Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə54/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   50   51   52   53   54   55   56   57   ...   143

 

 

160 



Müəssisənin  ixtiyarında olan kitabların  sayı  vəqf  hesabına 

artırdı. Burada müxtəlif elm sahələrinə aid olan 60 min nüsxə 

kitabın  saxlanıldığı kitabxana vardı.  Həmin  dövrdə  Bakıdakı 

Şirvanşahlar  sarayında,  Ərdəbildəki  Şeyx  Səfiəddin  məqbərəsi 

kompleksində, bir sıra hökmdar saraylarında zəngin kitabxanalar 

mövcud idi 

Xacə Nəsirəddin Məhəmməd Tusi (1201-1274) bu dövrün 

ən parlaq elm və mədəniyyət xadimi olmuşdur. O, Həmədanda, 

bəzi mənbələrə görə isə Tus şəhərində anadan olmuş, məzmunlu 

və  ziddiyyətli  ömür  sürmüş,  Bağdadda  vəfat  etmişdir. 

Nəsirəddin Tusi «XIII əsrin elm tarixində nadir hadisədir».

39

 



XIII  əsrin 30-cu illərində  Nəsirəddin Tusi Kuhistana gəlmiş, 

İsmaililər  dövlətinin  başçısı  Möhtəşəmin  sarayına  dəvət 

olunmuşdu. Sarayda o, hökmdarın  önəmli  müşavirlərindən 

birinə  çevrilmişdi. Onun istedadı,  dövlətçilik  sahəsindəki 

bilgiləri və bir çox hadisələri öncədən görmə qabiliyyəti sarayda 

yüksək  qiymətləndirilirdi. Qeyd olunmalıdır ki, İsmaililər 

dövləti islam Şərqində  orijinallığı  ilə  seçilən siyasi qurum 

olmuşdur. Bu dövlət 1090-cı  ildə  yaranmışdı,  mərkəzi  Ələmut 

(İrandadır) qalası idi. İran və Suriyadakı bir sıra torpaqlar, qala 

və qəsrlər həmin dövlətin tərkibində olmuşdur. İsmaililər dövləti 

vaxtilə Səlcuqilərə qarşı mübarizə gedişində meydana gəlmişdi. 

Təbliğat,  üsyanlar, bir sıra  dövlətlərin  əleyhinə  təşkil olunan 

qiyamlar, siyasi terror ismaililərin  xüsusi  mübarizə  üsulları idi. 

Dövlətin banisi Həsən  Səbbah (1090-1124) olmuşdur.  İsmaili 

hökmdarları  vaxtilə monqollara qarşı  mübarizədə  Xarəzmşah 

Cəlaləddinə (1221-1231) hərtərəfli yardım göstərmişdilər. 1256-

cı  ildə  Hülaku xan bu dövlətin  varlığına son qoydu. Qısa tarixi 

ekskursdan  aydın olur ki, Nəsirəddin Tusinin siyasi, elmi 

fəaliyyətinin  əvvəli  çox  təhlükəli bir şəraitə  təsadüf  etmişdir. 

Fəaliyyətinin  erkən  dövründə  İsmaililərin  sarayında  böyük 

nüfuz,  mövqe  və  hörmət  qazanmış  Nəsirəddin Tusi tezliklə sa-

ray  fəsadlarının  qurbanına  çevrildi. Kuhistan hökmdarı 

Nəsirəddin  Əbülfəth  Əbdürrəhim  Əbu  Mənsur (Nasir) (1257-ci 

ildə  vəfat  etmişdir) ona Əbu  Əli  Misqəveyhin (1030- cu ildə 

dünyasını  dəyişmişdir) «ət-Təharə» («Şaflıq», «Paklıq»)  adlı 



 

 

161 



kitabını fars dilinə tərcümə etməyi təklif etmiş, Nəsirəddin Tusi 

isə  xüsusi  əsər  (risalə)  yazacağını  hökmdara  bəyan  etmiş  və 

mütəfəkkirin bu fikri bəyənilmişdi. 1235-ci ildə Nəsirəddin Tusi 

vəd etdiyi əsərini  başa  çatdırdı.

 40

  «Əxlaqi-Nasiri» («Nasirin 



əxlaq  kitabı») adlanan bu risalənin  ön  sözündən  aydın olur ki, 

artıq əsərin yazılıb başa çatdırıldığı məqamadək Nəsirəddin Tu-

sinin 

İsmaili 


hökmdarı 

ilə 


qarşılıqlı 

münasibətləri 

gərginləşmişdi.

41

  Əsərin  başa  çatdırıldığı  – 1235-ci ildə 



Nəsirəddin Tusi həbs olunaraq Əlamut  qalasına  salındı. 

Mütəfəkkir bu həbsxanada 20 ildən  artıq bir müddət  ərzində 

saxlanıldı

42

  və xeyli əsərini bu şəraitdə  yazdı. Onun «Tusi» 



ləqəbi  təhsil  aldığı Tus şəhərindən  törəmişdir.  Nəsirəddinin ilk 

müəllimi atası olmuşdur. Sonralar o, İbn Sinanın və Bəhmənyar 

əl-Azərbaycaninin  məktəbinə  mənsub olan alimlərdən  təhsil 

almışdır. «Zici-elxani» («Elxani  cədvəlləri»), «Əxlaqi-Nasiri», 

«Əxlaqi-Möhtəşəmin», «Övsafül-əşrəf» («Alicənab  insanların 

xarakterləri  və  keyfiyyətləri»), «Risaleyi-fəlsəfi» («Fəlsəfi 

risalə»), «Qəvaidi-elmi-tibb»  («Tibb elminin qaydaları») adlı 

fəlsəfi,  əxlaqi,  məntiqi, riyazi, astronomik məzmunlu  əsərlər 

onun elmi fəaliyyətinin 

nəticəsidir. Alimin maliyyə 

məsələlərinə, musiqiyə aid mühüm əsərləri də vardır. Nəsirəddin 

Tusi  Azərbaycan  mədəniyyət  tarixində  Marağa  rəsədxanasının 

yaradıcısı,  rəhbəri kimi iz qoymuşdur.  Həmin  rəsədxana onun 

göstərişi  və  fəal  iştirakı  ilə 1259-cu ildə  Marağa  şəhəri 

ətrafındakı yüksək bir yerdə inşa olunmuşdur. Qeyd olunmalıdır 

ki,  Elxanilər  (Hülakular)  dövlətinin banisi sərkərdə  Hülaku xan 

(1217-1265)  İsmaililər  dövlətinin  varlığına son qoyarkən 

Nəsirəddin Tusini də  Əlamut  qalasındakı  həbsxanadan azad 

etdirmiş, alimi özünə  məsləhətçi  etmiş, sonralar onun bir sıra 

dəyərli  məsləhətləri  ilə  hesablaşmışdı.  İlk elxan alimin Marağa 

rəsədxanası  haqqındakı  ideyasını da müsbət  qarşılamış, bu ob-

yektin  qurulması  işinə  himayəçilik  etmişdir.  Hülaku  xanın 

vəfatından sonra Nəsirəddin Tusinin qabiliyyəti, elmi və siyasi 

tərcübəsi Abaqa xana (1265-1274) da lazım  olmuş, o, elxanın 

vəziri  vəzifəsini icra etmişdir.  Nəsirəddin Tusinin yaratdığı 

Marağa  rəsədxanası 53 ilə  yaxın bir müddət  ərzində  fəaliyyət 




 

 

162 



göstərmişdir. Alim elmə,  təhsilə  bağlılıq,  sədaqət hissini 

övladlarına da ötürmüşdür. Onun vəfatından sonra Marağa 

rəsədxanasının fəaliyyətinə oğulları Sədrəddin Əli və Əsiləddin 

Həsən (1317-ci ildə dünyasını dəyişmişdir) başçılıq etmişlər. 

Kainatın öyrənilməsi üzrə mərkəzə çevrilməli olan Marağa 

rəsədxanası, elmi kompleksi 16 binadan ibarət idi. Həmin bina-

lar 

əsas 


və 

yardımçı 

hissələrə 

ayrılırdı. Astronomik 

müşahidələrin aparıldığı, elmi avadanlığın yerləşdirildiyi binalar 

birinci qrupu təşkil edirdi. Mədrəsə, kitabxana, emalatxana 

binaları ikinci (yardımçı) qrupa aid idi. 16 binadan yeddisi plan 

baxımından  dairəvi  şəkildə  inşa  olunmuşdu.

43

  Binaların 



mərkəzində rəsədxananın baş qülləsi yerləşirdi. Bu qüllənin dax-

ili diametri 22 metr idi. Kompleksə daxil olan kitabxananın 

sahəsi 330 kvadratmetrə  bərabər  olmuşdur.

44

 Yeddi Elxani 



hökmdarının  dövründə  fəaliyyət  göstərmiş  Marağa  rəsədxanası 

Yaxın  və Orta Şərqin  mühüm elm və  mədəniyyət  mərkəzinə 

çevrilmişdi.  «Zici-Elxani» əsəri  Nəsirəddin Tusinin Marağa 

rəsədxanasındakı elmi axtarışlarının  məntiqi  nəticəsi idi. Bu 

əsərdə  çoxlu riyazi, astronomik və  coğrafi  cədvəllər  də 

verilmişdir. Onun «Evklidin  həndəsi  üsulları»  kitabından uzun 

müddət  ərzində  tədris  vəsaiti kimi istifadə  olunmuşdur. 

Nəsirəddin Tusinin dünyagörüşünə  Əbu  Nəsr  Fərabinin (870, 

Fərab-950,  Dəməşq) elmi-fəlsəfi  yaradıcılığı  həlledici  təsir 

göstərmişdir. Orta (Mərkəzi) Asiya türklərindən  olmuş  Əbu 

Nəsr  Fərabi filosof, ensiklopediyaçı alim olmuşdur.  Fəlsəfə  və 

elm  sahəsindəki  uğurları islam Şərqində bu alimə  Aristoteldən 

sonra  «ikinci  müəllim» («əl-müəllim  əs-sani») fəxri  adını 

qazandırmışdı. O, «Elmlərin  siyahıya  alınması» adlı  risalənin 

müəllifi kimi daha çox  tanınırdı  (əsər  ərəbcədən  bəzi  dillərə 

«Elmlərin təsnifatı» adı altında tərcümə olunmuşdur). Əbu Nəsr 

Fərabi  Şərq peripatetizminin ən  görkəmli  yaradıcılarından idi. 

O,  habelə  məşhur  musiqiçi,  bəstəkar, yeni musiqi alətlərinin 

ixtiraçısı  olmuş,  musiqiyə dair «Kitab  əl-musiq  əl-Kəbir» 

(«Musiqiyə dair böyük kitab») adlı  çoxcildli  nəzəri  əsər 

yazmışdır.  Elmlərin  mənşəyi  və  təsnifatı,  məişətə  baxış, mate-

riyaya  yanaşma,  insanın idraki fəaliyyəti  problemləri, ictimai 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə