Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə41/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   37   38   39   40   41   42   43   44   ...   143

 

 

121 



ərəb dilinin mövqelərini tam sarsıda  bilməmişdi. XI əsrin 

sonunda  şirvanşah I Fəribürzün  sarayında ona ərəbcə 

mədhiyyələr yazmış şairlərin toplandığı faktı bir çox mənbələrdə 

qeyd olunur.

81

 Əbu Nasr Mənsur Təbrizi, Xəttat Nizami Təbrizi, 



Hüseyn  Təbrizi bu dövrün  tanınmış  Azərbaycan  şairləri 

olmuşlar.  Xəttat Nizami Təbrizi  Nizaməlmülkün  himayəçiliyi 

sayəsində  yaşamış,  Nişapurdakı iri mədrəsədə  dərs  demişdir. 

Ərəbcə  yazmış  Azərbaycan  ədibləri  arasında  əslən  beyləqanlı, 

«mənşəcə  kürd»  olan  Məsud ibn Namdar,

82

  Ömər  Gəncəvi, 



Hüseyn  Urməvi,  İşkafı  Zəncani  xüsusilə  fərqlənmişlər.  şeirlər 

Məsud ibn Namdarın  əsərlər toplusunun üçdə  birindən  çoxunu 

təşkil edir. Bu ədibin  əlyazmaları  hekayətlərdən,  məktublardan 

və şeirlərdən ibarətdir. Məsud ibn Namdar həyatını o dövrün bir 

çox şairləri kimi rəsmi dövlət vəzifələrində keçirmiş, «Bədi əz-

zaman» («Zamanın möcüzəsi») ləqəbini qazanmışdı. Mütəfəkkir 

şair  Beyləqan,  Gəncə  və  Şirvanda  yaşayıb-yaratmışdır. Farsca 

yazmış  Əfzələddin Xaqani Şirvani  və  Mücirəddin  Beyləqani 

ərəbcə poetik örnəklər  də  yaratmışlar.  Şihabəddin  Yəhya  əs-

Sührəvərdi, Eynəlqüzzat əl-Miyanəci, Yusif əl-Xuveyyi (Xoylu) 

kimi peşəkar filosoflar ərəbcə şeirlər də  yazmışlar. Eynəlqüzzat 

əl-Miyanəci min beytdən ibarət şeirlər toplusunun müəllifidir. 

Qətran Əbu Mənsur Təbrizi (1012-1088) bu dövrün farsca 

yazmış  görkəmli  şairi  olmuşdur. O, gənc  yaşlarında  Gəncəyə 

gəlmiş Şəddadi əmirlərinin sarayında şöhrət qazanmışdı. Şair bir 

müddət 


Naxçıvanda 

Əbu 


Düləf Deyraninin sarayında 

yaşamışdır. Onun yaradıcılığında  hökmdarlara  həsr  olunmuş 

qəsidələr  mühüm yer tutur. Qətran  Təbrizinin tarixi mövzuda 

mənzumələri də vardır. Onun «Qövsnamə» (və ya «Quşnamə») 

adlı  məsnəvisi,  yüksək  sənətkarlıqla  yazılmış bir çox  əsərləri 

fars  və  türk poeziyasının  inkişafına xeyli təsir  etmişdir.  Ədibin 

tərtib etdiyi «ət-Təfasir» («Təfsirlər») adlı  lüğət fars dilinin ilk 

izahlı  lüğətlərindən hesab olunur.

83

  Qətran  Təbrizi 12 min 



beytdən  ibarət olan şeirlər  «Divan»nın  müəllifidir.

84

  Qətran  və 



onun yolunu davam etdirən,  Yaxın  Şərqdə  ədəbi  məktəb  halını 

alan Gəncə-Şirvan şairləri öz milli xüsusiyyətlərini, Azərbaycan 

dilinin  və xalq ədəbiyyatının  xüsusiyyətlərini  şeirlərində 



 

 

122 



canlandırdıqları zaman onların  bədii  ifadə  tərzi klassik İran 

şeirindən  fərqlənirdi;  mövzu  isə  Azərbaycan  xalqının tarixi ilə 

əlaqədar idi. Bütün bunlar fars dilində yazılmasına baxmayaraq, 

Azərbaycan  şeirinin  xüsusi bir yol ilə  inkişaf  etməsinə  səbəb 

olmuşdur ki, bu yolun ilk böyük  nümayəndəsi  Qətran  Təbrizi 

idi.


85

 Azərbaycan poeziyasında Nizami Gəncəvi zirvəsinin əzəli 

Qətran  Təbrizinin  yaradıcılığındadır. «Biz  Azərbaycanda fars 

dilinin nə zamandan etibarən işlənilməyə başlandığını, onun ilk 

addımlarını  hələlik  izləyə bilmirik. Lakin artıq XI əsrin 

əvvəllərində  Cənubi  Azərbaycanın  mərkəzi  şəhəri  Təbrizdə, 

farsca  şeirin  müstəsna  ustadı,  məşhur  Qətran ibn Mənsur kimi 

bir  şairin meydana gəldiyini  müşahidə  etməkdəyik».

86

  Qətran 



Təbrizinin əsərləri  «mövzu etibarilə Azərbaycan xalqının tarixi, 

həyat və məişətilə bağlı olduğu kimi, özünün dil xüsusiyyətlərilə 

də,  məhz bu xalqın  canlı  dili ilə  bağlı idi, bu dilin 

xüsusiyyətlərini  əks etdirirdi. Yaradıcılığının bu qiymətli, yeni 

keyfiyyətlərilə orta əsrlərdə fars dilində yaranan Azərbaycan 

şeirini  düzgün bir istiqamətə  yönəltmiş olan Qətran,  yalnız bu 

cəhətləri  ilə  də orijinal bir şairdir».

87

 Bu Azərbaycan  ədibinin 



«şeri  özünün  bədii  sənətkarlıq  xüsusiyyətlərilə  də XI əsr 

ədəbiyyatı  üçün yeni idi və  Samanilər,  Qəznəvilər  sarayında 

yüksələn  şairlərin  yaradıcılığından  tamamilə  fərqlənirdi».

88

 



«Yeni  Azərbaycan  ədəbiyyatının  binasını  qoymuş olan Qətran 

Təbrizinin»

89

 yaradıcılığı Azərbaycan atalar sözləri, məsəlləri ilə 



diqqəti  cəlb edir. «Həkim  Qətran  Azərbaycanın  məşhur 

şairlərindən 

və 

Təbrizin 



şirindilli, 

fərasətli 

şəxssiyyətlərindəndir».

90

  



XII  yüzilliyin  əvvəllərindən  başlayaraq  Əbüləla  Gəncəvi, 

Əfzələddin Xaqani Şirvani,  Fələki  Şirvani,  İzzəddin  Şirvani, 

Mücirəddin  Beyləqani, Nizami Gəncəvi kimi ədiblər  Gəncə  və 

Şirvanda  fəaliyyət  göstərən  Azərbaycan  ədəbi  məktəbinin 

əsasını qoydular. Fars poeziyasının Xorasan-Türküstan 

üslubundan  (səbkindən)  fərqli olan yeni poetik, «Səbki-

təmtəraqi» («təmtəraqlı  üslub»)  adlanan  Azərbaycan  üslubu 

yaradıldı. X əsrdən  etibarən  Şirvanşahlar  sarayında  fəaliyyət 

göstərmiş  şairlər  məclisinə bu zaman Əbüləla  Gəncəvi  başçılıq 



 

 

123 



edirdi.

91

  Müəyyən  müddətdən sonra onu «Məlik  əş-Şüəra» 



(«şairlərin  başçısı») mövqeyində  Əfzələddin Xaqani əvəz etdi. 

Şərq  ədəbiyyatı  klassiklərinin bir çoxu kimi Xaqaninin də 

təvəllüd tarixi, həyatı  haqqında  mənbələrdə  dəqiq  məlumatlar 

yoxdur. Ədəbiyyatşünas  alimlər şairin öz əsərlərinə əsasən belə 

hesab  edirlər ki, o, təqribən 1120-1122-ci illər  arasında 

Şamaxıda anadan olmuş  və 77 yaşında  ikən (1199-cu ildə) 

Təbrizdə  vəfat  etmişdir.

92

  Əfzələddin  İbrahim ibn Əli  Nəccar 



Şirvani (Xaqani) Nizami Gəncəvinin  yaşca  böyük  müasiri 

olmuşdur. O, əsərlərini dövrünün ədəbi ənənəsinə uyğun olaraq 

farsca yazmışdır. Şairin öz sözlərinə əsasən anası sonralar islamı 

qəbul  etmiş  nəsturi (xristian) qızı  olmuşdur.

93

  Əfzələddin 8 



yaşında  atasını  itirmiş  (atası  ailəsini  tərk  edərək  qürbətə 

getmişdi),  əmisi  Kafiəddin  Ömər ibn Osmanın  himayəsi 

sahəsində  böyümüş,  tərbiyələnmiş,  təhsil  almışdır. O, gənclik 

çağlarında «Həqayiqi» təxəllüsü ilə şeirlər yazırdı. Əfzələddinin 

25  yaşı  olarkən  əmisi  vəfat  etmiş,  şair  Şirvanşahların  məlik  əş-

şüərası Əbüləla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, Əbüləlanın 

yeganə  qızı  ilə  evlənmiş, 

94

  Əbüləlanın ona verdiyi «Xaqani» 



təxəllüsü  ilə  bədii  yaradıcılığını davam etdirmişdir.  Əsl  adı 

«İbrahim»,  kamillik  ləqəbi  «Əfzələddin», təxəllüsü  isə 

«Xaqani» olan şairin saraydakı vəziyyəti III Mənuçöhrün (1120-

1160)  vəfatı  və I Əxsitanın  hakimiyyətə  gəlməsindən sonra 

mürəkkəbləşmiş  və o, saray mühitindən qurtulmaq yollarını 

aramağa  başlamışdı. 1156-cı  ildə Xaqani Məkkə  ziyarəti 

bəhanəsi ilə Şirvanı tərk etmişdi. Onun Məkkə ziyarəti təqribən 

bir il çəkmişdir,  Şair  səfər  zamanı bir sıra  Şərq  ölkələrini 

gəzmiş,  Bağdad,  Həmədan,  Ərdəbil,  Şam, Mosul, İsfahan kimi 

mədəniyyət  mərkəzlərində  olmuşdur. Xaqani bu səfərinin 

təəssüratı  ilə  «Mədain  xərabələri» adlı  qəsidəsini  və  «Töhfətül-

İraqeyn» («İki  İraqın  hədiyyəsi») adlı  mənzum  səfərnaməsini-

məsnəvisini yazmışdır. Şirvana qayıtmış şairi soyuq qarşıladılar. 

O,  özü  də  artıq  mədhiyyə  janrına deyil, ciddi fəlsəfi poeziyaya 

meyl edirdi. Saraydan tamamilə  uzaqlaşmağa can atan Xaqani 

Şirvanşah I Əxsitanın əmrinə əsasən 1170-ci ildə həbs olunaraq 

Şabran  qalasına  salındı.  Şair 7 ay ərzində  həbsxanada  qaldı. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə