Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə56/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   52   53   54   55   56   57   58   59   ...   143

 

 

166 



raz»  məsnəvisini  «Hüseyni»  təxəllüslü  Əmir  Hüseynin verdiyi 

suallara cavablar şəklində  yazmışdır. Alim hər suala ixtisarla 

cavab  vermişdir. Bu cavabların  hamısı 993 beytdir. «Şeyx 

Mahmud həqiqət yolçularının Kəbəsi, dinin səadəti və fəxri ola-

raq  Azərbaycanın  məşhur  ariflərindəndir…  Sultan  Məhəmməd 

Xudabəndənin  və  Əbu  Səid  Bahadırxanın  zamanında  Təbrizdə 

alimlərin  və  fəzilət  sahiblərinin  rəhbəri kimi qəbul  olunmuş bir 

şəxsiyyət idi… Şeyx Mahmudun qəbrinin  üstünə iki böyük 

mərmər daşı qoyulmuşdur. Bu daşların birinin üstündə aşağıdakı 

sözlər  yazılmışdır: «Yüksək  rütbəli  şeyx  qəməri 720 (1320)-ci 

ildə otuz üç  yaşında fani dünyadan  əl  çəkib,  əbədi  dünyaya 

köçmüşdür». Mövlana  Şəbüstəri  ömrünün  çoxunu  səyahətdə 

keçirmiş, bir çox  alimlər  və  ariflərlə  görüşmüş, onlarla 

məktublaşmışdır».

54

 

1204-1276-ci  illərdə  yaşamış  Azərbaycan filosofu 



Nəcməddin  Əli ibn Ömər ibn Əli  Qəzvini  «Katibi» və  «Dəbi-

ran»  («Müəllim»)  adları  ilə  tanınırdı. O, Nəsirəddin Tusinin 

məsləkdaşlarından  olmuşdur. Bu filosof Nəsirəddin Tusinin 

dəvətilə Marağa rəsədxanasında çalışmışdır. Nəcməddin Qəzvini 

fəlsəfəyə,  təbabətə,  məntiqə  və  digər  elmlərə  həsr  olunmuş 14 

əsərin müəllifidir. Onun «Katibin şübhələri» əsəri həmin dövrdə 

Yaxın və Orta Şərqdə məşhur idi. Ümumiyyətlə, monqol əsarəti

Əmir Teymurun viranedici yürüşlərinə  qarşı  mübarizənin 

kəskinləşməsi  dövrün ideoloji həyatında  müxalifət  cərəyanını 

gücləndirmiş, bu cərəyanın  miqyasını  genişləndirmişdi. Onunla 

rəsmi ideologiya arasında  uçurum daha da dərinləşmişdi. XIII-

XIV əsrlərdə peşəkar fəlsəfənin inkişafı müşahidə olunurdu. Pe-

ripatetik  fəlsəfi meyl daha qabarıq  surətdə  nəzərə  çarpırdı. Bu 

fəlsəfi  istiqamət  qədim  Şərq  və  qədim yunan fəlsəfəsinin 

ənənələrinin  sintezindən  ibarət idi. «Həmin tarixi dövrün  və 

sonrakı əsrlərin fəlsəfəsinin inkişaf xüsusiyyətlərindən biri peri-

patetizm  fəlsəfəsinin  bidətçi (sufilik, hürufilik,  nöqtəvilik) 

cərəyanların mistik panteist fəlsəfəsi  ilə  tədricən  yaxınlaşması, 

qarşılıqlı  surətdə bir-birinə  sirayət  etməsi  olmuşdur».

55

  Marağa 



rəsədxanası, «Dar  üş-şəfa» və  başqa  əzəmətli elm ocaqlarının 

varlığı  Azərbaycanın  fəlsəfi fikrinin inkişafı  prosesinə  böyük 




 

 

167 



təsir  göstərmişdir. XIII-XIV əsrlərdə  Azərbaycanda peripatetik 

fəlsəfə 


Siracəddin 

Urməvinin, 

Əfzələddin 

Xunəcinin, 

Nəsirəddin Tusinin, Səfiəddin  Urməvinin  əsərləri  ilə  təmsil 

olunmuşdur.  Onların  əsərlərində  fəlsəfi  problemlərlə  yanaşı 

nücum,  təbabət, riyaziyyat, məntiq  və  hüquq  məsələləri  də 

mühüm yer tuturdu. 

1198-ci  ildə Urmiyada anadan olmuş, 1283-cü  ildə Kon-

yada  dünyasını  dəyişmiş  Siracəddin Mahmud ibn Əbubəkr 

Urməvi fəlsəfəyə, məntiqə və digər elm sahələrinə dair əsərlərin 

müəllifidir. O, Mosulda Kəmaləddin Musa ibn Yunisdən  təhsil 

almış, sonralar Dəməşqdə  yaşamış, Konya şəhərinə  köçərək 

orada baş qazı vəzifəsini icra etmişdir. Mənbələrdə onun fəlsəfə 

və  məntiqə dair 10-dan çox  əsərinin  adı  çəkilir.

56

  «Mətali  əl  – 



ənvar» («Nurların  doğuluşu»), «Lətaif  əl-hikmə» («Hikmət 

incəlikləri»), «Bəyan  əl-həqq»  («Haqqın  bəyanı»), «Risalə fi-

əmsilət  ət-təarud»  («Ziddiyyətlərin  misallarına dair risalələr») 

həmin  əsərlər  sırasındadır. Orta çağların  görkəmli  filosofları 

onun  «Mətali  əl-ənvar» əsərinə 30-dan artıq  şərh  və  haşiyə 

yazmışlar. Alim öz  əsərlərində  təbabətə, insan orqanizmi ilə 

bağlı olan məsələlərə mühüm yer vermişdir. 

Tacəddin Məhəmməd ibn Hüseyn Urməvi (1177-1255) bu 

dövrün  tanınmış  Azərbaycan  mütəfəkkiri,  fəqihi,  mütəkəllimi 

olmuşdur.

57

 O, Bağdadın  Şərəfiyyə  mədrəsəsində  dərs  demiş, 



dərin biliyi ilə  məşhurlaşmışdı.  Tacəddin  Urməvi 1219-ci ildə 

tamamladığı «Kitab əl-hasil min əl-məhsul» («əl-məhsuldan ha-

sil olunmuş kitab») əsərini Fəxrəddin Razinin «əl-Məhsul» əsəri 

əsasında  yazmışdı. O, 1228-ci ildə  Fəxrəddin Razinin digər 

əsərini – «ər-risalət ət-kəmaliyyə fi-l-həqaiq əl-ilahiyyə» («İlahi 

həqiqətlərə dair kamal risaləsi»)ni farscadan ərəb dilinə tərcümə 

etmişdir.  Əfzələddin  Məhəmməd ibn Namavər  Xunəci (1193-

1248)  məşhur  Azərbaycan  məntiqşünası, filosofu, təbiətşünası, 

təbibi  və  hüquqşünası  idi.  O,  ilk  təhsilini Xalxal vilayətinin 

Xunəc məntəqəsində almış, daha dərin elmi biliklərə yiyələnmək 

məqsədilə  Yaxın  Şərq  ölkələrini  gəzmişdir.  Əfzələddin  Xunəci 

hikmət  (fəlsəfə) elmini və  Şəriəti  mükəmməl  səviyyədə 

öyrənmişdi.  Əfzələddin  Xunəci  fəlsəfi  fənləri,  təbabəti  tədris 



 

 

168 



etmiş, sonralar Misirdə baş qazı vəzifəsində çalışmışdır. Alimin 

xeyli  fəlsəfi  məzmunlu  əsəri  vardır. «Onun  ən  məşhur 

əsərlərindən  «Mucəz», «Cüməl» və  «Kəşfül-əsrar»dan  ibarət 

trilogiyadır.  Hamısı  məntiqə aiddir. Bu əsərə bir çox  görkəmli 

alimlər izahlar və əlavələr yazmışlar».

58

 Əfzələddin Xunəci Şərq 



peripatetizminin  görkəmli  nümayəndəsidir. O, fəlsəfədə 

Əbunəsr Fərabi,  İbn Sina və Əbülhəsən Bəhmənyar məktəbinin 

layiqli  davamçılarından  olmuşdur.  Azərbaycan alimi Qahirədə 

vəfat  etmiş  və  «əl-Qurafə»də  dəfn  edilmişdir.  Nəsirəddin Tusi-

nin  fəlsəfi  görüşləri  öz  əksini onun «Əsas  ül-iqtibas» 

(«Biliklərin  mənimsənilməsinin  əsasları»), «Təcrid  əl-kəlam» 

(«Kəlamdan  seçmələr»), «Təcrid  dər  məntiq» («Məntiqdən 

seçmələr»), «Əzəl  və  əbəd» («Başlanğıc  və son»), «Məkan  və 

zaman», «Əxlaqi-Nasiri» əsərlərində tapmışdır. Nəsirəddin Tusi 

iddia edirdi ki, Kainat dörd maddi ünsürdən  ibarətdir  və 

əbədidir. Onun fəlsəfəsində Allah əzəli  varlıq, vahid gercəklik

bütün  varlığın  mənbəyi olan zəruri  mahiyyətdir. Filosofun dini 

və ictimai-siyasi baxışlarında etiqadla bidətçilik, teokratiya ilə 

demokratik quruluş arasında tərəddüd aşkardır. 

Şeyx  Səfiəddin  İshaq  Ərdəbili (1252-1334) Azərbaycan 

tarixində  müstəsna rolu olmuş  Səfəvi  nəslinin banisidir. O, 6 

yaşında atasını itirmiş, dini təəssübkeşlik ruhunda böyümüşdür. 

Şeyx  Səfiəddin sonralar Şiraza  getmiş,  Rüknəddin Beyzavi və 

Əmir Abdullahdan İlahiyyat  elmlərini  öyrənmişdir. O, Əmir 

Abdullahın  məsləhətinə  əsasən  lənkəranlı  Şeyx Zahidi özünə 

mürşid  seçmiş,  mürşidinin  qızı  ilə  evlənmiş,  tezliklə  böyuk 

nüfuz  qazanmışdı.  Çoxlu  müridi  və  mülkləri olan Şeyx 

Səfiəddinlə Elxani hökmdarları Ulcaytu Məhəmməd, Əbu Səid, 

vəzir  Fəzlullah  Rəşidəddin,  Əmir  Çoban  və  digər siyasi 

xadimlər  yaxşı  münasibətlər  saxlamağa  çalışmışlar.  Geniş 

kütlələr arasında yayılmış ideologiyanın banisinin böyük nüfuzu 

bu  halın  başlıca  səbəbi  olmuşdur.

59

  Təvəkküli ibn İsmayıl ibn 



Hacı  Məhəmməd  Ərdəbilinin  (Bəzzazın)  «Mükaşigül-qülub  və 

səfvətüs-səfa» («Qəlbləri  açan  və  saflaşdıran») adlı  əsərində 

Şeyx  Səfinin  tərcümeyi-halı,  sülaləsi  haqqında  geniş  məlumat 

vardır.


60

 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə