Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

 
108 
ÇİNİN ADƏT VƏ ƏNƏNƏLƏRİ 
 
Qədim adət və  ənənələr müasir Çinin həyatına möhkəm daxil 
olmuşdur, o, ayrılmaz hissə kimi bir neçə  nəsil insanlarını görünməz 
vərəsəlik sislsiləsi ilə birləşdirir. 
Çin ailəsi  ənənələri. Keçmiş  ənənələr və müasirlik Çin ailəsi 
həyatında, xüsusən uzaq kənd rayonlarında daha təzadlı üzə  çıxır. 
Çinlilərin köhnə mövhumatçı fikirlərinə görə, asudə yaşayışını  təmin 
etmək üçün ailə başçısı öz nəslinin davamının qayğısına qalmalıdır. 
Onun mütləq oğlu olmalıdır, yaxşı olardı ki, həyatda onu evləndirməli 
və hətta uşaqlarını və əgər mümkünsə, nəticələrini də görməlidir.  
Nigah ittifaqının məqsədi nədən ibarət olmuşdur? O biri dünyada 
olan rəhmətə getmiş əcdadların daima diqqətə ehtiyacları vardır: onları 
həmişə müxtəlif qurbanlarla təmin etmək lazımdır, ancaq bu halda 
onlar özlərini yaxşı hiss edir, firavan yaşayırlar və bunun üçün də öz 
salamat qohum-əqrəbasına göylərdən səadət göndərirlər. Əgər heç kim 
onların qayğısına qalmırsa, əcdadların ruhları soyuq və aclıqdan, eləcə 
də digər çətinliklərdən əziyyət çəkirlər. Bu zaman onlar hirslənir və sağ 
qohumlarına hər cür bədbəxtlik bəxş edirlər. Deməli, nəslin, xüsusilə, 
kişi nəslinin davamını saxlamaq lazım idi: qız ərə gedərək başqa ailəyə 
düşür; oğlan isə ailə ilə qalır, evlənir, gəlin gətirir və  nəslin 
davamçısına çevrilir. Məhz buna görə də Çində kişilərin sayı qadınların 
sayından çoxdur. Hər 100 qadına 106 kişi düşür. Məhz qız yox, oğlan 
uşağına malik olmaq yaxşı sayılırdı. Qız ərə gedərək, ərinin familyasını 
götürür  və öz qohum əcdadlarına xidmət etmək hüququndan məhrum 
olurdu. O, ərinin əcdadlarına xidmət göstərməli idi. Ölənlər barədə əsas 
qayğını isə ancaq kişi göstərə bilərdi.  Əcdadlara sitayiş çinlinin 
öhdəsinə kişi nəslinə malik olmağın qayğısına qalmağı qoyurdu, buna 
görə  də çinlinin gözündə nigah nigahsızlıqdan üstündür, uşaqların 
çoxluğu – səadət, sonsuzluq – bədbəxtlik deməkdir. Uşağı, xüsusən də 
oğlan uşağı olmayan qadının əri və onun valideynləri yanında heç bir 
hörməti olmurdu, qadının sonsuzluğu isə boşanma üçün qanuni səbəb 
hesab edilirdi.  
Nigah bağlanma  ənənəsi. Milli mənsubiyyətindən asılı olaraq 
Çində nigah bağlama  ənənələri fərqlidir. Lakin onların hamısı Nigah 
haqqında qanunda göstərilmiş  və  qəbul edilmiş ümumi prinsipləri 
gözləyirlər. Bu Qanuna əsasən 22 yaşına çatmış kişilər və 20 yaşdan az 
olmayan qadınlar nigaha girmək hüququna malikdirlər.  


 
109 
Toy hüquqi nöqteyi-nəzərdən mütləq prosedur deyil. Toy – yeni 
evlənənlərin öz qohum və yaxınlarından təbriklər qəbul etdiyi şənlikdir. 
Milli azalıqların toy mərasimləri adətən təmtəraqlı və dəbdəbəli keçir. 
Həmin gün bəzi xalqlarda şənlənib mahnı oxunduğu halda, digərində 
gəlin doğma evdən çıxarkən ağlamalıdır. Bəzilərində  oğlanlar gəlini 
seçir, başqa birində,  əksinə, - qız oğlanlar içərisindən öz ərini seçir. 
Bəzi xalqlarda qarşısına çıxanın yanaqlarına qara qrim yaxmaq, 
digərində - yeni evlənənlərlə məzələnmək, başqa birisində - qaynanaya 
sataşmaq qəbul olunmuşdur və bunların hamısı da məzəli və maraqlıdır.  
Kəndli ailələrində toyla bağlı qədim adətlər xüsusən qalmaqdadır. 
Məsələn Anxoy əyalətində toy günü kahin (falçı) tərəfindən təyin edilir. 
Toy gecəsi gəlin və bəy birlikdə buxur yandırmalı, yer təzimləri etməli, 
səmaya və yerə,  əcdadlara ibadət ayinləri həyata keçirməli, birlikdə 
dizüstə mağaraya sürünməli, bir fincandan “əcdadların içkisindən” 
içməli, digər qədim ayinləri yerinə yetirməlidir. 
Bəzi yerlərdə nişandan toya qədər uzun mərasimlər keçilməli, 
çoxlu ruhi güc və maliyyə vəsaitləri sərf olunmalıdır. Yaşlı kəndlilərin 
dediklərinə görə, bu mərasim qədim Çində mövcud olanın tam 
təqlididir. Ayin mərasimlərinin sayı azalmamış, onlara çəkilən xərc isə 
əvvəlki ilə müqayisədə artmışdır.  
Ad günündə xüsusi ritual yoxdur. Çoxları həmin gün “şoumyan” 
– uzünömürlük rəmzi olan əriştə yeməyə üstünlük verir. Bəzən  şəhər 
ailələrində bu gün süfrəyə Avropa tortu qoyulur.  
Dəfn mərasimi  də Çində  qəliz deyildir. Adətən mərhumla vida 
və ya hüzn əlaməti olaraq matəm mitinqi təşkil edirlər.  Şəhərlərdə 
meyitlərin yandırılması, kəndlərdə isə basdırılması yayılmışdır. Çində 
ənənəvi matəm rəngi ağdır, lakin indi şəhərlilər dəfn mərasimində qara 
matəm sarğısı da geyirlər. İslama etiqad edən milli azlıqlar ölüləri dəfn 
edirlər, Lyanşan dağlarında (Sıçuan  əyaləti) yaşayan xalqların, 
Yunnanda yaşayan laxu və pumi xalqlarının nümayəndələri isə meyiti 
yandırırlar.  
Basdırılma zamanı da köhnə adətlər itməmişdir.  Əgər insan 
ölürsə, onu tez basdırmaq olmaz. Qədim dövrlərdə basdırılma gününü 
kahin təyin edirdi. Ölənlə birlikdə qiymətli  əşyaları da basdırırdılar. 
Qiymətli ağacdan tabut düzəldirdilər, oraya ölənin “yol xərcləri” üçün 
pul qoyurdular. Bu etiqadlar indi də qalmaqdadır.  
Şəxsiyyətə  və  əcdadlara pərəstiş  ənənəsi.  Qədim Çin 
mütəfəkkirləri səmanı yerin hökmdarı, aktiv başlanğıcın mənbəyi hesab 


 
110 
edirdilər. Lakin səma yer nizamını idarə edə bilmədiyindən, o, 
hakimiyyəti təbəəni “səma hökmü” ilə idarə edən hökmdara bağışlyır. 
O, səma hökmünün icraçısı sayılırdı, buna görə  də onu Səma Oğlu 
adlandırırdılar.  
Feodal Çinində “yüz ailə” adını daşıyan bütün Çin milləti böyük 
bir ailə kimi nəzərdən keçirilirdi, onun ata-anası isə imperator idi. Bu 
böyük ailənin bütün təbəələri imperatora övlad sevgisi və sayğısı 
göstərməli idilər. Lap körpə yaşlarından çinlini öyrədirdilər ki, atalıq 
hakimiyyəti balaca ailənin başçısı kimi ataya, böyük ailənin başçısı 
kimi isə imperatora məxsusdur. Bu ənənə indiyə kimi də 
qorunmaqdadır. Böyüklərə itaət və hörmət tərbiyəsi uşaqlıqdan aşılanır. 
Bu ənənə evdə, məktəbdə, cəmiyyətdə işdə mütləq sayılır. Bu rəis və ya 
direktora öz tabeçiliyində olanların texnoloji proseslərin 
yaxşılaşdırılmasına, böyük mənfəət əldə etməyə yönəlmiş əməyi təşkil 
etməyə kömək edir.  
İmperatora göstərilən pərəstiş  əlamətləri müqayisəyə  gəlməz. 
Əgər o, əmr edərdisə, hamı danışıqsız tabe idi. İmperator olsa da, 
olmasa da təbəələr ona ilahi ehtiram göstərirdilər.  İmperiyanın  ən 
yüksək mənsəbli əyanları belə onun hətta boş taxtı, yaxud qüdrət rəmzi 
əjdaha və uzunömürlük rəmzi tısbağa ilə bəzədilmiş sarı ipəkdən olan 
pərdəsi qarşısında üzüqoylu səcdə edirdilər. Çin imperatoru dünyanın 
hökmdarı sayılırdı.  
Əcdadlara pərəstiş – qədim  ənənədir, uzaq dövrlərdən bəri Çin 
xalqının mənəvi həyatının bütün tərəflərinə öz dərin möhürünü 
vurmuşdur. Onun mahiyyəti – nəslin kişi xətti üzrə ümumi əcdadına 
sitayiş  və  pərəstişdir; sağ insanların ölmüş qohumlarının 
mövcudluğunun davamına, ölülərin dirilərə ovsunlu təsirinə, onlar 
arasında daimi əlaqənin saxlanmasına inamdır. Başqa sözlə, əcdadlara 
pərəstiş – ölünün ruhunun müstəqil mövcudluğuna inamdır.  
Qədim çinlilərin axirətə inamının mənbəyi, hər  şeydən  əvvəl
yuxugörmələr idi, bunlar təkcə insan ruhunun bədəndən ayrılması 
imkanın təsdiqinə deyil, eləcə də ölənin axirət həyatını əsaslandırmağa 
xidmət edirdi.  
Əcdadlara pərəstiş müasir Çində  də özünü göstərir: bir çox 
kəndlilər ulu əsillərinin axirət həyatına inanır və buna görə  də onlara 
qurban – qida, xırda məişət  əşyaları  gətirirlər. Hazırda dini 
mövhumatlar “müasirləşmişdir”: ÇXR-in bəzi yerlərində qəbrin önündə 
televizor və paltaryuyan maşının kağız şəklini yandırmağa başlayıblar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə