Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə42/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   38   39   40   41   42   43   44   45   ...   143

 

 

124 



Xaqani 1173-cü ildə Şirvanı ailəsi ilə birgə həmişəlik tərk etdi. 

Şair 1184-cü  ildə  Təbrizdə  məskunlaşmış  və  ömrünün 

sonunadək burada yaşamışdır.  Təbiidir ki, Xaqani mədhiyyə 

janrında tam uzaqlaşa bilmədi. Onun Xarəzmşahlardan Atsıza və 

Təkişə,  Səlcuq  sultanları  Məsuda  və III Toğrula,  Azərbaycan 

atabəyi  Qızıl Arslana ithaf etdiyi mədhiyyələri  vardır.

95

 Xaqani 


Şirvani  Yaxın  Şərq  ədəbiyyatı tarixində epik nümunələrdən 

sayılan  «Töfhətül-İraqeyn» (1157) məsnəvisində  özü,  əsil-

nəsəbi,  ailəsi  haqqında  geniş  məlumat  vermişdir. Onun 

«Qəsideyi-Şinniyyə» («Dinləyənlərin  qəsidəsi») adlı  qəsidəsinə 

30-dan  artıq  məşhur  Yaxın  və Orta Şərq  şairi  (Ə.X.Dəhləvi, 

Ə.Cami, M.Füzuli  və b.) nəzirələr  yazmışdır.  Yaradıcılığının 

«saray  dövrünün» mədhiyyələrinə  görə  peşmançılıq hissini şair 

«Xaqani» deyil, «Xəlqani» olduğunu poetik şəkildə bildirmişdir. 

Onun  «Həbsiyyə»  adlanan  qəsidələr  və  mərsiyələr toplusu 

Şabran  həbsxanasında  yaşanmış poetik hisslərin  inikasıdır.  Şair 

20 yaşlı oğlunu itirdikdən sonra yaradıcılığında mərsiyələrə çox 

meylli  olmuşdur. «Bədii-fəlsəfi  söz  sərrafları ona «Xəllaqe-

məani» («Mənaların 

yaradıcısı») ləqəbini 

vermişlər.

96

 



«Fəxriyyə», «Həbsiyyə»,  şeirlər,  qəzəllər,  qitələr,  rübailər, 

mərsiyələr onun çoxşaxəli, 

fəlsəfi 

məzmunlu 

ədəbi 

yaradıcılığının  tərkib  hissələridir.  Şairin  «Divan»ında  dövrün 



tarixi hadisələrinin real təsviri vardır. 

Məhsəti  Gəncəvi (1089-1182/83) Nizami Gəncəvinin 

müasiri  olmuşdur. O, mükəmməl  təhsil  almış,  Şərq  ədəbiyyatı 

və musiqisini öyrənmiş,  gözəl  şətrənc  (şahmat)  oynamışdır. 

Məhsəti 1118-ci ildə  Gəncə  taxtına  çıxmış sultan Mahmudun 

sarayında, sultan Səncərin  Mərvdəki  sarayında  keçirilmiş  şeir 

məclislərində  iştirak  etmiş, uzun ömür  sürmüş,  həyatı dastana 

dönmüşdür (XV-XVI əsrlərin  məhsulu olan «Məhsəti  və  Əmir 

Əhməd» dastanının ona və  həyat  yoldaşına  həsr  olunması). Bir 

neçə il Mərvdə  yaşamış,  əsasən farsca rübailər  yazmış  şairənin 

yaradıcılığı əsasən Gəncə mədəni mühiti ilə bağlı olmuşdur. 

Şirvan  ədəbi  məktəbinin  yetirməsi  olmuş,  məlik  əş-şüəra 

Əbülməkarim  Mücirəddin  Beyləqani (1197/98-ci ildə  vəfat 

etmişdir)  qəsidələrinin  əksəriyyətini ona himayəçilik  etmiş 




 

 

125 



Azərbaycan  Atabəylərinə  və  səlcuq  sultanı II Toğrulun  oğlu 

sultan Arslanşaha  həsr  etmişdir.  Şair  Dərbənd  hakimlərinə  də 

mədhiyyələr  yazmışdır. O, tənqidi  məzmunlu  şeirlərinə  görə 

qətlə yetirilmişdir. 

Qəvami  Mütərrizi  Gəncə  şairi idi. Dövlətşah  Səmər-

qəndinin  məlumatına  görə,  Mütərrizinin Nizami Gəncəvi  ilə 

qohumluq  əlaqələri  vardı. Bu şair  qəsidələrində  Azərbaycan 

Atabəyləri  Qızıl  Arslanı,  Məhəmməd Cahan Pəhləvanı  mədh 

etmişdir.  Gəncə  ədəbi  mühitinin  yetirməsi, Nizami Gəncəvinin 

dostu  Əbubəkr ibn Xosrov əl-Ustadın  yaradıcılığı bu dövrün 

diqqətəlayiq  mədəni  faktlarındandır.  Ədibin  bizə  gəlib  çatmış 

yeganə  əsəri  «Munisnamə»dir. Onun həyatı  və  yaradıcılığı 

haqqında  məlumatlar  isə  məhz  «Munisnamə» əsərindədir. Bu 

məlumata  görə,  şair  Azərbaycan  Atabəylərinə  xidmət  etmiş, 

gənc  şahzadələrin  müəllimi  və  tərbiyəçisi  olmuş,  əsərlərini 

Məhəmməd Cahan Pəhləvana,  Qızıl Arslana və  Əbubəkrə ithaf 

etmişdir.  Müəllif  əsərin  «Giriş» hissəsində  Eldənizlərin  adı  ilə 

bağlı olan 6 erkən  əsərinin adını çəkmişdir.

97

 17 fəsildən ibarət 



olan  «Munisnamə» əsərində  maraqlı  hekayə, novella, ibrətamiz 

hədis və məsəllər toplanmışdır. əsərin mətninə xeyli şeir parçası 

daxil  olunmuşdur. «Munisnamə» farsdilli  ədəbiyyatda  qafiyəli 

bədii  nəsrin  erkən  və parlaq örnəklərindəndir. «Bu  dövrdə fars 

dili  özünün  inkişafı  və  təkmilləşməsində  məhz  Azərbaycan 

poetik  məktəbinin  nümayəndələrinə borcludur. Fars dilinin 

Azərbaycan  hökmdarlarının,  Şirvandan  başqa, ana dili 

olmamasına baxmayaraq, Azərbaycan poetik məktəbinin 

Nizamidən  başqa  bütün  nümayəndələri  Səlcuq  sultanlarının, 

sonralar  isə  Azərbaycan  Atabəylərinin saray şairləri  olmuşlar». 

98

 

Camal (Nizami) əd-Din  Əbu  Məhəmməd  İlyas ibn Yusif 



ibn Zəki Müəyyəd Nizami Gəncəvi (1141-1209) dünya şöhrətli 

Azərbaycan  şairi-mütəffəkkiridir. «Nizami Qum şəhərində 

doğulmuşdur.  («Mən mirvari kimi Gəncə dənizində qərq olsam 

da,  dağda  yerləşən Qum şəhərindənəm»).  Qum  kəndi  hazırda 

Azərbaycanın…Qax rayonunda yerləşir. Nizaminin İran 

Qumundan  olduğu fikrini bir kənara atmaq lazımdır. Eyni 




 

 

126 



zamanda  məlumdur ki, Nizami heç bir vaxt öz  vətənini  tərk 

etməmişdir».

99

  İlyas ibn Yusif sənətkar  ailəsində anadan 



olmuşdur. O, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütaliəsi 

sayəsində  Şərqin orta çağ  elmlərini  mükəmməl  səviyyədə 

öyrənmişdir.  Şair  türk,  ərəb, fars dillərinin  dərin bilicisi idi. 

Onun yunan və  erməni  dillərini  də bildiyi, yunan fəlsəfəsini  və 

tarixini,  qədim hind fəlsəfəsini,  astronomiyanı,  təbabəti  və 

həndəsəni  mükəmməl  səviyyədə  mənimsədiyi  öz  əsərlərindən 

bəlli olur. Nizami saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, 

lakin bir sıra  hökmdarların  sifarişi  ilə poetik əsərlər  yaratmış, 

həmin əsərlərin müqabilində layiqli haqq və hədiyyələr almışdır. 

Şair  təqribən 1169/70-ci ildə  Dərbənd  hökmdarı  Seyfəddin 

Müzəffərin  hədiyyə,  kəniz kimi göndərdiyi  qıpçaq  qızı Afaqla 

(Appaqla)  evlənmişdir. 1174-cü  ildə bu izdivacdan oğlu 

(Məhəmməd)  dünyaya  gəlmişdir. O, yaradıcılığa lirik şeirlər 

yazmaqla  başlamışdır. Nizami böyük  şeirlər  «Divan»ının 

müəllifidir. Şərq təzkirəçiləri onun 20 min beyt həcmində divan 

yaratdığını bildirmişlər, lakin bu şeirlərin az bir qismi qalmışdır. 

Şair  dünya  tarixinə  məsnəvi formasında  yazdığı  beş poemadan 

ibarət olan «Xəmsə» («Beşlik») müəllifi kimi daxil olmuşdur. 

Nizami  «Məxzənül-əsrar» («Sirlər  xəzinəsi») əsərini 1177-ci 

ildə yazmışdır. 2263 beytdən ibarət olan

100

 bu poema Ərzincanın 



Səlcuq valisi (hakimi) Fəxrəddin  Bəhramşah ibn Mənkuçəkə 

(1162-1225) ithaf olunmuş,  şair bu əsərinin  müqabilində 5 min 

dinar pul hədiyyə  almışdır.

101


 Sonuncu İraq  Səlcuq  Sultanı III 

Toğrulun  sifarişi  ilə  yazılmış  «Xosrov  və  Şirin» poemasını 

Nizami 1180-cı  ildə  bitirmişdir.  Şair 6966 beytdən  ibarət olan 

bu  poemanı 

102

  Azərbaycan  Atabəyi  Məhəmməd Cahan 



Pəhləvanın ünvanına göndərmiş, lakin atabəy 1186-cı ildə vəfat 

etdiyinə  görə  əsərin  mədhiyyə  hissəsi  Qızıl Arslana həsr 

olunmuşdur. 1188-cı  ildə  Şirvanşah I Əxsitan  şairə  «Leyli  və 

Məcnun» poemasını  yazmağı sifariş etdi. Şair  Şirvan 

hökmdarının  sifarişini  yerinə  yetirməkdən boyun qaçırmaq 

istəmiş, lakin oğlunun  təkidi  ilə  Şərqdə ilk dəfə bu mövzuda 

poemanı yazmışdır. Onun bu poeması 4613 beytdən ibarətdir.

103


 

Nizami 1196-cı  ildə  yazdığı 4968 beytlik 

104

  «Həft  peykər» 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə