Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
6 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd çölə çıxdı. Səhər dumanı hər yeri bürümüşdü. İstanbula uçan təyyarənin vaxtına az 
qalırdı. 
Zamanla məkanın Şeytanla birləşdiyi, Tanrının unudulduğu bir məqamıydı... 
 
* * * 
 
Mən Züleyxanı tanıyırdım. Məhlədə onu "Malena", evdə Zulya çağırırdılar. Ona "Malena" adını 
kimin qoyduğunu bilmirəm. Oxucular bu yaraşıqlı xanımı tam təsvir etsinlər deyə məşhur İtaliya 
filmindəki Malenanı (aktrisa Monika Beluççi) yadlarına salsınlar: iri ala gözlər, məsum, bir 
qədər də sirli sifət, uzun qara saçlar, mütənasib bədən - bir sözlə, huri-mələk. Məhlə uşaqlarının 
hamısı Züleyxa-Malenanı sevirdi. O, bir şeytan idi. Kişilər bu mələksifət, dəcəl qıza vurulmuşdu. 
Məhlə arvadlarının onu görməyə gözü yox idi. Onlar dişi canavar idilər və nə zamansa yenidən 
dönüb vəhşi insan olsaydılar, kinolardan enmiş Züleyxanı parçalayardılar - təbiət 
mənzərələrindəki kimi. Ağzından qan daman pələngləri, şirləri tanıdınızmı? Bəs onların ayaqları 
altında can verən ceyranları?! 
Və bir səhər xəbərlər proqramında Azərbaycan gözəlinin İstanbulda vəhşicəsinə qətlə 
yetirildiyini eşidəndə uzaq keçmişi xatırlamağa başladım, daha doğrusu, keçmişin özü bizi 
xatırladı... 
Züleyxa və Fatimə əkiz bacıydılar. Züleyxa həddən artıq açıq-saçıq, Fatimə fağır, utancaq. 
Züleyxa gözəl, Fatimə - ortabab. Biri gözəlliyini hamıya göstərmək üçün səhərdən axşama kimi 
rəqs eləyir, oxuyur, oynayır, oğlanlara sataşır, kişiləri cırnadır, o birisi nənəsinin dizinin dibində 
oturub Quran əzbərləyir, namaz qılırdı. Bu ailəyə Allah Şeytanla Mələyi, Əzrayılla Cəbrayılı 
eyni zamanda göndərmişdi. Birincilərin qulaqları səsdə, ikincilərin qulaqları dincdəydi... 
 
* * * 
 
- Ancaq bircə dəfə, - Züleyxa bu sözləri deyəndən sonra donunun yaxasını açdı və döşlərinin 
arasını göstərdi. 
Biz buna razılaşmadıq: 
- Pulumuzu qaytar! 
- Danışığımız belə olub, - Züleyxa dedi və bizim israrlarımıza məhəl qoymadan qapını bağlamaq 
istədi, amma biz imkan vermədik. Hər ikimiz eyni zamanda ayağımızı qapının arasına soxduq.  
- Döşlərini göstərməlisən. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
7 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Döşlərimi ha, ala! - Malenanın bu jestindən çaşdıq, o da imkandan istifadə edib, bizi çölə 
itələdi və qapını çırpdı. - Döşlərimi görmək üçün bu pullar azdı, iki manat gətirin, - qapının 
dalından dedi. 
- O döşlərdən o qədər görmüşük ki, kinoda sənin kimilərindən nə qədər istəsən var, - iki manata 
onları öpmək də olar, - Qadir belə dedi. 
Biz bir müddət qapının dalında durub dinşədik, sonra növbə ilə qulaqlarımızı yaxınlaşdırıb, 
içəridə baş verənləri diqqətlə izləməyə başladıq. O, qapının açar deşiyinə kağız tıxamışdı ki, biz 
oradan baxa bilməyək.  
Kinolar gözəli incə addımlarla qonaq otağına keçdi, öncə güzgüyə baxdı, sonra koftasını çıxardı 
və xırda, yumru döşlərini sığallamağa başladı. Biz onun məmələrinin çəhrayı giləsini 
xəyalımızda canlandırırdıq. 
Hər gün bu mənzərə təkrar olunurdu, hər halda biz belə düşünürdük.  
Mən: 
- Mərc gələrəm ki, indi koftasını çıxarıb döşlərinə baxır, - dedim. 
- Ah! - Qadir fısıldadı və yumruğunu Züleyxagilin taxta qapısına çırpdı... Qapı qoca, əldən 
düşmüş kişilər kimi azcana qımıldandı. 
Qadirlə mən yeddinci sinfə keçmişdik. Züleyxa bizdən iki yaş böyük idi, amma səkkizinci sinfi 
qurtarandan sonra oxumağın daşını atmışdı, dərsə getmirdi. 
"Kosmos" klubunda Malenanın baş rolda oynadığı kinonu dəfələrlə, oğrun-oğrun seyr eləmişdik. 
Çünki bizi kinoya buraxmırdılar. Biz ora xəlvəti girirdik. Kino başlamamışdan, skamyaların 
altında gizlənirdik və kinonu da bəzən elə oradan seyr eləyirdik, hamının başı qarışan kimi, yəni 
kinonun ən maraqlı yerində, Malenanın koftasını çıxarıb döşlərini sığallayan zaman skamyaların 
altından çıxırdıq. 
Monika Beluççinin iştirakı ilə başqa bir kinoya da baxmışdıq. O kinonun adı indi yadımnan 
çıxıb, amma öncəkindən daha maraqlıydı. Kişilərin gözlərilə yedikləri, qadınların altdan-altdan 
baxdıqları, cavanların fitə basdıqları qızın adı Malena deyildi, deyəsən, onun heç adı da 
yoxuydu, amma Malenaya çox oxşayırdı, bəlkə də kinodakı rolu eyni aktrisalar oynayırdılar. 
Oğlanlar qızın döşlərini görmək üçün hər gün ona şokoladlı dondurma alıb gətirirdilər. Amma 
istəklərinə tam nail ola bilmirdilər, bəziləri isə hövsələsizlik edib gözəlçəni gözləmirdi, 
dondurmanı özü yeyirdi, sonra şokoladlı barmaqlarını yalayırdı, yəqin həmin zaman, yəni bu sirli 
və ehtiraslı yalama zamanı gözəlçəni xəyalında canlandırırdı. 
Biz indi həmin həyatı yaşayırdıq, daha doğrusu, biz həyatı kinolardakı kimi yaşamaq istəyirdik... 
- İndi neyniyək? - Qadir məndən soruşdu. 
Mən çiynimi çəkdim, sonra: 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
8 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Gözləmək lazımdır, - dedim.. 
Qadir: 
- Dərsə gedəndə onu lağa qoyarıq. 
- Yusif bizi əzişdirər, - mən onun bu sarsaq təklifinə qarşı çıxdım. 
- Qorxaq, Yusif bizə neyniyəcək? Uzaqbaşı Züleyxanın atasına deyərik. 
Bir müddət dinməz dayandıq. Otaqdan səs-səmir gəlmirdi. 
- Yaxşısı budur balıqçıların yanına gedək, balıq tutaq, onu sataq və Züleyxanın istədiyi pulu 
verək... 
Sahilə düşdük. Hava küləkli olduğundan dənizin sahilində heç kim yoxuydu. Bir az sahildə 
veyilləndik, küləyin ora-bura qovduğu dalğalara tamaşa elədik. Qağayılar yoxa çıxmışdı, yalnız 
bir qağayı dənizə enmək üçün çalışırdı, öz dilində nəsə deyirdi, görünür, suyun üzündə nəsə 
görmüşdü, ancaq külək ona aman vermirdi və yenidən geri atırdı, adalara tərəf dartırdı... 
Həmin gün, elə sonrakı günlər də biz balıq tuta bilmədik. İşimiz-gücümüz həyətdə oturub 
Züleyxanı gözləmək idi... 
Bir gün, o özü bizi çağırdı, şəhadət barmağıyla işarə elədi ki, bizə sözü var. Hər ikimiz 
ürəyimizdə sevindik. 
- Kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona göstərəcəm, - deyə Züleyxa 
barmağını qoca əncir ağacına tərəf tuşladı. 
- Budlarını da? - Qadir tələsik soruşdu. 
Züleyxa: 
- Onları da, - deyə razılaşdı, - ancaq heç kim bilməsin. - Sonra isə barmağı ilə bizi hədələdi, 
gülə-gülə qapını örtdü və otağın içində zümzümə eləməyə başladı. Biz yerimizdən tərpənmirdik. 
O, bunu duydu, səsini kəsdi, qapını qəfil açdı və: 
- Niyə qurumusunuz, gedin də! - dedi və qapını çırpdı. 
Biz yerimizdən götürüldük. Pillələrdən düşəndə Qadirin ayağı mənə ilişdi və təpəsiüstə yerə 
gəldi, incəvardan qumluğa düşdü, bir şey olmadı. Eləcə ufuldaya-ufuldaya dirsəyini ovuşdurdu. 
Onun qapqara üz-gözündə əzabqarışıq xoş ifadə duydum.  
Züleyxanın "ora" saydığı yer qoca əncir ağacının dibindəki duşxanaydı. Həyətdə təkcə Yusifgilin 
duşxanası vardı. Onu atası Həsənağa dayı tikdirmişdi və bircə dəfə də olsun orada yuyunmamış, 
gecələrin birində ölmüşdü. Deyirdilər ki, yuxudaykən Əzrayıl onun ürəyini oğurlayıb. Həsənağa 
kişini qəbiristanlığa aparanda mənə elə gəlmişdi ki, onun ürəyi yerində yoxdu və özündən qabaq 
Əzrayılla birgə göyə uçub.  
Məhlə adamları hər həftənin sonu o biri küçənin başındakı hamama gedirdilər. Yusifgildən 
başqa. O, idmançıydı. Əzələlərini bizim qabağımızda oynatmaqdan həzz alırdı. İdmandan, 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə