ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.

səhifə9/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

19 

 

qurudurlar;  atları,  qoyunları,  qatırları  və  dəvələrinin  sayı-hesabı  yoxdur.  Burada 



çox rahat şəkildə yaşayırlar; ovlanır, dincəlir, oynayır (mərasimlər keçirir), heç bir 

şeyin məhrumiyyətini çəkmirdilər. Şəhərlərdə alış-veriş edir və bizim ölkəmizə də 

(Kartliyə) girərək çoxlu əsir alır və talan edirdilər. Bahar gələndə Somxet, Ararat

57

 



və  Aboç

58

  dağlarına  çıxırdılar  (yaylaq).  Yayda  onlar  yaşıllıq  yerlərdə,  böyük 



ovalarda, bol miqdarda bulaq və çay sularının olduğu torpaqlarda qalırdılar. Elə bil 

ki  onlar  sayıları  çox  obalarına  "dünyanın  hər  yerindən  bu  ölkəyə  gəlin  deyə  söz 



kəsmiş  və  burası  Türkelidir"  demişdilər.  (Səlcuqlu)  Sultanı  belə  onları  buradan 

çıxara bilməz və heç kəs onlara zərər verə bilməzdi".

59

 

Gürcü qaynağının da şahidliyinə görə türklər Gürcüstan ərazisində özlərinə 



geniş yaylaq və qışlaq torpaqları əldə etmişdilər. Ayrıca, gürcü xronik müəllifləri, 

onların sahib olduqları bu coğrafiyanı özləri üçün "Türkeli" olaraq qəbul etdiklərini 

xəbər  verməkdədir.  Gürcüstanda  türklərin  böyük  bir  kütlə  təşkil  etdikləri 

bilinməkdədir. Necə ki, Abxaz-Kartli kralı David özünün 40 min nəfərlik ordusunu 

türklərdən (qıpçaqlardan) təşkil etmişdir.

60

 Anonim bir müəllifə görə: "O il, bütün 



türklərdən  mütəşəkkil  200.000  nəfərlik  Sultan  ordusu  (Səlcuqlular)  məharətli  bir 

hücumla  birdən  ortaya  çıxdılar.  Kral  (IV  David)  sözünü  eşidənlərlə 

Naçarmagevdə

61

  ikən  onların  Tiryaletə  çatdıqlarını  öyrəndi  və  1.500  nəfərlik 



ordusu  ilə  Maslataya  gəldi".  Müəllif  bu  müharibədə  Davidin  Səlcuqları  məğlub 

                                                           

57

 Ararat: Kars ilə İrəvan arasındakı ərazi. 



58

 Aboç: Arpaçayın və ya Qanqarın (Kəngər) zirvə hissəsi. 

59

 Histoire de la Georgie, I, s. 358. 



60

  Gürcü  qaynaqları  bu  barədə  belə  deyirlər:  "Kral  David,  Tanrının  gözlənilmədən  verdiyi  bu  lütflər 

qarşısında  aciz  qaldı  (Səlcuqlular  arasında  ortaya  çıxan  ara  müharibələr  qəsd  edilməkdədir).  O,  bu 

şəhərləri və qalaları daima əlində saxlamaq və (yeni torpaqlar) işğal etməsi üçün böyük bir ordusunun 

olmadığını gördü. Qış və yay olduğuna baxmayaraq başladığı səfərlərdə əsgərinin çatmadığını, ortaya 

çıxan  böyük  arzularının  həyata  keçirilməsi  üçün  xalqının  həddindən  az  olduğunu  başa  düşdü.  Bunun 

üzərinə  ürəyində  bir  "ah"  çəkdi.  David  başa  düşdü  ki,  başqa  heç  bir  gücü  yoxdur.  Ancaq  qıpçaq 

millətinin  çox  qələbəlik  əhalisi,  müharibələrdəki  cəsarəti,  hücumlardakı  çevikliyi,  basqınlarda 

insafsızlıqları, istədikləri torpağı asan ələ keçirmək qabiliyyətləri (ona) arzularını həyata keçirə bilmək 

imkanı  verəcəyini  özü  də  yaxşı  bilirdi".  Bunun  üzərinə  kral,  öz  qayınatası  Atraqdan  kömək  istədi. 

Qıpçaqlar  "oslar  (alanlar)  ölkəsindən  rahat  keçmələri  şərtini  gətirdilər.  Kral  vəziri  Georgini  oslara 

göndərdi. Oslar ilə qıpçaqlar kral Davidə girovlar verdilər, bu iki millətə yaxınlaşmaq və aralarında sülh 

təsisi  ilə dostluq  ittifaqı  qurmaları  asanlaşdı.  Davir,  Daryela  (Daryal  keçidi)  qapılarını,  bütün  oset  və 

Qafqaz qapılarını aldıqdan sonra qıpçaqlara qorxudan uzaq bir yol hazırladı və qayınatası və qayınları 

ilə birlikdə böyük bir ordu gətirdi. 

Kralın,  onları  yanına  gətirməklə  çəkdiyi  əməklər  hədər  getmədi;  çünki  qıpçaqların  köməyi  ilə  İran 

(Səlcuqlu)  gücünə  böyük  zərbələr  vurdu  və  bütün  ölkələrin  hökmdarları  üzərində  qorxu  və  titrəmə 

yaratdı. ... Qıpçaqlar qadınları ilə birlikdə bəyəndikləri torpaqlara yerləşdilər və onlarla birlikdə seçmə 

40.000  döyüşçü  bu  səfərlə  gətirilmişdir.  Onlara  atlar,  silahlar  tədarük  edildi.  Ayrıca  döyüşdən  sonra 

dincəlmələrinə (kömək etmələri üçün) 5.000 kölə verildi". Histoire de la Georgie, I, s. 362-363.  

61

 Qorinin şimalındakı kral iqamətgahı. 



 


20 

 

etdiyini  desə  də,  əslində  zəfəri  Səlcuqluların  qazandığı  müəllifin  sözlərindən  də 



ortaya çıxmaqdadır.

62

 



Abxaz-Kartli  krallığının  Səlcuqlulara  olan  bağlılığı  Sultan  Məhəmməd 

Taparın  ölümünə  qədər  davam  etdi.  1118-ci  ildə  rus  knyazlıqları  qarşısında  arxa-

arxaya  məğlubiyyətə  uğrayan  kuman-qıpçaqların  başçısı  Atraq/Otrok  300.000-lik 

bir kütlə ilə Kuban-Tərək arasına gəldi və kürəkəni IV Davidin ölkəsinə getdi. Bu 

rəqəmin doğru olduğunu, 1125-ci ildə qıpçaqlara hücum etmək məqsədi ilə Aşağı 

Don  tərəflərinə  qədər  gələn  Pereyaslav  knyazının  kumanları  buralarda  tapa 

bilməməsi də isbat etməkdədir. Ayrıca, kral Davidin gələn qıpçaqlardan 40.000-lik 

bir  ordu  təşkil  etməsi  Gürcüstana  gələn  türklərin  ən  azı  200.000  olduqlarını 

göstərməkdədir. Ancaq rus knyazı Vladimir Monamax  öldükdən sonra Atraq bəzi 

birlikləri ilə təzədən şimala getmişsə də, qıpçaqların böyük bir hissəsi Gürcüstanda 

qalmış,  xüsusilə  də  Ani  ilə  Ərzurum  arasındakı  Kürün  yuxarı  axarı  və  Çorux 

sahəsini, Rustav  və  Somxeti tərəflərini əllərinə keçirərək  yerləşdikləri  məlumdur. 

Bunlar daha  sonra  ortodoks xristianlığı qəbul edib Gürcüstanda  1578-ci  ilə qədər 

(Osmanlı  fəthinə  qədər)  öz  yerli  idarələrini  (atabəyliklərini)  qurmuşdular. 

Qıpçaqların  Gürcüstana  gəlib  yerləşdikləri,  Abxaz-Kartli  krallığının  əsgəri 

sistemini  əllərinə  keçirdikləri,  gürcü  krallığında  "atabəylik  sistemi"  təsis  edərək 

qıpçaq  bəylərinin  gürcü  kral  və  kraliçalarının  "hərbi  nazirləri"  olduqları  və 

Səlcuqlu ölkələrinə qarşı hərbi səfər və yürüşlər təşkil etdikləri 1096-1230-cu illər 

arasındakı 235 illik dövr Gürcüstan tarixinin ən parlaq dövrünü təşkil etməkdədir. 

Köçəri  həyat  tərzi  sürdüklərinə  görə  qıpçaqlar  üçün  Səlcuqluların  əlindəki 

müsəlman  ölkələri  böyük  qənimət  mənasına  gəlirdi.  Ayrıca  bu  iki  türk  boyu 

arasında dini düşmənçiliyin izləri də möhkəm idi. 

Abxaz-Kartli  krallığının  40  min  qıpçaq  döyüşçüsünü  öz  sarayında 

yerləşdirdiyi,  500  qıpçaq  uşağını  da  sarayda  tərbiyə  etdiyi  və  onlara  xristianlığı 

qəbul  etdirdiyi  qaynaqlarda  qeyd  edilməkdədir.  Əsgərlər  arasında  başlayan 

xristianlaşma  daha  sonra  qıpçaqlar  arasında  da  yayıldı  və  beləcə,  Gürcüstanda 

yerləşən 200 minlik qıpçaq-türk ailəsi ortodoks xristianlığını qəbul edib, müəyyən 

bir vaxtdan sonra "gürcüləşdilər".



63

 

1096-1120-ci illər arasında qıpçaqların bir tərəfdən ordunu əlinə keçirməsi, 



digər  tərəfdən  sarayda  tərbiyə  alan  qıpçaqların  xristianlaşaraq  dövlətin  idari 

mexanizmasında xidmətə başlamasından sonra müasir tarixçilərin "gürcü krallığı" 

adı  verdikləri  dövlətin  çiçəklənmə  dövrü  başladı.  1120-ci  ildə  artıq  Abxaz-Kartli 

krallığı  Səlcuqluların  vassallığından  çıxıb  1230-cu  ilə  qədər  davam  edəcək 

                                                           

62

 Histoire de la Georgie, I, s. 359-360. 



63

  Anonim  müəllifə  görə,  "Qıpçaqlar  özləri  də  fərdi  olaraq  yavaş-yavaş  xristian  dinini  qəbul  etməyə 

başladılar; buna görə hər gün çoxlu (öz dinindən) üz döndərənlər və möminləşənlər olurdu. Kral, onlara 

generallar və başçılar təyin edib bir yerə yığdıqdan və oymaqlarına görə intizama soxduqdan sonra öz 

şəxsi ordusunu tənzim etməyə başladı". Histoire de la Georgie, I, s. 360. 

 





Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə