Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə57/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   53   54   55   56   57   58   59   60   ...   143

 

 

169 



Şəmsəddin  (Şəms)  Məhəmməd ibn Əli ibn Məlikdad 

Təbrizi (1272-ci ildə dünyasını dəyişmişdir) bü dövrün görkəmli 

Azərbaycan  şairi,  mütəfəkkiri,  müəllimi idi. O, sufiliyin ən 

məşhur  simalarından  olmuş, «mürşidi-kamil» adını  almışdı. 

Cəlaləddin Rumi özünü onun şagirdi hesab edirdi. Tarixi 

mənbələrdə Şəms Təbrizinin həyatı haqqında məlumat çox az və 

ziddiyyətlidir. Şəms Təbrizi çoxlu səfərlər etmiş, əsasən karvan-

saralarda məskən salmışdır. Mütəfəkkir şair 1244-cü ildə Konya 

şəhərinə  gəlmiş,  Cəlaləddin Rumi ilə  dostlaşmışdır.  Şəms 

Təbrizi yeni dostuna güclü  mənəvi  təsir  göstərmiş, bu dostluq-

dan  narazı qalanlar ehtiyatlanaraq Şəmsi quyuya atmış, 

öldürmüşdülər.  Şəmsin sirli ölümündən sonra Cəlaləddin Rumi 

onun xatirəsini əziz tutaraq «Şəms» təxəllüsü ilə böyük bir şeir 

divanı  yaratmışdır.  Şəms  Təbrizinin  «Məqalat» («Deyimlər») 

adlı  əsərini  isə onun müridləri toplayaraq «Məqalatı-Şəms 

Təbrizi» («Şəms Təbrizinin deyimləri») kitabı halına salmış, bu 

əsərdəki  fəlsəfi, elmi görüşləri  geniş  yaymışlar. Bu dövrdə is-

maili təlimi müəyyən nüfuz dairəsinə malik idi və Şəms Təbrizi 

həmin təlimin başlıca təbliğatçılarından biri olmuşdur. İsmaililik 

hürufiliyin,  nöqtəviliyin,  qızılbaşlığın, «Əliallahi» təliminin 

təşəkkül tapmasına müəyyən təsir göstərmişdir. Şəms Təbrizinin 

güclü ideya-mənəvi  təsirinə  məruz  qalmış  Cəlaləddin Rumi 

(1207-1273) 6 kitabdan ibarət olan « Məsnəvi»nin (31 mindən 

artıq  beytdən  ibarətdir), «Divani-Kəbir»in  («Böyük divan»ın) 

müəllifidir. Onun «Divan»ında 2073 qəzəl toplanmışdır (44 min 

beytə  yaxındır).  Cəlaləddin Ruminin «Divan»ı  ədəbi  əsərdən 

daha  çox  fəlsəfi  abidə kimi diqqəti  cəlb edir. Onun 4 min 

beytdən artıq şeirləri isə fəlsəfi, lirik rübailərdən (dördlüklərdən) 

ibarət olan kitabına daxildir. Cəlaləddin Ruminin müxtəlif 

şəxslərə  ünvanlanmış 140 məktubu  vardır.  Mütəfəkkirin poetik 

irsi  ümumiyyətlə 80 minədək  beytdən  ibarətdir  və bu zəngin 

irsdə Azərbaycan filosofu, alimi Şəms Təbrizinin həlledici təsiri 

aydın surətdə nəzərə çarpır. Cəlaləddin Rumi də sağlığında ikən 

hücum  və  təqiblərə  məruz  qalmış, ilahiyyatçılar onun əsərlərini 

«bidətçi» təlimin  təhlükəli  faktları kimi təqdim  etmişlər.  Şairi 

fiziki divandan yalnız onun böyük  nüfuzu  və  əhali  arasındakı 




 

 

170 



böyük hörməti xilas etmişdi.

61

 Cəlaləddin Ruminin belə  nüfuzu 



və  hörmətinin  mənbəyi onun Şəms  Təbrizi ilə 3 aylıq  davamlı 

elmi-fəlsəfi  mükaliməsində,  ünsiyyətində  olmuşdur. «3 ayın 

tamamında  Cəlaləddin Rumini tanıyanlara  elə  gəlmişdir ki, o, 

dünyasını dəyişmiş, onun simasında isə başqa bir şəxs dünyaya 

gəlmişdir…Şəmsəddin  Təbrizi onu elə bir aləmə  dəvət etmişdi 

ki,  heç bir türkə  və  ərəbə  heç yuxuda da bu cür  aləmdə olmaq 

nəsib olmamışdı».

62

 



XIII-XIV  əsrlərdə bir sıra  fəlsəfi-dini  təlimlər meydana 

çıxdı və tezliklə geniş əhali kütlələrini özünə cəlb edərək mənəvi 

qüvvədən maddi qüvvəyə çevrilməyə başladı. Təbiidir ki, həmin 

təlimlər təsadüfən və birdən meydana gəlməmiş, əski mütərəqqi 

baxışlar  əsasında  formalaşmışdı.  Hürufilik bu təlimlər  arasında 

xüsusilə  fərqlənirdi.  Hürufiliyin ideya mənbələri ilk növbədə 

Şərqin bidətçi fəlsəfi təlimləri, xüsusilə sufi və ismaili təlimləri 

olmuşdur. Onun təşəkkül  tapmasında  Şərq peripatetizminin də 

müəyyən rolu vardır. Hürufilik fəlsəfəsinə yunan təsiri də məhz 

Şərq peripatetizmi vasitəsilə  olmuşdur. XIV əsrin  sonlarından 

geniş  yayılmağa  başlamış  hürufiliyin  vətəni  Azərbaycan idi. 

Təlimin banisi və  hərəkatın ilk rəhbəri  Fəzlullah  Nəimi 

(1339/40-1394) 1387-ci ildə ilk dəfə olaraq Azərbaycanda yeni 

cərəyanın  başlıca  müddəalarını  bəyan etdi. Məhz buna görə  də 

hürufilər Azərbaycanı  «sərzəmine-restaxiz» («oyanmış torpaq») 

adlandırırdılar.  Nəimi  Şihabəddin  Fəzlullah  Təbrizi-Astrabadi 

bu  dövrün  bənzərsiz  Azərbaycan  mütəfəkkiri,  şairi  olmuşdur. 

Hürufilik təriqətinin əsasını qoyduğuna görə islam Şərqində onu 

«əl-hürufi» adı  ilə  tanıyırdılar.  Nəimi  hürufiliyin  nəzəri 

əsaslarını  «Cavidani-Səğir», «Ərşnamə», «Məhəbbətnamə», 

«Novmnamə» əsərlərində  və  «Divan»ında  şərh  etmişdir. Onun 

başlıca  əsəri  «Cavidani-Kəbir»dir  («Cavidannamə»). Hürufiliyə 

görə,  Allahın  təbiətdə,  əşyada,  xüsusilə insanda təcəssümü 

əsasdır.  Hürufilər  Allahın  Fəzlullahda  təcəssüm  etməsinə  və 

onun  yerdəki  ədalətsizliyi aradan qaldıracağına  inanırdılar. 

Fəzlullah  Nəimiyə  görə,  ərəb  əlifbasındakı 28 və fars 

əlifbasındakı 32 hərf  məhəbbətin  və  gözəlliyin  əsasıdır. Onun 

fikrincə,  aləm  dərk  ediləndir  və  aləmin  dərk  olunması  insanın 




 

 

171 



fəaliyyətinin  ümdə  məqsədidir.  Fəzlullah  Nəimi  Teymurləngin 

əmrilə onun oğlu  Miranşah  tərəfindən  həbs  olunmuş  və  Əlincə 

(Naxçıvandadır) qalasında edam edilmişdir.

63

 Mütəfəkkir həbsdə 



olarkən  «Vəsiyyətnamə»sini  yazmış,  hürufi  təliminin  gələcək 

nəsillərə  çatdırılması arzusunu və  mübarizənin davam 

etdirilməsi  zərurətini  bəyan  etmişdir.  Nəimi  hürufilik  təlimini 

təqribən 1385-1386-cı  illərdən  təbliğ  etməyə  bağlamış, bu 

təlimin  kütləviləşərək maddi qüvvəyə  çevrilməsinə  çalışmışdır. 

Onun 


yaxın 

dostlarından 

olmuş 

Şeyx 


Əbülhəsən 

«Cavidannamə» əsərini 1399-cu ildə nəzmə çəkmişdir. 1394-cü 

ildə 

Fəzlullah 



Nəimi edam olunduqdan sonra onun 

«Vəsiyyətnamə»sinə  əsasən  İmadəddin  Nəsimi (1369-1417) 

Təbrizə, sonra isə Anadoluya getmiş, hürufilik baxışlarını geniş 

təbliğ  etməyə  başlamış  və buna görə  də  dəfələrlə zindanlara 

salınmışdı.  Şamaxıda anadan olmuş, ilk mükəmməl  təhsilini  də 

burada  almış, ilk şeirlərini  «Hüseyni» təxəllüsü  ilə  yazmış, 

1394-cü  ildə  Şirvana  gələrək  hürufilik  təlimini  təbliğ  edən 

Fəzlullah 

Nəimi 

ilə 


görüşərək ona bağlanmış, 

bədii 


yaradıcılığında  hürufilik  təlimini  geniş  surətdə  işıqlandırmış

64

 



İmadəddin  Nəsimi  ömrünün son illərini  Suriyanın  Hələb 

şəhərində keçirmiş, orada təbliğatla məşğul olmuş, həbs edilmiş 

və oradaca bidətçilikdə  təqsirləndirilərək edam olunmuşdur. 

Nəsiminin ilk şeirlərini  «Hüseyni»  təxzəllüsü  ilə  yazması 

təsadüfi deyildi: Bu təxəllüs  şairin X əsrdə  Bağdadda 

bidətçilikdə  təqsirləndirilərək edam olunmuş  Həllac  Mənsur 

Hüseyninin sufi görüşləri  təbliğ  etməsi  ilə  bağlı idi. Orta 

çağların islam Şərqinin əksər ədibləri kimi İmadəddin Nəsimi də 

elmi,  fəlsəfi,  əxlaqi, ictimai-siyasi baxışlarını poetik, bədii for-

mada ifadə etmişdir. 

Məhəmməd ibn Hinduşah 

Naxçıvani XIII əsrin 

sonlarından XIV əsrin ikinci yarısınadək  yaşamış  Azərbaycan 

alimi,  dövlət xadimi olmuşdur. O, Bağdadın  Müstənsiriyyə 

mədrəsəsində  təhsil  almış,  qardaşı  Seyfəddin  Əmir Mahmud 

Kaşanda hakim olduğuna  görə  İranın  müxtəlif  şəhərlərində  və 

İraqi-Əcəmdə  yaşamışdır. Alim Elxanilər  dövründə  mühüm 

vəzifələrdə  çalışmış,

65

  ərəb,  türk  və fars dillərini  mükəmməl 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə