Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Bərk tullantı maddələrinin zərərsizləşdirmə yolları



Yüklə 4,53 Mb.
səhifə58/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   54   55   56   57   58   59   60   61   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

2.4.3. Bərk tullantı maddələrinin zərərsizləşdirmə yolları

Bərk tullantılar yer səthində daha çox sahə tutur. Bunlar üçün qazılan xəndəklər yararlı torpaq sahəsini azaldır. Təkcə onu göstərmək kifayətdir ki, hər il faydalı qazıntıların istismarı və emalı zamanı ətraf mühitə 8,5 milyard ton bərk formalı tul­lantı maddələr atılır. Bu qədər tullantının cəmi 10 faizindən istifadə edilir. Bu tullantılar böyük torpaq sahələrini yararsız hala salır. Digər tərəfdən, həmin tullantıların tərkibində olan qiymətli komponentlər fayda vermədən tullantıya çevrilir. Bərk tullantı maddələr, başlıca olaraq, geoloji-kəşfiyyat işlərində və faydalı qazıntıların istismarı zamanı əmələ gəlir.


Bərk tullantıların digər mənbələrindən sement, gips və əhəng zavodlarını göstərmək olar.
Tullantılardan istifadə etmək problemi, həllini gözləyən əsas məsələ kimi qarşıya çıxmışdır. Bu məqsədlə, faydalı qazıntı yataqlarından kompleks şəkildə istifadə edilir. Əmələ gələn tullantılardan həm dağ-mədən sənayesində, həm də iqtisadiyyatın başqa sahələrində istifadə olunur. Sənayenin inkişafı ilə əlaqədar olaraq tullantıxanaların sayı ildən-ilə artır. Deməli, tullantılardan sənayedə ikinci xammal kimi istifadə etmək məsələsi günün vacib probleminə çevrilmişdir. Bir neçə fakta nəzər salaq. Təkrar emaldan sonra birillik sement itkisin­dən 30 min ton sement, gips itkisindən 1,2 min ton gips alın­mış­dır.
Bərk tullantıların ilkin mənbələri sənayenin inkişaf etməsi ilə genişlənir. Həmin mənbələrdən cəmiyyət xeyrinə istifadə edilmədikdə onlar ətraf mühiti korlayır, ekoloji taraz­lığı pozur, torpaq fondunu azaldır və faydalı torpaq sahələrinin eroziyasını genişləndirir.
İndi mütəxəssislərə məlumdur ki, tullantılarda yığılıb qalmış faydalı xammal, açılmış şaxtalardakı faydalı xammal­dan çoxdur. Məsələn, qara metallurgiya şlamlarının tərkibin­dəki dəmir təzə dəmir filizlərində olan dəmirdən çoxdur. Bu, belə bir nəticəyə gəlməyə imkan verir ki, faydalı qazıntılar axtarmaq, külli miqdarda xərc qoymaq, ətraf mühiti korlamaq əvəzinə həmin tullantılardan istifadə etmək daha sərfəlidir.
Artıq tullantılardan ikinci xammal kimi istifadə etmək məsələsi iqtisadi və ekoloji cəhətdən öz səmərəsini göstərmiş­dir. Sübut olunmuşdur ki, tullantıdan istifadə olunma xərci, yeni xammalın əldə edilməsi xərcindən 2-3 dəfə azdır.
İnşaat materialları və tikinti sənayesi hər il 3,5 mlrd. tondan çox qeyri-filiz xammalından istifadə edir. Halbuki, tullantılardan istifadə etməklə onun böyük bir qismi əvəz edilə bilərdi. Əvəzində isə, bu sənayelərin özləri böyük tullantı mənbələrinə çevrilməzdi.
Tullantını müəssisədən uzaqlaşdırmaq üçün əlavə nəqliy­yat xərci tələb olunur. Digər tərəfdən həmin tullantı fay­dalı torpaqları istifadəsiz edir və ətraf mühit zibilliyə çevrilir.
Mütəxəssislər və alimlər yaranmış vəziyyətdən yeganə çı­xış yolunu tullantısız və az tullantılı müəssisələrin yaradılma­sında görürlər. Hazırda, belə müəssisələr artıq fəaliyyət göstərir. Bu müəssisələr çoxprofilli olmalı, lazım olan xammal yataqlarına yaxın yerləşməlidir.
Hazırda, domna şlakları əsasında, şüşədən katalitik emal yolu ilə şlakostallar alınır. Stallar yüksək fiziki, mexaniki və fiziki-kimyəvi xassələrə malikdir. Bu xassələr onlardan qiymətli inşaat materialı kimi istifadə etməyə imkan verir.
Son vaxtlar köhnəlmiş avtomobil şinlərindən təkrar istifadə edilməsi də müəssisələrə böyük iqtisadi fayda verir. Bir çox müəssisələrdə köhnə rezin şinlərin regenerasiyası prosesi həyata keçirilir. Bu yolla alınan material kauçuku əvəz edir və inşaatda istifadə edilir.
Məlumdur ki, əksər kimyəvi diffuziya və biokimyəvi proseslərin intensivliyi və effektliliyi maddələrin ölçüləri azaldıqca daha böyük olur. Bu məqsədlə doğrama üsulundan istifadə edilir. “Doğrama” metodunda iri ölçülü materiallar doğrayın maşınların köməyilə kəsiklərin ölçüsü 5 mm-ə qədər olan hissəciklərə çevrilir.
Əgər emal texnologiyası daha xırda hissəciklərlə aparılır­sa, onda doğrama əməliyyatından çıxan material xırdalama ma­şınlarına verilir (müxtəlif dəyirmanlar) və 5 mm-dən az ölçüyə qədər xırdalanır. Xırdalanma maşınları vasitəsilə hissəciklərin ölçülərini 0,1-0,5 mm-ə çatdırmaq mümkündür.
Materialların təkrar emalı fraksiyaların ölçülərindən və növündən asılı olaraq aparılarsa, bu zaman təsnifat və növləş­dirmə üsullarından istifadə edilir. Bu üsulda, hissəciklər ölçülə­rinə görə ayrı-ayrı fraksiyalara ayrılır. Materialın fraksiyalara ayrılması ətalət-qravitasiya və mərkəzdənqaçma-qravitasiya prinsipi əsasında aparılır.
Bərk halda tullantı maddələrindən təkcə onların xırdalan­masından yox, onların iri ölçülü parçalar şəklinə salınması təcrü­bə­sindən də istifadə edilir. Bu növ əməliyyat, əsasən, inşaat materialları ilə aparılır. Məsələn, tozşəkilli maddələrdən kürə və ya silindr formalı iri ölçülü hissələr alıb, onları əlaqələndirici və ya sementləyici maddələrlə işləyib inşaat materialı şəklinə salmaq olar.
Bərk tullantı maddələrin təkrar emalına tətbiq edilən metodlara piroliz (plastmas, ağac, rezin materialları, neft tullantıları), təkrar əritmə (metal şlakları, metallom və s.), yandırma və yandırma yolu ilə yağsızlaşdırma üsulları aid edilir.
Təcrübədə bərk tullantı maddələrin təkrar emalı üçün onların zənginləşdirilməsi metodundan istifadə edilir. Zəngin­ləş­dirmə metodu qravitasiya, maqnit, elektrik, flotasiya və başqa üsullarla aparılır. Burada əsas məqsəd, eyni adlı maddə­lərin toplusunu bu və ya digər üsulun tətbiqi ilə artır­maqdan ibarətdir. Təkrar emal zamanı fiziki-kimyəvi üsuldan istifadə edilir. Bu metod, əsasən, qələviləşdirmə (ekstraksiya), həlletmə və kristallaşdırma üsulundan ibarətdir. Metodun məğzi ondan ibarətdir ki, qarışıq daxilində olan komponentlərdən biri və ya bir neçəsi müvafiq maye həlledicilərdə həll olunaraq qarışıqdan ayrılır. Maye daxilində doymuş şəkildə həll olmuş komponent soyuma, həlledicinin buxarlanması və ya hər ikisinin tətbiqi ilə kristallaşdırılır ki, bu da kristallaşma üsulu adlandırılır.
Bərk tullantı maddələrin növləri, onların mənbəyi və istifadə sahəsi cədvəl 2.6-da göstərilmişdir.

Cədvəl 2.6.


Bəzi bərk tullantıların növləri və onlardan istifadəolunması

Sənaye növü

Tullantıların mənbəyi

Tullantıların adı

Tullantılardan istifadə olunması


Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə