Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə38/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   34   35   36   37   38   39   40   41   ...   143

 

 

112 



Eynəlqüzzat  Miyanəci  Həmədanda  baş  qazı  olmuş, bu 

xidmət  sahəsində  böyük  uğurları  və  hörməti  müqabilində 

«Eynəlqüzzat» («Qazıların  gözü») fəxri  adını  almışdı.

61

 Onun 



başlıca  uğurları  fəlsəfə  sahəsində  aşkara  çıxmışdı.  Dövrünün 

bütün  fəlsəfi  baxışlarını  tənqidi  surətdə  öyrənmiş  Eynəlqüzzat 

Miyanəci azadfikirli filosof kimi tanınmışdı. 

Məhz 


azadfikirliyinə görə o, 1128-ci ildə həbsxanaya salınmış, burada 

«Vətəndən  ayrı  salınmış  qəribin  ölkələrin  alimlərinə  şikayəti» 

adlı  risalə  yazmışdır. Bu əsər  müəllifin  bədii-estetik  və elmi-

fəlsəfi baxışları ilə zəngindir. Bir müddət həbsxanada qaldıqdan 

sonra filosof Həmədana  qaytarılmış  və  vaxtilə  dərs dediyi 

mədrəsədə edam olunmuşdur. Edam olunarkən onun 32 yaşı 

vardı. Mütəfəkkir 24 yaşınadək daha çox hədis, ədəbiyyat, fiqh, 

təfsir, sxolastika, ilahiyyat, peripatetizm problemləri  ilə  məşğul 

olmuş, daha sonra isə  diqqətini sufizmin panteist fəlsəfəsinin 

işlənib hazırlanmasına yönəltmişdir. «Sufizmin panteist fəlsəfəsi 

İbn  Ərəbidən  yarım  əsrdən  çox  əvvəl  Eynəlqüzzat  Miyanəci 

tərəfindən dolğun şəkildə ifadə edilmişdir».

62

 «Şəriətdən kənara 



çıxan bir kəlamdan  ötrü  öldürülmüş»

63

 bu mütəfəkkirin sufi 



panteist  təlimi islam Şərqində azadfikirliliyin təkamülündə 

həlledici rol oynamış, onun əsərləri  əsasında  İbn  Ərəbi,  İbn  əl-

Fariz, Mahmud Şəbüstəri,  İmadəddin  Nəsimi  və  diğər  tanınmış 

sufi-panteist  mütəfəkkirlər  cəsarətli  müddəalar  irəli  sürmüşlər, 

Şihabəddin  Əbuhəfs  Ömər ibn Məhəmməd  Sührəvərdi bu 

dövrün  məşhur sufi alimlərindən idi. Müəyyən  müddət  ərzində 

Bağdadda baş şeyx vəzifəsini tutmuş bu Azərbaycan mütəfəkkiri 

dövrün ictimai, siyasi həyatında  fəal  mövqe  tutmuş,  Xilafətin 

elçisi olmuş, bir sıra diplomatik danışıqlarda  iştirak  etmişdir. 

«Əvarif  əl-məarif» («Ariflərin  töhfələri») Şihabəddin  Ömər 

Sührəvərdinin  ən  böyük  və  məşhur  əsəridir. Sufi elmi 

ədəbiyyatının  incilərindən hesab olunan bu əsər o zaman (XIII 

əsrdə)  türk  və fars dillərinə  tərcümə  olunmuş  və  geniş 

yayılmışdır.  Mütəfəkkir  digər  mühüm  əsərlərin  də  müəllifi idi. 

Bu filosof həmin  dövrün ictimai-siyasi həyatında  fəal rol 

oynamış  əxilərin  «Fütüvvətnamə»  adlanan  nizamnaməsini 

yazmışdır. Şihabəddin Ömər Sührəvərdinin elmi yaradıcılığında 



 

 

113 



sufiliyin bütün bağlıca məsələləri özünün geniş əksini tapmışdır. 

O, sufizmin panteist baxışlarını rədd etmiş, bu təlimin monoteist 

sistemini yaratmışdır.

64

 Böyük filosof, işraqilik fəlsəfi təliminin 



banisi,  şair  Şihabəddin  Əbülfütuh  Yəhya ibn Həbəş  Sührəvərdi 

(1154-1191)  nəzərdən  keçirlən tarixi dövrün  bənzərsiz 

Azərbaycan  mütəfəkkirlərindən  olmuşdur.  Dövrünün bir çox 

elm sahələrində arif olan bu şəxs İsfahan, Konya, Diyarbəkir və 

Hələb  şəhərlərində  olmuş, elmi mübahisələrdə  dəfələrlə  qalıb 

çıxmış, 


nəticədə 

«çox 


bildiyinə», azadfikirliyinə 

görə 


dinsizlikdə ittiham olunmuşdu. Onun ölümünə fitva verilmişdi. 

«Öz  əqidəsindən  dönməzliyi  üzündən  şəhidliyi  Yaxın  və Orta 

Şərqdə onun adını  «Öldürülmüş filosof» («əl-Fəyləsuf  əl-

məqtul»)  kimi  əbədiləşdirmişdir».

65

 Sufilik, işraqilik  və 



peripatetizm problemləri bu filosofun əsas araşdırma obyektləri 

olmuşdur. Onun «ət-Təlvihat» («Qeydlər»),  «əl-Müqavəmat» 

(«Müqavimətlər»), «əl-Zəməhat» («Baxışlar») və  digər  fəlsəfi 

əsərləri  vardır.  Şihabəddin  Yəhya  Sührəvərdi  «Əqaid  əl-

hükəma» («Filosofların  görüşləri») adlı  risaləsində  Şərq 

peripatetizmini  rəsmi islam ideoloqlarının  hücumlarından 

qorumuşdur. Elmi-fəlsəfi  yaradıcılığında  məhsuldarlığı  ilə 

fərqlənən mütəfəkkir işraqilik fəlsəfi təliminin banisi kimi daha 

çox  tanınmışdır. Onun «Həyakil  ən-nur» («İşıq  heykəlləri»), 

«Pərtovnamə» («İşıqnamə»), «əl-Əlvah 

əl-İmadiyyə» 

(«İmadəddin  lövhələri») və  xüsusilə  «Hikmət  əl-İşraq» («İşraq 

fəlsəfəsi») adlı  əsərlərində bu fəlsəfi  təlimin  mahiyyəti,  başlıca 

ideyaları izhar olunmuşdur.  Həmin  təlimə  görə, «işıqlardan  və 

onun  kölgələrindən  təşəkkül  tapmış  bütün  mövcudatın 

zirvəsində işıqlar işığı (nur əl-ənvar) durur. Tək və səbəbsiz olan 

həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri 

(cisimlər) vücuda gəlmişdir. Bununla, işraqilik fəlsəfəsində Şərq 

peripatetizmindəki  əql,  nəfs  və cismin üçlük  sisteminə deyil, 

ikiliyə-işıq  və  qaranlığın ikilik sisteminə  əsaslanan yeni bir 

emanasiya nəzəriyyəsi yaradılmışdır».

66

 Filosof poeziyada da bu 



təlimi  təbliğ  etmişdir.  Fəqih, ilahiyyatçı  və filosof olmuş 

Əminəddin  Müzəffər ibn Əbülxeyr  Təbrizi-Varaninin (1163-

1224)  fəaliyyətinin  müəyyən qismi bu dövrə  təsadüf  etmişdir. 



 

 

114 



Mükəmməl  təhsil  almış bu şəxs bir müddət  Bağdaddakı 

Nizamiyyə mədrəsəsində çalışmış, sonra Misirə getmiş, oradakı 

Nasiriyyə  mədrəsəsində  dərs  demiş,  ömrünün son qismini isə 

Şirazda  keçirmişdir. 3 cilddən  ibarət  «Simq  əl-fəraid» («İncilər 

boynbağısı») və 2 ciddən ibarət  «Səbt əl-məsail»  («Məsələlərin 

səlisi»)  kimi  əsərlər onun elmi fəaliyyətinin  nəticəsidir. 

Beləliklə, orta çağların bu mərhələsində (VII-XII əsrlərdə) 

Azərbaycanda  (eləcə  də  bütün islam Şərqində)  mədəni  həyatda 

öncül  mövqe ilahiyyata, müsəlman  hüququna  (fiqhə),  fəlsəfəyə 

məxsus  olmuş,  varlıq  və idrak, insan təfəkkürünün  mahiyyəti

potensial  imkanları  müxtəlif  mövqelərdə duran mütəfəkkirlərin 

araşdırma  obyektləri  olmuşdur.  Azərbaycan  fəqihlərinin, 

alimlərinin rolu «müsəlman  mədəniyyəti»nin bu istiqamətində 

xüsusilə nəzərə çarpırdı. 

Elmin  hələ  də  xüsusi  sahələrə  ayrılmadığı bu dövrdə 

yalnız elmi biliklərin  bütün  məcmusuna  yiyələnmiş  şəxslərə 

«alim» adı verilirdi. İslam  Şərqində  alimlərin  formalaşdığı 

başlıca  obyektlər  mədrəsələr  olmuşdur. Ona görə  nəzərdən 

keçirilən tarixi dövrün  mədəni  həyatından  bəhs  olunarkən  Əbu 

Əli  Həsən ibn İshaqı  (Nizaməlmülkü)  xatırlatmamaq qeyri-

mümkündür. Çünki bu şəxs orta çağlar islam Şərqinin görkəmli 

elm  təşkilatçısı,  incəsənətin  müxtəlif  sahələrinin  inkişafına 

himayəçilik etmiş dövlət xadimi idi. O, Xorasanın Tus şəhərində 

anadan olmuş, Səlcuq hökmdarları Alp Arslanın (1063-1072) və 

Məlikşahın (1072-1092) vəziri  vəzifəsini icra etmiş,  Səlcuq 

dövlət  aparatının  yaranması  və  inkişafında  mühüm rol 

oynamışdır. Nizaməlmülk 1067-ci ildən etibarən imperiyanın bir 

çox  şəhərlərində  «Nizamiyyə» mədrəsələri  açdırmışdı (ilk belə 

mədrəsə 1067-ci ilin sentyabrında  Bağdadda  açılmışdı). O, 

görkəmli  Azərbaycan  ədibi  Xətib  Təbrizini  Bağdaddakı 

«Nizamiyyə»nin kitabxana müdiri  və  ədəbiyyat  bölümünün 

rəhbəri  təyin  etmişdi.  Nizaməlmülk ictimai-siyasi görüşlərini 

fars  dilində  yazdığı  «Siyasətnamə» əsərində izhar etmişdir. 

Dövlət xadiminin əsərində Azərbaycan, xürrəmilər təlimi, Babək 

haqqında da müəyyən  məlumatlar  vardır.  Mübaliğəyə yol 

vermədən  demək olar ki, vəzirliyi  dövründə  imperiyanı  əslində 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə