Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə57/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   53   54   55   56   57   58   59   60   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Evaporasiya üsulu ilə çirkab sularını təmizləmək üçün çirkabı su buxarı ilə qovurlar. Bu məqsədlə, buxar-sirkulyasiya üsulu daha çox tətbiq olunur. Bu halda, buxar çirkabı sudan qovub çıxarır, özü isə qələvi ilə yuyularaq yenidən prosesə sirkulyasiya etdirilir.
Azeotrop qovma üsulu fiziki-kimyəvi təmizləmə üsu­luna aid edilir. Bu üsul, bir çox kimyəvi maddələrin su ilə azoetrop qarışıq əmələ gətirməsinə əsaslanır. Distillə kalonunda su buxarı ilə qızdırılan çirkab suyun bir qismi çirkabla birlikdə azeotron qarışıq kimi, buxar halında, kondensatora daxil olur və orada kondensləşir. Soyumuş kon­densat separatorda iki təbəqəyə ayrılır. Təmiz su təbəqəsi aşağıdan xaric olur. Sudakı çirkləndirici maddələrin qatılığı çox olduqda və onlar suda pis həll olduqda azeotrop qovma üsulu daha effektli olur.
Adsorbsiya üsulu daha çox yayılmış üsullardan biridir. Bu üsulla çirkab sulardakı qatılığı ən az olan zərərli maddələri sudan ayırmaq mümkündür. Belə hallarda, başqa üsulların tətbiqi ya çox baha başa gəlir, ya da o üsulları tətbiq etmək mümkün olmur. Adsorbsiya üsulu ilə çirkab sulardakı bütün üzvi maddələri ayırmaq mümkündür. Adsorbent kimi aktivləş­miş kömür və sintetik qətranlar götürülür. Göstərilən adsor­bent­lər hidrofob xassəlidir. Ən yaxşı adsorbent KAD markalı aktivləşdirilmiş kömür hesab edilir.
Biokimyəvi üsul mikroorqanizmlərin köməyi ilə çirkab­ları zərərsiz hala salmağa imkan verir. Oksidləşmə nəti­cəsində zərərli maddələr suya, karbon qazına, sulfat və nitrat ionlarına çevrilir. Biokimyəvi təmizləmə üsulunda iki metoddan istifadə edilir: aerob (oksigenin iştirakı ilə) və anaerob metodu (oksigen olmayan mühitdə). Axırıncı üsul nisbətən az yayılmışdır. Biokimyəvi üsullarla çirkab sularda həll olmuş mineral və üzvi maddələr kənar edilir.
İstehsalat sularını biokimyəvi üsulla təmizləmək üçün tət­biq olunan flokulyantlara bioflokulyantlar deyilir. Bioflokul­yantlar bioloji metodlarla alınır.
Bioflokulyant kimi aktiv lildən istifadə edilir. Aktiv lil mikroorqanizm hüceyrələrindən və onların metabolizm məh­sul­la­rın­dan ibarətdir. Kimya, mikrobiologiya çirkab sularının təmizlənməsi zamanı çoxlu miqdarda aktiv lil əmələ gəlir. Aktiv lil sorbsiya və flokulyasiya xassələrinə malik olduğuna görə, çirkab suların biokimyəvi təmizlənməsində ən çox işlənən reagentdir. Aktiv lil vasitəsilə ən zərərli ağır metal ionlarını belə sorbsiya etmək olur. Aktiv lilin flokulyasiya qabiliyyəti yüksək deyil və kimyəvi emal yolu ilə onun bu xassəsini yüksəltmək mümkündür. Sintetik flokulyantların təmizləmə effekti bioflokulyantların təmizləmə effektindən yüksək olsa da, flokulyantlarla təmizləmə prosesi baha başa gəlir. Çünki, bu flokulyantların özlərini almaq üçün xüsusi istehsal prosesi tələb olunur. Ona görə də təbii flokulyantlar­dan – mikro­­orqanizm­­lərdən istifadə etmək daha səmərəli hesab edilir.
Bəzən bioflokulyant almaq üçün, aktiv lil fermentlərin köməyilə hidroliz edilir. Hər üç mühitdə (turş, əsas və neytral) aparılan proses 30-50°C-də 5-50 saat davam edir.
Aktiv lilin özünü və ondan alman sintetik bioflokulyant­ları tətbiq etməklə istehsalat sularını zərərli mad­dələrdən tam təmizləmək olmur. Suyun tərkibində olan və biokimyəvi yolla çətin oksidləşən çirkləndirici maddələri sudan ayırmaq üçün aktiv lil ilə birlikdə oksigen də iştirak edir. Bu prosesə aeroten təmizləmə deyilir.
Çirkləndirici maddə aktiv lil ilə oksigen iştirakında da oksidləşməyəndə oksigen əvəzinə qüvvətli oksidləşdiricilər- dən istifadə edilir. Bu halda, proses oksiten təmizləmə adlanır. Oksiten təmizləmə prosesi aeroten təmizləmə prosesindən 2-2,5 dəfə intensiv olur. Suyun daha effektli təmizlənməsi üçün, aerob və anaerob proseslər növbələşdirilir. Anaerob prosesi ağac qırıntıları ilə doldurulmuş ayrıca biofiltrdə aparılır. Bu filtrlə su yüksək dərəcədə təmizlənir, köpük əmələ gəlmir və pis iyi olmur.
Suyun bioloji təmizlənməsini sürətləndirmək üçün biosti­mulya­tor­lardan istifadə edib, aerasiya sistemini təkmilləşdirir­lər.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə