Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə63/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   59   60   61   62   63   64   65   66   ...   143

 

 

187 



gionda nisbi sabitliyin qərarlaşması  Azərbaycan  memarlığının 

daha da inkişafı  üçün  əlverişli  şərait  yaratdı.  Azərbaycanın 

Elxanilər dövlətinin mərkəzi vilayəti olması bu inkişafın yüksək 

sürətini  təmin etdi. Marağa  rəsədxanası  həm  dövrün iri elmi 

mərkəzi, həm də nadir memarlıq kompleksi olmuşdur. Fəzlullah 

Rəşidəddinin  fəaliyyəti  dövrün  memarlıq  həyatının  diqqəti  cəlb 

edən hadisələrindəndir. 1297-ci ildə  «Şənb» adlanan yerdə 

Təbrizin yeni mərkəzinin  əsası qoyuldu («Şənbi  – Qazan» və 

yaxud  «Qazaniyyə»).  Bu  kompleksdə Qazan xanın  məqbərəsi 

mərkəzi yeri tuturdu. Məqbərənin  müəllifi memar Tacəddin 

Əlişah idi. Məqbərə  qülləvari  abidələr  tipinə aiddir və  kaşılarla 

bəzədilmişdi (XVI əsrədək  mövcud  olmuşdur).  İri  memarlıq 

obyektlərindən biri də «Rəbi-Rəşidi» və yaxud «Rəşidiyyə» idi. 

Bu  şəhərcik Qazan xanın  vəziri  Rəşidəddinin  başçılığı  ilə  inşa 

olunmuşdu. Kompleksdə 24 iri karvansara, 1500 dükan, 30 min 

ev, hamamlar, kağız istehsal edən karxana, boyaqçı 

emalatxanaları, xiyabanlar, sikkəxana,  dəyirmanlar,  bağlar, 

rəssam  və  xəttatların  çalışdıqları emalatxanalar daxil idi. Bu 

dövrdə  Sultaniyyənin  əsası qoyuldu. Şəhərin  inşasına Arqun 

xanın  zamanında (1284-1291) başlanılmış, tikinti işləri 1305-ci 

ildə-Ulcaytunun  hakimiyyəti  vaxtında  başa  çatmışdı. XIII-XIV 

əsrlərdə  şəhərsalma  tədbirləri  Təbrizdə  və  Sultaniyyədə  başqa 

Azərbaycan  şəhərlərinə  nisbətən daha intensiv olmuşdur. 

Göstərilən  dövrün  aparıcı  memarlıq tipi məqbərələr idi. 

Məqbərələrin əksəriyyəti gülləvari formaya malikdir. Bu dövrdə 

müdafiə  qurğularının da inşası  geniş  yayılmışdı, bu isə  dövrün 

hərbi-siyasi  hadisələrinin,  ziddiyyətlərinin  zənginliyindən  irəli 

gəlirdi.  Mərdəkandakı  dördguşəli  qüllə (1232), Nardarandakı 

qəsr (1301), Ramana qəsri,  Şağanda olan qəsr  həmin tarixi 

dövrün  müdafiə,  memarlıq  obyektləridir.  Bayıl  qəsri  dövrün  ən 

güclü istehkamlarından biri idi. Abidənin nadir cəhətlərindən bi-

ri  üzərində  insanların,  digər  canlı varlıqların, fantastik 

varlıqların,  ərəb  qrafikası  əsasında  yazılar olan üzlük  daşların 

çoxluğudur.  Belə  daş  lövhələrin 1200 ədəd  olduğu  güman olu-

nur  və onlardan 700-ə  qədəri  tapılaraq  tədqiq  edilmişdir, 1309-

1310-cu illərdə Bakıda inşa olunmuş Cümə məscidi, Pirsaat çayı 




 

 

188 



yaxınlığındakı xanəgah (1256) bu dövrün diqqəti cəlb edən dini 

təyinatlı  tikililəridir.  Azərbaycan  memarlığının yeni yüksəliş 

mərhələsinə daxil olması XIII əsrin II yarısından  etibarən 

başlanmışdı. 

Artıq XIII əsrin sonunda Azərbaycanın iqtisadi həyatıfnda 

dönüş  yarandı. Bu dönüş  özünü  memarlıqda  və  şəhərsalma 

işində  də  büruzə verirdi. Əzəmətli saraylar, dini və  xatirə 

tikililəri,  mülki binalar inşa olunurdu. Şəhərsalmada yeni dövr 

başlandı. Ansambl, kompleks tikintisi sahəsində böyük irəliləyiş 

nəzərə  çarpırdı,  mürəkkəb  komplekslərdə yeni meyllər  nəzərə 

çarpırdı.  Şəhərlər  genişlənir,  yenidənqurma  və  abadlıq  işləri 

aparılır,  onların inzibati mərkəzləri olan İç qalalardan kənarda, 

ticarət-sənətkarlıq  rayonlarında yeni ictimai mərkəzlər  şəbəkəsi 

meydana  gəlirdi. Monqol hücumları  zamanı  tənəzzül  etmiş 

şəhərlər  yenidən  canlanırdı.  Azərbaycanı  qonşu  ölkələrlə 

birləşdirən  ticarət  yollarının  artıq  cənub  şəhərlərindən  keçməsi 

onların inkişafını xeyli sürətləndirdi. Şəhərlərin təhlükəsizliyinin 

təmin olunması ictimai əhəmiyyət  kəsb edirdi. XIII əsrin sonu- 

XIV  əsrin  əvvəllərində  Elxanilər  dövlətinin  güclənməsi 

şəhərlərin  müdafiə  tikintisində  mühüm  irəliləyişə  səbəb oldu: 

Dağıdılmış istehkamlar bərpa olunur, geniş  ərazidə  yerləşən 

şəhərlərin ətrafına yeni divarlar çəkilirdi. XIV əsrin əvvəllərində 

Təbriz  şəhərində  həyata  keçirilmiş iri miqyaslı  şəhərsalma 

tədbirlərindən biri paytaxta layiq olan yeni qala divarlarının ti-

kintisi idi. «XIII əsrin sonu- XIV əsrin  başlanğıcında  Təbriz 

şəhərsalma-memarlıq  inkişafının  ən  yüksək  mərhələsini  keçi-

rir».

112


  Yalnız  Ərdəbil bu dövrdə qala divarları  ilə  əhatə 

olunmıamış, bu isə  şəhərin  geniş  ərazidə,  nisbətən azad 

planlaşma  əsasında  inkişafına  əlverişli imkanlar yaratmışdı. 

Naxçıvan XIV əsrdən  etibarən  Azərbaycanın  başlıca memarlıq 

məktəbi,  mərkəzi kimi yerini Təbrizə verdi. XIV əsrdə 

Həmdullah  Qəzvini  Naxçıvanı  «Nəqşi-cahan» («Dünyanın 

bəzəyi») kimi vəsf etmişdi.

113


 XII əsrdən başlayaraq (XVI əsrin 

II yarısınadək) Təbriz müxtəlif dövlətlərin paytaxtı olmuş, bu isə 

onun memarlıq baxımından inkişafını, aparıcı mövqedə olmasını 

təmin  etmişdir.  Təbrizin  Azərbaycanda iri memarlıq  məktəbinə 




 

 

189 



çevrilməsi məhz orta əsr Azərbaycan memarlığının təkamülündə 

dönüş  mərhələsi hesab oluna biləcək XI-XII əsrlərə  təsadüf 

etmişdir. 1265-ci ildə Elxani hökmdarı Abaqa xan Təbrizi Hüla-

kular dövlətinin paytaxtı elan etdi. 1258-ci ildə  Bağdadın mon-

qollar  tərəfindən  dağıdılmasından sonra Təbrizin regionda 

aparıcı  mövqeyə  çıxması  gerçəkləşdi.  Təbrizdə  «memarlığın 

misli  görünməmiş  yüksəlişi ilk növbədə Qazan xanın (1295-

1304)  hökmranlıq  dövrünə  təsadüf edir».

114

  İqtisadi islahat və 



siyasi sabitlik bu əsrin  əvvəllərində  Təbriz  memarlığının 

yüksəlişi  üçün  əlverişli  zəmin  yaratmışdı. Arqun xan zamanı 

şəhərin qala divarlarının  uzunluğu 6 min addım idi və 10 

darvazası  vardı.  Köhnə divarlardan daha böyük  sahəni  əhatə 

edən yeni divarlarda daha 6 darvaza qoyuldu. Bağlar, yeni yara-

nan  məhəllələr  dövlət  xəzinəsi  hesabına  inşa  olunmuş 25 min 

addımlıq yeni qala divarlarının əhatəsinə alındı. Qazan xan yeni 

darvazaların hər birinin önündə karvansara, bazar, hamam, kar-

xana  və  digər binalar tikdirdi. Şəhər  darvazalarının  önündə 

başlıca dini-ticarət kompleksi ilə  birləşən ikinci dərəcəli  ticarət 

mərkəzləri meydana gəldi. Sultan Üveys  hakimiyyətinin ilk 

illərində Misir sultanının ona verdiyi xəracın  hamısı  «yüzlərlə 

otaqdan  ibarət olan»

115


  «Dövlətxana»  saray  kompleksinə (onun 

inşasına)  sərf  olunmuşdu. Bu kompleksdə olan binaların 

əksəriyyəti sonralar Miranşahın  əmrilə  xarabalığa  çevrilmişdi. 

Klavixo mubaliğəyə yol verərək qeyd edirdi ki, bu «kompleks» 

20 min hücrə  və  ayrı-ayrı otaqlardan ibarət  olmuşdur.

116


 

Tikintisinə XIII əsrin  sonlarında  başlanmış  «Rəşidiyyə»  kom-

pleksi akademiya – universitet şəhərciyi idi və burada 2 came 

məscidi, 1 mədrəsə, 1 zaviyə, elmi müəssisələr  və  xəstəxana 

vardı. Bu universitetdə 450-dən çox alim-pedaqoq çalışır, 7 min 

tələbə  təhsil  alırdı; 30 minədək  müxtəlif  təyinatlı tikilinin 

olduğu bu şəhərcik sonralar Rəşidəddinin  oğlu  Qiyasəddin 

tərəfindən  genişləndirildi.  Əsası 1297-ci ilin oktyabrında 

qoyulmuş Qazaniyyədən 

fərqli olaraq Rəbi-Rəşidi» 

(«Şəhristane-Rəşidi»)  Qazan  xanın  Təbrizin  ətrafına  çəkdirdiyi 

divar daxilində yerləşirdi. Rəbi-Rəşidinin əsasının 1300-cü ildən 

əvvəl  qoyulduğu ehtimal olunur. «Rəbi-Rəşidi»  kompleksi 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə