Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə46/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   42   43   44   45   46   47   48   49   ...   143

 

 

136 



Türbə  zəngin  naxışlarla  bəzədilmişdir.  Abidə  xırda  kərpiclə 

üzlənmiş,  prizmaşəkilli  binadır.  Məqbərənin  yeraltı  qismində 

onguşəli,  bədii  baxımdan  zəngin olan sərdabə  vardır. Bu dini 

kompleks  mərkəzi  günbəzli  məsciddən,  Möminə Xatun 

türbəsindən, cinahlarda minarələri olan giriş  baştağından, 

məscidin  vəqfi olan mədrəsələrdən  və s. binalardan ibarət idi. 

Kompleksdən  yalnız  Möminə xatun türbəsi  qalmışdır,  həmin 

abidənin  hündürlüyü hal-hazırda 25 metrdir. Kompleks 

Məhəmməd Cahan Pəhləvanın birinci zövcəsi Möminə Xatunun 

şərəfinə  inşa  olunmuşdu. 1162-ci ildə memar Əcəmi ibn 

Əbubəkr  ən-Naxçıvaninin  layihəsi  və  başçılığı  altında  tikilmiş, 

«şeyxlərin  başçısı»  Yusif ibn Kuseyr üçün  nəzərdə tutulmuş 

türbə  də  Naxçıvandadır.  Türbə  səkkizbucaqlı  şəkildə  inşa 

olunmuşdur. Abidə bişmiş kərpiclə hörülmüş, kərpiclər əsasında 

türbənin üzərində həndəsi naxışlar əmələ gətirilmişdir. 

Azərbaycan  ərazisinin  mürəkkəb  relyefə,  sıx  çaylar 

şəbəkəsinə malik olması  ölkədə xeyli körpülər  tikilməsinin 

başlıca təbii səbəbi idi. 11 və 15 aşırımlı Xudafərin körpüləri bu 

tarixi  dövrün  əzəmətli  abidələrindəndir.  Körpünün  müasir 

görkəmi XIII əsrə aid olsa da, 15 aşırımlı  körpünün  hələ VII 

əsrdə tikildiyi ərəbdilli  qaynaqların  məlumatları  ilə  təsdiqlənir. 

Körpü iri çay  daşlarından  inşa  olunmuşdur  və relyef 

xüsusiyyətləri  məharətlə  nəzərə  alınmışdır. 11 aşırımlı  körpüdə 

də bu cür  inşaat  prinsiplərinə  əməl  olunmuşdur. Qazax 

bölgəsindəki «Qırmızı körpü» («Sınıq körpü» adı ilə tanınır) XII 

əsrə aid olan memarlıq obyektidir, 4 aşırımlıdır və uzunluğu 175 

metrə  yaxındır. Bu memarlıq obyekti Azərbaycanda ilkin 

quruluşunu  saxlamış  yeganə  çoxaşırımlı  körpüdür. Bu tarixi 

dövrdə  yaradılmış Cuqa (Culfa) körpüsünün  yalnız  dayaqları 

qalmışdır. Lakin orta çağ  qaynaqlarında onu «dünya 

körpülərinin  ən  gözəli» adlandırmışlar.  Gəncəçay  üzərindən 

atılmış 3 çoxaşırımlı  körpünün (XI-XII əsrlərə aiddir) yalnız 

dayaqları və bəzi fraqmentləri qalmışdır. 

XI  əsrdən XIII əsrin  əvvəllərinədək olan zaman kəsimi 

Azərbaycan  memarlığı  tarixində  dönüş  mərhələsi hesab olunur. 

Bu zaman ölkənin  əsas  bədii-mədəni  dairələrinin  lokallaşması 




 

 

137 



prosesi  başa  çatmış,  əsas  memarlıq  mərkəzləri  müəyyənləşmiş, 

ölkədə  memarlıq  fəaliyyətinin vahid sistemi qərarlaşmışdır. Bu 

dövrdə  Şamaxı,  Bakı,  Təbriz,  Beyləqan,  Naxçıvan,  Marağa, 

Bərdə,  Gəncə,  Dərbənd  şəhərləri  Azərbaycan  memarlığının na-

dir  incilərinin  yaradıldığı  başlıca  mərkəzlərdən  olmuşdur. 

Şamaxı  şəhəri XII əsrdən  etibarən  Azərbaycan  tarixində 

müstəsna  əhəmiyyətə malik olan, qaynar həyatlı  şəhər kimi 

tanınırdı. Şəhər ölkənin ictimai-siyasi, iqtisadi həyatında mühüm 

rol  oynayırdı.  Səlcuq  imperiyasının  parçalanmasından sonra 

Şamaxı 


güclənmiş 

Şirvanşahlar 

dövlətinin 

paytaxtına 

çevrilmişdi. XII əsrin  sonlarında (1191-ci ildə)  Azərbaycan 

atabəyi Qızıl Arslanın Şamaxı şəhərini ələ keçirməsindən sonra 

Şirvanşah I Əxsitan  dövlətinin  paytaxtını  müvəqqəti olaraq 

Bakıya köçürməli oldu. 1192-ci ildə baş vermiş 

138

 güclü zəlzələ 



isə  Şamaxının  dövlət  paytaxtı olaraq qalmasını qeyri-mümkün 

etdi.  Şəhərdə bu tarixi məqamadək  inşa  olunmuş  memarlıq 

obyektlərinin əksəriyyəti həmin zəlzələ nəticəsində yerlə-yeksan 

oldu. Şamaxıda 743-cü ildə tikilmiş Cümə məscidi Cənubi Qaf-

qazda  inşa  olunmuş  ən  erkən  müsəlman  səcdəgahidir.  Şamaxı 

şəhərinin  Azərbaycanın ictimai-siyasi həyatındakı  öncül 

mövqeyini XII əsrin  sonlarında  əsasən  təbii  fəlakət  nəticəsində 

itirməsi onun memarlıq  baxımından  inkişafı  istiqamətinə  mənfi 

təsir  göstərdi. Orta çağlarda  Naxçıvanın  ən  böyük iqtisadi və 

mədəni  yüksəlişi onun Azərbaycan Atabəyləri  dövlətinin 

paytaxtına  çevrildiyi  dövrə  – XII əsrə  təsadüf edir. 

Azərbaycanın  mühüm  sənətkarlıq  mərkəzi  olması,  başlıca kar-

van  yollarının  qovşağında  yerləşməsi  Naxçıvanda  memarlığın 

misli  görülməmiş  inkişafı  üçün  şərait  yaratmışdı.  Naxçıvanda 

gözəl saraylar, mədrəsələr,  məscidlər,  köşklər,  məqbərələr  və 

məbədlər  vardı.  Azərbaycan  Atabəylərinin  hakimiyyəti  zamanı 

tikilmiş iki mədrəsə  Möminə Xatun məqbərəsinin  vəqf 

mülkiyyəti idi. Həmin  mədrəsələr  vəqfin  gəlirləri  hesabına 

saxlanırdı. «Şəhər  Atabəy  Şəmsəddin  Eldənizin  dövründə, 

Azərbaycan  Atabəyləri  dövlətinin  paytaxtlarından biri olarkən, 

özünün  ən  böyük  çiçəklənmə  dövrünə  çatmışdı».

139


  Atabəy 

Qızıl Arslanın hakimiyyəti zamanı onun iqamətgahına çevrilmiş 




 

 

138 



Təbriz  sürətli  inkişaf  dövrünə  qədəm qoydu. «Təbrizin 

Azərbaycanda iri memarlıq məktəbinə çevrilməsi məhz orta əsr 

Azərbaycan  memarlığının  inkişafında  dönüş  mərhələsi  sayıla 

biləcək XI-XII əsrlərə  düşür».

140

 VII əsrin  ortalarında  ərəblər 



Azərbaycanı fəth edərkən Ərdəbil ölkənin mərkəzi şəhəri hesab 

olunurdu. Bu şəhərin  tədrici  inkişafı  prosesində  sürətlənmə 

məqamları  məhz  həmin zamandan daha çox  nəzərə  çarpırdı. 

«Azərbaycan  Atabəylərinin  hakimiyyət  dövrü  şəhər  həyatının 

çiçəklənməsi  əsridir… Mənbələrin  məlumatının  azlığı  və XII-

XIII  əsrlərdəki  Azərbaycan  şəhərlərinin  arxeologiyasının 

öyrənilməməsi (bunu təəssüf hissilə qeyd edirik) tədqiqatçı üçün 

böyük çətinliklər törədir. Bununla belə yazılı abidələr şəhərlərin 

qaynar həyatının mənzərəsini  yenidən canlandırmaq imkanı ve-

rir… Bu dövrün ən iri şəhəri Qafqaz miqyasında deyil, həmçinin 

bütün  Yaxın  və Orta Şərqdə  ən  mühüm  ticarət-sənaye  mərkəzi 

olan  Gəncə idi… Gəncə  əvvəlcə  Səlcuq  sultanlarının  – 

canişinlərinin paytaxtı, sonra isə Eldənizlərin paytaxtlarından bi-

ri  olmuşdur».

141

  Gəncədə 0,5 milyona qədər  əhalinin  yaşadığı 



yazılı 

mənbələr, arxeoloji materiallar əsasında 

müəyyənləşdirilmişdir.

142


  Gəncənin  mədəniyyət  mərkəzi kimi 

uğurlu  təkamülü  prosesinə  də  təbii  fəlakət  mənfi  göstərmişdir. 

1139-cu ilin 30 sentyabr zəlzələsi  nəticəsində  Gəncədə  həlak 

olanların  sayı  «bir məlumata  görə, 230 min nəfər,  başqa 

məlumata  əsasən  isə 300 min nəfərə  çatır… Əgər  şəhər 

əhalisinin  yarısının  həlak  olduğunu  fərz  etsək, onda heç bir 

şübhə yoxdur ki, Gəncədə  həmin  dövrdə 300 mindən  çox  əhali 

var  imiş».

143

  Zəlzələnin  nəticələri 2-3 il ərzində aradan 



qaldırıldı,

144


 lakin şəhərin  əski  əzəmətini uzun müddət  ərzində 

bərpa etmək mümkün olmadı. Qeyd etmək lazımdır ki, XII-XIII 

əsrin  Azərbaycan  şəhərləri  arasında arxeoloji baxımdan daha 

yaxşı  tədqiq  olunanı  Beyləqandır.  Beyləqan orta çağlar tarixi 

«nəinki orta əsr  Azərbaycan  şəhərlərinin,  ümumiyyətlə feodal 

Şərqi  şəhərinin tarixi problemlərini  öyrənərkən bir çox 

baxımdan etalon (meyar, ölçü) ola bilər».

145


 XII əsrin 

əvvəllərində  Səlcuqilər  imperiyasında daxili çəkişmələrin 

gərginləşdiyi bir zamanda Səlcuq  canişinlərinin  hakimiyyəti o 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə