Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Avtomobil nəqliyyatında zərərli tullantıların artma səbəbi



Yüklə 4,53 Mb.
səhifə65/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   58   59   60   61   62   63   64   65   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Avtomobil nəqliyyatında zərərli tullantıların artma səbəbi
Karbohidrogenlərin nəqlində geniş istifadə edilir. Bu nəqliyyat növündə zərərli tullantıların artma səbəbləri avtomobilin optimal xarakteristikasının pozulmasıdır. Həmçinin qeyri- müəkəmməl idarə edilməsidir. Oan görə də eyni istismar şəraitində zərərli tullantıların xüsusi miqdarı geniş hədlərdə dəyişir. İstismar olunan avtomobillərdə daxili yanma mühərriklərinin işlənmiş qazlarının tərkibindəki zərərli maddə miqdarının qalxmasının əsas səbəbu istismar rejimində yanma qarışığın tərkibinin pozulması həmçinin texniki sistemdə alışmanın pisləşməsidir. Yanma qarışığın tərkibinin pozulması mühərrikin xarakteristikasının sabitliyininn dəyişməsi ilə əlaqəlidir. Avtomobildə işlənmiş qazların tərkibində karbon oksidin normadan artıq olması əsas problemlərdən biridir. Alışma sisteminin düzgün işləməməsi həmçinin azot oksidi kimi tullantıların qalxmasına səbəb olur. Tullantıların miqdarı daxili yanma mühərrikində sistemin alışdırma bucağının kiçilməsi və ya qalxması ilə əlaqədardır. Avtomobil mühərriklərində işlənmiş qazların tərkibin təsir göstərmək üçün slindir və porşenlərin yanacağın yanma prosesində optimallaşdırılmasıdır. İşlənmiş qazların tərkibində zərərli maddələrin miqdarının enməsi ən prespektiv üsulu yanma prosesinin texniki normalara uyğun optimallaşdırılması yəni, təmin edilməsdir. Çünki, natamam yanma məhsullarının onların yaranma mərhələsində neytrallaşması mürəkkəb və nisbətən baha başa gələn neytarlların tətbiqi ilə həyata keçirilməsi iqtisadi cəhətdən sərfəli deyil. Şəhər təsərrüfatında avtonəqliyyat strukturunun hərəkətinin intensivliyi çirklənməyə təsir edən əsas amillərdən hesab edilir. Burada bir çox amillər çirklənməni azalda bilər. Əsasən yol hərəkətinin təşkil edilməsi yol strukturunun nizamlanması həmçinin sürücülərin ustalığı nəqliyyat vasitəsinin texniki vəziyyət və nəqliyyatda olan antitoksit qurğularının tətbiqi ətraf mühitin çirkləndirilməsində mühüm amilllərdən biridir.
Nəqliyyat prosesinin analizi göstərir ki, avtonəqliyyatın iş rejimi zəhərli maddələrin miqdarının qalxamasına, enməsinə təsir göstərir. Beləki mühərrikin boş işləmə rejimində işlənmiş qazların tərkibində olan dəm qazının konsentasiyası qərarlaşmış iş rejiminə nisbətən 2,1 dəfə, məcburi boş rejimdə işləmə müddətində isə 1,6-1,9 dəfə qalxır. Buna görə də iri şəhərlərin mərkəsində dəm qazının atmosferdəki konsentasiyası sürətli avtomagistrallarda olduğundan 3-4 dəfə çox olur. Nəqliyyatın idarə edilməsindən idarə etmənin normativdən kənar çıxılmalar zamanı tullantılar xüsusən, karbon qazı 25-30%, azot isə 10-15% qalxır. Bəzi hallarda avtomobilin qəanət rejimində nizamlanması isə zərərli tullantıların enməsinə səbəb olur. Bu problemlərin həll edilməsində elmi- texniki və təşkilati texnoloji məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
Ətraf mühitin mühafizəsinin təkmilləşdirilməsi yolları
Neft dağılmalarının modelləşdirilməsinin nəticələri göstərir ki, çox kiçik ehtimalı olan neftin quyudan Azər-Çıraq-Günəşli kontrakt sahəsində dənizə atılması nəticəsində, neftlə çirkləndirilmədən zərər çəkə biləcəyi ən çox ehtimal olunan zona cənub, cənub-şərqdə açıq dənizin hüdudları ilə məhdudlaşır. Bununla belə 5%-dan 10%-ə qədər ehtimal vardır ki, neft Xəzərin sahil xəttinə çata bilər. Neftin çirklənə biləcək dəniz sahili Bakının cənubundan Kür çayının ağzına qədər uzanır. Çirklənmələr həmçinin İranın və Türkmənistanın sahil zonalarına da çata bilər. Neft boru kəmərindən sıza bilər, kəmər istənilən yerdən qırıla bilər. Boru kəmərinin böyük hissəsi Abşeron yarımadasının cənubunda sahilyanı sularda yerləşdiyindən, bu sahə zərər çəkə bilər. Azəri, Çıraq, Günəşli Faza-1 ƏMSSTQ-də dənizdə boru kəmərinin mümkün olan qırılmaları modelləşdirilmiş və aşkar edilmişdir ki, effekt dənizdə neft atılması ilə müqayisə oluna bilər. Zonada boru kəmərindən sızma və ya onun qırılması nəticəsində çirklənmə ehtimalı yüksəkdir. Bu akvatoriyada dənizin dərinliyi 10 m.-dir və burada dəniz otları, bitkiləri müşahidə olunur. Bundan əvvəl bu sahilyanı sularda və yaxınlıqda yerləşən Pirsaat adalarında bütün il boyu dəniz quşları müşahidə olunur. Sahillə terminal arasında boru kəməri bataqlıq ərazi ilə kəsişir ki, buradan çıxan su sahilin şimal-şərqində Xəzər dənizinə gedən axına qovuşur. Burada baş verə biləcək zonanın uzunluğu yaşayış mühitinin ümumi miqyasları ilə müqayisədə böyük olmayacaqdır. Quruda dağılmalar ehtimalı həyata keçirilməli olan texniki xidmət və qəbuletmə nəzarəti vasitəsilə aparılacaqdır. Neft dağılmalarına reaksiya vermə planının yerinə yetirməsi ilə dağılmaların qarşısının alınması və ətraf mühitə təsirin minimuma endirilməsi mümkün olacaqdır.
Ətraf mühitin qorunmasına dair Milli Proqramın işlənib hazırlanması kompleks proses olmaqla, özündə aşağıdakıları birləşdirməlidir:
1. Ölkə iqtisadiyyatına və onun sosial maddi-rifah halına neqativ təsir göstərən ekoloji problemlərin aradan qaldırılması;
2. Əksər kritik problemlərin səbəblərinin təhlili;
3. Təcili tədbirlərin görülməsi;
4. Ətraf mühitin qorunmasına dair Milli Proqramın hökumət və cəmiyyət tərəfindən bəyənilməsi;
5. Ətraf mühitin qorunmasına dair Milli Proqramın yerinə yetirilməsi üçün daxili və xarici resursların səfərbər edilməsi;
6. Dövrü olaraq ekologiyada olan dəyişikliklər, onların prioritetləri, dərəcələri, ekoloji tədbirlərin yerinə yetirilməsi haqqında məlumat vermək.
Ölkənin bütün ekoloji problemlərini dərhal həll etmək mümkün deyildir. Hökumət ətraf mühitin qorunmasına dair Milli Proqram hazırlamalıdır. Hazırda Azərbaycanın əsas məqsədi təbii sərvətlərdən səmərəli istifadə etməkdən, əhalinin sağlamlığının yaxşılaşdırılması, iqtisadi artımın sürətləndirilməsi və bioloji resursların itkisinin qarşısının alınmasından ibarətdir. Əsas ekoloji problemlərə aşağıdakılar aiddir:  Sənaye, neft hasilatı, neft emalı və enerji müəssisələri tərəfindən ətraf mühitə böyük ziyanın dəyməsi;  Reproduktivlik qabiliyyətinin azalması, ətraf mühitin çirklənməsi və həddən çox ovlanması nəticəsində osetrin balığı ehtiyatlarının azalması;  İstər kənd, istərsə də şəhər yerlərində suyun tərkibinin və keyfiyyətinin pisləşməsi;  Erroziya, duzlaşma, ağır metal və ximikatlarla ətraf mühitin çirklənməsi və irriqasiya sisteminin pisləşməsi nəticəsində kənd təsərrüfatı torpaqlarının itirilməsi, meşə örtüyünün xammaldan istifadə edilməsidir.
Ekologiya sahəsində Azərbaycana SSRİ-dən inkişaf etmiş inzibatikomanda sistemi və onlara uyğun qanunlar, qərarlar və sistemlər, zəif imkanlar və mexanizmlər miras qalmışdır. Bu ətraf mühitin ciddi deqradasiyasına səbəb oldu. Ölkə müstəqillik əldə edəndən sonra ətraf mühitin qorunmasının səmərəliliyini yüksəltmək üçün mühüm işlər görülmüşdür. Lakin ətraf mühitin qorunmasına sərf edilən məsrəflərin azalması, peşəkar kadrların olmaması və avadanlıqlar çatışmadığından ətraf mühitin qorunmasının fundamental problemləri saxlanılır və daha da güclənir. Əksər sənaye tullantıları Bakı və Sumqayıtda təmərküzləşmişdir. Atmosferin çirklənməsinin birinci mənbəyi neftçıxarma sənayesidir. Neftlə bərabər çıxan qazın havaya buraxılması nəticəsində ətraf mühit olduqca çirklənir. Bakının bəzi rayonlarında 1995-ci ildə neft-qaz çıxarma sənayesində ətraf mühitə buraxılan qazlar 500 000 ton təşkil etdiyi halda, 1996-cı ildə kompressor stansiyası tikildikdən sonra o azalaraq 200 000 tona endirilmişdir. Neft emalı zavodlarından təxminən 45 000 ton tullantı atılır. Yanma
qurğuları köhnəldiyindən çirklənmənin ən əsas mənbəyidir. Ona görə də, avadanlıqların modelləşdirilməsi vacibdir. Bəzi ərazilərdə neft çıxarılan zaman torpaq üzərinə atılmış radioaktiv maddələr mövcuddur. Bəzi ərazilərdə radiasiya göstəriciləri 400, 1200 mkr/s təşkil edir (Maksimum səviyyə 60 mkr/s-dir). Hal-hazırda Azərbaycanda 15,3 mln. ton, o cümlədən quruda 1,5 mln. ton, dənizdə 13,8 mln. ton neft çıxarılır. Proqnozlara görə, Azərbaycanda neft ehtiyatı 2,5-3 mlrd. tondur. 2005-2007-ci illərdə sutkada neft istehsalı 100 min ton təşkil etmişdir. 20 sentyabr 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti Xəzərin Azərbaycan Sektorunda 6 ölkənin 11 xarici şirkəti ilə üç iri neft yataqlarında (Azəri, Çıraq, Günəşli) neft çıxarmaq üçün müqavilə imzaladı. Bütün texniki və kommersiya məsələlərini əhatə edən müqavilənin müddəti 30 ildir. Müqavilə Milli Məclis tərəfindən ratifikasiya olunmuş və 12 dekabr 1994-cü ildən qüvvəyə minmişdir. Müqaviləni yerinə yetirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır. Bu müqavilədən sonra «Qarabağ», «Şah Dəniz», «Əşrəfi», «Dan UIduzu», «Abşeron», «Naxçıvan», «Lənkəran Talış-Dəniz» və s. yataqlarında neft istehsal etmək üçün xarici neft şirkətləri ilə daha doqquz neft müqavilələri imzalanmışdır. Yuxarıda göstərilən bütün yataqları istismarında ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) sənədləri işlənib hazırlanmışdır və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekologiya Ekspertizasına təqdim edilmiş və bəyənilmişdir.[4, №458] Şübhəsiz, Xəzər dənizində irimiqyaslı neft-qaz hasilatı, istər Azərbaycanda, istərsə də digər Xəzəryanı dövlətlərdə əhali neft çıxarılması zamanı Xəzər dənizinin ekologiyasına zərər dəyməsindən narahat olurlar. Lakin ABƏŞ neftçıxarma vaxtı Xəzər dənizinə ziyan vurmamaq barədə öhdəlik götürülmüşdür. Bu ətraf mühitin qorunması üçün beynəlxalq qaydalara əməl edilməsini tələb edir. Ona görə də, halhazırda «Şah Dəniz» layihəsinin operatoru Bi-Pi şirkətinin təklifi ilə «Şah Dəniz» perspektiv sahəsində ekoloji standartların işlənib hazırlanması və Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və iştirakçıları tərəfindən təstiq edilmişdir. Bu müqavilənin iki əsas məqsədi ətraf mühitin qorunmasının yüksək standartlarına nail olmaqdan və ətraf mühitə atılan zərərli maddələrin minimuma endirməkdən ibarətdir. Bununla bərabər, dənizdə neft hasilatının intensivləşdirilməsi, daha dərin qatlarda netf çıxarılması ilə əlaqədar olaraq, suyun neft məhsulları, kimyəvi reaktivlər, qazma və neft hasilatı tullantıları ilə çirklənmə riski artmağa başladı. Dənizin çirklənməsinin əsas mənbələrindən biri kəşfiyyat və qazma vaxtı qazma şlamının toplanması, buruq

məhlulu, plast sularının, neft saxlayan təbəqənin artmasıdır. Hələ 70-ci illərdə bu tullantıların güclü çirkləndirmə mənbələri olduqlarından onların dənizə atılması qadağan edilmişdir. Bu tullantıların sahilə daşınması, onların zərərsizləşdirilməsi və basdırılması qərara alınmışdır. Lakin Xəzərin mürəkkəb şəraiti, tez-tez baş verən davamlı dalğalar, böyük xərclər olduğundan demək olar ki, tullantıların sahilə daşınması və məhv edilməsi baş tutmadı. Ona görə də mövcud qanun və normativlər pozularaq bu tullantılar Xəzərin flora və faunasına böyük ziyan vurmaqla dənizə tökülməkdə davam edir. Neft kəşfiyyatı və qazma vaxtı tətbiq edilən neftli qumun, plast suların, buruq şlamının və palçığının, həmçinin bəzi reaktivlərin çirkləndirilməsinə təsiri çox böyükdür. Kəşfiyyat və qazma vaxtı tətbiq edilən şlamın həcmi çox böyükdür və onu kimyəvi reaktivlərdən və neft karbohidrogenlərdən təmizlənməsi tələb olunur. Ona görə də, onun bilavasitə dənizə tökülməsi ekoloji tarazlığı pozur. Müəyyən olunmuşdur ki, Xəzər dənizində buruq şlamları 1,52,9 q/l-dir, norma isə 2,0-2,3 q/l-dir. Buruq şlamı dənizinin faunası üçün 0,3-0,4 q/l olduqda zərərli deyildir. Xəzər dənizində kəşfiyyat işləri və quyu qazarkən çirklənmə riskini azaltmaq üçün aşağıdakı tədbirləri görmək tələb olunur:  bu işləri görərkən daha az toksik reaktivlər seçməli;


 kəşfiyyat, qazma və neft hasilatı vaxtı toksik tullantıların müxtəlif üsullarla (kimyəvi, texniki və mexaniki) azaldılması;  sənayenin müxtəlif sahələrində tullantıları minimuma endirilməsi, tullantısız texnologiya yaratmalı;  perspektivli sahillərdə ekoloji standartların işlənib hazırlanması və təsdiqi. Ətraf mühitin neftlə çirklənməsi ekosistemin bütün komponentlərinə kəskin reaksiya verir. Neftin hidrosferə düşməsi nəticəsində maddələrdə, fiziki-kimyəvi, mikrobioloji dəyişikliklər baş verir, bəzi hidrosfera tamamilə dəyişir. Hal-hazırda ətraf mühitin neft və neft məhsullarından təmizlənməsi üçün metodlar məlumdur, lakin onlar üçün külli miqdarda vəsait tələb edən xüsusi qurğu tələb olunur. Quyular qazılarkən ətraf mühitə əsasən duru və bərk tullantılar düşür. Neft və neft məhsulları buruq süxurlarında plyonka, emulsiya və qarışıq formasında ola bilər. Bütün növlərdən olan axan neftin təmizlənməsi müəyyən çətinliklər törədir. Mexaniki, hidrodinamik təsirlərin, neftin nasoslar vasitəsilə vurulması nəticəsində və buruqlarda neftin hərəkəti vaxtı neftin ətraf mühitə dağılması baş verir. Emulsiyanın əsas xarakteristikası onun dispersiya olmasıdır və o damcının diametri ilə müəyyən edilir. Emulsiyanın mühüm göstəricisi


dispersiya sistemləri, emilqatorların fiziki, kimyəvi xüsusiyyətlərindən asılı olan davamlığıdır. Örtük əmələ gətirən neft və neft məhsullarının sudan yığılması üçün xüsusi qurğulardan, defisit sorbetlərdən istifadə edilməsi tələb olunur. Lakin bu üsulla təmizlənmə dərəcəsi həmişə yüksək olur. Hal-hazırda su hövzələrinin və qrunt suların neft tullantılarından təmizləmək üçün mexaniki, fiziki, kimyəvi və bioloji metodlardan istifadə edilir. Su üzərində olan nefti yığmaq üçün su hövzəsi məhdudlaşdırılır, mühafizəyə alınır və neft üzən bonlar vasitəsilə yığılır. Su hövzəsinə axan neftlə mübarizə aparmaq üçün müxtəlif təbii şəraitlərdə işləyə bilən avadanlıqlar tələb edilir. Su hövzələrinin üzünü çirkablardan, o cümlədən neft və neft məhsullarından təmizləmək üçün Fransada «Siklon» qurğusu işlənib hazırlanmış və müvəffəqiyyətlə istifadə olunur. «Siklon» qurğusu gəminin bortuna birləşdirilir və gəmi çirklənmiş yerlərdə üzərkən hərəkət edərək çirklənmiş mayeni yığır və separatordan keçirərək təmizləyir. ABŞ-da su üzərindən neft yığmaq üçün üzən platformalarda quraşdırılmış transportyordan istifadə edilir. Hərəkət edən lentin aşağı hissəsi suya salınır, suyun üzərində olan neft lentə hopur və yuxarı qalxır, sonra xüsusi təmizləyici ilə lentdən təmizlənir və baka yığılır. Neft yığımını çoxaltmaq üçün ona hopdurucu material bərkidilir. Konveyerin aşağı


hissəsinə fırlanan baraban bərkidilmişdir. Baraban fırlandıqca neft konveyer lentinə daxil olur. Neftin mexaniki yolla yığılmasında əsas məsələlərdən biri çirklənmiş suların filtrlərlə yığılmasıdır. Neftin fizikikimyəvi üsullarla təmizlənməsində ilk növbədə adsorbirləşdirici materiallardan istifadə edilməsidir. Adsorbentlər kimi poliuretan, kömür tozu, rezin qırıntılarından, ağac külündən, pemzadan, torfdan və s. istifadə edilir. Nefti yığarkən hətta solomdan istifadə edilir və yığılan neft onun kütləsindən 8-30 dəfə çox olur. Poliuretan köpüyündən istifadə edilməsi nefti yaxşı hopdurur və adsorbsiyadan sonra üzməyə başlayır. Təxmini hesablamalara görə, 1 m3 poliuretan açıq köpük qatı su üzərindən 700 kq neft yığa bilər. Yuxarıda qeyd edilən mexaniki üsulla neft yığma üsullarının çatışmayan cəhətləri onların öz üzərində olan neftə az müddətdə kontaktda olmalıdır. Kontaktı çoxaltmaq üçün nefti yaxşı adsorbiya edə bilən (hopdura bilən) sintetik dəsmallardan istifadə edilir. Neft hopdurulmuş dəsmallar sonradan barabanlar arasında sıxılaraq neftdən ayrılır. Belə qurğular Böyük Britaniya və ABŞ-da müvəffəqiyyətlə tətbiq edilir. Amerikanın «Conveel» kompaniyası suya davamlı plastmas setkalarla əhatə olunmuş bitki maddələrindən hazırlanmış uducu örtük hazırlayırlar, bu yığılan neftin həcmini 10-15 dəfə artırır. Neft mexaniki üsulla


təmizlənmənin çatışmayan cəhəti onun aşağı məhsuldar olması və təmizlənmə dərəcəsinin yüksək olmamasıdır (80%dən yüksək deyil). Penoplast üsulu ilə neft yığılması daha sərfəlidir. O, öz çəkisindən 20 dəfə çox nefti özünə hopdurur. Neft yığmaq üçün mineral xammal, xüsusən perlit tətbiq oluna bilər [28]. 600-1000°C dərəcə emal edilmiş neft xammalı suyun üzərində nefti udur və sıx möhkəm kütlə əmələ gətirir və bunu adi üsullarla yığmaq çox asan olur. Plastmas mikrobalonlardan istifadə edərkən adsorbentə çəkilən xərclər əhəmiyyətli dərəcədə ixtisar olunur. 1 ton nefti yığmaq üçün 40-130 kq plamilon lazım olur və təmizlik səviyyəsi 97%-ə çatır. Adsorbent kimi elastik və lifli materiallardan istifadə etmək mümkündür. Su mənbələrinin neft məhsulları ilə çirkləndirilməsinin qarşısının alınmasının perspektiv istiqaməti onların mikrobioloji dağılmasıdır. Bəzi bakteriyalar üçün neft qida vasitəsidir. Lakin suda neftin mikrobioloji metodlarla dağıdılması olduqca aşağıdır və bu proses uzun müddət tələb edir. Müəyyən olunmuşdur ki, bioloji aktivlik əksər hallarda temperaturdan asılıdır, mikrobioloji proseslərin surəti temperatur 10° artdıqda 2 dəfə artır. Torpağın neftlə çirklənməsi və onun təmizlənməsi suya nisbətən olduqca zəif öyrənilmişdir. Lakin torpağın uducu xüsusiyyəti neftin çirklənməsi üçün mənbə təşkil edir. Ona görə də, torpaqda gedən bioloji proseslər neftin təsirinin öyrənilməsi, onun


təmizlənməsinin vacibliyi ölkədə torpaq resurslarından səmərəli istifadə tədbirlərinin hazırlanmasının vacib (mühüm) həlqəsidir. Məlumdur ki, torpağın və suyun mexaniki üsullarla təmizlənməsi olduqca əmək tutumlu işdir və xeyli iqtisadi məsrəflər tələb edir. Neftlə çirklənmənin, torpağın ekolojibioloji xüsusiyyətlərinin təhlili göstərir ki, neftlə çirklənməni müvəffəqiyyətlə ləğv etmək üçün kompleks fiziki-kimyəvi və bioloji tədbirlər həyata keçirilmişdir. Neft hasilatında ətraf mühitin qorunmasının mühüm problemlərindən biri torpaq qruntlarının neftlə çirklənməsinin ləğv edilməsidir. Neft buruqlarının yaxınlıqlarında torpağın məhsuldarlığı tamamilə və qismən aşağı düşür. Neft məhsullarının ətraf mühitə yayılma sürətinin xeyli ötüb keçir. Neftin qrunt suları və yağışla yayılması həmçinin torpaqda miqrasiyası böyük təhlükə törədir. Neft məhsulları ilə çirklənmə dərəcəsindən asılı olaraq çirklənmə torpağın müxtəlif dərinliklərinə keçə bilər. Bu isə torpağın istər üz, istərsə də dərinliklərində istənilən dəyişikləri əmələ gətirir. Torpağın hətta zəif çirklənməsi mikroorqanizmlərin ümumi sayının azalmasına və karbon qazının artmasına səbəb olur. Ətraf mühitin mühafizəsi kimi hər bir təbiəti mühafizə tədbirlərinin yerinin və əhəmiyyətinin müəyyən edilməsi və onların ciddi elmi təsnifatı ətraf mühitə texnoloji təsirinin


təbiəti mühafizə tədbirlərinin obyektiv proqnozunu hazırlamaq üçün ilkin şərtdir. Quyuları qazarkən, təbiəti mühafizə tədbirlərinin təsnifatını yaradarkən ətraf mühitin çirklənməsinə yönəldilmiş tədbirlərin istiqamətinin daha dərindən əks etdirən əlamətləri seçmək daha məqsədəuyğundur. Quyuları qazarkən ən mühüm təsnifat hüquqi, iqtisadi və texniki tədbirlərdir ki, bunlar da faydalı xammal çıxarılarkən ətraf mühitin çirklənməsinin artmasıdır. Təbiəti mühafizə tədbirlərinin təsnifatı suyu mühafizə, atmosfer, torpaq və meşə qoruma tədbirləri axıra qədər və dəqiq müəyyən edilməlidir. Təbiəti mühafizənin bütün sferaları vahid olduğundan və çirklənmə prosesləri qarşılıqlı əlaqədə olduğundan bu tədbirləri şərti olaraq bölmək olar. Həqiqətən, hal-hazırda məlum olan qərarlar texnogen ağırlıqları tamamilə aradan qaldırmaq və zəruri maddələri müəyyən etmək mümkün deyildir, yalnız onun vaxtını və ərazisini müəyyən etmək mümkündür. Belə ki, buruqları qazarkən texnoloji proseslərin (tsikllərin) başa çatmaması, qazma tullantılarının kifayət qədər ləğv edilməməsi, çirklənmənin qarşısının alınması tədbirlərinin səmərəliliyini heçə endirir. Məsələn, buruq tikintisi qurtardıqdan sonra ləğv edilmiş tullantıların xüsusi anbarlara daşınması, heç də təbiəti mühafizə tədbirlərini tam həll etmir, ancaq digər yerdə ətraf mühiti qoruma obyektlərinin çirklənmə riskini artırır. Təbiəti


mühafizə tədbirlərinin ən mühüm əlaməti çirkləndiricilərin ətraf mühitə düşmə vaxtıdır. Bu əlamətə görə tədbirlər, xəbərdaredici, bölüşdürücü, kompensasiyaedici və bərpaediciyə bölünürlər. Ekoloji nöqteyi-nəzərdən tədbirlərin ən əhəmiyyətlisi xəbərdaredicidir, belə ki, bu tədbir bilavasitə təbiəti mühafizə obyektlərinin çirklənmə səbəblərinin qarşısının alınmasına yönəldilmişdir və buruq tikintisinin bütün mərhələlərində nəzərə alınır. Belə tədbirlərin əsas məqsədi ətraf mühiti korlamağa imkan verməmək və ya onu əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. Bölüşdürücü tədbirlər çirkləndirici maddələrin ətraf mühitə daxil olmasını dəyişdirmir. Onun funksional əhəmiyyəti təbiətin ayrı-ayrı komponentlərinə antropogen yüklərin bərabərləşdirilməsindən ibarətdir. Ona görə də, onlar xəbərdarlıq və kompensasiya tədbirləri ilə tamamlanmalıdır. Təbiəti qoruma tədbirlərinin kompensasiyası qazma tullantılarının zərərli təsirini neytrallaşdırmaqdan ibarətdir. Onun əsas məqsədi ətraf mühitə düşən çirkləndiricilərin ləğv edilməsi və ya azaldılmasıdır. Bərpaedici tədbirlər hər şeydən əvvəl ekoloji bərabərliyi təmin etmək üçün bütün təbii amillərin intensivləşdirilməsini tələb edir. Qazmanın obyektiv praktikasında vahid konsepsiyanın işlənib hazırlanması buruq işlərinin ekoloji cəhətdən


təhlükəsiz görülməsinə imkan verir. Onun əsasını texnogen amilin ekoloji sistemə uyğunluğu təşkil edir. Nəzərə almaq lazımdır ki, hər hansı ekosistem mürəkkəb, dinamik inkişaf sistemdir. Neftçıxarma müəssisələrində ətraf mühitin mühafizə xidməti müəssisə və onun bölmələrində təbiəti mühafizə məqsədi ilə yaradılır. Onun üzərinə ətraf mühiti mühafizə etmək üçün müvafiq normativ aktlarla tənzimlənən məsuliyyət qoyulmuşdur. Bu xidmət öz işində ətraf mühitin mühafizə prinsiplərinə əsaslanır və onun əsasını problemə bütöv və kompleks yanaşma təşkil edir. Müəssisələrin təbiəti mühafizəsi təsərrüfat sahələrinin bütün mərhələlərində müəssisədən başlayaraq bütövlükdə xalq təsərrüfatında ətraf mühitin korlanmasının məqsəd və əsas maraqlarının vəhdəti təşkil edir. Neft-qazçıxarma müəssisələrinin təbiəti mühafizə fəaliyyətinin əsas məqsədi istehsal proseslərinin ətraf mühitə zərərli təsirinin azaldılmasıdır. Ətraf mühitin qorunması kompleks texniki, texnoloji, təşkilati və iqtisadi tədbirləri əhatə edir və istehsal proseslərinin ətraf mühitə təsirini azaltmaq məqsədilə aparılır. Ona görə də, müəssisələrin bu fəaliyyətinin idarə edilməsinin vacibliyi yaranır. Ətraf mühitin mühafizəsinin komplekslik prinsipi ətraf mühiti mühafizə fəaliyyətinin bütün tərəflərini nəzərə almaqla, istehsal prosesində ətraf mühitə zərər vuran bütün


mənbələrin, zərərli maddələrin xalq təsərrüfatına vurduğu iqtisadi ziyanı, təbiəti mühafizə tədbirlərinin tətbiq edilməsi və onların iqtisadi səmərəliliyinin müəyyən edilməsi, ətraf mühitə zərər vuran istehsal tullantılarının azaldılmasının səmərəli yollarının işlənib hazırlanmasını tələb edir. Neftqazçıxarma müəssisələrinin təbiəti mühafizə fəaliyyətinin yüksəlməsi, yalnız səmərəli tədbirlər işlənib hazırlanması və tətbiq edilməsini deyil, eyni zamanda ətraf mühitin qorunmasına sərf olunan məsrəflərin normallaşdırılması və planlaşdırılmasının təkmilləşdirilməsini, işlərin təşkilinin və maddi-texniki təchizatın yaxşılaşdırılmasını və s. tələb edir. Təbiəti mühafizə fəaliyyətinin idarə edilməsinin mühüm prinsiplərindən biri sahənin ətraf mühitə təsirinin spesifikasının nəzərə alınmasıdır. Neft hasilatı sənayesinin əsas spesifik xüsusiyyətləri, mədənlərin ərazi üzrə səpələnməsi, neft və su borularının uzunluğu, tətbiq edilən materialların və kimyəvi reagentlərin, neft-mədən sularının və istehsal tullantılarının, toksiki maddələrin həddən çox olması və içməli suya tələbin çoxalmasıdır. Bu, su tutarlarını, torpağı və hava baseynini, xeyli ərazini çirkləndirməklə bərabər, neft hasilatı ərazilərdə yerləşmiş çoxsaylı müəssisə və təsərrüfatlara ziyan vurur. Ona görə də, ətraf mühitin mühafizəsi müəssisənin əsas məsələlərindən biri hesab edilir. Ətraf mühitin idarə edilməsinin mühüm prinsipi problemə xalq təsərrüfatı, dövlət nöqteyi-nəzərdən


yanaşmadır. Xalq təsərrüfatı yanaşmasının mahiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, müəssisələrin fəaliyyəti ətraf mühitə vurduğu zərərlə müəyyən olunmalıdır. Bundan başqa, ətraf mühitin qorunması tədbirlərinin səmərəliliyini müəyyən edərkən, çirklənmənin qarşısının alınması tədbirlərini həyata keçirərkən xalq təsərrüfatı səmərəliliyini nəzərə almaq lazımdır. Neft müəssisələrinin həyata keçirdiyi tədbirlərin tətbiq edilməsi böyük məsrəflər tələb etməsinə baxmayaraq, xalq təsərrüfatı nöqteyi-nəzərdən sərfəlidir. Belə yanaşma ətraf mühitin qorunmasına sərf olunan tədbirlərin tətbiq edilməsinə mane olan subyektiv maneələrin aradan qaldırılmasına imkan verir. Neftqazçıxarma müəssisələrinin ətraf mühiti qoruma tədbirlərinin fəaliyyətini əlaqələndirmək üçün Azneft birliyində xüsusi şöbə fəaliyyət göstərir. Bu şöbə istehsal müəssisələrinin xalq təsərrüfatı və ətraf mühitə zərərli təsirin azaldılması üçün tədbirlər işlənib hazırlanması və tətbiq edilməsi üçün məsuliyyət daşıyır. Təbii resursların mühafizəsi və səmərəli istifadə edilməsinin əsas məqsədinə müvafiq olaraq, istehsal müəssisələrinin ətraf mühiti mühafizə şöbəsinin üzərinə aşağıdakı funksiyalar qoyulur. Müəyyən olunmuş qaydaya müəssisə üzrə ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə edilməsi


üçün perspektiv və illik planların işlənib hazırlanması və onun üzərində nəzarət tələb olunur. Bu xidmətin başlıca vəzifəsi ətraf mühitin bütün çirkləndirmə mənbələrinin hər il pasportlaşdırılması, istehsal prosesi nəticəsində ətraf mühitə təsir edən proseslərin aşağı salınması üçün tədbirlərın işlənib hazırlanması, onların yerinə yetirilməsinin təhlili və ona nəzarət etməkdən ibarətdir. Təbiətin qorunması problemini təbiətdən istifadə mexanizmindən ayrı həll etmək mümkün deyildir. İdarəetmənin əsas funksiyası planlaşdırma, təşkil, nəzarət, tənzimləmə, uçot və s.-dir. Ətraf mühitin keyfiyyətinin idarə edilməsi funksiyası birinci dərəcəli əhəmiyyət kəsb edir, belə ki, ətraf mühitin mühafizəsinin idarə edilməsində iki tərəfi fərqləndirirlər: iqtisadi fəaliyyətin təşkili vasitəsilə idarəetmə və bilavasitə ətraf mühit obyektlərinin idarə edilməsi. İdarəetmənin başlıca məqsədi ətraf mühit vasitələrindən istehlak və istifadənin azaldılması ilə iqtisadiyyatın inkişaf etdirilməsidir. Bununla əlaqədar olaraq istehsalın ətraf mühitə mənfi təsirinin məhdudlaşdırılması və imkan daxilində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır. Neft-qaz sənaye müəssisələrində təbii resurslardan səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər tətbiq olunur. Ətraf mühitin qorunmasında çatışmamazlığın mühüm səbəblərindən biri indiyə qədər təbiətin mühafizə tədbirlərinin


tətbiqinin stimullaşdırılmasının səmərəli sisteminin olmamasıdır. Ətraf mühitin qorunması adətən texniki, təşkilati və iqtisadi tədbirlərin köməyi ilə aparıla bilər. Bu tədbirlərin təsiri təbiəti mühafizə tədbirlərinin işlənib hazırlanması və tətbiq edilməsinin iqtisadi cəhətdən stimullaşdırılmasıdır. Hal-hazırda müəssisələrin təbiəti qoruma fəaliyyətində aşağıdakı iqtisadi stimullaşdırma formalları mövcuddur: sudan istifadəyə görə haqq ödənişi, ətraf mühiti korlamağa görə cərimə sanksiyaları, təbiəti mühafizə obyektlərinə bank kreditləri, ətraf mühiti mühafizə obyektlərinin əsas orqanlarının ödəmələrdən azad edilməsi, təbiəti mühafizə tədbirlərinə görə işçilərin maddi cəhətdən həvəsləndirilməsi. Eyni zamanda ətraf mühitin mühafizəsinin həyata keçirilməsi böyük məsrəf tələb edir. Bu tədbirlər bütövlükdə ətraf mühitin çirklənməsinin azalması iqtisadiyyatın digər sahələrində zərərlərin azaldılmasına görə xalq təsərrüfat səmərəliliyi verir. Maye tullantıları ən çox hərəkət edən tullantılardır və onlar özlərində çirkləndiricilərin əsas hissəsini birləşdirirlər və əsas etibarı ilə təbiətə düşürlər. Beləliklə, quyu qazarkən təbii mühitin çirklənməsinin mənbəyinin təhlili və onun səbəbləri sübut edir ki, əsas çirkləndirici amil qazmanın istehsal-texnoloji tullantılarıdır. Hal-bazırda quyu qazılarkən təbii mühitin çirklənməsinin xarakteri və nəticələri praktiki olaraq tədqiq olunmur. Ölkə və xarici amillərin ayrı-ayrı məqalə və tezisləri


problemi bütövlükdə əhatə etmir, əksər hallarda şərh xarakteri daşıyır, tədqiqatlar ya qurtarmamış, ya da konkret deyildir, bəzən də ayrı-ayrı xüsusi məsələlərin həllinə yönəldilmişdir. Bundan başqa, nəzəri məsələlərin həlli praktiki tələbatdan geri qalır. Bununla əlaqədar olaraq, neft quyusu qazılarkən təbiətə dəyən zərəri və onun neqativ təsirlərinin nəticələrini müəyyən etmək və buna birmənalı xarakteristika vermək mümkün deyildir. Bununla bərabər bu məsələ bir də onunla çətindir ki, quyu qazılması müxtəlif təbii-iqlim və torpaq landşaftı şəraitində baş verir və ona görə də, çirklənmə potensialı və ətraf mühitin özünü tənzimləməsi potensialları eyni deyildir. Quyu qazılarkən tullantıların ətraf mühitə təsirinə dair bir sıra müstəqil işlər yerinə yetirilmişdir. Lakin müasir dövrdə əksər tədqiqatçıların müxtəlif növ tullantıların çirkləndirici xüsusiyyətlərini xarakterizə edən göstəricilər barədə qəti rəy və fikir birlikləri yoxdur. Praktikada tullantıların ətraf mühitə təsiri onların tərkibində olan kimyəvi modellərin və materialların tərkibində olan zərərli maddələrə gorə müəyyən edilir. Bu məqsəd üçün əsasən biosferə toksikoloji nöqteyi-nəzərdən zərərli təsir göstərən sanitar-toksikoloji göstəricilərdən istifadə etmək məsləhət görülür. Bununla əlaqədar olaraq maddələrin toksikliyi göstəricilərin əhəmiyyəti onda olan konsentratın norması ilə xarakterizə edilir.


Bununla bərabər, əksər tədqiqatçıların haqlı olaraq göstərdikləri kimi, qazma heç də həmişə təbii obyektlərə çirkləndirici təsir etmir, ekoloji bərabərliyi pozur, ekoloji sistemin funksional zədələnməsinə səbəb olur. Lakin bu problemin əksər metodoloji aspektləri hələlik həll edilməmişdir. Xüsusi ədəbiyyatlarda qazmanın tulantılarının su obyektlərinə təsiri məsələləri şərh edilir, su baseynlərinin neft tullantıları ilə çirklənməsinə xüsusi diqqət verilir, göstərildiyi kimi, çoxnövlü çirkləndiricilər arasında neft daha çox təhlükə törədir. Müəlliflərin hesablamalarına gorə, hidroloji şəbəkəsi yüksək inkişaf etmiş rayonlarda buruq tikintisi zamanı itirilən neftin 30%-ə qədəri su obyektlərinə düşə bilər. Beləliklə, yerüstü bitki aləminin neft tullantıları ilə çirklənməsi nəticəsində onların az hissəsi yenidən bərpa olunur, hətta 15 il keçdikdən sonra bitki örtüyünün yarıdan az hissəsi bərpa oluna bilər. Bütün hallarda qazma nəticəsində ətraf mühitin neftlə çirklənməsi nəticəsində bitki örtüyü tamamilə məhv edilir. Bitkilərin məhv edilməsinin əsas səbəbi torpaqlardan oksigenin çıxarılmasıdır. Neft tullantıları ilə çirklənən torpaqlarda bitkilərin özünü bərpa dövrü 10-15 ildir. Torpaq qruntlarının qazma tullantıları ilə çirkləndirilməsi prosesi üç mərhələyə ayrılır:


Birinci mərhələ: torpaq üzərində çirklənmənin əmələ gəlməsi və tullantıların az bir hissəsinin qruntlara qatışması ilə xarakterizə olunur. İkinci mərhələ: duru komponentlərin şaquli filtrizasiyası baş verir. Üçüncü mərhələ: çirklənmənin ətraflara yayılması ilə xarakterizə olunur. İkinci və üçüncü mərhələlərdə torpağın çirklənməsinin xarakteri əsas etibarı ilə neftin torpağa qatışması, onun tərkibi, qrunt sularının vəziyyəti ilə müəyyən olunur. Çirklənmənin ətrafa yayılması qrunt sularına qatışmaması ilə nəticələnir. Qazmanın tullantıları torpağın mexaniki və aqrokimyəvi göstəricilərinə mənfi təsir göstərir. Qazmanın tullantılarının bütün komponentlərindən neft və neft məhsulları ən toksiki olanlardır. Onlardan ən ağır fraksiyalar torpaq qruntlarına düşərkən çox dərinə getmirlər və qruntun üz hissəsində qalırlar. Daha yüngül fraksiyalar aşağı təbəqələrə daxil olurlar. Deməli, çirklənmə əsas etibarı ilə yüngül fraksiyalar hesabına baş verir. Güclü çirklənmə 1 m-ə qədər dərinliyə gedə bilər. Lakin müəyyən vaxt keçdikdən sonra çirklənən ərazinin sahəsi sular, qar, yağış və torpağın bitki örtüyünün hesabına azala bilər. Güclü çirklənmiş ərazilərdə bitki örtüyü tamamilə məhv olur.


Neftin aşağı təbəqələrə keçməsi nəticəsində qruntlarda onun xüsusi çəkisi azalır. Müəyyən səviyyədən aşağıda o 1012% təşkil edir. Bundan sonra neftin hərəkəti dayanır. Neft qrunt sularına çatdıqda daha aşağı getmir. Bununla bərabər kapilyar qüvvələrin təsiri nəticəsində neftin yayılması davam edir və torpaq qruntlarında onun xüsusi çəkisi azalır. Əgər qrunta yeni neft daxil olursa, qalan neftin hərəkəti dayanır. Qum və çınqıl qruntlarında neft daha çox yayıldığı halda, gil onun yayılmasına mane olur. Belə olan hallarda torpağın tərkibinə görə çirklənmənin horizontal və şaquli hərəkətini proqnozlaşdırmaq olur. Torpaq qruntları suya nisbətən daha az neft maddələri yığıb saxlayır. Torpaqda neftin yayılma sürəti bərabər deyildir. Neftin əsas kütləsi torpağa düşdükdən 3 ay sonra itir, xüsusən torpaqda onun xüsusi çəkisi 1,0-1,5% olduqda bu proses çox ləng gedir. Neftin əksər hissəsi mexaniki olaraq su vasitəsilə çirklənmə sahələrindən kənara çıxır və su axın yollarında azalır. Bununla bərabər qrunt suları çirklənir. Torpağın yuyulması nəticəsində neftin mexaniki yayılma imkanları və deqradasiya sürəti azalır. Torpağın strukturunun pozulması nəticəsində su keçirmə qabiliyyəti pisləşir. Çirklənmiş torpaqlarda karbon və azot arasında nisbət pozulur, torpağın azot rejimi və bunun nəticəsində bitkilərin köklərinin qidalanma rejimi çətinləşir.


Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, neft məhsulları toplanan yerlərdə nəinki torpağın üz hissəsində, eyni zamanda onun dərin qatlarında dərin dəyişikliklər əmələ gəlir və bu torpağın mühüm fiziki-kimyəvi göstəricilərinin pisləşməsinə səbəb olur. Neft və neft məhsulları ilə çirklənmə nəticəsində torpağın morfoloji xüsusiyyətlərində əsaslı dəyişikliklər əmələ gəlir. Neft əksər hallarda 5-10 sm dərinliyə keçir, bəzi hallarda neftlə çirklənmənin dərinliyi 40-50 sm-ə çatır. Bununla əlaqədar olaraq torpağın qumuşlu üz hissəsi qara-kül rəngi alır, onun ayrı-ayrı strukturları arasında yapışqanlıq əmələ gəlir. Müəyyən edilmişdir ki, neft mikroorqanizmlərinin inkişafına və onun biokimyəvi aktivliyinə təsir göstərir. Torpaqların mikroorqanizmlərinin reaksiyası bu mikroorqanizmlərin tənzimlənməsi və onların fərdi xüsusiyyətlərindən asılıdır. Hətta torpağın neftlə və neft məhsulları ilə zəif çirklənməsi mikroorqanizmlərin miqdarının azalmasına və karbon qazının əmələ gəlməsinə səbəb olur. Mikroorqanizmlərin bərpa olunması çirklənmədən təxminən 6 ay sonra müşahidə olunur. Torpaq qruntlarının neftlə çirklənməsi biokimyəvi proseslərin xeyli zəifləməsinə səbəb olur. Çirklənmiş sahələrdə torpağın yüksək fitotoksililiyi formalaşır, bu isə


onda xlorid, sulfat və natrium hidrokarbonatın çox olması ilə əlaqədardır. Torpaq qruntlarını özünü təmizləmə xüsusiyyətinin yüksəlməsinin mühüm amillərindən biri torpağın ümumi biogeninin yüksəlməsi və neftdağıdıcı mikrofloranın fəaliyyətinin stimullaşdırılmasıdır. Torpaq qruntlarının bütövlüklə növünün tərkibinə, sayma və alqofloranın aktiv hissəsinin ixtisar edilməsinə səbəb olur. Torpaq bitki örtüyünün çirklənməsinin nəticələrinin öyrənilməsi göstərir ki, çirklənmiş bütün ərazilərdə bitki örtüyünün az bir hissəsi 15 ildən sonra yarısı bərpa olunur. Bütün hallarda qazma vaxtı neftin ətraf mühitə tökülməsi nəticəsində bitki aləmi tamamilə məhv olur. Buruqların tikintisi nəticəsində atmosferin çirklənməsi baş verir və onun əsas mənbələri aşağıdakılardır: - dizel və buruq qurğularının qazları, - buruq palçıqlarının, deqazatorların, tozabənzər tökülmə materiallar anbarı, - istehsal texnoloji tullantıları saxlayan şlam anbarları, - sirkulyasiya sistemləri və s.


.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə