Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə49/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   45   46   47   48   49   50   51   52   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

2.3.3. Litosferin çirkləndirilməsi

Litosferin üst münbit qatı torpaq adlandırılır. Yer kürə­sinin quru hissəsinin sahəsi 149,1 mln kvadrat kilometrə bəra­bərdir. Bu sahənin yalnız 129 mln kvadrat kilometri, yəni 86,5%-i torpaq sahəsidir. Torpaq sahəsinin 25%-i otlaq, 10%-i müxtəlif bitkilər, 11-12 faiz isə əkinçilik üçün istifadə edilir (25-32 mln km2). Torpaq əsas qida mənbəyidir. O, bərk, maye və qaz fazalarından ibarətdir. Dərinliyə getdikcə, torpaqda olan üzvü maddələrin və canlı orqanizmlərin miqdarı azalır.


Torpağın bərk hissəsi mineral və üzvü maddələrdən ibarətdir. Dispers halına görə mineral maddələr iki qrupa bölünürlər: diametri 0,001 mm-ə bərabər və ondan kiçik olan mineral maddələr. Torpağın bərk hissəsinin hava və ya su dolmuş hissəsinə onun məsaməliliyi deyilir. Torpağın mineral hissəsi, oksidləşmiş və ya duz şəkilində olan Si, Aℓ, Fe, К, Na, Mg, Ca, P, S və digər kimyəvi elementlərdən ibarətdir.
Torpağın tərkibinə daxil olan üzvü maddələr, əsasən, karbon, oksigen, hidrogen, azot, fosfor, kükürd və s. birləş­mə­lər­dən ibarətdirlər. Əksər kimyəvi elementlər torpaq məsamələ­rin­dəki suların tərkibində həll olmuş şəkildə olurlar. Məsamə­liliyin boş qalan hissəsində hava yerləşir. Torpağın səthinə yaxın olan hissəsində N2, O2, CO2 qazları toplanır.
Yaşıl bitkilər atmosferdən karbon qazını, torpaqdan su və mineral maddələri udaraq, işıq enerjisindən istifadə etməklə mineral birləşmələr yaradırlar ki, bu da heyvanlar üçün əsas yem mənbəyi olur.
Heyvanat çürüntüləri, bakteriya, üzvü maddələr fiziki və kimyəvi təsirdən parçalanaraq torpaq “humusuna” çevrilir. Parçalanmaya məruz qalmayan hissələr torpağın fauna və mikroorqanizmlərinin hərəkətinə şərait yaradır (qaz mübadi­ləsi, istilik rejimi, nəmlik).
Münbit torpağın əmələ gəlməsi, bir neçə yüz və ya min illər ərzində baş verir. İnsanların fəaliyyətinin nəticəsində münbit torpaqlar kəskin çirkləndirilir, onların məhsuldarlığı xeyli aşağı düşür. Torpağın məhsuldarlığının azalması, əsasən, aridləşmə və eroziya nəticəsində baş verir. Aridləşmə torpağın nəmliyinin azalması üzrə kompleks təsirlərin nəticəsidir. Erozıya külək, su, texniki təsir nəticəsində torpağın dağıdılma­sı­dır. Şoranlaşma, əsasən, suvarma prosesində olan pozuntu­ların nəticəsində yaranır.
Alimlərin fikrinə görə, bir nəfər insanı qidalandırmaq üçün 0,1 hektar sahəni əkmək lazımdır. Hal-hazırda mövcud torpaq sahəsi 6-9 mlrd insanı yedirtmək iqtidarına malikdir. Torpağın intensiv çirklənməsi, tullantılar vasitəsilə onun tutulması əkin sahələrinin azalmasına gətirib çıxarır.
İri şəhərlərin, əlvan və qara metal, kimya və neft-kimya, maşınqayırma sənaye müəssisələri, istilik-elektrik stansiyaları­nın əhatə etdikləri torpaq sahələri ağır metallarla, neft məhsulları, kükürd və digər maddələrlə ciddi çirkləndirilir.
Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirkləndirən əsas mənbələrdəndir.
Quyuların qazılması zamanı, hər bir buruq sutka ərzində 100-120 m3 su işlədir. Adətən, quyu ətrafında kifayət həcmdə gil, yağlayıcı maddələr, kimyəvi reagentlər, qazılmış süxurlar, duzlar və s. ilə çirklənmiş su yığnağına rast gəlmək olur. Bu sular tullantı suları adlandırılır. Laboratoriya tədqiqatları ilə müəyyən edilmişdir ki, tullantı sularının fiziki-kimyəvi tərkibi, əsasən, onunla qarışmış qazıma məhlulunun və kimyəvi reagentlərin miqdarından asılıdır.
Tullantı suları tərkibində olan bioxromat oksidi 7,3-520 mq/O2/l, başqa maddələrin oksidləri isə 9,5-5191 mq/O2/l miqdarındadır. Bu tullantı suları torpaq daxilində olan canlı orqanizmləri məhv etmək xüsusiyyətinə malik olur.
Qeyd etmək lazımdır ki, qazıma məhlulunun özü, xüsu­silə neft əsaslı qazıma məhlulu ətraf mühit üçün kifayət dərəcədə təhlükəlidir. Adətən, çirklənmə qazıma məhlulunun quyudan daşmasından, tullanışından, işlənmiş məhlulun ətrafa dağılmasından və s. yaranır.
Neft və qaz quyularının istismarı, təmiri, neft və qazın yığılması və nəqli zamanı ətraf mühitin çirklənməsi baş verir. Quyuların istismarı zamanı, hasilatın sabit saxlanılması və ya artırılması üçün ardıcıl olaraq quyularda müxtəlif geoloji texniki tədbirlər həyata keçirilir. Adətən, bu tədbirlər müxtəlif üzvi və sintetik kimyəvi maddələrdən istifadə etməklə aparılır. Quyuların istismarı zamanı, mürəkkəbləşmələrlə və texnoloji rejimin pozulması ilə mübarizə tədbirləri müxtəlif kimyəvi maddələrin tətbiqi və bir neçə texnoloji prosesin həyata keçirilməsi ilə aparılır. Bu əməliyyatların yerinə yetirilməsi zamanı ətraf mühitin çirklənməsi baş verə bilər.
“Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən quyula­rın istismarı zamanı ətraf mühiti çirkləndirən maddələr aşağıdakı ardıcıllıqla verilmişdir:
- neft;
- yanacaq sürtkü materialları;
- neftli qum;
- səthi aktiv maddələr (SAM);
- mədən tullantı suları;
- kimyəvi həlledicilər – absorbent, pirokondensat;
- turşular, duzlar, sirkə, flor turşusu;
- tərkibində neft olan lay suları;
- tərkibində kimyəvi işlənmiş məhlul olan tullantı suları;
- parafinlər.
Kimyəvi işlənmiş və ağırlaşdırılmış məhlullar, qazımadan fərqli olaraq, quyuların istismarı zamanı ətraf mühitin çirklən­di­­ril­­məsinə daha çox təsir göstərir.
Quyu məhsulu tərkibində böyük miqdarda lay suyu olduqda, atqı xəttində, boru kəmərində və nasos-kompressor borularında duz, qum və parafin çökməsi təsadüf edilir. Buna qarşı mübarizə üçün, kimyəvi üsuldan istifadə edilir. Quyu döşəməsində tutucu vasitə olmadıqda ətraf neft, lay suyu və turşu ilə çirklənir.
Quyudibi zonada keçiriciliyi artırmaq məqsədilə, hidro­qum şırnağı, turşu, termiki təsir və kimyəvi işləmə metodları tətbiq edilir. Bu əməliyyatlar, yeraltı avadanlığın bəzən qaldı­rıl­ması prosesi ilə aparılır. Avadanlığın qaldırılıb qaldırılma­ma­sından asılı olmayaraq, quyuətrafı zona gilli məhlul, SAM, turşu və kimyəvi həlledicilərlə çirklənməyə məruz qalır.
Qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsi yer üzərinə neftin təbii olaraq öz-özünə çıxması nəticəsində də baş verir. Bu hala cənubi Kaliforniyada, Karib dənizində, Meksika və İran körfəzlərində, Azərbaycan və Komidə rast gəlmək olar. Təbii yolla yer səthinə qalxan bu neftlər çıxarılan neftdən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanıl­ması zamanı boru birləşmələrindən, hermetikliyin pozulma sahələrindən, siyirtmə və kipkəclərdən sızma ətraf mühiti çirkləndirən potensial mənbə sayılır. Yığım məntəqələri və mədən rezervuar parklarında neftin boşaldılması və ya rezervuarların təmizlənməsi zamanı neftli-çirkli su kanalizasiya sisteminə axıdılır ki, bu da çirkab sularının çirklilik dərəcəsini daha da artırır.
Rezervuarlardan neftin sızması onların dibində yaranan korroziyanın təsirindən baş verir.
Müasir dövrdə azkeçirici laylar daxilində təbii rezervuardan qazıyaraq orada neft və qaz məhsulları yığırlar. Lakin, bu rezervuarlardan da sızma, filtrasiya, buxarlanma baş verir ki, bu da su hövzələrini və torpağı çirkləndirir.
Boru kəmərləri ətraf mühitin çirkləndirilməsi üçün daha təhlükəli sayılır. Kəmərdən axan neft məhsulları bəzən hiss edilmədən davam edir. Müəyyən edilib ki, 2 t axan neft 100 m2 torpaq sahəsini əkinə yararsız edir. Neftin neft-qaz yığını kollektorlarından və texnoloji qurğulardan qəza nəticəsində ətrafa dağılması xarakterik bir hadisə kimi qalmaqdadır. Kanalizasiya sistemi olmadıqda və ya pis işlədikdə bu tip tullantılar yaxında yerləşən su hövzələrinə, bataqlığa axıdılır ki, bunun da nəticəsində su hövzələri və qrunt suları çirkləndi­rilir.
Beləliklə, torpağın çirkləndirilməsi orada olan mikroorqa­nizm­lərin məhvinə səbəb olaraq torpaq məhsuldarlığının azal­ma­sına gətirib çıxarmaqla yanaşı, torpaqda potensial şəkildə kanserogen maddələrin yığılıb qalmasına səbəb olur.



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə