Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə53/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Şəkil 2.9. Dinamiki toztutucu:
1 – hələzun; 2 – siklon; 3 – tozyığılan


Filtrdə qazın təmizlənməsi, qaz axını məsaməli arakəsmə­dən keçdiyi zaman, daxilindəki hissəciklərin bu məsamələrdə saxlanması prinsipinə əsaslanır.
Filtrləyici arakəsmələr lifli və dənəli elementlərdən ibarət olurlar. Lifli filtrlər parçalardan və mineral liflərdən ibarət olur. Bu filtrlər ölçüsü 50-10 mkm olan toz hissəciklərini tutmaq qabiliyyətinə malikdir. Bunlar, əsasən, dispers fazanın konsen­tra­siyası 0,5 – 5 mq/m3 olduqda tətbiq edilir.
Dənəli filtrlər, əsasən yüksək temperatur və təzyiq şəraitində aqressiv mühitlərdə işlədilir. Bu tip filtrlərdə dənələr müəyyən müddətdən sonra təmizlənərək əvvəlki halını bərpa etmək qabiliyyətinə malikdir.
Elektrik filtrləri böyük həcmdə olan qazları toz və yağ dumanlarından təmizləmək üçün istifadə edilir (şəkil 2.10).




Şəkil 2.10. Elektrik filtrləri
a) Vertikal boru şəkilli birqütblü, bir bölməli; b) Horizontal lövhə şəkilli birqütblü, bir bölməli; c) Horizontal bir qütblü, iki bölməli; 1 – elektrik qidalandırıcısı; 2 – izoləedici; 3 – baş elektrod;
4 – çökdürücü elektrodlar; 5 – ionizatorun mənfi elek­trodları;
6 – ionizatorun müsbət elektrodları.

Elektrik filtrlərinin iş prinsipi toz hissəciklərinin elektrik sahəsində çökməsinə əsaslanır.


Çirkli qaz, gərginliyi 60000 V-a qədər olan elektrod ətrafından keçdikdə, onun daxilində olan tozlar ionlaşaraq elektriklə yüklənirlər. Yüklənmiş hissəciklər çökdürücü elek­troda yaxınlaşaraq onun üzərinə yığılır. Çökdürücü elektrod quru olduqda onun üzərinə yığılan tozlar silkələnmə, yaş olduqda yuma yolu ilə ondan ayrılır.
Yaş toztutucularda” isladıcı mayə rolunu su yerinə yetirir. Suyun axına təsiri üsulundan asılı olaraq, bu qurğular 8 növə bölünür:
1. İçərisi boş qazyuyucu.
2. Taxma maneəli.
3. Nimçəli.
4. Hərəkət edən taxmalı.
5. Zərbə-ətalət təsirli.
6. Mərkəzdənqaçma təsirli.
7. Mexaniki qazyuyucu.
8. Sürətli qazyuyucu.
Qaz axını maye ilə görüşdükdə fazalararası toxunma səthləri yaranır. Bu səthlər qaz qabarcıqlarından, qaz və maye şırnağından, damcı və maye pərdəsindən ibarət olur. Aşağıdakı sxemlərdən toztutucuların iş prinsipini aydın görmək olar (şəkil 2.11, 2.12, 2.13).
Şəkil 2.11-dən göründüyü kimi oymaqlardan (5) çıxan qaz gələn su ilə görüşür, toz islanaraq ağırlaşıb şlam şəklində şlamyığana çökür.
Şəkil 2.12-də çirkli qaz kürəşəkilli məhdudlaşdırıcılar zonasında su şırnağı ilə görüşür və toz hissəciyi kürə qatından yuxarı qalxa bilmir.




Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə