Еlcan həbibzadə


Yuansyaotsze/Dentsze (Məşəllər Bayramı)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

 
105 
Yuansyaotsze/Dentsze (Məşəllər Bayramı). Ay təqviminin ilk 
ayının 15-ci günü Çində Yuansyaotsze bayramı qeyd olunur (adətən 
qriqorian təqvimi ilə fevral və ya martda). Yuansyaotsze bayramı 
qədim tarixə malikdir və e.ə. II əsrə gedib çıxır. Qərbi Xan sülaləsi 
imperatoru Ven-di (e.ə. 179-156-cı illər) həmin gün rəqibləri ilə  çətin 
mübarizədə qələbə qazanaraq taxta oturmuşdur. Bu vaxtdan etibarən o, 
hər il birinci ayın 15-ci günü axşamı saraydan çıxırdı ki, xalqla bir 
yerdə  şənlik etsin. Bayramın adı üç hecadan təşkil olunub: “yuan” – 
birinci, ilk, “syao” – gecə, “tsze” – bayram deməkdir. Beləliklə, bu – 
imperator Ven-dinin taxtda ilk gecəsi bayramıdır.  
Pekinlilər Bahar bayramı kimi Yuansyaotszeni də ailə içərisində 
qeyd edirlər. Süfrəyə mütləq xüsusi yemək – yuansyao verilir, bu suda 
bişirilmiş düyü unundan hazırlanan balaca toyuq yumurtaları boyda 
ağappaq kürəciklərdir. Tarixi min ildən çox olan yunsyaonun ondan 
artıq növü var və əsl qurmanlar bayram ərəfəsində onların hazırlanması 
üçün lazım olan şeyləri tapmaq üçün bir neçə mağaza gəzməyə 
tənbəllik etmirlər. Ümumiyyətlə isə avropalılar üçün yuansyao şit və 
qatı dad verir və onun əsas məziyyəti ondadır ki, bu yemək ailə ilə 
həmişə birlikdə olmaq və xoşbəxt yaşamaq arzusunun rəmzidir.  
Yuansyaotszenin başqa adı da var – Dentsze (Məşəllər Bayramı). 
Məsələ burasındadır ki, eramızın I əsrində Çində buddizm yayılmışdı 
və Qərbi Xan sülaləsindən olan imperator Min-di (58-75-ci illər) 67-ci 
ildən başlayaraq həmin günü məbədə getmək və Buddaya ehtiram 
əlaməti olaraq məşəl yandırmaq adətini qoymuşdur. Bu mənalı 
mərasim dərhal xalq tərəfindən sevilmişdir. Min sülaləsinin 
hakimiyyəti dövründə birinci ayın 8-dən 17-dək Pekinin Denşikou və 
Tsyanmendatsze küçələrində minlərlə  məşəl yandırılırdı, elə buradaca 
onların qızğın alveri gedirdi. Bizim günlərdə Pekini Tszıçjuyuan, 
Yuanminyuan və digər parklarında məşəllərin sərgi-müsabiqəsi geniş 
populyarlıq qazanmışdır. Ayrı-ayrı ustalar, müəssisələr, universitetlər 
və hərbi hissələr bayarma öz konstruksiyalarını: “su və dağlar”, “güllər 
və quşlar” janrında  şəkillərlə, tapmaca-yazılarla bəzədilmiş  ənənəvi 
olaraq dörd və ya altıüzlü məşəllər hazırlayırlar. Lakin hərəkətedən 
elementləri olan, klassik ədəbi  əsərlərdən səhnələr  əks etdirən və ya 
müasir motivlərdən təşkil olunmuş çoxmərtəbəli qəliz kompozisiyalara 
da çox rast gəlinir; əjdaha, şir, simurq şəklində olan məşəllər də uğurla 
tətbiq olunur. Baxmayaraq ki, ilin bu vaxtı axşamlar kifayət qədər 


 
106 
möhkəm  şaxta olur, pekinlilər gecəyə  qədər füsunkar alovlara tamaşa 
edərək parkın xiyabanlarında gəzişirlər.  
Bu gün Çinin hər yerində Yuansyaotsze bayramı üçün məşəl 
sərgiləri keçirmək  ənənəsi qorunub saxlanmışdır. Sərgiyə müxtəlif 
konstruksiyalı məşəllərə baxmaq üçün çoxlu insanlar gəlir. Həmin günü 
uşaqlar  əldəqayırma və ya mağazalardan alınmış  məşəllərlə küçələrə 
çıxır və oynaşırlar. Məşəldə tapmaca oyunu – bu bayram şənliklərinin 
ayrılmaz hissəsidir. Məşəl sahibi onun dibinə tapmaca yazılmış kağız 
asır. Əgər açmanı tapan cavabı bilirsə, o, kağızı qoparıb cavabı yoxlaya 
bilər.  Əgər o, tapmacanı düz tapıbsa, balaca hədiyyə alır. Məşəldə 
tapmaca tapmaq adəti Sun sülaləsi dövründə meydana gəlib və bu gün 
də cəmiyyətin bütün təbəqələri arasında böyük şöhrətə malikdir.  
“Tsinmin” bayramı  və ya Mərhumlara rəhmət günü. O, 4-6 
aprel arası günlərin birinə düşür. Çinlilər ta qədimdən həmin gün öz 
əcdadlarını yad edirlər. Hazırda isə “Tsinmin” bayramında həlak olmuş 
inqilabçıların və  qəhrəmanların xatirəsinə  həsr olunmuş  tədbirlər 
keçirilir. Həmin gün onların qəbrini səliqəyə salırlar. “Tsinmin”də 
adətən isti olur, təbiət çiçəklənir, buna görə  də çoxları  şəhərətrafı 
gəzintiyə yollanır, kağız ilanlar uçurdur, bahardan zövq alırlar. Məhz 
bu səbəbdən “Tsinmini” həm də “Tantsintsze” – ilk yaşıllıq üzərində 
gəzinti günü də adlandıırlar.  
“Duanu” bayramı  və ya Yayın başlanması günü. Belə hesab 
edilir ki, o, qədim Çin vətənpərvər  şairi Tsyuy Yuanın  şərəfinə 
meydana gəlmişdir.  Şair Döyüşən hökmdarlıqlar dövründə Çu 
hökmdarlığında yaşamışdır.  O,  öz  siyasi  məqsədlərini həyata keçirə 
bilməmiş, Çu hökmdarlığını  məhv olmaqdan qurtarmaq gücündə 
olmamışdır və beşinci ayın 5-ci günü (Çu hökmdarlığının Tsin 
hökmdarlığı  tərəfindən zəbt edilməsindən sonra) özünü Milotszyan 
çayına atarq intihar etmişdir.  Əfasanəyə görə,  şairin ölümündən sonra 
insanlar qayıqlara oturub çayda onun cəsədini xeyli axtarmışlar. 
Bundan sonra hər il beşinci ayın 5-ci günü böyük şairin xatirəsinə 
çaylarda ənənəvi olaraq əjdaha formasında qayıqlarda yarışlar keçirilir. 
Eyni zamanda çaya Tsyuy Yuan üçün bişmiş düyü ilə doldurulmuş 
bambuk buğumları atırlar. Xalq arasında həmçinin bu gün “tszuntszı” – 
qarğı yarpağına bükülmüş düyü yemək adəti də qalmışdır.  
“Çjuntsyu” bayramı  və ya Ay Bayramı. O, payızın ortasına 
düşür, ona görə də hələ qədimdə onu “Çjuntsyu” adlandırırdılar. Həmin 
gün xalq arasında dağa qalxmaq, piroq yemək, pivə içmək və 


 
107 
xrizantemaları seyr etmək adətləri də saxlanmışdır. “Çjuntsyu”da 
insanlar undan şirinqoğal bişirir və onu Ay allahına sovqat edirdilər. 
Mərasimin sonunda bütün ailə şirinqoğal yeyərdi ki, bu da ailə səadəti 
rəmzi idi. Bu adət bizim günlərə  qədər qalmışdır. Həmin günü 
bədirlənmiş ay xüsusilə parlaq olur. Bütün ailə parlaq ayın altında bir 
yerə yığışır, səma cisimlərini seyr edir və ay şirinqoğalları yeyirlər.  
“Çunyan” bayramı  və ya İkiqat doqquzluq Bayramı.  O, Ay 
təqvimi ilə doqquzuncu ayın 9-cu gününə düşür. 80-ci illərin 
sonlarından başlayaraq “Çunyan” bayramı yaşlı insanlar üçün 
əlamətdar tarixə çevrilib. Hər il bu gün yaşlıların  şərəfinə müxtəlif 
tədbirlər keçirilir, onları  təntənəli yığıncaqlara və  bədii özfəaliyyət 
baxışlarına dəvət edirlər.  
Bununla yanaşı, son illər  əcnəbi bayramların  çinlilər, xüsusən 
də  gənclər arasında populyarlığının kəskin artımı müşahidə olunur. 
Təbbi ki, əcnəbi bayramların populyarlığı  “əcnəbi mədəniyyəti 
qarşısında  əyilmək” demək dyildir, bunun əsasında bazar prosesləri 
durur. Bir çox gənclər qərb bayramlarını ənənəvi Çin bayramlarından, o 
cümlədən Çin Yeni ilindən, Ay bayramından və s. üstün tuturlar. Qərb 
bayramları  Şərqdə çatışmayan spesifik mədəni məzmuna malikdir. 
Demək olar ki, bütün Çin bayramlarının əsas elementi bayram stolu və 
yeməkdir, müasir çinlilər isə süfrəni hər hansı bir hadisənin ayrılmaz 
hissəsi hesab etmirlər. Onlar üçün qərb bayramlarının yaratdığı bayram 
əhval-runiyyəsinin özü daha vacibdir. Bu həm də onunla izah oluna 
bilər ki, Çində insanlar varlanır, iş  və  həyat tempi sürətlənir və onlar 
imkan daxilində dincəlmək istəyirlər. Bundan başqa, müasir Çin 
gəncliyi ilk öncə  kənd mühitində yaranmış  ənənəvi bayramlarda daha 
az romantika görürlər.  
Bu günki Çin gəncliyi qərb bayramlarını, xüsusən Milad 
bayramını, Sevgililər gününü və  s.  qeyd  etməyə can atırlar. Müasir 
gənclər dəbin güclü təsirinə daha çox məruz qalırlar və daha yüksək 
həyat səviyyəsinə can atırlar, yeni sevincli və romantik hisslər 
istəyirlər.  
Fikrimizcə, burada ziddiyyət yoxdur. Əgər müasir Çin gəncliyi 
üçün Milad şənlikləri daha çox qərb həyat tərzinə qoşulma deməkdirsə, 
Bahar bayramının qarşılanması isə  ənənəvi Çin mədəniyyətinə 
qayıdışdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə