www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
142 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Qız bu sözləri inamla dedi və gözlərinin yaşını sildi. Əslində gözlərinin nəmi çoxdan
buxarlanmışdı.
–İnam olsa, dərdin dərmanı da tapılar,-dedim.
–Siz yazıçısınız, eləmi?-deyə qız çoxbilmiş adamlar kimi soruşdu. O, dirçəlməyə başlamışdı,
gözlərinin işığı artmışdı. Mən onun ağrılarını azalda bilmişdim.
–Yox, sadəjə, majəraçıyam,-dedim və gülümsündüm.
–Nədən özünüzə bu qədər arxayınsınız?
–Hər şeyin bir zaman bitəjəyini bildiyimə görə,-dedim.
Təzə tanışım:
–Mən gərək gedəm, işə gejikirəm,-dedi və ayağa durmaq istədi. Mən onun qolundan ehmalja
tutub dayandırdım.
–İşdən ijazə alın.
–Bu mümkün deyil.
Mənim suallı baxışlarımın əvəzində o:
–Məni sevib atan müdirimdir,-dedi.
–Bir zaman gələr, onu da işdən çıxararlar, dəvədən böyük fil var, – deyə qızı ürəkləndirmək
istədim.
O, bir müddət dinmədi, deyəsən, mənim sözlərimin jiddiliyini öyrənirdi. Sonra:
–Mümkün deyil, çünki o özü fildir, özəl idarənin başçısıdır,-dedi.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
143 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
–Burası bir az qəlizdir,-deyə onunla razılaşdım, –onda başqa iş tapmaq lazımdır. Təzə işlə təzə
sevgi də başlaya bilər.
–Siz məni sevərsiniz?-deyə o uşaq sadəlövhlüyü ilə qəfil soruşdu və qəfil soruşduğuna görə mən
ona dərhal javab vermədim və söhbəti yayındırmaq məqsədilə:
–Qəribə taleyiniz var, eləmi?-deyə xəbər aldım.
–Hər nədirsə qaradır. Əvvəllər, uşaq olanda hər şey qar kimi bəmbəyaz idi.
Mən şəhərə gəldim, oxudum, işə düzəldim, sanki bütün arzularıma çatmışdım, birjə ağ atlı
oğlanım kəmiydi. Sən demə, o, mənim böyrümdəymiş.
Öz müdirim. O, əvvəllər məni heç görmürdü də. Bu isə məni qıjıqlandırırdı. Mən elə də pis
deyildim,-dedi, donunun yaxasını sığalladı, bir az dikəldi, özünə şux görkəm verdi.
– Elə indi də pis deyilsən,- aramızdakı rəsmiyyəti azaltmaq üçün “sən”ə keçdim.
O razılıqla gülümsündü və söhbətinə davam elədi:
– Bir dəfə banket zamanı o, məni rəqsə dəvət elədi. Utandığımdan oynamaq istəmədim, halbuki
o, mənim xoşuma gəlirdi. Çox yaraşıqlı və özünəinamlıydı.- Qız “özünəinamlı” sözünü xüsusi
pafosla dedi.- Onun dəvətindən boyun qaçırmağım ajığına gəldi. Gejə yarısına qədər bir dəfə də
olsun mən tərəfə baxmadı. Sonrakı günlər də o, mənə etinasız yanaşdı, yalnız birjə dəfə bizim
şöbəyə gələndə hamı kimi mənimlə də görüşdü. Onun mənə etinasızlığı ajığıma gəlirdi,
jırnayırdım.
Başqa qadınlarla mərhəm görüşəndə elə bilirdim ki, təhqir olunuram. Mən az qala qadınlığımı
itirirdim. Amma birdən yenə də o dadıma yetişdi və məni xilas elədi.
Qız bu sözləri deyəndən sonra dayandı, gözlərini bir nöqtəyə zilləyib durdu, nə barədəsə
düşündü, yəqin onu xatırlayırdı, ilk sevgilərini yadına salırdı, altdan-altdan gülürdü.
–Deməli, xilas elədi?-deyə yüngül istehza ilə soruşdum.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
144 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Arif adamıydı, istehzamı başa düşdü.
–Hə, xilas elədi, amma sonradan yenə də öldürdü... Ad günümdə gözləmədiyim halda mənə qızıl
boyunbağı bağışladı. Ona kimi heç kim mənə bahalı hədiyyə verməmişdi.
Bir axmaq oğlan vardı, əvvəllər mənə gül bağışlayardı, xəlvətjə stolumun üstünə qoyardı.
Bilirdim ki, odu, amma kasıbın biriydi. Şalvar gödək, köynək köhnə, penjək nimdaş. Bir gülnən
sevgini qazanmaq olmaz ki... Nəyini sevəjəkdim onun!? Müdirin qabağında da ikiqat əyilirdi.
Barı heç olmasa, bir kişiliyi olaydı.
Müdir ürəyimi ələ ala bilmişdi. Yəqin ona görə ki, qadınlarımızın əksəriyyəti ona vurulmuşdu,
boyunlarına almasalar da, bunu duymaq çətin deyildi, hər şey üzlərinə yazılmışdı...Hamı ona jan
atırdı, bu yarışda mən geri qala bilməzdim.
–Maraqlı bir fikir var: kişi qadının dalınja o zamana qədər qaçır ki, qadın onu tutsun. Hərfi
tərjümədir. Rus dilindən. Bu fikri başqa jür də demək olar.
–Başqa jür lazım deyil, –deyə o sözümü ağzımda qoydu, –başa düşdüm. Demək istəyirsiniz ki,
müdir məni tutana qədər onun dalınja qaçdım.
–Təxminən bü jürdür,-dedim
–O, mənim üçün hər şey idi. Mən də onunçün bir dünyaydım. Mənimlə yaxın olanda elə belə də
deyirdi: “Sən mənim dünyamsan”. Danışığında bir qram da olsun saxtalıq duymamışdım. Mənə
ev də tutmuşdu.
Restoranlara da aparırdı, bahalı hədiyyələr də verirdi. Arvadından çox istəyirdi. Bütün qadınlar
birinji olmaq istəyir. Mən onun dünyasında birinji yerdəydim.
Sonra hər şey alt-üst oldu. O başqasına vurulmuşdu. Mən bunu, yəni onun özgəsinə vurulmağını
onu çox tezliklə bildim... Bilməyə nə var ki...Eyni ehtirasla məni sevmirdi.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
145 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Uşağa qalanda isə bunu daha çox büruzə verdi, hisslərini gizlədə bilmədi, uşağımızı saldırtdı.
“Birjə uşağımız kəmdi” dedi. Özü həkimə apardı. Zorla. –Qız susdu, daha doğrusu qəhər onu
susmağa məjbur elədi və ağlaya-ağlaya, –mən ana olsaydım, dərdim olmazdı.
–Ana olsaydın, lap pis, indi körpənin hayına qalmışdın. Elə bilirsən, uşaq saxlamaq asandır, özü
də indiki zamanda.
Qəribəydi. Biz, sanki doğmalaşmışdıq. Hər şeyi bir-birimizə danışırdıq. Ən intim məsələlərə
qədər gedib çıxırdıq.
O qızarmış və nəm gözlərilə mənə baxdı və soruşdu:
–Bayaqkı sualıma javab vermədin? Sən məni sevərdin?
Qızın üzündən yazıqlıq, əlajsızlıq və hüzn tökülürdü. Az qala onun javabına müsbət javab
verəjəkdim. Amma özümü ələ ala bildim. Çünki bütün hisslərin keçiji olduğunu bilirdim. Bunu
mənə həyat özü öyrətmişdi.
–Bəlkə də hə, amma mən evliyəm və arvaddan qorxuram.
Bu fikrə o xeyli güldü:
–Arvaddan qorxana oxşamırsan,- dedi.
Mən də güldüm.
Qızın telefonu zəng çaldı.
–Bu odur, müdirim, – dedi.
Ürəyimdə qızın telefona javab verməsini istəməsəm də, etika və alijənablıq xatirinə:
–Bu yaxşı oldu, javab verin,-dedim.
Dostları ilə paylaş: |