Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə55/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   51   52   53   54   55   56   57   58   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Şəkil 2.13. Köpüktutucusu
а) – boşalma prinsipi ilə işləyən; b) – daşma prinsipi ilə işləyən; 1 – gövdə; 2 – nimçə; 3 – qəbul tıxacı; 4 – astana; 5 – boşaltma hissəsi; 6 – suvarıcı.

Suspenziya kimi təmizləmədə üyüdülmüş əhəng daşından hazırlanmış məhluldan istifadə edilir (şəkil 2.14). Bu metodda avadanlığın korroziyası və eroziyası yaranır. Suspenziyaya karbonat turşusu və manqan-sulfat əlavə etməklə (MnSO4) gips çökməsinin qarşısı alınır və proses əlverişli şəraitdə gedir.


Qazların SO2 təmizlənməsi üçün istehsalatın qələvili tullantı sularından da istifadə edilir. Kül suspenziyalarının tətbiqi ilə qazların təmizlənməsi işlənib hazırlanmışdır.
Göstərilən təmizlənmə metodlarından başqa, absorbentlə­rin regenerasiyası ilə gedən metodlar da tətbiq edilir. Burada əsasən, uducular regenerasiya edilərək təkrar istifadə edilir, ayrılan komponentdən isə bu və ya digər kükürd tərkibli maddələrin alınmasında istifadə edilir. Təbii qazlar, neft, kokskimya qazları tərkibində H2S çox rast gəlinir. Bu qaz, yüksək korroziya yaradan qaz hesab edilir.





Şəkil 2.14. Kükürd iki oksidin absorbsiyası
a) – dəniz suyu ilə: 1 – elektrofiltr; 2,3 – absorberlər;
4 – qızdırıcılar; b) – əhəngdaşı ilə: 1 – absorber; 2 – yığıcı;
3 – vakuum – filtr.

Qazların H2S-dən təmizlənməsi üçün vakuum-karbonat metodundan, fosfat prosesindən, mərgümüş-qələvi, “stretford” prosesindən, qələvi hidroxinin və s. metodlardan istifadə edilir.


Vakuum-karbonat metodunda H2S qaz tərkibindən natrium karbonat və ya kaliumkarbonat məhlulları ilə udularaq ayrılır.
Fosfat prosesində H2S absorbsiyası 40-50 faiz kaliumfos­fatla aparılır:


K 3PO4 + H2 SO KHS +K2HPO4

Mərgümüş qələvi metodunda absorbentdən asılı olaraq, mərgümüş soda və ya mərgümüş ammonyak götürülür.


“Stretford” üsulundan absorbsiya üçün tərkibində vanadium, natri-ammonium antroxinon olan qələvi tətbiq edilir.
Neft-kimya sənayesində və yanacağın yanması zamanı ayrılan qazların tərkibində azotoksidi mühüm yer tutur. Ən çox ayrılan qazlar NO və NO2 qazlarıdır. Azotoksidini qazdan ayırmaq üçün su və qələvi ilə absorbsiya metodlarından istifadə edilir.
Kükürdlü yanacaqların yanmasından ayrılan qazların tərkibində kükürd iki oksid və oksidlər olur. Bu qazları tutmaq üçün kompleks metodlardan istifadə edilir.
Ayrılan qazları adsorbsiya üsulu ilə də təmizləyirlər. Bu metod qazların tərkibində cüzi miqdarda qazşəkilli və bu- xarşəkilli qarışıq olduqda tətbiq edilir. Absorbsiya metodundan fərqli olaraq, adsorbsiya metodu qazları yüksək temperaturda təmizləmək qabiliyyətinə malikdir. Adsorbsiya metodu fiziki və kimyəvi metodlardan ibarətdir. Fiziki adsorbsiyada qazlar və buxarların molekulları Vander-Vaals qüvvəsilə, kimyəvi adsorbsiyada isə kimyəvi qüvvə ilə tutulub saxlanılır. Adsor- bent kimi məsaməli materiallardan istifadə edilir. Sənayedə istifadə edilən adsorbentlərə misal olaraq aktiv kömürü, slikageli, alyumageli, seoliti və poniti göstərmək olar.
Göstərilən adsorbentlər zəhərli qarışıqları aşağı təzyiqlər­də udmaqla onlarla reaksiyaya daxil olur.
Məsələn, etilbenzol istehsalında ayrılan benzolu və hidrogen-xloridi tullantı qazların tərkibindən ayırmaq üçün adsorbent kimi aktiv kömür, absorbent kimi yeyici qələvi məhlulu götürülür. Benzol buxarlara aktiv kömür tərəfindən, hidrogen-xlorid qazı isə məhlul vasitəsilə udulur. Sonra kömürlə udulan benzol su buxarı ilə desorbsiya olunur, qurudulur və istehsalata qaytarılır. Yeyici qələvi ilə hidrogen-xloridin qarşılıqlı təsirindən əmələ gələn natrium-xlorid məhlulu isə xlor, kaustik soda və s. istehsalında xammal kimi işlədilir. Beləliklə, həm tullantı qazlar zərərsizləşdirilir, həm də tullantıdan ikinci xammal kimi istifadə olunur.
Adsorbsiya prosesləri həm fasiləli, həm də fasiləsiz ola bilər. Fasiləli proseslərdə işlənmiş adsorbent ya yenisi ilə əvəz edilir, ya da su buxarı ilə onun aktivliyi bərpa olunur.
Fasiləli proseslərə hipersorbsiya da deyilir. Bu halda, adsorbent və təmizlənmiş qaz qarışığı aparatda əks axın prinsipi üzrə hərəkət edir.
Katalitik təmizləmə üsulu da geniş yayılmışdır. Bu üsul, qarışıqdakı komponentlərdən birinin digəri ilə, yaxud hər hansı bir komponentin katalizatorla qarşılıqlı təsirinə əsaslanır. Bu yolla əmələ gələn yeni maddələr zərərsiz olmalı və qarışıqdan asan ayrılmalıdır. Bu üsul, heterogen-katalitik proseslərin qanunauyğunluqlarına əsaslanır.
Əksər hallarda, tullantı qazlarında olan faydalı qaz qarışıqlarını ayırmaq üçün katalitik oksidləşmə metodundan istifadə olunur. Bu prosesdə tətbiq olunan katalizator müxtəlif amillər nəzərə alınmaqla seçilir. Məsələn, tullantı qazlarda karbohidrogenlər olduqda, tətbiq olunan katalizatorları üç qrupa bölmək olar:
1. Odadavamlı daşıyıcı üzərinə hopdurulmuş metal katali­zatorlar (platin, palladium, nikel, mis, gümüş).
2. Yarımkeçirici katalizatorlar (daşıyıcı üzərinə hopdurul­muş kobalt, manqan, vanadium oksidləri, manqan 4-oksid, mis 2-oksid qarışığı, hipkalit, kobalt, mis və maqneziumun xromatları – şpinəllər və s.).
3. Duzlar – sink-xlorid, bismut, qalay və kobaltın vanadat­ları.
Tullantı qazların tərkibi çoxkomponentli olduğuna görə katalizatoru seçmək çətin olur. Oksidləşdirici katalizatorun aktivliyi əvvəlcədən təyin edilir.
Hazırda təkmilləşdirilmiş təmizləmə üsulları tətbiq etməklə katalizatorun miqdarını azaltmaq mümkün olmuşdur.
Katalitik təmizləmə proseslərinin gedişinə bir sıra amillərtəsir göstərir. Bunlardan katalizatorun təbiətini, tullantı qazların tərkibini və temperaturu göstərmək olar. Temperatu­run artması katalizatorun aktivliyini artırır və təmizləmə prosesi daha dərin gedir.



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə