Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə68/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   64   65   66   67   68   69   70   71   ...   143

 

 

202 



iqtisadi, siyasi potensialı  əsasında yeni –  Ağqoyunlu  dövləti 

meydana çıxdı. 

XV  əsrin  əvvəllərində  Azərbayjanın  şimal  və  jənub 

torpaqlarının vahid dövlət  hüdudlarında  yenidən  birləşdirilməsi 

üçün  əlverişli  şərait  yaranmışdı. Bu tarixi məqamda  həmin 

fəzifəni  yerinə  yetirmək  qüdrəti  yalnız  Şirvanşahlar  dövlətində 

var idi. Mühüm bir jəhəti qeyd etmək lazımdır ki, həmin dövrdə 

(XV yüzillikdə) ölkənin iqtisadi və mədəni inkişaf məsələləri ilə 

lazımi 

səviyyədə 



məşğul olmaq imkanları 

Şirvan 


hökmdarlarının  ixtiyarında  olmuşdur. Sabit iqtisadi inkişaf 

imkanlarından 

bəhrələnən, 

dövlət 


ərazisində 

tijarətin, 

sənətkarlığın,  şəhərlərin,  mədəniyyətin  yüksəlişini  təmin  edə 

bilmiş  Şirvanşahlar  (xüsusilə I İbrahim)  Azərbayjanın  jənub 

ərazisini  də  öz  hakimiyyətinə tabe etmək  xəyalına  düşdülər.

5

 



Aramsız müharibələrdən, feodal çəkişmələrindən usanmış jənubi 

Azərbayjan sənətkarları, tajirləri, inkişaf arzusunda olan kütlələr 

siyasi sabitlik həsrətində  idilər  və  Şeyx  İbrahimə bu sabitliyin 

təminatçısı kimi yanaşırdılar.  Təbrizdə Teymuri hakimləri olan 

Ömərə,  Miranşaha  və onun oğlu  Əbubəkrə  qarşı  üsyanın 

qalxması, 

məğlub olmaq təhlükəsi 

qarşısında 

qalmış 

üsyançıların mürajiəti Şirvanşah I İbrahimin Azərbayjanın jənub 



torpaqlarına hərbi müdaxiləsi üçün əlverişli şərait yaratdı. 1406-

jı ilin mayında  Şirvan  qoşunları  müqavimətə rast gəlmədən 

Təbrizə daxil oldular. Azərbayjan  torpaqları  yenidən vahid 

hakimiyyət  altında  birldəşdirildi, lakin Sultan Əhməd  Jəlairinin 

və Qara Yusif Qaraqoyunlunun birləşmiş  qoşunlarının  Təbriz 

üzərinə hüjumu Şirvanşahı Araz çayının şimalına qayıtmağa va-

dar etdi. 1406-jı ilin iyulunda Şirvan  qoşunları  Təbrizi  tərk 

etdilər.  Jənubi  Azərbayjan  ərazisinin  Şirvanşahlar  dövlətinə 

birləşdirilməsi yolunda ilk jəhd  uğursuzluqla  nətijələndi. 1410-

ju ilin avqustunda I İbrahim Sultan Əhməd Jəlairi ilə Qara Yusif 

Qaraqoyunlu  arasında  baş  vermiş  münaqişədən  istifadə  edərək 

bu arzusunu gerçəkləşdirmək üçün növbəti jəhd göstərdi. Lakin 

Qara Yusifin əski  mütəffiqini  hərbi  məğlubiyyətə  düçar  etməsi 

və Jənubi Azərbayjanda  öz dövlətini  qurması Şirvanşahın arzu-

sunu  puça  çıxardı.  Yaranmış  şəraitdə  Şirvanşah  artıq  öz 



 

 

203 



dövlətinin siyasi müstəqilliyini,  varlığını qorumaq xəyalı  ilə 

yaşamağa  başladı. 1412-ji ilin noyabr-dekabr aylarında  Şirvan 

və Qaraqoyunlu qoşunları qoşunları arasında Kür çayı sahilində 

baş  vermiş  böyük  döyüşdə  Şirvan  qoşunu  ağır  məğlubiyyətə 

uğradı. I İbrahim, onun oğulları,  qardaşları,  əmirləri,  məşhur 

sərkərdələri və gürjü çarı II Konstantin əsir düşdülər.

6

 Gürjü çarı 



və 300 gürjü  döyüşçüsü edam olundular. Şirvanşah  isə 1413-jü 

ilin  yazında  həbsxanadan azad edildi və o, Şirvana  qayıtdı. 

Şirvanşahın azad olunmasında Qara Yusifin tələb etdiyi böyük 

ödənji ödəmiş Təbriz tajirlərinin və sənətkarlarının həllediji rolu 

vardı.  Şirvanşah  özünün Qara Yusifin vassalı  olduğunu etiraf 

etmişdi.  Mənəvi  jəhətdən  əzilmiş I İbrahim 1417-ji ildə 

dünyasını  dəyişdi.  Şeyx  İbrahimin  hakimiyyəti  dövründə 

Şirvanın bir çox  yaşayış  məntəqələrində  müdafiə  qurğuları, 

məsjidlər, karvansaralar, ovdanlar inşa olunmuşdu. «Görünür ki, 

Bakıda  Şirvanşahlar  sarayının  tikintisinə  Şeyx  İbrahimin 

hakimiyyəti  zamanında  başlanılmışdı».

7

  Şeyx  İbrahimin 



hakimiyyəti dövrü şəhər mədəniyyətinin, injəsənətin, poeziyanın 

intibahı  ilə  əlamətdardır. XV əsrin  əvvəllərindən  Şirvanşahlar 

dövlətinin  müstəqilliyi  və  çiçəklənməsi  dövrü  başlandı. Bu 

yüksəliş prosesi təqribən 100 il davam etdi. 

Şirvanşah I Xəlilullah (1417-1465) dövrün  hərbi-siyasi 

münaqişələrində  fəal  iştirak  etməyə jan atmır,  ənənəvi xariji 

siyasət  xəttinə sadiq qalaraq problemlərin diplomatik üsullarla 

həll olunmasına çalışırdı. 

Şirvanın siyasi müstəqilliyini təmin edə bilmiş I Xəlilullah 

ölkədə  mövjud olan yaşayış  məntəqələrinin  (xüsusilə  Bakı 

şəhərinin)  abadlaşdırılmasına  başçılıq  etmiş,  Şirvanşahlar saray 

kompleksinə daxil olan bir sıra  memarlıq  obyektlərini 

tikdirmişdi.

8

  Ölkədə  tijarətin  inkişafı  qayğısına qalan Şirvanşah 



bir  çox karvansaralar və  körpülər  inşa  etdirmişdi. Onun 

hakimiyyəti  Şirvanşahlar  dövlətinin  və  ölkədə  şəhər  həyatının 

çiçəklənməsi dövrü idi. Şirvanşah Fərrux Yəsar (1465-1500) da 

ölkənin iqtisadi, mədəni, siyasi yüksəlişini  təmin  edən daxili 

siyasət yeridirdi. Azərbayjanın  jənub  qismində  iddialı siyasi 

xadimlərin (Qaraqoyunlu və  Ağqoyunlu  hökmdarlarının), 




 

 

204 



Ərdəbil 

şeyxlərinin ideoloci, hərbi-siyasi, diplomatik 

çəkişmələrə jəlb olunması Şirvanşah üçün sərfəli idi və o, həmin 

ziddiyyətlərdən maksimum dərəjədə faydalanmağa çalışırdı. La-

kin  əsrin  sonlarına  doğru  Ərdəbil  şeyxlərinin  siyasiləşmiş 

iddiaları Fərrux Yəsarı da bərk narahat etməyə başlamışdı. 

XV əsrin II yarısına doğru Azərbayjanın stiyasi həyatında 

Ağqoyunlu  tayfalarının rolu artmağa  başladı. X1V yüzillikdə 

həmin tayfalar Şərqi Anadoluda, Qaraqoyunlu tayfalarından 

qərbdə  məskunlaşmışdılar. Bayandur qəbiləsi  aparıjı  olduğuna 

görə Ağqoyunlular «Bayanduriyyə» adı ilə də tanınırdılar.

9

 Qara 



Osman (1394-1435) Diyarbəkirdə  qərarlaşaraq  Ağqoyunlu 

bəyliyinin  əsasını qoyduqdan sonra Qaraqoyunlu dövlətinin 

başçıları  üçün  qərbdə  uzunmüddətli  təhlükə  mənbəyi  yarandı. 

Qaraqoyunlu hökmdarları Qara Yusif, İsgəndər və Jahanşah yeni 

dövlətin  yaranmasına  hər  vasitə  ilə mane olmağa  çalışırdılar. 

Osmanlı  sultanları da bu obyektiv prosesin qarşısında  əngəllər 

yaratmağa jan atırdılar.  Ağqoyunlu  bəyliyi Uzun Həsənin 

rəhbərliyi  zamanında daha da möhkəmləndi. Qaraqoyunlularla 

Ağqoyunlular  arasında  mübarizə daha da kəskinləşdi. 1467-ji 

ilin 10 noyabrında  Muş  düzündə  rəqib  qoşunlar  arasında  baş 

vermiş  döyüşdə  Jahanşah Qaraqoyunlu öldürüldü, Qaraqoyunlu 

qoşunları  ağır  məğlubiyyətə  düçar oldu. Qaraqoyunlular hərbi-

siyasi  qüdrətini  bərpa  edə  bilmədilər. Daha bir dövlət (Qara-

qoyunlu) siyasi tarix səhnəsini  tərk etdi. Jənubi  Azərbayjanı  və 

Qarabağı  asanlıqla  ələ  keçirmiş Uzun Həsən yeni (Ağqoyunlu) 

dövlətin banisi oldu və 1468-ji ildə Təbrizi bu dövlətin paytaxtı 

elan etdi.

10

 Osmanlı  dövlətinin  rəhbərləri  qonşuluqda  güjlü 



Ağqoyunlu 

dövlətinin meydana gəlməsini 

narahatlıqla 

qarşıladılar.  Osmanlı  və  Ağqoyunlu  dövlətləri  arasındakı 

qarşıdurmadan  Avropanın xristian hökmdarları  faydalanmağa 

xeyli  jəhdlər  etdilər,  Osmanlı  dövlətini  zəiflətməyə jan atdılar, 

lakin  nəzərəçarpajaq  uğur qazana bilmədilər.

11 


Ağqoyunlu 

hökmdarı Uzun Həsən (1478-ji ildə  dünyasını  dəyişmişdir) 

Şirvanşah  Fərrux  Yəsarla  və  Ərdəbil  şeyxi  Heydər  Səfəvi  ilə 

ömrünün  sonunadək dostluq əlaqələri  saxlamışdır.  Məhz bu 

əlaqələr  təqribən 10 il ərzində  ölkənin sabit inkişafını  təmin 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə