ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.

səhifə4/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 

hissəsi monqolların Azərbaycanı əlinə keçirməsindən bir müddət sonra vətənlərini 



tərk edib Misirə getmişdilər.

24

 



Toğrul  Bəy  dövründə  Azərbaycan  və  Aran  hənüz  Böyük  Səlcuqlu 

dövlətinin  bir  əyalətinə  çevrilməmiş,  sadəcə,  vassal  bir  ölkə  idi.  Ancaq  yenə  də 

onun  dövründə  oğuz-türkmənlərin  Gəncə  mərkəz  olmaqla  yavaş-yavaş  Aran  və 

Azərbaycanın  suyu  bol  yaylaqlarına  yerləşməyə  başladıqları  məlumdur.  Toğrul, 

Azərbaycanın  vergi  işlərini  idarə  etməsi  və  vassal  sülalə  hakimlərini  (Şəddadi, 

Rəvvadi,  Şirvanşahlar,  Süləmilər,  Cəfərilər,  Sərir)  nəzarət  altında  tutmaq  üçün 

qardaşı oğlu Yaqutini buraya əmir təyin etdi. Yaquti, bu sülalələrin daxili işlərinə 

müdaxilə etməmiş, Anadolu istiqamətində genişləyən fəthləri idarə etməklə məşğul 

olmuşdur. Yaquti, onun oğlu İsmail İl-Arslan və nəvəsi Qütbəddin Məvdud (və ya 

Alp  Sunqur  Bəy)  bir-birinin  ardında  Aran  və  Azərbaycan  əmiri  olmuşdular.

25

 

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  Toğrul  Bəydən  Məlikşaha  qədər 



Azərbaycan  və  Aranın  Səlcuqlu  hakimləri  Çağrı  Bəyi  nəslindən  Yaqutilər  ailəsi 

idarə  etmişdir.  Səlcuqlu  sülaləsinin  ən  böyük  nümayəndələrinin  Gəncədə 

yerləşərək  Cənub  Qafqaz  ilə  Şərqi  Anadolunun  idarəsini  əlinə  alması 

Azərbaycanın  Səlcuqlu  sultanları  üçün  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  ortaya 

qoymaqdadır. 

Xoyda  meydana  gələn  ixtişaşları  yatırmaq  məqsədi  ilə  Azərbaycana  gələn 

Sultan  Alparslan  buradan  da  Abxaziya  üzərinə  hərəkət  etmiş,  Ərməniyyədə 

yaşayan  qriqoryan  türklərini,  Çıldır  və  indiki  Gürcüstanda  yerləşərək 



ortodokslaşan  qıpçaq  türklərini  özünə  tabe  etdirmişdir.

26

  Sultan  ortodoks  Abxaz, 



Kartli,  Kaxetya,  Meqreli  məliklərini  və  qədim  türklərin  törəmələri  olan  gürcü 

eristavlarını  da  itaət  altına  aldı.

27

  Daha  sonra  Səlcuqlular  Ani  şəhərinə  hücum 



etdilər.  Arxasından  Trabzon  hakimi  məğlub  edildi,  Ərməniyyədəki  qriqoryan 

türklər, Gürcüstandakı Abxaz-qıpçak xalqları və Aran hakimlər üzərində Səlcuqlu 

hakimiyyəti  qurulduqdan  sonra  Gəncədə  Səlcuqlu  əmirliyinin  başına  Əmir 

Sevtəgin gətirildi.

28

 1075-ci ildə Sevtəgin ordusuyla Arana gəldi. Ondan bir qədər 



sonra da Sultan Məlikşah özü Azərbaycana səfər etdi (1088).

29

 



Sultan  Məlikşahdan  etibarən  Azərbaycan,  böyük  sultan  olacaq  Səlcuqlu 

şahzadələrin "sancağı" və vəliəhd ölkəsi elan edildi.  Sırası ilə Məhəmməd Tapar, 

oğulları Toğrul və Məsud mərkəzi Gəncə olan Azərbaycanda  məliklik etmişdilər. 

Bunun  əsas  səbəblərindən  biri,  hakimiyyəti  ələ  keçirmək  üçün  Azərbaycan  və 

xüsusilə  də  Aranda  yeni  gələn  Səlcuqlu  oğuzları  ilə  qaynayıb-qarışmış  qələbəlik 

                                                           

24

 Sümer, Anadolu'da Moğollar, s. 83. 



25

 Sumer, Oğuzlar, s. 114-15; 

26

 İbn əl-Əsir, əl-Kamil, Bakı nşr., s. 142-143. 



27

Bundariyə  görə,  Alparslan  Naxçıvan  üzərindən  Abxaziyaya  girdi.  Abxaz  hökmdarı  Baqratlı 

xanədanının  nümayəndəsi  Baqrat  ibn  Georgi  onunla  müqavilə  bağlayaraq  qızını  sultanla  evləndirdi. 

Bundari, Zubdat, s. 31. 

28

 Minorsky, Şeddadiler, s. 25; 



29

 Şərifli, Azərbaycan feodal dövlətləri, s. 251. 




10 

 

türk  xalqının  yaşaması  idi.  Bunlar  Bizans  və  Abxaz-qıpçaq  ölkələrinə  qarşı 



davamlı  hücumlar  təşkil  etdiyindən  yüksək  qabiliyyətdə  əsgəri  bacaracağa  və 

döyüş ruhuna sahib idilər. Aran və Şirvandakı Şirvanşahlar və Şəddadilər sülaləsi 

isə bu dövrdə kiçik feodal vassal hakimlər hesab edildilər. 

1092-ci  ildə  Sultan  Məlikşah  vəfat  etdiyində  Azərbaycan  və  Aranın 

hakimiyyəti Məhəmməd Taparın əlində  idi.  Məhəmməd Tapar isə  gözünü Böyük 

Səlcuqlu  taxtına  dikmişdi.  Bu  səbəblə  qardaşı  Sultan  Bərkyaruqa  qarşı  Xorasan 

hakimi  Səncər  ilə  gizlicə  sövdələşərək  qiyam  qaldırdı.  Azərbaycan  və  ətraf 

hakimlərdə  kömək  alan  Tapar  noyabr  1101-ci  ildə  Həmədan  döyüşündə  Sultan 

Bərkyaruqa  məğlub  olsa  da  xəlifə  əl-Müstəzhirin  araya  girməsilə  faktiki  olaraq 

Böyük Səlcuqlu dövləti  üç  yerə  parçalandı.  Azərbaycan və Aran  mərkəz olmaqla 

şimal-qərb torpaqları Taparın, paytaxtı Həmədan olmaqla mərkəzi torpaqları böyük 

sultan  Bərkyaruqun,  Xorasan  və  ümumiyyətlə,  şərq  torpaqlarının  idarəsi  də 

Səncərin əlinə keçdi.

30

 



Məhəmməd  Tapar  ilə  Sultan  Bərkyaruq  arasında  Xoy  ətrafında  meydana 

gələn ikinci  müharibədə zəfəri Bərkyaruq qazansa da  Azərbaycanın iqtası Tapara 

verildi.

31

  1104-cü  ildə  Azərbaycanda  sadəcə,  Taparın  adına  xütbə  oxunurdu.  Bu 



Taparın  əmrindəki  Azərbaycan  türklərinin  mərkəzi  hakimiyyəti  tanımadıqlarını 

göstərməkdədir.  1104-cü  ildə  Sultan  Bərkyaruq  vəfat  etdi.  Hakimiyyəti  əlinə 

keçirən  Məhəmməd  Tapar  Azərbaycan  və  Aranı  vəliəhd  elan  etdiyi  oğlu 

Mahmudun iqtası təyin etdi. 1118-ci ildə Tapar öldü və yerinə oğlu Mahmud keçdi. 

Ancaq əmisi Səncər ona qarşı üsyan edərək Böyük Səlcuqlu taxtını əlinə keçirdi. 

Səncər  paytaxtı  Mərvə  köçürüncə,  ölkənin  qərbində  İraq  Səlcuqluları  dövləti 

(1119) ortaya çıxdı. Taparın oğlanları tərəfindən idarə edilən bu dövlətin paytaxtı 

Həmədan  olub  ilk  sultanı  da  Mahmud  idi.  Bu  əslində  Böyük  Səlcuqlu  dövlətinin 

Şərq və Qərb Səlcuqluları olaraq ikiyə bölünməsi mənasına gəlirdi. Mahmud İrak 

Selçuklularının başına keçdi. Həmədan, İsfahan, əl-Cibəl, Kirman, Fars, Xuzistan, 

İraq,  Azərbaycan,  Aran,  Cəzirə,  Diyar-i  Mudar,  Diyar-i  Rabiə,  Şam  və  Rum 

(Anadolu)  İraq  və  ya  Qərb  Səlcuqlularının  hakimiyyət  sahəsi  olurkən;  Səncər 



Büyük Selçuklu sultanı ünvanını özündə qorusa da əslində Xorasan, Xarəzm, Qur, 

Qəznə,  Mərv,  Murqab,  Dehistan,  Mavəraünnəhr  torpaqlarının  hakimi  sifəti  ilə 



Xorasan və ya Şərq Səlcuqlarının hökmdarı oldu. 

Mahmud  İraq  Səlcuqlu  sultanı  olurkən  qardaşı  Məsud  da  Azərbaycan  və 

Aran hakimliyini öz əlinə aldı.

32

 Onun atabəyliyini isə İraq Səlcuqlu dövlətinin ən 



güclü  əmiri  Qara  Sunqur  icra  edirdi.  Ancaq  əmirlərin  təsiri  altında  qalan  Məsud 

Azərbaycan  məlikliyi  dövründə  davamlı  olaraq  sultan  olan  qardaşına  qarşı 

                                                           

30

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 15-16. 



31

 Bundari, Zubdat, s. 83-84; Ravendi, Rahat, s. 139-151. 

32

  İbn  əl-Əsir,  el-Kamil,  VIII/286-288;  Bundari,  Zubdat,  s.  128-129;  İbn  əl-Cövzi,  Mir'atü'z-zeman, 



IX/205-216; Bünyadov, Azərbaycan Atabəyləri, s. 16-17. 

 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə