Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə43/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   39   40   41   42   43   44   45   46   ...   143

 

 

127 



(«Yeddi səyyarə», «gözəl») poemasını Ağsunqur Marağa hakimi 

Əlaəddin  Körpə Arslana ithaf etmişdir.  Şair  təqribən 1203-cü 

ildə 2 hissədən ibarət olan «İsgəndərnamə» poemasını yazdı. 10 

min 540 beytlik poemanın birinci qismində  («Şərəfnameyi-

İsgəndəri») 6896, ikinci qismində («İqbalnameyi-İsgəndəri») isə 

3644 beyt vardır.

105

  İrihəcmli bu poema Azərbaycan  atabəyi 



Nüsrətəddin  Əbubəkrə  həsr  olunmuşdur.  Sifarişçi-hökmdar 

1000  qızılı  şairə  dərhal göndərmiş  və ona 400 qızıl  miqdarında 

illik  maaşın  təyin  olunması haqqında  fərman  vermişdi.

106


 

Nizami  Gəncəvinin  «Sirlər  xəzinəsi»  ilk  dəfə  Yaxın  Şərqdə 

didaktik  fəlsəfi  şeirin  nümunəsi hesab olunur. Poemadakı 20 

məqalət  arasında  üzvi ideya birliyi (vəhdəti)  vardır.  Şair-

mütəfəkkirin  Şərq  poeziyasına  güclü  təsiri  olmuşdur. XIII 

əsrdən  başlayaraq Nizaminin poemalarına onlarla nəzirələr 

yazılmışdır (o, cümlədən  «Sirlər  xəzinəsi»nə, «Xosrov  və 

Şirin»ə, «Leyli  və  Məcnun»a  ayrı-ayrılıqda 40-dan artıq  nəzirə 

yazılmışdır).  Şairin  poemalarının  sifarişçiləri, ithaf obyektləri 

haqqında  araşdırıcılar  arasında  bəzi  mübahisələr  mövcuddur. 

Məsələn, son poemanın Əhər hakimi Nüsrətəddin Piş-Təkin ibn 

Məhəmmədə (1155-1210) ithaf olunduğu fikri də elmi 

ədəbiyyatda  göstərilir.

107


 Lakin kimlərə  həsr  olunduğundan, 

hansı  hökmdara ithaf olunmasından  asılı olmayaraq həmin 

poemalar şair-mütəfəkkir Nizami Gəncəvinin bədii, elmi, fəlsəfi 

baxışlarının 

dərinliyindən 

xəbər verir. «Onun 

mənəvi 

varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca 



olmasına baxmayaraq şairin  daşıdığı  hissiyyatı  ilə  işlədiyi 

mövzular onun Azərbaycan  duyğularından  doymuş bir zovqə 

sahib  olduğunu  göstərmişdir… Ədəbi bir əsərin milli olması 

üçün  yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir 

əsəri  milliləşdirən ruh, məna  və  məzmundur? Bizim 

qənaətimizcə,  yalnız forma kafi deyil və  formanın  böyük 

əhəmiyyətinə baxmayaraq, o, zəruri  də deyildir. Hər bir əsəri 

milliləşdirən onun məzmunu  və daxili varlığının milli 

olmasıdır… Əsəri  milliləşdirən amil formadan çox  məzmun  və 

özlüyü,  başqa  ifadə  ilə  desək,  dildən  çox  məna  və 

məzmundur».

108


 Nizami Gəncəvinin  «yaradıcılığı forma 


 

 

128 



baxımından  Azərbaycana  nisbətdə milli deyilsə  də, hissiyat, 

duyğu, düşüncə, şüur və şüuraltı ilə öz yetişdiyi mühitə dərindən 

bağlıdır…  Bu  bağlılıq onu bizim gözümüzdə  azərbaycanlı bir 

şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir»

109

 Dünya 


şöhrətli  Azərbaycan  şairinin  ləqəbi  «Nizaməddin», künyəsi 

«Əbu  Məhəmməd»dir; Nizaminin «anası,  özünün qeyd etdiyi 

kimi, «Rəiseyi-kürd»  olub  Gəncədə  yaşamış  Azərbaycan 

kürdlərindən olan bir ailənin  qızı  olmuşdur».

110

  Dərin  biliklər 



sahibi olduğuna görə Nizami Gəncəviyə «Həkim» (böyük bilici, 

müdrik) ləqəbi də verilmişdi. «Ömrünün idrak və cismani hisslər 

haqqında  təlimi  əsasında,  şair T.Kampanella, Tomas Mor, 

A.Sen-Simon  və s. kimi görkəmli  sosialistlərin fikrini bir neçə 

əsr qabaqlayaraq son dərəcə kamil bir nəzəriyyə yaratmışdır».

111


 

Nizaminin  öz  əsərlərinə  yazdığı  müqəddimələrdən  belə bir 

nəticə hasil etmək mümkündür ki, o, pəhləvi, nəsturi və  yəhudi 

dillərini  də  bilirmiş. Nizami dindar şəxs idi. Şair din sahəsində 

göstərdiyi müvazinəti fikir sahəsində də nümayiş etdirmişdir. O, 

«bir sufi sifətiylə  sufiliyə  çox  yabancı  olmadığı kimi, tərki-

dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. İsrafdan və 

dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə 

düşkünlüklərdən  özünü qorumaqla bərabər, o, həyatı sevirdi və 

həyat  sevgisində  özünə  məxsus bir gözəllik  tapırdı,  gözəl 

yaşamağı  ürəkdən  diləyirdi».

112


  Tədqiqatçıların bir qismi 

Nizaminin sufi olduğunu qəbul etmir, lakin onun sufiyanə həyat 

tərzi  keçirməsi  haqqında  bütün  araşdırıcılar  həmrəydirlər. 

Müxtəlif  hökmdarlardan xeyli ənamlar  almasına baxmayaraq, 

şair  həyatını  sadə  və  təvazökarlıqla  keçirmiş, «az  yemək,  çox 

bağışlamaq» prinsipinə  uyğun  surətdə  yaşamışdır. «Sirlər 

xəzinəsi» poemasını  yazanadək Nizaminin keçirdiyi  həyat 

tərzinə dair səhih  məlumatlar yoxdur. Lakin sonralar şair 

həyatının 

sonunadək 

abidliyə 

üstünlük 

vermiş, 

təam 


məhdudluğu  prinsipinə  əməl  etmiş,  həyat  nemətlərinin bir 

çoxundan  özünü  məhrum  etmişdir. Lakin əsərlərindən  məlum 

olur ki, Nizami dövrünün görkəmli dövlət xadimlərinin ödənişli 

sifarişlərini  də  yüksək  səviyyədə  yerinə  yetirmişdir.  Məsələn, 

«Xosrov  və  Şirin» poemasında  şair  Azərbaycan  atabəyi  Qızıl 



 

 

129 



Arslanı tərifləyərkən deyir: «Mən bir müddət qulluqdan kənarda 

qalsam da, hökmdara  xidmət  göstərməkdən  tamamilə azad 

deyildim».

113


 Poemada həmin fikir Rəsul  Rzanın  tərcüməsində 

bu cür səslənir: 

 

Ora yol tapanda, ey külək, dərhal 



Sən bu Nizamini bir yadına sal! 

Dayan səcdəsində bir kölə kimi,  

Xəbər ver ki, belə deyir Nizami: 

Olsam da xidmətdən bir müddət uzaq, 

Daima sizinlə məşğulam ancaq.

114


 

 

Ulu  və dahi şair olan Nizami Gəncəvi  «təbiətin bir feno-



menidir…  Nizami  yaradıcılığını  tamamilə qavramaq mümkün 

deyil…  Nizaminin  inkişaf yolu da təbiətin  təkamülünə 

bənzəyir…  Nizami,  təbiəti  və fikri arasında  təzad olmayan 

müstəsna bir şəxsiyyətdir…  Nizami  məlum  fəxriyyəsində 

sənətin qiyamətə qədər yaşayacağını söyləyir… Bu, … Nizami-

nin  əsərləri  üçün  mübaliğəsiz  həqiqətdir».

115

 Bu dövrdə (XII 



yüzillikdə) Azərbaycan ədəbi prosesinin uğurlu inkişafını təmin 

edən  ən  önəmli siyasi gerçəklik  Eldənizlər  dövləti idi. 

«Azərbaycan Atabəyləri (xüsusilə Cahan Pəhləvan və Qızıl Ar-

slan)  şairlərə, memar, mühəndis  və  inşaatçılara,  həkim  və elm 

nümayəndələrinə hamilik edirdilər… Məşhur  şairlərin  demək 

olar  kı,  hamısı  Azərbaycan  Atabəyləri  sarayında  fəaliyyət 

göstərirdi.  Onların  bəziləri Orta Asiyadan gəlir, bir neçəsi 

Şirvandan  şairlərin  yaradıcılığı  üçün  dözülməz  mühiti olan sa-

raydan (xüsusilə I Axsitan dövründə) qaçaraq Atabəylərə pənah 

gətirir.  Atabəylər  qaçqın  şairləri  öz himayəsinə  götürür, onlara 

sığınacaq verir və  yaşayıb  yaratmaları  üçün  bütün  imkanları 

yaradırdılar.  İncə  söz  sərrafı  sayılan  Azərbaycan  Atabəylərinə 

müasirləri olan müəlliflərin  çoxusu  öz  əsərlərini ithaf 

etmişdir».

116

 

Ümumiyyətlə, XI-XII əsrlərdə  Azərbaycan  ədəbi  mühiti 



dünya  ədəbiyyatı  xəzinəsinə  Əfzələddin Xaqani, Nizami 

Gəncəvi kimi ədəbi-bədii,  fəlsəfi, elmi dühalarını  əlavə  etməsi 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə