Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə39/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   35   36   37   38   39   40   41   42   ...   143

 

 

115 



Səlcuq 

sultanları deyil, Nizaməlmülk 

idarə edirdi.

67

 



«Nizamiyyə» mədrəsələri  içərisində  ən  məşhuru bir çox  dövlət 

və din xadimləri,  münəccimlər, filosoflar, hüquqşünaslar  və 

şairlər 

hazırlamış 

Bağdad 

«Nizamiyyə»si 



olmuşdur. 

«Nizamiyyə»lərin  yaranması  həyati  zərurətin  törəməsi idi: 

Səlcuqların  hərtərəfli  inkişaf  etmiş  böyük kadrlar ordusuna 

ehtiyacı vardı və Nizaməlmülk də Səlcuq sultanları üçün tapıntı 

idi. Bu dövrdə  hərbi  təcrübəni  əla  bilən  Səlcuq  sultanları 

maliyyə,  idarəçilik  və s. məsələlərdə yerli kadrların  yardımına 

böyük ehtiyac hiss edirdilər.  Təqribən  Səlcuq  dövlət  aparatının 

bütün divan işləri  ərəb  və fars dillərinə  bələd olan fars 

zadəganlarının 

əllərində 

cəmləşmişdi.

68

 



Ərəb (Abbasi) 

xəlifələrinin dini dəstəyinə  də  böyük ehtiyac var idi. Məhz bu 

şəraitdə Nizaməlmülk adını əbədiləşdirmiş və ona dünya şöhrəti 

qazandırmış  təhsil sistemini yaratmışdı. «Nizamiyyə»lərdə 

Şəriət qayda-qanunları, iqtisadi biliklər,  fəlsəfə, riyaziyyat, 

nücum,  bəlağət,  fəsahət, katiblik, nədimlik  və s. kimi zamana 

uyğun, 

zəruri olan fənlər 



tədris edilirdi. «Məlikşah 

Nizaməlmülkə  çox  üstün  səlahiyyət  və ixtiyarat vermişdi».

69

 

İmperiyada  mədəni  həyat  məhz bu zaman ərzində  çiçəklənmə 



dövrünü  keçirirdi. «Məlikşah  özünün  tarixdə nadir olan vəziri 

Nizaməlmülkün  ağıllı  məsləhətçilərinin  təsiri  ilə  dövlətdə 

islahatlar apardı. Məlikşah şair idi və elmlərə himayəçilik edirdi. 

Onun hakimiyyəti təbəələr üçün ən məsud zaman idi».

70

 1076-cı 



ildə, 30 fəsildən  ibarət  yazılmış  və Sultan Məlikşaha  təqdim 

olunmuş  «Siyasətnamə» adlı  əsər  Nizaməlmülkün  mütərəqqi 

baxışlarının  aynasıdır. Sonralar Əl-Yəməni  adlı bir katib əsərə 

daha 15 fəsil əlavə etmiş, digər katiblər də öz əlavələrini edərək 

«Siyasətnamə»nin  həcmini 50 (və yaxud 51) fəslə  çatdırmışlar. 

Bu,  Səlcuqilər  dövrünün  ən  etibarlı  ədəbi-tarixi  abidəsidir. 

Nizaməlmülk 1092-ci ildə  öldürülmüş, lakin nəcib  əməllərinin 

müsbət  nəticələri yeni əsrə  də  adlamışdır.  Səlcuq  sultanları 

Nizaməlmülkün açdırdığı mədrəsələrə dövrün məşhur alimlərini 

cəlb  etmişdilər.  Təsis olunan mədrəsələr  adətən  həmin  tədris 

obyektlərini  açdırmış  şəxslərin  adlarını  daşıyırdı. 1127-ci ildə 

Xoyda  əl-Fərəc  əl-Xuveyyi  mədrəsəsi  açıldı.  İbn  əl-Fufati XI-




 

 

116 



XII 

əsrlərdə 

yalnız 

Marağada 



açılmış 3 mədrəsənin 

(«Əhmədağa», «Atabəgiyyə» və  «Əl-Qadi») adını qeyd edirdi. 

Bağdaddakı «Nizamiyyə» mədrəsəsində Xətib Təbrizidən başqa 

digər  Azərbaycan  alimləri  də  dərs  deyirdilər. «Azərbaycan 

tarixi» («Tarixe  Azərbaycan») kitabının  müəllifi  Fəxrəddin 

Əbülfəzail  İsmayıl  ət-Təbrizi (1185-ci ildə  vəfat  etmişdir), 

Həmədanda  və  başqa  mədrəsələrdə  çalışmış, 1160-cı  ildə 

Mərvdə vəfat etmiş Tacəddin Əbülfəzail Məhəmməd əl-Urməvi, 

Əminəddin  Müzəffər  ət-Təbrizi (1163-1225), Bağdaddakı  «əl-

Kamaliyyə» mədrəsəsində də dərs demiş Əbülfəzail əl-Ərdəbili 

(1228-cı ildə vəfat etmişdir), 1258-cı ildə monqolların Bağdada 

hücumu  zamanı  həlak  olmuş  Qəvaməddin  Əbunəsr Yunis Əş-

Şirvani və başqaları həmin alimlərdən olmuşlar.

71

 Dövrünün ən 



əzəmətli  Azərbaycan  alimləri  sırasında  Əbu  Zəkəriyyə  Yəhya 

ibn  Əli  (Xətib  Təbrizi)  xüsusilə  fərqlənirdi. O, 1030-cu ildə 

Təbrizdə anadan olmuş  və 1109-cu ildə  Bağdadda  dünyasını 

dəyişmişdir.  Xətib  Təbrizi  İslam  Şərqində  görkəmli alim kimi 

məşhurlaşmışdı. O, ilk təhsilini  Təbrizdə  almış,  gənc  ikən 

Suriyaya  gedərək  məşhur  şair-filosof  Əbüləla  əl-Məərridən 

ədəbiyyat tarixi, dil, fəlsəfə  və ilahiyyat elmlərini  öyrənmişdir. 

Tədricən kamilləşmiş Xətib Təbrizi Suriya və Misirdə görkəmli 

alimlərlə elmi mübahisələrdə olmuş,

72

  



«Nizamiyyə» 

açılandan ömrünün sonunadək orada filologiya elmlərinin tədrisi 

işinə  başçılıq  etmiş  və kitabxana müdiri  olmuşdur. Onun elmi 

biliklərə can atması bir çox orta çağ qaynaqlarında misilsiz 

nümunə kimi xatırlanır. Yaqut əl-Həməvi  Xətib  Təbrizinin 

şəxsiyyətinə  və  fəaliyyətinə daha geniş yer verməsi  ilə  diqqəti 

cəlb edir: «Bəzən ona əl-Xətib  də  deyirlər. O, qrammatika və 

ədəbiyyatşünaslıq  sahəsinin  imamlarından biri olmuşdur… 

Xətib  Təbrizi  Misirə  gəncliyinin  çiçəkləndiyi bir dövrdə daxil 

olmuş  və burada… leksikologiyanı  öyrənmiş, sonra Bağdada 

qayıdaraq  vəfat  edənə  qədər orada qalmışdır…  O,  dilçilik 

sahəsində 

nüfuzlu 

şəxs idi. İbn 

əl-Xətib 

Nizamiyyə 

mədrəsəsində 

dilçiliyin 

tədrisi 

kafedrasına 

və 

oradakı 


kitabxanaya rəhbərlik etmişdi. O, ədəbiyyat və dilçilikdə yüksək 

məqama  çatır,  adı  ölkələri  dolaşır  və adamlar onun yanına 




 

 

117 



axışırdılar.  Xətib  Təbrizi 502-ci il cumadə  əl-ulə  ayının 28-də 

(1109-cu il yanvarın 3-də) bazar günü  qəflətən  vəfat  elmişdir. 

Onun anadan olma tarixi 421 (1030)-ci ildir».

73

  Xətib  Təbrizi 



bədii yaradıcılığa şeirlə başlamışdır. Bəzi qaynaqlara (İbn-Əsir) 

əsasən onun şeirlər  «Divan»ı  mövcud  olmuşdur.  Ərəbdilli 

ədəbiyyatın elmi poetikasının  yaranması  Xətib  Təbrizinin 

fəaliyyəti  ilə  bağlıdır. O, ədəbiyyatşünaslığa dair xeyli əsərin 

müəllifidir.  Həmin  əsərlər  hələ  sağlığında  ikən onu Yaxın  və 

Orta  Şərqdə  məşhurlaşdırmışdı.  Görkəmli  tənqidçi  olmuş  Xətib 

Təbrizi qeyd edirdi ki, «şeri  tənqid  etmək onu yazmaqdan 

çətindir».  Onun  fikrincə,  tənqidçi  şairin  yaradıcılığını  düzgün 

təhlil  etmək  üçün onun dövrünü,  əsərlərində ictimai məsələləri, 

xalqın  adət  və  ənənələrini  dərindən  öyrənməli, tarix, fəlsəfə  və 

digər  elmləri  bilməlidir.  Xətib  Təbrizi ensiklopedik biliklərə 

malik olan şəxs idi idi. O, yalnız ədəbiyyatşünaslıq problemləri 

ilə  məhdudlaşmamış,  etnoqrafiyanın,  fəlsəfənin  və  ilahiyyatın 

mürəkkəb 

məsələlərini 

də 


araşdırmışdır.

74

 



«Xətib 

ədəbiyyatşünaslıqda  ən  görkəmli  şəxsiyyətlərdən olaraq, ərəb 

dilinin «anası» idi».

75

 



Şəmsəddin  Əbülabbaş  Əhməd  əl-Xuveyyi (1187-1240) 

Yaxın  və Orta Şərqdə  ədəbiyyatçı,  dilçi,  təbib  və filosof kimi 

tanınmışdı. O da dövrünün bir çox  alimləri kimi xeyli səyahət 

etmişdir. Alim Dəməşqdə  «Adiliyyə» mədrəsəsində  müəllimlik 

etmiş, «Kitab fi-l üsul» («Üsul haqqında kitab»), «Kitab fənn əl-

hikmiyyə» («Fəlsəfi  simvolları  əhatə  edən kitab») adlı  məşhur 

əsərlərini yazmışdır. Şəmsəddin Xoylu müəyyən müddət ərzində 

Xoy (Xuveyy) şəhərinin  qazısı  vəzifəsini icra etmişdir. «O, 

hikmət  elmlərində  zəmanəsinin yeganəsi,  şəriət  işlərində  də 

dövranının alimi, tibb və s. elmlərin bilicisi, idraklı,  vüqarlı, 

cəmal sahibi, xeyirxah və xeyir işləri  sevən bir şəxsiyyət 

olmuşdur… Böyük sultan İsa ibn Məlik əl-Adilin zamanında… 

sultan ona Dəməşqdə yer verib, onun üçün  maaş  müəyyən 

etmişdir. Sonralar böyük sultan Şəmsəddini Dəməşqin baş qazisi 

təyin  etmişdir… Şəmsəddin  Adiliyyə  mədrəsəsində  yaşamış  və 

vəfat  edənədək orada dərs  vermişdir».

76

 Yusif ibn Tahir Əbu 



Yəqub  Əl-Xuveyyi XII əsrin I yarısında  yaşamış, orta çağların 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə