Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə73/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   69   70   71   72   73   74   75   76   ...   143

 

 

217 



Şeyx  İbrahim ibn Məhəmməd ibn Şihabəddin  Gülşəni 

(1427–1533) Bərdədə anadan olmuş, gənj ikən Təbrizə köçmüş, 

burada  Dədə Rövşəninin  yaratdığı  «Xəlvətiyyə»  sufi təriqətinin 

fəal  üzvü  olmuşdur.  Ədibin  türk  (Azərbayjan), fars dillərində 

şeirlər  divanı  mövjuddur. O, bir neçə  dərin  məzmunlu 

məsnəvilərin  müəllifidir.  Şair  Təbrizə  gələnədək  əsərlərini 

«Heybəti» təxəllüsü ilə yazırdı. O, Təbrizdə mürşidi Dədə Ömər 

Rövşəninin tövsiyəsi ilə əvvəlki təxəllüsünü «Gülşəni» təxəllüsü 

ilə  əvəz  etmişdi.

38

  Rövşəni  vəfat  etdikdən sonra Gülşəni onun 



janişini  olmuşdur.  Mövlana  Gülşəni 1 İsmayıl  Səfəvi  şahlıq 

taxtına  çıxarkən  Azərbayjanı  tərk  etmiş,  Misirdə  yaşamış, 

Osmanlı  sultanı  Səlim Misiri (Qahirə  şəhərini)  fəth  edərkən 

(1517-ji  ildə) qalib hökmdar  tərəfindən  xüsusi  hörmət 

görmüşdür. Yeni Osmanlı  sultanı  Süleyman Qanuni də ona 

böyük  diqqət  və  qayğı  ilə  yanaşmışdır.  Misirdə onun başçılığı 

ilə 10 il ərzində böyük xanəgah inşa olunmuşdu. Təriqət başçısı 

olmuş bu şəxsin 40 min beytdən ibarət olan «Mənəviyyül-xəfi» 

(«Gizli  mənəvi  məsələlər») adlı  məsnəvisində

39

 bir çox dini-



fəlsəfi  mətləblər  nəzərdən  keçirilmişdir.  Məsnəvidə  hürufi 

təliminin  təsiri  aydın  şəkildə  nəzərə  çarpır.  Qəzəllərindən  birjə 

parça isbat edir ki, Gülşəni  öz  zəmanəsinin  böyük  şairlərindən 

olmuşdur: 

 

Diri ikən ölüymüş, istəyübən bulmazam, 



Çünki diri olmuyan eşq ilə duymaz bana. 

 

Janü-jəhandan keçüp istəməyən eşq ərin, 



Dirlik üçün eşq ilə janını verməz bana.

40

 



 

XV əsrin ortalarında Jənubi Azərbayjanın Deyləmqan (in-

diki  Səlmas)  şəhərində anadan olmuş, 1490-jı  ilə  qədər 

Ağqoyunlu  sultanı Yaqubun sarayında  yaşamış, sultan 

öldürüldükdən sonra saraydan uzaqlaşdırılmış  Nemətulla 

Kişvəri  Dilməqani  dövrün  tanınmış  şairlərindən biri idi. O, 

Təbriz  ədəbi  mühitində  formalaşmışdı. Saray şeir  ənənələrinə 

əməl  etmək  məjburiyyəti  qarşısında  qalmış  istedadlı  şair 




 

 

218 



məddahlığa  alışa  bilməmiş,  Ağqoyunlu  sarayını  tərk  edərək 6 

divan  yaratmış  özbək  şairi,  mütəfəkkiri  və  dövlət xadimi Əlişir 

Nəvaiyə (1441-1501) pənah  aparmışdır.  Kişvəri  Azərbayjan 

(türk)  və fars dillərində  «Divan»  yaratmış,  əsasən lirik qəzəllər 

müəllifi kimi tanınmışdır. Onun Əlişir Nəvaiyə həsr olunmuş bir 

sıra  şeirləri  vardır.  Doğma  dildə yazdığı  qəzəllərindən  birində 

Kişvərinin poetik məharətinin şahidi oluruq: 

 

Məndən ey naseh ki, rüsvayi-jahanam yarsız, 



Arü namus istəmə kim, aşiq olur arsız.

41

 



 

Azərbayjan (türk) ədəbi dilinin formalaşmasına Nemətulla 

Kişvərinin  böyük  təsiri  olmuşdur.  Azərbayjan  şeirində  ərəb  və 

fars tərkiblərinin azaldılması prosesində bu şairin nəzərəçarpajaq 

rolu vardır. Beləliklə, Azərbayjan ədəbiyyatının XV yüzillikdəki 

inkişafında daha çox  diqqəti  jəlb  edən  jəhət,  istiqamət xalqa 

doğma olan dilin ədəbi prosesdə ön mövqelərə çıxması, türk di-

linin  potensialının daha sürətlə  gerçəkləşməyə  başlaması 

olmuşdur. 

Tarixi  biliklərə maraq bəşəriyyətin,  jəmiyyətin  əzəli  və 

əbədi  meyllərindəndir. XV əsrdə  də tarixi səjiyyəli  salnamələr, 

əsərlər  əsasən  hökmdar  saraylarında,  hökmdar sifarişi  ilə, taxt-

taj  sahiblərinin  mənafelərinə  və  tələblərinə  uyğun  şəkildə 

yazılırdı. Bu dövrdə  yaşamış  tarixçi  və  joğrafiyaşünas 

Əbdürrəşid ibn Salih ibn Nuri əl-Bakuvi «Kitab təlxis əl-asar və 

əjaib  əl- malik əl-qəhhar» («Abidələrin  xülasəsi  və  qüdrətli 

hökmdarın  möjüzələri») adlı  əsərin  (ərəb  dilində)  müəllifidir. 

Əsər 1403/1404-jü  ildə  yazılmışdır. Bu joğrafi  əsər  yazılarkən 

Zəkəriyyə  Qəzvininin  «Ölkələrdəki  abidələr  və Allah bəndələri 

haqqında  xəbərlər» (1275) əsəri  əsas  götürülmüşdür. Lakin 

müəllif istinadlandığı  əsərdə ixtisarlar, əlavə  və  düzəlişlər 

etməyi  də  «unutmamışdır».  Əsərdə  müxtəlif tarixi abidələr, 

Azərbayjanın bir sıra şəhərləri haqqında məlumatlar da vardır. 

Bu  dövrdə  Ağqoyunlu  hökmdarı Sultan Yaqubun 

sarayında  Əbubəkr Tihrani, İdris Bidlisi, Fəzlullah Ruzbihan 

Xunəji (Xunji) kimi tarixçilər fəaliyyət göstərmişlər. 




 

 

219 



Əbubəkr  ət-Tihrani  əl-İsfahani  İran  tarixçisi olsa da, 

Azərbayjan  tarixinə daha çox  xidmət  etmiş  şəxs kimi 

tanınmışdır. O, Qaraqoyunlu hökmdarı  Jahanşahla Teymuri 

sultanı Əbu Səid arasında bağlanmış sülh müqaviləsinin, bir sıra 

dövlət sənədlərinin, dövlətlərarası yazışmaların («məktubların») 

mətnlərinin  müəllifi  olmuşdur.  Əbubəkr Tihrani Ağqoyunlu 

dövlətinin banisi Uzun Həsənə  də  xidmət  etmişdir.  Tarixçi bir 

müddət Uzun Həsənin sarayında  münşi  («katib»)  vəzifəsində 

çalışmış  və bu hökmdarın  göstərişilə  «Kitabi-Diyarbəkriyyə» 

əsərini yazmışdır. Əsərdə Uzun Həsənin səltənəti, Qaraqoyunlu-

lar, 

Teymurilər 



və s. haqqında 

məlumatlar 

vardır. 

Ağqoyunluların  mənşəyi,  Ağqoyunlu  dövlətinin  təşəkkülü 

barədə ən səhih məlumatlar verən

42

 «Kitabi-Diyarbəkriyyə» XV 



yüzillikdə  yazılmış  dəyərli  əsərlərdəndir.  Kürd  mənşəli  İdris 

Bidlisinin  də  ümumtürk,  Azərbayjan tarix elminə  xidmət etdiyi 

şübhəsizdir. O, fars dilində,  nəzmlə  «Həşt  behişt» («Səkkiz 

jənnət») adlı  əsərini ilk səkkiz Osmanlı sultanına həsr etmişdir. 

Ağqoyunlu  hökmdarı Sultan Yaqubun yanında  məmur  olmuş 

İdris Bidlisi sonralar Osmanlı sultanı Səlimin tərəfinə keçmişdi. 

O, bir çox hallarda siyasi iddiası olan kürd  dairələrinin deyil, 

Osmanlı imperiyasının  mənafelərini  qızğınlıqla  müdafiə edirdi. 

Ağqoyunlu 

sultanı Yaqubun sarayında 

xidmət 

etmiş 


tarixçilərdən biri də  Fəzlullah Ruzbihan Xunəji (Xunji) idi. 

Ümumiyyətlə,  «son  zamanlaradək elm xüsusi olaraq Qara-

qoyunlu  və  Ağqoyunlu  sülaləsinin hakimiyyətinə  həsr  olunmuş 

sülalə salnaməsinə malik deyildi… Bu jür salnamələr çox azdır 

və nisbətən yaxın zamanlarda aşkara çıxarılmışdır. Biz Əbubəkr 

Tihraninin  «Kitabi-Diyarbəkriyyə» və  Fəzlullah ibn Ruzbihan 

Xunəjinin  «Tarixi-aləmarayi Amini» əsərlərini  nəzərdə tuturuq, 

özü  də  Fəzlullahın  əsəri zamanja Əbubəkr Tihraninin əsərinin 

bilavasitə  davamıdır».

43 


Əsərdə Sultan Yaqubun hakimiyyəti 

dövründə  baş  vermiş  müxtəlif  səjiyyəli  hadisələr  öz  əksini 

tapmışdır.  Fəzlullah Ruzbihan Xunəji (Xunji) Səfəvi  nəslindən 

olan  Ərdəbil  şeyxlərinin  fəaliyyətinə xeyli diqqət  yetirmişdir. 

Lakin  müəllifin  Ərdəbil  şeyxlərinə  münasibəti  mənfiliyi  və 

kəskinliyi  ilə  fərqlənir.

44

 Buna baxmayaraq, əsərdə  Səfəvi-




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə