Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə61/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   57   58   59   60   61   62   63   64   ...   143

 

 

181 



ilədək  yaşamışdır. O, «Dəhnamə» və yaxud «Məntiq  ül-üşşad» 

(«Aşiqlərin 

söhbəti») 

məsnəvisini 1306-1307-ci illərdə 

yazmışdır. «Cami-cəm» məsnəvisi  isə  Sənaninin  «Hədiqətül-

həqaiq» («Həqiqətlər  bağı») əsərinin  təsiri  ilə  yazılmışdır. Bu 

məsnəvilərdə  Əvhədinin  fəlsəfi, ictimai, elmi, əxlaqi, dini 

baxışları  öz  əksini  tapmışdır.  Bürhanəddin  Əhməd 1344-1398-

cü illərdə yaşamış Azərbaycan şairi, alimi, dövlət xadimidir. O, 

Qeysəriyyə  qazısı  olmuş  Şəmsəddin  Məhəmmədin  oğlu idi. 

Əhməd  Misirdə  və  Şamda  təhsil  almış, bir sıra  elmləri 

öyrənmişdir. O, 1364-cü ildə Qeysəriyyə qazisi, tezliklə şəhərin 

hakimi olmuş, Sivas və  Ərzincani  tutmuş, 1381-ci ildə Sivasda 

özünü sultan elan etmişdi.

94

 Qazi Burhanəddin Əmir Teymurun 



Şərqi Anadoluya yürüşü  əleyhinə  çıxmış, ona qarşı Misirin 

sultanı  Bərquq  ilə  İttifaq  bağlamağa  çalışmış,  Ağqoyunlu 

sülaləsindən olan Qarayuluq Osman bəylə 

döyüşdə 


öldürülmüşdür.  Bürhanəddin  bədii  əsərlərini  türk, fars və  ərəb 

dillərində  yazırdı. Onun 1500 qəzəl, 20 rübai  və 119 tuyuqdan 

ibarət olan divanı 1393-ci ildə  köçürülmüşdür.  şeirlərində  ərəb, 

fars  söz  və  tərkibləri  çox  azdır. Onun ərəbcə elmi əsərləri  də 

vardır. O, mənşəcə  oğuzların Salur boyundandır,  qazılər  (qazı) 

nəslindəndir, on ildən  artıq  Qeysəriyyə  qazısı  olmuşdur. O, 

1381-ci ildən sonra 17 il ərzində Qaraman, Osmanlı və Türkman 

tayfalarını  öz  hakimiyyətinə tabe etməyə  çalışmışdır. Orta əsr 

salnaməçiləri ona «Əbülfəth» (zəfər  və  qələbə sahibi) adını 

vermişlər.

95

 Azərbaycan ədəbiyyatında tuyuq janrının banisi Qa-



zi Bürhanəddin və Nəsimidir.

96

 Onun divanı həcmcə 17 min mi-



sradan ibarətdir.

97

 



XIII-XIV əsrlərin qovuşuğunda yaşayıb Azərbaycan (türk) 

dilində ilk yazılı  abidə  yaratmış  sənətkarlardan biri də Suli 

Fəqihdir.

98

  Dövrümüzə  qədər  şairin  yalnız bir əsəri-4800 



beytdən  ibarət olan «Yusif  və  Züleyxa» poeması  çatmışdır. 

Şairin özünü «Fəqih» adlandırması onun müsəlman hüququ bili-

cisi  olduğuna  işarədir.  Müəllif  poemanı  yüaradarkən xalq 

arasında  yayılmış dastan variantından  istifadə  etmişdir. «XIII-

XIV  yüzilliklərdə  yaranmış ilk anadilli abidələrimiz,  yazılı 

ədəbi-bədii dil nümunələrimiz  başlıca olaraq Şərqi Anadoluda 




 

 

182 



və  Şərqi Andoluya həmsərhəd  ərazilərdə meydana çıxmışdır. 

Yeni  istiqamətdə  inkişaf  edən  ədəbiyyatımız  məhz buradan 

pərvazlanmışdır».

99

 Qazi Bürhanəddin, Ərzurumlu Qazi Mustafa 



Zərir, Yusif Məddah, Suli Fəqih  məhz bu mühitin  yetirmələri 

olmuşlar.Yusif  Məddahın 1700 beytlik «Vərqa  və  Gülşah», 

Mustafa Zəririn 2120 beytlik «Yusif və Züleyxa» poemaları da-

ha məşhurdur. 

Mustafa  Zərir (kor, zəlil)  anadangəlmə kor idi. O, «Yusif 

və Züleyxa» əsərini 1366-ci ildə yazmışdır. «Maraqlıdır ki, orta 

əsrlərdə  Şərq  ədəbiyyatında  ənənə xarakteri almış  və klassik 

aşiqanə dastanlarda gördüyümüz bir sıra cəhətlər – dibaçə, tov-

hid, 

nət, 


meracnamə, 

dövrün 


hökmdarlarının 

şərəfinə 

söylənilmiş  mədhlər,  habelə  kitabın  yazılma  səbəbləri  əsərdə 

yox  dərəcəsindədir.  Yalnız  poemanın  başlanğıcında,  təxminən 

20 misralıq bir parçada  Məhəmməd peyğəmbər  və ondan sonra 

gələn  xəlifələrin  şəninə  xoş  sözlər deyilir, müəllif ulu tanrıdan 

kömək  diləyir,  bü  ağır  işdə ona mədədçi  olmasına  ürəkdən dua 

edir.  Bütün bunlar Mustafa Zəririn  yaradıcıığının xalqla 

bağlılığına,  geniş  kütlənin  zövqünə,  dünyagörüşünə,  düşüncə 

tərzinə  yaxından  bələd  olmasına  zəmanət verir. Görünür,  şair 

özü bilərəkdən hər cür təmtəraqdan, gurultulu ibarələrdən imtina 

etmiş, boyun qaçırmışdır».

100

 

XIV əsrin sonlarında Şirvanda hazırlanmış, «Kitabi-kimya 



əs-səadət», 1388-ci ildə  Təbrizdə  üzü  köçürülmüş  «Əcaib  əl-

məxluqat» əsərləri bu dövrün kitab sənətinin 

gözəl 

nümunələridir. Kitab tərtibatı,  miniatür  sənəti,  memarlıq, 



xəttatlıq bu dövrdə də geniş yayılmış incəsənət növlərindən idi. 

Xəttatların,  memarların  fəaliyyət  arealı,  sahələri bu baxımdan 

daha geniş olmuşdur. Mübarəkşah Zərrinqələm həmin dövrün ən 

tanınmış  xəttatlarından idi. XIV əsrdə  yaşamış bu şəxs  məşhur 

ərəb  xəttatı Yaqut Müstəsimin  «altı ustad» adı  ilə  şöhrətlənmiş 

tələbələrindən idi. O, klassik xətt  örnəklərinin mahir 

ustalarından  olmuş, Sultan Üveysin  Nəcəf  (İraq)  şəhərində tik-

dirdiyi  binanın dekorativ yazılarını  qızılla  işlədiyinə  görə 

«Zərrinqələm» («Qızıl  qələm») ləqəbini  almışdı.

101


 O, klassik 


 

 

183 



ərəb 

qrafikasının 

bütün 6 xəttini 

yüksək 


səviyyədə 

yaradıcılığında tətbiq etmişdir. 

Xacə Abdulla Seyrəfi  Təbrizi XIV əsrin  görkəmli 

xəttatlarından biri idi. O, dövrün  altı  məşhur  xəttatından biri 

olmuşdur.  Xacə Abdulla Seyid Heydər  Qondənəvisin  (qalın 

xətlə yazan) şagirdi  olmuşdur. Bu ustad isə Yaqut Müstəsimin 

altı  şagirdindən biri idi. Seyrəfi  «müsənna»  adlanan  xətti 

yaratmışdır  və onun bu növdə  yazıları  Azərbaycanda  geniş 

yayılmışdır. Təbrizin bir çox abidələrindəki kitabələr və xüsusilə 

«Usta-şagird» adı  ilə  tanınmış  abidələrdə,  habelə  «Rəşidiyyə» 

və  «Qiyasiyyə» abidələrindəki  kitabələr onun xətti  ilə 

yazılmışdır. «Azərbaycanın,  eləcə  də  İranın bir çox  gözəl 

xəttatlarının sülaləsi öz kökləri ilə Seyrəfiyə bağlanır».

102


 

Abdulla  Seyrəfinin 1329-cu ildə  və Abdulla Marağinin 

1338-ci  ildə  üzünü  köçürdükləri Quran nüsxələri dekorativ 

tərtibatına  görə nadir sənət  nümunələri hesab olunur. Hacı 

Məhəmməd  Bəndçi  də onun şagirdi  və  Azərbaycanın  məşhur 

xəttalarından idi. «Bu ustadın və şagirdin Azərbaycanda bir neçə 

kitabələri  vardır ki, onların misli-bərabəri yoxdur».

 103


  Belə 

abidələrdən biri «Usta-şagird» adı  ilə  tanınır  («Əlaiyyə» 

abidəsindəki  kitabələrdir). Bu bina «Kiçik  Şeyx  Həsən» adı  ilə 

tanınmış  məşhur  Əlaəddinin 1341-ci ildə tikdirdiyi obyektdir. 

Bir il ərzində  tikilmiş bu binanın  şərq  qolundakı  bəzi  yazıları 

Seyrəfinin  şagirdi  yerinə  yetirmişdir (bu abidə  məhz buna görə 

də «Usta-şagird» adı ilə tanınır). 

Orta 


Şərq kitab miniatürünün ilkin örnəkləri 

Azərbaycanda (Xoy, Marağa 

və 

Təbriz 


şəhərlərində) 

yaranmışdır.  «Vərqa  və  Gülşa» (XIII əsrin  əvvəli),  «Mənafi  əl-

heyvan» (1298) 

və 


«Cami 

ət-təvarix» (1308, 1314) 

əlyazmalarına  çəkilmiş  miniatür  rəsmləri  Azərbaycanda  bədii 

ənənənin varlığını, Orta Şərqdə yeni bədii məktəbin yarandığını 

təsdiqləyir. Təbriz miniatür məktəbinin yaranması, formalaşması 

və  inkişafının  erkən  mərhələsi  «müxtəlif  səmtlərdən  gələn 

təsirlərlə yerli bədii  ənənələrin  çarpazlaşması,  qaynayıb 

qarışması prosesində baş vermişdir».

104

 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə