Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə60/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   56   57   58   59   60   61   62   63   ...   143

 

 

178 



ibarətdir) 

islamaqədərki 

İran 

sülalələrindən monqol 



hökmdarlarının  hakimiyyəti  zamanınadək olan böyük tarixi 

dövrə  nəzər  salınmışdır.  Azərbaycana  xüsusi  diqqət  yetirilməsi 

baxımından  Əbu-Bəkr  əl-Qütbi  əl-Əhərinin  «Tarixe-Şeyx 

Üveys» əsəri çox əhəmiyyətlidir. Əsərdə Elxanilərin tarixi təsvir 

olunur, 

həmin 


dövlətin 

tənəzzülü, 

Çobani 

əmirlərinin 



özbaşınalığı,  Cəlairilər  dövlətinin  yaranması  haqqında  geniş 

məlumat  verilmişdir. XIII-XIV yüzilliklərdə fars dilində 

yazılmış tarixi məzmunlu  əsərlərin  hamısında  dövrün ruhu, ic-

timai-siyasi,  mədəni  mühiti az və ya çox  dərəcədə  öz  əksini 

tapmışdır. 

Bu dövrdə Azərbaycan ədəbiyyatı xalqın mədəni həyatının 

aparıcı  sahələrindən idi. Bu dövrun  ədiblərinin  yaradıcılığı 

çoxcəhətli  olmuş,  yalnız  ədəbiyyatla  məhdudlaşmamışdır.  Şeyx 

İzzəddin Həsənoğlu Azərbaycan (türk) dilli klassik poeziyasının 

ilk  məlum  nümayəndəsi (XIII əsr) hesab olunur. Onun türk  və 

fars  dillərində  şeir  divanları  vardır.  Şairin doğma  dildə  yazdığı 

poeziya örnəklərindən yalnız üçü oxucularımıza bəllidir. 

Zülfüqar Şirvani 1192-ci ildə Şamaxıda anadan olmuşdur. 

Onun  ölüm tarixi məlum deyildir. O, mədrəsə  təhsili  almış, 

poetikanı,  məntiqi, astoronomiya və  fəlsəfəni  öyrənmişdir.  Şair 

Şirvanşahlar  sarayında  yaşamış,  Şərq  ölkələrinə  səyahət  etmiş, 

əsərlərini 6 dildə  (habelə  türk  dilində)  yazdığına  özü  işarə 

vermişdir. Lakin hələlik onun fars dilində  şeirlərindən  ibarət 

olan 2 divanı məlumdur. Şairin dünyagörüşünə sufilik ideyaları 

ciddi təsir göstərmişdir. O, Təbrizdə vəfat etmişdir. 

Nəsir Bakuvi XIII əsrin  sonlarında  – XIV əsrin 

əvvəllərində  doğma  türk  dilində  şeirlər  yazmış  Azərbaycan 

ədiblərindən biri idi. Nəsir Bakuvi elxani hökmdarı sultan 

Məhəmməd Ulcaytuya türkcə müxəmməs həsr etmişdir. 

Arif Ərdəbili XIV əsrin Azərbaycan şairidir. O, Şirvanşah 

Keykavus ibn Keyqubadın  dəvətilə  Şirvana  gəlmiş, saray şairi 

olmuş, «Şirvanşahın  oğlunun  müəllimi  olmuşdur».

86

 Onun 



«Fərhadnamə» poeması (1369) farscadır.  Şair bu əsəri 

Şirvanşaha ithaf etmişdir.  «Xosrov  və  Şirin» mövzusunda olan 

bu əsər iki hissədən ibarətdir. Əsərdə Şamaxı və Bakı memarlıq 



 

 

179 



abidələrindən də bəhs olunur. Əsərin baş qəhrəmanı Xosrov şah 

deyil, memar Fərhaddır.  Azərbaycan  şifahi xalq ədəbiyyatı 

materialları bu əsərdə mühüm yer tutur. 

Əssar  Mövlana  Şəmsəddin  Hacı  Məhəmməd  Təbrizi 

(1325-1390)  Azərbaycan alimi, astronomu və  riyaziyyatçısıdır. 

O,  Azərbaycan  ədəbiyyatı  tarixinə  məşhur  «Mehr  və  Müştəri» 

məsnəvisinin  müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış,  

Sultan  Üveysin  sarayına  dəvət  olunmuş, lakin tezliklə saraydan 

uzaqlaşmışdır.  Əssar  Təbrizi Nizami ədəbi  məktəbinə  mənsub 

olan  şairlərdəndir.  Şairin  «Mehr  və  Müştəri» (1376), 

«Saqinamə» poemaları, «Qafiyələrin  sayı  haqqında  təfsilat» 

(«Əl-vafi fi tədəd  ül  –  qəvafi») adlı poetika (tədqiqat)  əsəri 

vardır. «Mehr  və  Müştəri» poeması

87

  Azərbaycan  poeziyasında 



dostluğa  həsr  olunmuş ilk irihəcmli  əsərlərdəndir. Bu əsər onu 

Azərbaycan  ədəbiyyatı  tarixində  Nizamidən sonra ikinci epik 

poema  yazmış  şair kimi yüksək  mövqeyə  qaldırmışdır.  Əssarın 

«Mövlana» ləqəbi onun öz  dövründə  böyük  şöhrət  və  hörmət 

qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış 

«Mehr  və Mah» dastanının  motivləri  əsasındadır. «Əssar pan-

teizm  təlimindən  çıxış  edərək, Mehr ilə  Müştəri  simasında bir 

əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-

birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət 

edib  ikiləşmiş bir vəhdətin  yenə  bütünləşməsi yolunda qarşıya 

çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir».

88

 



Əsərdə  iştirak  edən  surətlərin  təqribən  hamısı  Günəş sis-

temini,  bürcləri  və  ulduzları  təmsil  edirlər.  Əssar  Təbrizi 

əsərinin sonunda öz fikrini yekunnlaşdıraraq  yazır: «Mən 

mübaliğəli  şəkildə  böyükləri  mədh  etməkdən boyun qaçırıb 

həqiqi pak sevgi aləminə yol axtardım, mən qəsidə mirvarilərini 

şahların boynuna düzmək istəmədim. Bu sadə güzəranıma qane 

olaraq, böyük rütbəli adamların qulluğunada durmadım. Mən də 

Nizami kimi özümü  xəlvətə  çəkərək  xəyalımın  qüdrətilə 

xəzinələr yaratdım».

89

 



 

Mədhü tərif yazmadın sən ləyaqətsiz adama 

Həqiqətə çatmaq üçün yol axtardın daima. 



 

 

180 



Qəsidələr yazıb heç vaxt şahları mədh etmədin, 

Hədiyyələr almaq üçün bir qapıya getmədin… 

…Səbr eylədin sən öz kasıb, sadə güzəranına, 

Bir tələbçün getmədin heç kübarların yanına. 

İstəmədin heç qapıdan sən özünə himayət,  

Təxtin, tacın oldu sənin azad həyat, qənaət. 

Uymadın sən boş şöhrətə, qısıldın öz guşənə, 

Təkəbbürlü bir adam da qoymadı minnət sənə… 

Nizamitək sən də daim çəkildin bir xəlvətə, 

Təmənnasız rövnəq verdin məna dolu hikmətə.

90

 

 



«Mehr və Müştəri» məsnəvisi nadir əsərdir, lakin o zaman 

məşhur  olmamışdır. Bu məsnəvi 5120 beytdən  ibarətdir. 

Əbdürrəhman Cami bu məsnəvini  mütaliə  etdikdə onu çox 

tərifləmiş  və  aşağıdakı  sözləri onun haqqında  söyləmişdir: «Bu 

şəxs Təbriz əhlinin üzünü ağartmışdır. Bu vəzndə belə bir gözəl 

məsnəvi demək mahaldır (hər kəsin işi deyildir.-red.)».

91

 

Nizami  ədəbi  məktəbinin  davamçılarından  olmuş  Əvhədi 



Marağayi (1274-1338) də dövrün poetik ənənəsinə sadiq qalmış, 

farsca  yazmışdır.  Şair  «Cami-Cəm» («Cəmşidin  camı») adlı 

əsərində  şahların  zülmkarlığını,  məmurların  soyğünçülüğü  və 

rüşvətxorluğunu,  özbaşınalığını,  hakimlərin  nadanlığını  başlıca 

tənqid obyekti etmişdir. Onun yaradıcılığında dini, mistik 

meyllər də güclüdür. Şairin adı Şeyx Rüknəddin idi. O, təsəvvüf 

təriqəti başçılarından və böyük hörmət qazanmış şəxsiyyətlərdən 

olmuşdur.  Şair  ömrünün  çox  hissəsini  İsfahanda  keçirmişdir. 

«Onun  təxəllüsü  əvvəl  «Safi» olmuş, sonra sufi şeyxi  və  şairi 

Şeyx  Əbu Hamid Əvhədəddin Kirmani ilə  yaxın  olduğu  üçün 

«Əvhədi»  təxəllüs  etmişdir.

92

  «Mövlana  Əvhədinin  Dövlətşah 



Səmərqəndiyə  görə, 15 min beyt qəsidə,  qəzəl,  qitə  və 

tərcibəndlərdən  ibarət  divanı  vardır».

93

  Şairin iki məsnəvisi 



vardır: 1000 beytə yaxın «Dəhnamə» və beş min beytlik «Cami-

cəm» məsnəvisi. O, ikinci məsnəvini Sultan Əbu  Səid  üçün 

nəzmə çəkmişdir. Şair Marağa şəhərində vəfat etmiş və oradaca 

dəfn  olunmuşdur.  Əvhədi panteist ruhlu filosof olmuş

Azərbaycanı,  İranı  və  Ərəb  ölkələrini  gəzmiş,  İsfahanda 20 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə