Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə67/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   63   64   65   66   67   68   69   70   ...   143

 

 

199 



birlikdə Əmir Teymurun bölgüsünə əsasən onun 4 oğlundan bi-

rinin  –  Miranşahın  hakimiyyəti  altına  keçdi.  Beləliklə, 1370-ji 

ildə  dövlət  qurmuş, bu dövlətin  ərazisini  işğal  olunmuş  ölkələr 

hesabına  genişləndirmiş Teymur banisi olduğu  Teymurilər 

səltənətinin (1370-1507) parçalanmasının da əsasını  qoymuşdu. 

Əmir Teymurun ölümündən sonra məhz buna əsaslanan Teymu-

ri hökmdarları (xüsusilə Şahrux) «itirilmiş ata yurdunu geri qay-

tarmaq» şüarı, bəhanəsi ilə Azərbayjana dəfələrlə hərbi yürüşlər, 

həmlələr  təşkil  etdilər,  ölkənin ijtimai-iqtisadi, mədəni 

potensialına xeyli ziyan vurdular. Əqli  jəhətdən  qüsurlu olan 

Miranşahın 

Jənubi 


Azərbayjandakı 

hakimiyyəti ara 

müharibələri, 

əhalinin maddi vəziyyətinin durmadan 

ağırlaşması,  günahsız  şəxslərin edam olunması, yerli hakimlərə 

divan  tutulması,  ölkənin maddi və  mənəvi  sərvətlərinin 

amansızjasına  qarət, viran olunması,  əsrlər boyu yaradılmış 

memarlıq injilərinin dağıdılması halları ilə əlamətdar olmuşdur. 

Miranşah  özünə tabe olan əraziləri  genişləndirmək arzusu ilə 

Bağdada, Sultan Əhməd  Jəlairi  üzərinə  uğursuz  hərbi  yürüş 

etdikdən sonra Təbriz əhalisinin üsyanını amansızjasına  yatırdı. 

Bundan sonra Şəki hakimi Seydi Əli Orlat onun hüjum 

obyektinə  çevrildi.  Şəki  ərazisini viran etmiş Miranşah  Əlinjə 

qalasında  jəmləşmiş  üsyançıları  mühasirəyə  aldı, lakin 

üsyançıların  müqavimətini  qıra  bilmədi. 14 il (1387-1401) da-

vam etmiş mühasirə Miranşahın ajınajaqı məğlubiyyəti ilə başa 

çatdı. Artıq aydın oldu ki, Əmir Teymurun və onun varislərinin 

Azərbayjandakı hakimiyyəti süqut ərəfəsindədir. 

Əmir Teymur vəfat  etdikdən sonra Azərbayjanda siyasi 

mystəqilliyə, daha sonra isə  bölgədə  hegemonluğa jan atan 

qüvvələr arasında çəkişmələr başlandı. Əlverişli məqamın yetiş-

diyi  qənaətinə  gəlmiş  «Sultan  Əhməd 1406-jı  ildə  qayıdıb 

Təbrizi  ələ  keçirdi  və  Jəlairi  dövlətini  bərpa etdi. Lakin öz 

əmirləri  ilə  əhaliyə  zülm  edən  Əhməd  xalqın  nifrətini  qazandı. 

Təbrizlilər  Əbubəkrə  mürajiət edib onu şəhərə  dəvət  etməyə 

məjbur oldular. Əhməd  yenə  Bağdada  qaçdı.  Əbubəkr  də 

tezliklə Qaraqoyunlu Qara Yusif tərəfindən  məğlubiyyətə 

uğradıldı».

Beləliklə,  təqribən 20 il ərzində (Teymurun hərbi 




 

 

200 



yürüşlərindən Qara Yusifin siyasi tarix səhnəsinə  gəlişinədək 

olan müddətdə) Azərbayjanın (Şirvan və Şəki istisna olunmaqla) 

iqtisadi və mədəni inkişafı qarşısında xeyli əngəllər yaranmışdı. 

XV  yüzillikdə  Azərbayjanın  (xüsusilə  ölkənin  jənub qis-

minin) ijtimai-iqtisadi, siyasi, mədəni  inkişafı XIII əsrdən 

başlayaraq Anadoluda məskunlaşmış oğuz mənşəli Qaraqoyunlu 

və  Ağqoyunlu tayfa birləşməsinin  hərbi-siyasi  fəaliyyəti  və bu 

fəaliyyətin nətijələri ilə bağlı olmuşdur. Onlar da zaman-zaman 

(eramızın  əvvəllərindən  etibarən)  Azərbayjana  gəlmiş, bu 

torpağa  bağlanmış  türk  ellərinə  mənsub  idilər,  monqolların 

hərbi-siyasi  təzyiqi  nətijəsində Anadolu (Kiçik Asiya) 

yarımadasına  (xüsusilə onun şərq  hissəsinə)  köç  etmiş, bu 

ərazidə  məskən  salmış,  vaxtaşırı olaraq Azərbayjana  qayıtmağa 

jan atmışlar. 

Bu  tayfaların  Azərbayjana  qayıdışı  üçün  əlverişli  məqam 

XV əsrin əvvəllərində yarandı. Əlverişli tarixi şəraitin yetişməsi 

vaxtilə  İraqa  və Suriyaya köç  etmiş  türk  ellərinin  də 

Azərbayjana  qayıdışını  şərtləndirmişdi. XV əsrin 1 yarısında 

siyasi  həyatda Qaraqoyunlu tayfalarının  (Baharlı,  Sədli, 

Qaramanlı,  Duharlı, Alpout, Jəgirli,  Hajılı,  Ağajəri), ikinji 

yarısında  isə  Ağqoyunlu  tayfalarının (Bayandur, Əfşar, Bayat, 

Qajar,  Çəpəni,  Əmirli,  Əhmədli,  Şamlı, Mosullu, Pornak, Beq-

dilli, Ərəbgirli, İnallı, Bijənli, Rumlu, Türkman, Heydərli və s.) 

fəal,  həllediji rolu olmuşdur. Qaraqoyunlular X1V əsrin 

sonlarında  Şərqi Anadoluda bəylik  yaratmışdılar  və yeni əsrdə 

artıq  mövjud olan siyasi qurumun ərazisini  genişləndirmək 

imkanı  yarandı. Siyasi meydanda Qaraqoyunluların ilk rəqibi 

Teymuri  Əbubəkr idi və onun hərbi  qüvvələri 1406-jı ilin 

oktyabrında  Naxçıvanın  qərbində, Araz çayının  sahilində 

ajınajaqlı  məğlubiyyətə  uğradıldılar. 1408-ji ilin 21 aprelində 

Təbrizin jənubundakı Sərdrud adlı yerdə Qara Yusifin 20 minlik 

Qaraqoyunlu  qoşunu  Teymuriləri ikinji dəfə  darmadağın etdi: 

Miranşah öldürüldü,  Əbubəkr isə döyüş meydanından qaçmaqla 

öz  həyatını xilas edə bildi. «Qara Yusifin Əbubəkr  üzərində 

ikinji qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra 

Azərbayjanda  Teymurilərin  ağalığına son qoyuldu, Teymurilər 




 

 

201 



imperiyasının  böyük bir hissəsi metropoliyadan ayrılmış  və bu 

ərazidə 


Azərbayjan Qaraqoyunlu dövləti (1410-1467) 

yaranmışdı».

3

 1410-ju ilin 30 avqustunda Qara Yusifin Təbriz 



yaxınlığındakı  döyüşdə  əski  müttəfiqi Sultan Əhməd  Jəlairini 

məğlub  etməsi  və ona hakimiyyətin yeni sülaləyə  keçməsini 

qanuniləşdirən sənədlərə qol çəkdirməsi Qaraqoyunlu dövlətinin 

siyasi tarix səhnəsinə çıxış məqamı idi. Yarandığı məqamda Qa-

raqoyunlu  dövlətinin  tərkibinə  Azərbayjanın  Kür  çayından 

jənubdakı ərazisi,  Şərqi Anadolu vilayətləri və  Ərəb  İraqı daxil 

olmuşdur. Lakin Qaraqoyunlu hökmdarları (Qara Yusif, 

İsgəndər, Jahanşah) böyük dövləti siyasi sabitlik, əmin-amanlıq 

şəraitində  idarə  edə  bilmədilər:  Əmir Teymurun varisi Şahrux 

dəfələrlə  Azərbayjana  genişmiqyaslı  hərbi  yürüşlər etdi. Qara-

qoyunlu sarayının daxilində baş verən çəkişmələrə müdaxilə et-

di,  «atasına  məxsus  olmuş  əraziləri» öz  nəzarəti  altına  almağa 

jəhdlər  göstərdi.  Başlıja  diqqətini saraydaxili çəkişmələrə, Tey-

muri  sultanı  Şahruxun  əməllərinə  yönəltməli  olmuş Qara Yusif 

(1410-1420),  İsgəndər (1422-1436) və  Jahanşah (1438-1467) 

sənətkarlığın, tijarətin, mədəniyyətin inkişafına lazımi səviyyədə 

nəzər yetirmək imkanından məhrum olmuşdular. 

Qaraqoyunlu  hökmdarı  Jahanşah  siyasi  rəqibi  Əbu Səid 

Teymuri  üzərinə 1458-ji ildə  müzəffər  hərbi  yürüş  edə bildi. 

«Qaraqoyunlu 

padşahı 

Məşhədi 


və 

Nişapuru 

keçərək 

Teymurilərin paytaxtı olan Herat şəhərinə daxil oldu. 1458-ji il 

iyunun 28-də  Jahanşah Teymuri …  taxtında  əyləşdi. Xariji 

dövlətlərin  elçiləri Herata gəlib onu salamlayır,  ənam  və 

hədiyyələrini təqdim edirdilər. Lakin həmin ildə Jahanşah Heratı 

tərk  etməli oldu».

4

 Yeni Teymuri Sultanı  Əbu  Səidlə  Jahanşah 



arasında  hüjum  etməmək  haqqında  müqavilə  bağlandı. 

Jahanşahın  başlıja  rəqibi  üzərindəki  hərbi  və  mənəvi  qələbəsi 

Qarapqoyunlu  dövlətinin  tənəzzülü  və  süqutu  ərəfəsinə  təsadüf 

etmişdi. XV əsrin 60-jı  illərinin  ortalarında  Ərəb  İraqı,  Əjəm 

İraqı, Fars, Kirman vilayətləri  və  Jənubi  Azərbayjan  ərazisi bu 

dövlətin  tərkibində  olmuşdur. Daxili siyasi çəkişmələr Qara-

qoyunlu  dövlətinin  süqutu prosesini sürətləndirdi. 1467-ji ilin 

sonlarında bu dövlət  süquta  uğradı  və  Azərbayjanın ijtimai-




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə