Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə44/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   40   41   42   43   44   45   46   47   ...   143

 

 

130 



faktı ilə diqqəti cəlb edir. Onlar həmin tarixi dövrün Şərq, islam, 

türk,  Azərbaycan  gerçəkliklərinin  ən  mütərəqqi  cəhət  və 

xüsusiyyətlərini  zəngin  ədəbi  yaradıcılığında  maddiləşdirmiş 

mütəfəkkirlər olmuşlar. Azərbaycan ədəbi-bədii, fəlsəfi, etik, es-

tetik, elmi, tarixi baxışlarının  əksəriyyəti  onların  nəhəng 

yaradıcılığında  öz  əksini  tapmışdır.  Təbiidir ki, Azərbaycan 

ədəbiyyatında Xaqani və Nizami zirvələri  ədəbi-bədii, elmi-

fəlsəfi fikrin XII əsrə  gədərki  çoxəsrlik  təkamülünün  labüd  və 

zəruri nəticəsi di. 

VII-XII 


yüzilliklərdə 

Azərbaycan 

ədəbi 

mühitinin 



təkamülü prosesi nəzərdən  keçirilərkən  «Dədə Qorqud» 

dastanının yaranması, təşəkkülü və inkişafı məsələlərinə ümumi 

baxış  zəruridir.  Əhalisinin  əksəriyyəti  türklərdən  ibarət olan 

Azərbaycanda ictimai-siyasi və  əxlaqi  baxışlarla  zəngin olan 

folklor örnəkləri Xilafət dövründə geniş yayılmışdı. «Dədə Qor-

qud» dastanı bu dövrün ən parlaq folklor nümunəsi idi. Bu das-

tan VI-VIII əsrlərdə şifahi şəkildə formalaşmağa başlamış, VII-

IX  əsrlərdə  isə tam təşəkkül  tapmışdır.  «Dədə Qorqud»da 

oğuzların  islamaqədərki maddi-mənəvi  həyatını  əks  etdirən 

ünsürlər,  adət-ənənələr,  əxlaq  normaları  öz  əksini  tapmışdır.

117

 

«Tərcüməçilərə  görə,  hadisələrin  çoxu tarixidir, burada 



ziddiyyətlər də var… Müəlliflər Qorqudu tarixi şəxsiyyət hesab 

edirlər… Tərcüməçilər belə hesab edirlər ki, Dədə Qorqud tarixi 

şəxsiyyətdir. O, oğuzların X-XI əsrlərdə  Yenikənddə (paytaxt) 

hökmranlığı  vaxtı  dövlət xadimi, diplomat olmuşdur.  Kiçik 

Asiyada  isə o, məqəddəsləşdirilmiş,  Övliya  səviyyəsinə 

qaldırılmış əfsanəvi bir adama çevrilmişdir. Burada belə bir fikir 

də  müdafiə olunur ki, dastanlar çox ehtimal ki, ilk dövrlərdə 

şeirlə yazılmış, sonralar isə ozan olmayan bir sıra  şəxslər 

tərəfindən  yazıya  köçürülmüşdür».

118


  «Kitabi-Dədə Qorqud»da 

ən  qədim dini-mifoloji təsəvvürlər  və  bəzi  adət-ənənələr 

oğuzların ibtidai dövrünə  –  eramızın III-IV əsrlərinə aiddir.

119


 

Dastanda cərəyan edən hadisələr VI-VIII əsrlərin gerçəkliklərini 

əks etdirir. Bu folklor abidəsinin  boylarının  (hissələrinin, 

fəsillərinin) ilk dəfə  qələmə  alınması  və sonra üzünün 

köçürülməsi tarixini təxmin  etmək  çətindir, lakin ilk qələmə 



 

 

131 



alınma X əsrdən  (hətta VIII əsrdən  də)  əvvəl  olmuşdur.

120


 

Dastanın VI əsrdə Sasani hökmdarı  Ənuşirəvanın  vəzirinə 

məxsus olan, türkcədən fars dilinə  tərcümə  olunmuş bir kitab 

formasında 

mövcud 

olduğunu 



hələ XIV əsrdə 

müəyyənləşdirmişlər. 

«Uluxan Ata Bitikçi» dastanı 

(«Oğuznamə»)  adlanan bu əsər VIII əsrdə Harun ər-Rəşidin 

zamanında (786-809) ərəb  dilinə  tərcümə  olunmuşdur.

121


  Təbi-

idir ki, əsərin  ərəb  dilinə  tərcümə  olunması  yalnız  yazılı olan 

əsər  əsasında  mümkün idi. «Dədə Qorqud» dastanının  əlyazma 

variantı  «Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan» 

adlanır. Bu sərlövhə  dastanın  əsas, Drezden nüsxəsinin 1-ci 

səhifəsində ərəbcə yazılmışdır. Bütün boylarda oğuzlardan bəhs 

olunur. «Ancaq belə işarələr də vardır ki, oğuz dövrü keçmişdir, 

indi onlar ancaq xatırlanırlar,  başqa  zəmanədir… «Dədə Qor-

qud» kitabındakı 

hadisələrin 

coğrafi 

koordinatları da 

ümumiyyətlə  Azərbaycana  uyğundur…,  bu  boyların  ən  qədim 

köklərində Orta Asiya motivləri olmuş olsa da belə, bunlar Qaf-

qazda, daha dəqiq  desək,  Azərbaycanda  ümumiləşib».

122


 

Türkiyə  Cümhuriyyətində  «Dədə Qorqud» dastanı XX əsrin 

əvvəllərindən  etibarən elmi araşdırma  obyektinə  çevrilmişdir. 

Araşdırıcı M.Ergin obyektiv mövqeyə  yaxın olan mülahizələr 

irəli  sürmüş, 

123


 lakin Orxan Şaiq  Çökyay bu böyük folklor 

abidəsini ilk dəfə  əhatəli,  geniş  və  dərin  tədqiq  edərək belə 

nəticələrə  gəlmişdir ki, dastan XV əsrin sonunda yazıya 

köçürülmüşdür,  əsərin dili isə  Azərbaycan dili deyildir. 

O.Ş.Çökyayın  iddiasına  görə, XIV əsrdə  Azərbaycan dili hələ 

müstəqil dil deyildi. O, M.Erginin dastanın  Azərbaycan  dilində 

yazıldığını iddia edən fikrini tənqid  edərək  abidənin  «müştərək 

Səlcuq  dilində» yazıldığını bildirirdi.

124

  «Dədə Qorqud» 



dastanının  məhz  Azərbaycan ictimai-siyasi, mədəni  zəminində 

təşəkkül taparaq inkişafı inkarolunmaz tarixi gerçəklikdir.  Əsər 

qəhrəmanlarının  Azərbaycan  oğuzları  olduqları  bütün  boyların 

məzmunundan bəllidir. 

Memarlıq  və  şəhərsalma VII-XII əsrlərdə  Azərbaycan 

mədəni  mühitinin  mühüm  sahəsi  olmuşdur. VII-X əsrlərin 

memarlıq  obyektlərinin  əksəriyyəti ictimai və  təbii  səbəblər 



 

 

132 



nəticəsində tarix səhnəsini tərk etmiş, həmin memarlıq incilərinin 

yalnız 


fraqmentləri 

qalmışdır. 

Erkən islam dövründə 

Azərbaycanda zərdüşti və xristian dini obyektləri məscidlərə çe-

vrilirdi, islamın ehkamları və tələbləri əsasında yenidən qurulur-

du. Bu zaman ərzində  Azərbaycanda yerli xüsusiyyətlərə malik 

olan  məscid tipi formalaşmışdı.  Şamaxıdakı  Cümə  məscidi, 

Ağsudakı  və  Sündü  kəndindəki  məscidlər  ərəb  hökmranlığı 

zamanındakı  planlarını  saxlamış  məscidlərin  yerində  inşa 

olunmuşdur.  Araşdırıcılar ilk iki məscidin VIII əsrdə tikildiyini 

bildirirlər.  Sündü  məscidi  isə 920-ci ildə  tikilmiş  və  dəfələrlə 

bərpa  olunmuşdur.

125

 IX əsrdən XIII əsrin  əvvəllərinədək 



«Qəbələ bir feodal şəhəri kimi özünün ən yüksək inkişaf dövrünü 

keçirmişdir.  Bayır  şəhər  və  sənətkarlar  məhəlləsi  məhz bu za-

manlar meydana gəlmiş  və  yüksəlmişdir».

126


 VII-XII əsrlərin 

Azərbaycan  şəhərlərinin  görkəmi,  memarlıq  obyektləri  barədə 

müəyyən  məlumatlar bu dövrün  ərəbdilli  qaynaqlarında 

verilmişdir.  Həmin qaynaq məlumatları arxeoloji qazıntıların 

nəticələri  ilə  də  təsdiqlənmişdir. Bu dövrün  Azərbaycan 

şəhərlərinin əksəriyyətində örtülü su kəmərləri və saxsı borular-

dan  quraşdırılmış  kəhrizlərin  mükəmməl  şəbəkəsi  fəaliyyət 

göstərirdi.  İri  və  xırda arxlar (kanallar) sisteminin varlığı  ölkə 

şəhərlərinin əksəriyyəti üçün səciyyəvi idi. Erkən orta çağların iri 

Azərbaycan şəhərlərindən biri olmuş Gəncə şəhərgahı (şəhər ye-

ri)  müasir  Gəncənin  şimal-şərqində  yerləşirdi.

127


 Orta əsr 

müəllifləri  (məsələn,  Əl-Müqəddəsi)  Bərdənin  əhəmiyyətini 

nəzərə alaraq onu «bu  diyarın  Bağdadı» adlandırırdılar. 

128


 

Bərdənin  ətrafı  bağlarla  əhatə  olunmuşdu. Karvansaralar, ha-

mamlar,  çoxsaylı  örtülü bazarlar, məscidlər,  kübar  evləri 

Bərdənin qaynar həyatının  başlıca  ünsürləri kimi səyyahların 

diqqətini  cəlb edirdi. Örtülü bazarlar və hamamlar bu dövrdə 

Bərdəni daha çox məşhurlaşdırmış memarlıq obyektləri olmuşlar. 

Körpülər  müxtəlif  yaşayış  məntəqələrini bir-birinə  bağlayan 

qurğular olmaqla yanaşı  incə  memarlıq  abidələri idi. Xudafərin 

aşırımı üzərindəki körpülərdən biri məhz bu zaman (635-ci ildə) 

inşa  olunmuşdur. Bu körpü  Bəkr ibn Abdullahın  layihəsi 

əsasında  və onun başçılığı  altında  yaradılmışdır.  Naxçıvandakı 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə