Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə61/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   58   59   60   61   62   63   64   65   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

1

2

3

4

I

Kükürd iki oksid və asılı vəziyyətdə olan hissəcik­lər

havada

İ, R,B,Q

Radioaktiv maddələr (Sr-90, Cs-197)

Qidada

İ,R

II



Ozon

havada

İ,B (stra­tos­ferdə)

DDT və başqa üzvü xlor birləşmələri

Biot, insan

İ,D

Kadmium və onun birləş­mələri

Qida, insan, su

İ

III

Nitratlar, nitritlər

İçməli su, qida

İ

Azot oksidi

havada

İ

Civə və onun birləşmələri

Qida, hava

İ,R

IV

Qurğuşun

Hava, qida

I

Karbon iki oksid

Hava

В

V

Karbon oksidi

Hava

I

Neft karbohidrogenləri

Dəniz suyunda

R,B

VI

Flor birləşmələri

İçməli su

İ

VII

Azbest

hava

İ

Mışyak

İçməli su

İ




Mikrotoksinlər

Qida

İ,R

Mikrobioloji zəhərlənmə

Qida

İ,R

Reaktiv karbohidrogenlər

Hava

İ



Qeyd: İ – impakt; R – regional; В – baza; Q – qlobal:
Məsafə monitorinqi – Radiometrik aparatlarla təchiz olunmuş uçan aparatlarla kosmosda və istənilən sahədə aparı- lan monitorinq.
Kompleks ekoloji monitorinq – Bu universal monito­rinq hesab edilir. Burada ətraf mühit obyektlərinin vəziyyətinə, onların faktiki çirklənməsinə nəzarətlə yanaşı, gözlənilən kritik situasiyalar, onların insanlara, heyvanlara, bitkilərə zərərli təsiri haqda məlumat hazırlanır. Bu monitorinq lokal, regional və fon üzrə aparılır.
Kompleks ekoloji monitorinq sistemi konkret olaraq aşağıdakı məsələlərlə məşğul olur:
Nəzarət obyektinin seçilməsi;
– Ayrılmış nəzarət obyektinin müayinəsi;
– Nəzarət obyekti üçün informasiya modelinin seçilməsi;
– Ölçmə işlərinin planlaşdırılması;
– Nəzarət obyektinin vəziyyətinin qiymətləndirilməsi üçün informasiya modelinin dəqiqləşdirilməsi;
– Nəzarət obyektinin vəziyyətinin dəyişməsinin proqnoz- laşdırılması;
– İstehlakçıya alınan nəticələr haqqında informasiyaların başa düşüləcək şəkildə təqdim edilməsi.
Əldə edilmiş informasiyalar əsasında kompleks ekoloji monitorinqin əsas vəzifəsi aşağıdakılardır:
1) Ekoloji sistemin və insanların məskun sahələrinin fəa­liy­yəti və vəziyyətlərinin qiymətləndirilməsi;
2) Göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbini müəyyən etmək, bu dəyişikliklərin nə ilə nəticələnə­cəyini qiymətləndirmək, ekoloji və yaşayış sahələrinin diaqnostikasını keçirmək;
3) Yaranmış neqativ halların ləğvi və ya təsir dairələrinin azaldılması üçün tədbirlər hazırlamaq. Neqativ hallar haqda vaxtında xəbərdarlıq etmək.
Ekoloji monitorinq İSO 9001, İSO 14001 və OHSAS 18001 beynəlxalq standartların tələbinə uyğun aparılmalıdır.


2.5.2. Müəssisənin ekoloji pasportlaşdırılması

Sənaye müəssisələrinin ekoloji pasportu əsas normativ-texniki sənəd hesab edilir. Ekoloji pasport özündə vəsaitlərin istifadə olunma göstəricilərini, ətraf mühiti əks etdirir. Müəssi­sənin ekoloji pasportuna daxil edilir:


– Müəssisədə istifadə olunan texnologiyalar haqda məlu- mat;
– İstifadə olunan vəsaitlərin (xammal, yanacaq, enerji) key­fiy­yət və kəmiyyət xarakteri;
– İstehsal olunan məhsulun kəmiyyət xarakteri;
– İstehsalat tullantılarının kəmiyyət və keyfiyyət xarakte­ri;
– Müəssisənin mövcud texnologiyaları ilə digər müəssi­sə­lərin və ya xarici ölkələrdə istifadə olunan texnologiyaların müqayisələrinin nəticələri.
Ekoloji pasporta daxil olunmuş məlumatlar aşağıdakı təbiətin mühafizəsi məsələlərinin həllində istifadə olunur:
– Çirkləndirici tullantıların və istehsal olunan məhsulların ət­raf mühitə və əhalinin sağlamlığına təsirinin qiymətləndiril- məsi;
– Çirkləndirici tullantıların buraxıla bilən normalarının müəyyən edilməsi;
– Müəssisə tərəfindən təbiəti mühafizə tədbirlərinin plan­laş­dırıl­ması və onun effektliyinin qiymətləndirilməsi;
– Müəssisənin yenidənqurma layihələrinin ekspertizası;
– Müəssisə tərəfindən təbiətin mühafizəsi üzrə qanunveri­ciliyə necə riayət olunmasına nəzarət.
Ekoloji pasport, müəssisə layihə edilərkən layihəçitəşkilat tərəfindən işlənib hazırlanır.
Ekoloji pasport, istehsalat müəssisəsi tərəfindən layihə­lən­dirilən “Tullantıların buraxılabilən həddi-dən (TBH)” istifadə etməklə qaz-su tə­mizləyici avadanlığın və qurğuların xüsusiyyətləri, tullantılardan istifadə normativ-texniki sənədlər və s. əsasında hazırlanır.
Tərtib olunmuş ekoloji pasport təbiətin mühafizəsi üzrə yerli təşkilatlar ilə razılaşdırılır. O, iki nüsxədə tərtib olunur. Bir nüsxəsi müəssisədə, digər nüsxəsi “Qulluq üçün istifadə olunur” qrifi ilə yerli təbiətin mühafizəsi xidmətində saxlanılır.
Ekoloji pasportun birinci bölməsində müəssisənin yerləş­diyi yer və onun əhatəsində olan obyektlərin xarakteri qeyd edilir, həmçinin müəssisənin xəritə-sxemi verilir. Onun üzərində atmosferə atılan çirkləndiricilərin mənbəyi, yerüstü sular, tullantılar toplanan anbar, sanitar mühafizə zonasının sər- həddi, yaşayış massivi, kənd təsərrüfat sahələri, nəqliyyat magistralı, istirahət zonası göstərilir.
İkinci bölmə “müəssisənin yerləşdiyi rayonun təbii iqlim xarakteri” adlandırılır. Bu bölmədə meteoroloji vəziyyətin xarakteri, çirkləndirici maddələrin yayılma istiqaməti və çirkləndirmə əmsalı, su təchizatı və tullantı sularının mənbəyi haqqında məlumatlar qeyd olunur.
Üçüncü bölmə “müəssisənin qısa xarakteristikası və məhsul haqqında məlumat” adlandırılır. Burada xammal, ilkin istehsal, istehsalat proqramı, buraxılan məhsulun növü və həcmi haqqında məlumat verilir. Hər bir istehsal növü üzrə material axınının balans sxemi verilir.
Sxemdə atmosferi çirkləndirən mənbəyin nömrəsi dəyiş­məz qalmalıdır. Yeni çirkləndirici mənbə aşkar edildikdə ona əvvəl istifadə olunmayan yeni nömrə verilir. Mənbə ləğv olunduqda onun nömrəsi yenidən istifadə olunmur. Mütəşəkkil tullantı mənbələri 0001-5999, qeyri mütəşəkkil tullantı mənbələri 6001-9999 həddində nömrələnir.
Dördüncü bölmə “məhsul növü üzrə enerji sərfi” adlandırılır. Burada məhsulun növü və hər bir vahid məhsul üçün sərf olunan daş kömür və digər yanacaqların növü göstərilir.
Beşinci bölmə “atmosferə atılan tullantıların xarakteris­tikası” adlandırılır. Burada tullantılar haqqında və “TBH” layi- hə normasına uyğun təmizləyici qurğular haqqında məlumat verilir.
Altıncı bölmə “su təchizatı, tullantı suların təmizlənməsi” adlandırılır. Burada, sudan istifadə üzrə balans sxemi ilə əlaqədar informasiya verilir.
Yeddinci bölmə “müəssisədə yaranan tullantıların xarak­teristikası” adlanır. Burada, tullantının dəqiq adı, təhlükəlilik sinfi, miqdarı, birləşmədə əsas kimyəvi element, onların yanğın-partlayış təhlükəsi, aqreqat halı (tozşəkilli, iri dənəli və ya parçalı, maye, özlülü), həllolma qabiliyyəti, nəmlilik dərə­cəsi göstərilir. Həmçinin, müəssisədə xüsusi anbarlarda saxlanılan tullantıların miqdarı, hesabat dövründə onlardan istifadə olunma vəziyyəti, başqa müəssisələrə verilən və məhv edilən miqdar da göstərilir.
Səkkizinci bölmə “tullantıların saxlanılması, basdırılma sahələrinin xarakteristikası” adlanır. Burada, müəssisənin ba­lan­­sın­da olan saxlanma və basdırılma sahələrinin sayı, onların sahəsi, saxlanma həcmi, sanitar-mühafizə zonasının ölçüləri, fəaliyyətə başlanma və nəzərdə tutulan bağlanma vaxtı qeyd olunur. Bu bölmədə, həmçinin, anbar, torpağın filtrasiyası əleyhinə tətbiq olunan konstruksiya, həmin əhatənin mühitinə nəzarət və saxlanılmaya sərf olunan vəsaitin miqdarı göstərilir.
Doqquzuncu bölmə “çirklənməyə məruz qalmış torpaq sahəsinin rekultivasiyası” adlandırılır. Burada, müəssisənin tullantılarından keyfiyyətini itirmiş torpaq sahəsinin ümumi sahəsi və onun rekultivasiyasının vəziyyəti göstərilir.
Onuncu bölmə “müəssisənin nəqliyyatı” adlandırılır. Burada tullantıların nəqliyyat vasitəsilə daşınması və bu zaman ətraf mühitə olan təsir göstərilir.
On birinci bölmə “ətraf mühiti çirkləndirən maddələrin ətrafa atılması və yerləşdirmə xərcləri” adlandırılır. Burada, mövcud qaydalar əsasında ətraf mühitə zərərli təsir üçün ödəmələr göstərilir.



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya