www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
130 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Razılaşdım, biz onun iş yerinə gəldik.
Ofis «Nizami» kinoteatrından bir az yuxarıda, mağazaların arasında yerləşir, üstündə heç nə
yazılmayıb, tanımayan oranı çətin tapa.
Doğrudan da, o deyən kimi oldu, içəri girəndən bir-iki dəqiqə sonra pürrəngi çayı, limonu, qəndi,
şirnini, çərəzi qabağımıza düzdülər.
Mən darıxırdım, onun öz hekayətinə başlamasını səbirsizliklə gözləyirdim. Nəhayət, o,
danışmağa başladı.
Və inanın ki, o qədər gözəl, səlis danışmağa başladı ki, mən onun danışığına heyrətləndim, dil
qabiliyyəti olmayan bir adamın belə rəvan danışması qəribəydi, bəlkə onu danışdıran tamam
başqa bir qüvvəydi, özü demiş həmin sirr idi.
Qadın açan dili heç kim aça bilməz.
- İstəyirsən inan, istəyirsən inanma, amma danışacağım əhvalat mənim öz başıma gəlib. Köhnə
tanışım danışmağa başladı:
- O gözəl qızın şəkilləri çox yerdə var: jurnallarda, istəsən televizorda da görə bilərsən.
Reklam modelidir. Mən onun şəklini ilk dəfə «Kosmopolitan» jurnalında gördüm.
Qara, qırçınlı alt paltarı reklam eliyirdi. Ağappaq bədən və qara alt paltarı, təsəvvür eliyirsən
də!?
Şəklin altında reklam agentliyinin İnternet ünvanı, telefon nömrələri də yazılmışdı. Gözümü
ondan çəkə bilmirdim.
«Bu qədər ehtiraslı və gözəl olmaq mümkün deyil»,- deyə düşünürdüm, onu huri-mələyə
oxşadırdım.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
131 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Gecə-gündüz o şəklə baxmaqdan doymurdum, yuxum də ərşə çəkilmişdi, gecələr onu
fikirləşirdim, hətta xəstəlik də tapmışdım, yuxu dərmanı atmasam, yata bilmirdim, axırda həkim
dostlarımdan biri dedi ki, bu, ürəyə ziyandır və belə davam eləsə, sən bu gözəl simaynan
vidalaşmalı olacaqsan.
Həkim dostum xəstəliyimin səbəbini bilmirdi, amma fəhmnən başa düşürdü ki, mən kiməsə
vurulmuşam.
Arvadım da məndən şübhələnmişdi. Amma ciddi əsası olmadığına görə susurdu, yəqin ürəyində
qara gününə lənət yağdırırdı.
Bir gecə ağlıma qəribə fikir gəldi. Bəlkə o qızı axtarıb tapım!? Pulum var, ağlımdan da şikayətim
yoxdur, ofisi işlətməyə adam nə qədər desən.
Elə həmin gecə İnternet ünvanına məktub göndərdim, o qız barədə məlumat almaq istədim.
Üstündən bir neçə gün keçdi, cavab gəlmədi. Axırda telefonla Moskvaya zəng elədim. Reklam
agentliyi orada yerləşirdi.
Agentliyin əməkdaşı dedi ki, modellər haqqında heç bir məlumat vermirlər.
- Heç olmasa deyin görüm, o ərdədir? Telefonun o başında güldülər. Mən Bakıdan zəng
eliyirəm,-dedim.
- Bunun məsələyə dəxli yoxdur. Biz modellər barədə məlumat vermirik.
Əlacım kəsilmişdi. İstəyirsən inan, istəyirsən inanma. Moskvaya uçası oldum.
Tələbəlik xatirələrim hələ köhnəlməmişdi, Moskva on beş il əvvəlki kimi araq qoxuyurdu, amma
şəhər dəyişmişdi.
Mən tanıdığım mehmanxanalırn əksəriyyəti sökülmüşdü, «Rossiya» mehmanxanası isə olduğu
kimi qalırdı, aralıdan tükü yolunmuş qartallara oxşayırdı.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
132 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Nömrə aldım, rahatlandım, yuyunandan sonra saçımı qurulaya-qurulaya telefonun dəstəyini
götürdüm, tanış reklam agentliyinə zəng elədim. Bakıda eşditdiklərimi yenidən təkrar elədilər:
-Biz modellər barədə telefonla məlumat vermirik, ümumiyyətlə, məlumat vermirik.
May ayıydı, yağış təzəcə kəsmişdi, gün çıxmışdı. Bu cür hava adamda xiffət hissini artırır,
arzusuna çata bilməyən adam özünü «uf» demədən asa bilər.
Yəqin, intiharların yazda çoxaldığını bilirsən. Nə başını ağrıdım, həmin agentliyi tapmaq elə də
çətin olmadı. «Arbat»ı tanıyırsan da?
Başımı buladım:
-Mən Moskvada olmamışam,-dedim.
- Bizim «Torqovı» kimi bir yerdir, amma çox genişdir. Arbat küçəsində ətir dükanı vardı,
agentlik indi onun yerində yerləşirdi.
Qafıqazlı olasan, özü də Moskva qızlarının qabağına əliboş çıxasan. Yüngülvari bazarlıq elədim:
duxi, şampan, şokolad aldım.
Zövqümə, yəqin inanırsan. Amma agentlik işçilərinin zövqü xoşuma gəlmədi.
Heç biri o qızı xatırlaya bilmədi. Təsəvvür eliyirsən, heç biri xatırlaya bilmədi. Qızı nə qədər
təsvir eləsəm də, yadlarına düşmədi.
Mənim əliboş qayıtmaq fikrim yoxuydu. Agentliyin direktoru yaşlı qadınıydı. Cavanlar «o çox
qocadır», yaşlılar «canı suludur», qocalar «cavanlıqda yaman şey olub» deyərdilər.
Bizimkiləri tanımırsan? Nəsə bir şey fikirləşərdilər. Amma mehriban qadınıydı. Onun bu
mehribançılığında bağışladığım «Şanel» duxisinin də təsiri varıydı.
Nə olsun ki, imkanı çoxdur, hədiyyə açan qapını heç kim aça bilməz.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
133 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Qadının açıq- aydın məndən xoşu gəlirdi. «Kavkazskiy oryol» -elə beləcə utanmadan və
yorulmadan təkrar edirdi.
O, fotoqrafları bir-bir çağırıb, həmin qızı tanıyıb-tanımadıqlarını soruşdu. Oleq adlı saqqallı
fotoqraf:
- A, bildim kimi deyir, bizim Yuliyanı.
- Yuliyanı!?-agentliyin direktoru təəccübləndi. Düzü, onun təəccübünün səbəbi mənə aydın
deyildi.-Nədənsə hamı onu axtarır.
Bednaya Yulya! O, indi bizdə işləmir, -deyə qadın üzünü mənə çevirdi,- hansısa restoranda
striptizyorşalıq edir.
Mənim əl çəkmək fikrim yoxuydu. O qədər yolu basa-basa gəlməmişəm ki, əliboş geri
qayıdam…
Köhnə tanışım danışdıqca mən onun üzünə baxırdım, danışdıqlarının nə dərəcədə səmimi
olmasını öyrənmək istəyirdim. Onun üzündə uşaq təbəssümü vardı, bu cür adamlar yalan
danışmağı bacarmır.
- Həmin Oleq dedi ki, Yuliya şəhərin mərkəzindən kənarda, çinlilərin işlətdiyi restoranda striptiz
göstərir, çünki ora varlılar tez-tez baş çəkir.
Mən restorana axşam gəldim.
Ona qədər Arbatda xeyli fırlandım, «Leninskiye qorı»da oldum, universitetin yataqxanasına baş
çəkdim, amma mühafizəçilər məni bir zamanlar yaşadığım otağa baxmağa qoymadılar.
Pərtliyimi aradan götürmək üçün parkda gəzişən qızlara sataşdım, daha doğrusu, komplimentlər
dedim.
Amma mənim komplimentlərim, deyəsən, köhnəlmişdi ona görə də məni vecinə alan olmadı,
qızlar eləcə gülüşdülər.
Dostları ilə paylaş: |