Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

 
102 
Rəqsin ifa olunması üçün kətan, kağız, tel və söyüd 
çübüqlarından parlaq rənglənmiş  əjdaha hazırlanır. Onun uzunluğu 8-
10 metrə çata bilər.  Əjdahanın bədəni birləşdirilmiş hissələrdən 
ibarətdir (onların sayı mütləq tək olmalıdır:9,11 və ya 13), hər bir 
hissəni ona yapışdırılmış  şüvülün köməyi ilə  rəqsin bir iştirakçısı 
aparır. Barabanların və mis qabların gurultusu altında  əjdaha bərk 
qıvrılaraq tamaşaçılar qarşısında hərəkətlər edir, dik yuxarı yüksəlir və 
lap yerə  sıxılır, dalğavari hərəkətlər edir və effektiv dövrələr vurur. 
Əjdahanı idarə etmək ifaçılardan yüksək uzlaşma tələb edir, buna görə 
də  məşqlər Bahar bayramına xeyli qalmış başlayır. Bir zamanlar 
qəsəbələr və  şəhər rayonları arasında  əsl yarışma keçirilərdi: kimin 
əjdahası daha yaxşıdır? Kənddən kəndə və şəhər küçələri ilə əjdahaları 
azarkeşlər yığını müşayət edərdi. Təəssüf ki, bu gün Pekində bu cür 
canlı  və  səs-küylü kütləvi nümayişlər olmur və  əjdahaları onlar üçün 
ayrılmış meydanın hüdudlarından kənara buraxmırlar.  
Yeni il təbrikləri və hədiyyələri. Yeni il şənliklərinin bütün iki 
həftəsi  ərzində çinlilər bir-birini təbrik etməkdən yorulmurlar. İmkan 
daxilində evləri dibçəkdə cırtdan mandarin ağacları ilə bəzəyirlər. Canlı 
güllərin yoxluğu gül təsvirli kağızdan olan gözəl şəkillərlə əvəz olunur, 
bu yeni il xeyirxahlıq simvolikasının vacib elementidir. Pion bolluq və 
nəciblik, nərgiz isə ailə harmoniyası rəmzidir.  
Bayram axşamı  təntənəli süfrə – nyan e fan açılır. Yeməkdən 
sonra yatmaq olmaz, öz xoşbəxtliyini qaçıra bilərsən. Əgər kimsə yeni 
il gecəsi dincəlmək üçün uzanarsa, hər halda tezdən durmalıdır. El 
arasında belə bir inanc mövcuddur: “Əgər Yeni ildə tez qalxarsansa, tez 
də varlanarsan”.  
Səhər isə bütün ailənin hazırladığı düşbərə - tszyao tszı yeyilir. 
Bu  ənənə xüsusən Çinin şimalında yayılıb. Çinlilər xoşbəxt nəsil və 
maddi rifah arzularını düşbərə ilə  əlaqələndirirlər. Cənubda yeni il 
xörəklərinə uzun ömür rəmzi olan xunıçunlu və uzun əriştəli supu aid 
edirlər.  
Yeni ilin girməsi ilə üç bayram günü gəlir: çui, çuer və çusan. 
Birinci günün səhəri bir-birinə hədiyyələr verirlər. Keçmiş zamanlarda 
qırmızı kağıza bükülü gümüş, qızıl və ya mis sikkələr bağışlayardılar. 
Uşaqlara mütləq təzə paltar hədiyyə edirlər. Böyüklər də  təzə 
geyinirlər. Qadınlar saç düzümlərini süni və ya canlı güllərlə bəzəyirlər. 
Yeni il şənliklərində dostlar və doğmalar bir-birinə baş çəkir, hədiyyə 
verir, bir-birini təbrik edirlər.  


 
103 
Hədiyyə olaraq yeni il şəkilləri – nyanxua verilə bilər, onunla 
evin içəri otaqlarını  bəzəyirlər. Yeni il şəkli – Çin xalq tətbiqi sənəti 
janrıdır. Hazırda belə  şəkillər tipoqrafik üsulla geniş çap olunur. 
Nyanxua rəmzi tam xoşbəxtlik diləyi ufunu – beş  ənənvi xoşbəxtlik 
növünü: uzunömürlük, bolluq, əmin-amanlıq, səxavət və qoca 
yaşlarında ölüm (digər yozmaya görə - uzunömürlük, xoşbəxtlik, 
məhsuldarlıq, uğurlu karyera və bolluq) əks etdirir. Nyanxuanın 
xeyirxah mənası ümumi qəbul olunmuş simvollar yığınının köməyi ilə 
bildirilir. Belə ki, şən oğlan uşağı təsviri kişi irsi və ailə birliyi arzusu 
mənasını verir, rənglərin parlaqlığı  həyatın solmayan təravətindən 
xəbər verir. Çox vaxt xoşbəxtlik rəmzi sözlərin fonetik uyğunluğu 
prinsipi ilə yaradılır: məsələn, balıq bolluğa uyğun gəlir, çünki bu 
sözlər Çin dilində eyni səslənməyə malikdir [yuy]. Bir çox şəkillər 
bütöv bir kompozisiyanı – omonimik oxşarlıq prinsipi ilə yaradılmış 
simvollardan ibarət rebusları ifadə edir. Məsələn, lotos yarpaqları 
üzərində  əlində balıq durmuş  oğlan uşağı  təsviri – hər il bolluq 
gətirəcəyinə işarədir. Nyanxua üzərində ənənəvi təsvirlər xeyir gətirən 
Ölməz mələk və bolluq gətirən oğlan uşağı təsvirləridir. Uzunömürlük 
rəmzi  ərik,  şam ağacı  və ya leylək  şəkli, firavan nəsil – nar meyvəsi
zənginlik – pion ilə çatdırılır. Məşhur xoşbəxtlik rəmzi ziyanverici 
həşəratları “kəsib-doğrayan” yeni il applikasıyasıdır, bu da əqrəb, 
qırxayaq, ilan, kərtənkələ, hörümçək və bəzən qurbağadır (şimalda).  
Ənənəvi yeni il təbrikləri həmçinin duylyan – qoşa yazılar 
vasitəsilə  də verilir. Onların adının daha bir variantı çunlyan – bahar 
qoşa yazılarıdır. Qırmızı kağızın üzərində qızılı heroqliflərlə qarşılanan 
ildə xoşbəxtlik və uğurla bağlı arzular yazılır. Onları evin girəcəyindən 
və otaqlardan asırlar. Bundan başqa, evin girəcəyində [fu] – xoşbəxtlik 
heroqlifi  şəklində talisman asmaq yeni il ənənsi indiyə  qədər də 
qalmaqdadır. Çox vaxt şəklin mənasını vurğulamaq üçün onu baş-ayaq 
asırlar. Yeni illə əlaqədar qonaqlar gələndə onlar “Xoşbəxtlik çevrilib” 
deyirlər, bu da [fu fan] – xoşbəxtlik qayıdır kimi səslənəcək.  
Yeni ili təbrik etməyə qonaq gedən dostlar bir-birinə müxtəlif 
hədiyyələr bağışlayırlar. Məsələn, meyvəni səbətdə yaxud tor zənbildə, 
konfet, piroq, peçenye və tortu isə qutuda aparmaq yaxşı olar. 
Qohumlar və yaxın tanışlar ət, balıq, dəniz xərçəngi, siqaret, cüt sayda 
araq və ya çaxır  şüşəsi, eləcə  də xüsusən Çuntsze bayramında paltar 
gətirə bilərlər. Əcnəbilər çinlilərə konfet, peçenye, piroq (yeni il düyü 
piroqu xüsusilə dəyərlidir), yaxşı çay gətirə bilərlər.  


 
104 
Yeni ilə Çində vəhdət, ailə harmoniyası bildirən qoşa əşyalar: iki 
vaz, iki fincan və s. hədiyyə etmək qəbul olunmuşdur. Saat bağışlamaq, 
xüsusən yaşlı adamlara saat bağışlamaq məsləhət deyil, belə ki, onun 
tələffüzü çjun “son, ölüm” sözünün səslənməsilə oxşardır. Uşaq 
olmayan və ya hələ doğulması gözlənilən ailələrə oyuncaq, uşaq 
əşyaları hədiyyə etməzlər.  
Çində qonaqların ev sahibinə hədiyyəsini çıxıb getməzdən əvvəl 
vermək qəbul olunmuşdur. Bəzən hətta onları ev sahibləri görməsin 
deyə gizli qoyurlar. Lakin indi bəzən hədiyyəni dərhal verirlər. 
Hədiyyəyə etinasız yanaşmaq olmaz. Onu açıb baxmaq, təşəkkür etmək 
və müvafiq qarışılıqlı hədiyyə vermək lazımdır. Hədiyyə edilmiş nişanı 
dərhal paltara bərkitmək qəbul olunmuşdur. Qonağa gələn dəfə hədiyyə 
gətirmək lazım olmadığını söyləmək nəzakətli olardı.  
Yeni il gecəsi evin bütün qapı-pəncərəsi taybatay açılmalıdır ki, 
köhnə il evi tərk etsin.  
Çində bayram rəngi qırmızı hesab olunur, bu vaxt küçələrdə 
qırmızı kağızdan çoxlu sayda bəzəklər görmək olar, bir çoxları evlərin 
qapı və pəncərə çərçivələrini qırmızı boyayırlar. Bundan əlavə, bayram 
qabağı mütləq hərtərəfli təmizlik işləri aparılır, Yeni ilin birinci günü 
isə heç bir halda süpürgə  çəkmək olmaz, evdən uğuru süpürüb ata 
bilərsən.  
Yeni ildən  əvvəl bütün borcları qaytarmaq gərəkdir, qarşılanan 
ilin birinci günü isə borc almaq yaxud istəmək olmaz – hətta siqaret 
yandırmaq üçün alışqan belə.  
Sözarası da olsa, ölümü xatırlamaq, ruhlar haqqında söhbət 
etmək, müəmmalı  əhvalatlar danışmaq qadağandır. Həmçinin ötən ili 
xatırlamaq yersizdir, bütün söz və fikirlər gələcəyə yönəlməlidir.  
Yeni ilin ilk günü uşaqlar üçün xoşbəxt gündür, bu zaman onları 
cəzalandırmaq olmaz: inanca görə ilin birinci günü ağlayarsansa, bütün 
il boyu ağlayacaqsan. Bu səbəbdən də valideynlər körpələri 
cəzalandırıb göz yaşı axıtmammaq üçün onların bütün dəcəlliklərinə 
dözürlər.  
Çində Yeni il münasibətilə yataqda uzanmış insanı təbrik etmək 
pis əlamətdir, buna görə də Yeni ilin birinci günü hamı – hətta xəstələr 
də mütləq yataqdan qalxır, bayram libası geyir və qonaq otağında 
oturular.  
Bir də, ilin birinci günü ələ qayçı almağa da dəyməz – təsadüfən 
uğuru doğrayarsan. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə