təbrizdən geri qalırdı, lakin diqqətəlayiq  tikintiləri  ilə 

fərqlənirdi. XIV əsr  şəhərin  çiçəklənmə  dövrü idi. Şəhərin 

«Rəşidiyyə» məhəlləsində 1500 ev, müxtəlif  təyinatlı  tikililər 

vardı.  Sultaniyyənin  bütün  tikintitləri  içərisində Ulcaytu 

Xudabəndənin şəhərsalma əhəmiyyətinə malik olan türbəsi qeyd 

olunmalıdır.  «Güman ki, Sultaniyyə  şəhərinin  planının 




 

 

192 



təşəkkülündə,  əsas  şəhər  ansamblının  yaranmasında dini 

tikintilər daha mühüm  mərkəz rolunu oynamışdı».

 120

 1309-


1313-cü  illərdə  inşa  olunmuş Ulcaytu türbəsi  Azərbaycan 

memarlığının  əzəmətli  abidələrindəndir.  Bişmiş  kərpicdən 

tikilmiş bu türbə 8 bucaqlı  quruluşa malikdir. Böyük salon di-

ametri 25,5 metr olan günbəzlə  örtülmüşdür,  döşəmədən 

günbəzin zirvəsinə qədər 51 metrdir. Türbənin içərisi tünd göy, 

firuzəyi  və  ağ  rəngli parlaq kaşı  ilə  bəzədilmişdi.  Türbənin 8 

kiçik  minarəsi  vardı. Ulcaytunun tikdirdiyi böyük  məscidin 

yanında 200 tələbə  və 16 müəllim  üçün  mədrəsə  də  vardı. 

Sultaniyyənin  süqutunda  Miranşah  «əhəmiyyətli rol oynamış», 

sonralar Qaraqoyunlu Qara Yusif şəhər  əhalisinin  çox qismini 

Marağaya  və  Təbrizə  köçürmüşdür.  Mənbələrdə Ulcaytunun 

vəfatı günündə 14 min ailənin şəhəri tərk etməsi barədə məlumat 

da  vardır.  Güclü iqtisadiyyata malik olmaması  isə  şəhərin 

ticarət, sənətkarlıq və mədəni mərkəz rolunu tezliklə itirməsinin 

ümdə səbəbi olmuşdur. 

Qarabağlar 

türbəsi 

(Naxçıvan, XIV əsr), 

Təbriz 

şəhərindəki  rəsədxana (1300-1304) binası da bu dövrün 



memarlıq  inciləri idi. «Səlcuqlar,  Eldənizlər  dövrünün  coşqun 

yüksəlişindən sonra XIII yüzildə  Azərbaycan memarlığı 

müəyyən  durğunluq  mərhələsi  keçirir».

121


  Elxanilərin  sürətli və 

geniş quruculuq işləri,  dünya  əlaqələrinin  genişlənməsi  və 

intensivləşməsi  nəticəsində  Azərbaycan  memarlığı monqol 

istilalarına  qədərki  dövrün  memarlıq  səviyyəsini  ötərək  yüksək 

inkişaf səviyyəsinə çatdı. 1300-cü ildə Bakıya gəlmiş Qazan xan 

Bibiheybət  türbəsinin  yanında  məscid  tikdirmişdi. «Elxani 

tikililərini qabaqkı dövr binalarından fərqləndirən ilk xüsusiyyət 

onların  ölçücə  böyüklüyüdür».

122

  Azərbaycan  memarları 



Elxanilərin  tələblərini layiqincə  yerinə  yetirdilər: Qazan xan 

türbəsinin ucalığı 40, Əlişah məscidinin tağ  aşırımı 30 metrdən 

çox idi. Elxanilərin  hakimiyyəti  zamanı  Azərbaycanın paytaxt 

şəhərlərində  (Marağada,  Təbrizdə,  Sultaniyyədə)  aparılmış 

nəhəng 

şəhərsalma-memarlıq 



işlərinə 

qonşu 


müsəlman 

ölkələrinin  bədii  qüvvələri  cəlb  olunmuşdu. XIV əsrin sonunda 

Əmir Teymurun yaratdığı iri imperiya regionda vəziyyəti 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə