Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Ətraf mühiti çirkləndirən mənbələr və maddələr



Yüklə 4,53 Mb.
səhifə41/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   37   38   39   40   41   42   43   44   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

2.3. Ətraf mühiti çirkləndirən mənbələr və maddələr

Ətraf təbii mühit litosfer, hidrosfer, atmosfer və yerətrafı kosmik fəza da daxil olmaqla insanların və digər canlı orqa­nizmlərin məskun və fəaliyyət sahəsidir.


Təbiət dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi miqdarda məruz qalan təbii bir kompleks başa düşülür.
Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmu­su onun keyfiyyətini göstərir. Ətraf mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
Tətbiqi ekologiyada ətraf mühit dedikdə, insanı əhatə edən atmosfer havası, su və torpaq başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət, əsasən, insanların və bütün canlıların səmərəli yaşayışının təmin olunması üçün aparılan analiz və onların göstəricilərinə əməl etməkdən ibarətdir.


2.3.1. Atmosferin çirkləndirilməsi

Atmosfer yerətrafı hava-qaz təbəqəsidir. Atmosferin alt sərhədi qurunun səthi (okean səviyyəsi) hesab olunur. Üst səthin hündürlüyü yer səviyyəsindən 3000 km-ə çatır. Atmos­fer 5 təbəqəyə bölünür. Birinci təbəqə Troposfer adlandırılır. Onun hündürlüyü 8-18 km-ə qədərdir. Troposfer­dən yuxarı stratosfer, mezosfer, termosfer, ekzosfer yerləşir.


Yer səthindən yuxarı qalxdıqca hava kütləsinin azalmasına uyğun olaraq atmosfer təzyiqi də azalır. O, dəniz səviyyəsində 1013 millibara (mb) bərabər olduğu halda 10 km yüksəklikdə 200 mb-a və 16 km-də 170 mb təşkil edir. Termosferdən yuxarı qalxdıqca temperaturda aşağı düşür. Temperaturun atmosferdə dəyişmə sürəti aerotermik qradi­yentlə qiymətləndirilir:


; m/ °C (2.1)

burada to – havada orta illik temperatur, °C;


th – H yüksəklikdə havanın temperaturudur.

Orta hesabla, hər 10 m-dən bir coğrafi şəraitdən asılı olaraq, temperatur 0,55 ÷ 0,65°С qədər azalır.


Troposferdə temperaturun azalması onun üst sərhədinə qədər davam edərək (-56,5)°С-ə çatır.
Yer səthindən yuxarı qalxarkən temperaturun bir dərəcə dəyişməsi üçün lazım gələn metrlər sayına aerotermik pillə deyilir.
; °C/m (2.2)

Atmosferdə səs dalğalarının hərəkət sürətinin dəyişməsi temperatur dəyişməsi qanununa tabedir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca səs dalğalarının yayılma surəti azalır və 340 m/san-dən 10 km yüksəklikdə 297 m/san-yə çatır.


Atmosferdəki su buxarı və karbon qazının başlıca hissəsi troposferdədir. Buna görə də, troposfer ilə yer səthi arasında yüksək su və istilik mübadiləsi prosesləri gedir. Bu isə öz növbəsində yer üzərində nəmliyin dəyişməsinə, havanın sıxlığının qeyri bərabər yayılmasına, yer səthinin günəş şüaları vasitəsilə qeyri müntəzəm qızdırılmasına və s. səbəb olur. Deməli, yer üzərində yaşayış üçün əsas şərtlərdən biri olan atmosfer planetdə iqlimin yaranması və onun istilik rejiminin tənzim olunmasında geniş iştirak edir. Günəş şüalarının bir hissəsi atmosferdə udulur. Yerdə qalan hissəsi yer üzərinə çataraq torpağa, su hövzələrinə daxil olur. Daxil olan enerjinin bir hissəsi yer üzərindən atmosferə əks etdirilir. Yer kürəsində cazibə qüvvəsinin mövcudluğu, atmosferin onunla birgə hərəkət etməsinə səbəb olur.
Atmosferdə ən aktiv qaz oksigen sayılır. Onun miqdarı 21%-ə bərabərdir. Atmosfer oksigenlə bərabər 0,03 %-ə qədər karbon qazı (CO2), 0,97 % təsirsiz qazlar, 78 % azot qazından ibarətdir.
Atmosferdə qazlarla yanaşı maye, aerozol və ion şəkilində olan müxtəlif maddələr də mövcuddur. Atmosfer həm şaquli, həm də üfüqi istiqamətdə yekcins deyil. Bu xüsusiyyət onun yer üzərində hərəkət istiqamətinin dəyişən olmasına səbəb olur.
Atmosfer müxtəlif maddələrlə çirkləndirilə bilir. Çirk­ləndiricilər təbii və antropogen mənşəli olur. Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən öz mənafeyi üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən çəkinməmişdir. Bu vəziyyət elmi-texniki tərəqqi əsri olan müasir dövrdə daha kəskin xarakter almışdır.
Ətraf mühiti çirkləndirən komponentlərə, əsasən, kükürd oksidi, hidrogen sulfid, azot oksidi, karbohidrogenlər, dəm qazı və mexaniki qarışıqları misal göstərmək olar.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə