Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
19 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Mən kişiləri həmişə şəhərlərə bənzətmişəm. Amma bu şəhər bambaşqaydı. Desəm ki, 
lesbiyankaydı, xətrinizə dəyər. Əlbəttə, sənin yox, sən Dubayı sevmirsən, heç ora getməmisən 
də. Bunları bilirəm. Bilirsən niyə? Bilmirsən. Mən də deməyəcəm.  
Amma boynuma alım ki, ömrümdə belə gur işıqlı şəhər görməmişdim. İndiyə baxma. İndi 
eşitmişəm ki, Bakının neft pulları şəhəri Parisə döndərib. Parisi hələ uşaqlıqda kinolarda 
görmüşdüm. İndi ürəyim istəyəndə ora gedə bilirəm.  
Səhər açılanda başqa mənzərənin şahidi oldum. Səhranın ortasında yaquta bənzər şəhər gecələr 
füsunkar olsa da, gündüzlər qurda rast gəlmiş məzlum quzuya bənzəyirdi. Amma burada bir 
azadlıq ab-havası vardı. Onda başa düşdüm ki, mənim həyatım burdan başlayır... 
Bu sözlərdən sonra Züleyxa xanım "Volter" siqaretini çantasından çıxarıb stolun üstünə qoydu, 
eyni adlı alışqanla onu yandırdı və bir qullab alandan sonra üzümə baxıb: 
- Mən bilən sən siqaret çəkmirsən, - dedi, mənalı-mənalı gülümsündü və söhbətini davam etdirdi.  
O, danışdıqca mənim ürəyim sıxılırdı və indi burada olmağıma acığım tuturdu. Mən sanki başqa 
bir diyara düşmüşdüm, sevimli Züleyxa doğrudan da şeytaniləşmişdi. 
Ofisiantlar yenidən bizə yaxınlaşdılar. Desert üçün nə sifariş edəcəyimizlə maraqlandılar. 
Züleyxa hər ikimiz üçün şirin (bizlərdə buna halva deyirlər) və çay sifariş elədi. Ofisiantlar 
uzaqlaşandan sonra danışmağa başladı: 
- Biz şəhərin Bar-Dubay hissəsində, gözəl bir malikanədə qalırdıq. Bu cür malikanələri mən heç 
kinolarda da görməmişdim. Amma nağıllarda oxumuşdum. Malikanənin həyəti bir hektardan çox 
olardı. Palma ağacları hasar boyu əkilmişdi. Yaşıl qazonlar, qonaqlar üçün qolf meydançası, 
üzgüçülük hovuzu vardı. Bura səhranın ortasında yaşıl vadiyə bənzəyirdi.  
Hərdən fikirləşirdim ki, kaş bizim də belə malikanəmiz olaydı, mənsə onun adar-madar bir qızı, 
şahzadəsi. Hamı mənə elçi düşəydi, atamsa elçiləri qovaydı, cəngavərlər mənim üstümdə dava 
edəydilər. Amma mən hökmən qayayabənzər divarı dırmaşan oğlanı seçərdim, eyvandaca 
bağrıma basardım. Onunla gecədən səhərə kimi eşq macərası yaşayaydım, necə deyərlər, busə 
alıb, busə verəydim... Nədir, inanmırsan? İnanmırsan ki, mən də kitab oxuyurdum. Siz həyətdə 
top qovanda mən kitablarla baş-başa qalardım. Ən çox sevdiyim də "Don Kixot" idi. Onu mən 
məktəbimizin kitabxanasından oğurlamışdım. Bilirsən, nə üçün? Oxumaq üçün yox, üstündəki 
gülməli şəklə görə. Ondan sonra "Robinzon Kruzonu" və adı yadımdan çıxmış kitabları 
kitabxanadan alıb evə gətirirdim və məktəbdən çıxandan sonra onları geri qaytarmadım. 
Məktəbə də elə ona görə getmədim, sevdiyim kitabları əlimdən ala bilərdilər... 
Züleyxanın kitablar barədə belə vurğunluqla danışması məni əməlli-başlı çaşdırmışdı. Züleyxa 
hara, kitab hara?  
- Belə-belə işlər, yazıçı oğlan...  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
20 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O, məni əməlli-başlı ələ salırdı. Amma mən dözürdüm. Əgər uşaqlıq eşqim Züleyxa özünü 
qəsrlərdə yaşayan gözəllərə bənzədirdisə və məni yox, başqasını ağ atlı oğlan sayırdısa, onda 
mən dözümlü və müdrik birisi olmalıydım. Salnaməçilər dözümlü və müdrik olmalıdılar axı... 
Amma mən darıxırdım, ürəyim sıxılırdı, onun bu söhbətləri inandırıcı görünmürdü, hər halda 
mən onlara inana bilmirdim. Ona görə də öz-özümə bir reklam fasiləsi verdim və Boğaziçini seyr 
eləməyə başladım. Züleyxanın başı özünə qarışdığından ona qulaq asıb-asmamağımın fərqində 
deyildi.  
Çəhrayı rəngli bir gəmi uzun-uzadı fit verdi. Üzbəüz gələn tanker onu cavabsız qoymadı. Atatürk 
hava limanına enib-qalxan təyyarələrin zəif səsi qulağıma gəlirdi. Asma körpünün üstündən 
keçən maşınlar o qədər uzaqdaydılar ki, qarışqa dəstəsinə oxşayırdılar, fərqləri sürətlə 
şütümələrindəydi. Boğaziçinin o üzündə, qayalardan asılmaş zəngin malikanələr varlılar üçün 
gözxoşluğu, kasıblar üçün qıcıq və qınaq mənbəyiydi. Mənimsə bu gözəllikdən zövq almaqdan 
savayı bir umacağım yoxuydu. Düzdü, hərdən ürəyimdən keçirdi ki, imkanım olsaydı, burdan bir 
ev alardım.  
Züleyxa xanım isə danışırdı. Düzü, reklam fasiləsi zamanı mən onunçün darıxmışdım. Və 
məmnuniyyətlə onu yenidən dinləməyə hazır idim.  
Deməli, belə. Züleyxa xanım, yəni mənim uşaqlıq idealım qarşımdaydı. Mən bunu sizə dəfələrlə 
dediyimin fərqindəyəm. Amma bu beləydi. İlk sevgi qədər doğma və xoş nə ola bilər ki. Züleyxa 
İstanbuldan və qarşıdan açılan mənzərədən də gözəliydi. Gözəllik də bəzən adamı darıxdırır. 
Ona görə də fikrimi ondan müvəqqəti də olsa yayındırmışdım... 
Züleyxa xanım daha bir siqaret yandırdı və fikrimin dağınıq olduğunu duyub: 
- Yenə göylərdədir, şair, xəyalın, - deyə gülümsündü və siqareti çox sevdiyi Boğaziçinə tərəf 
püfləyib davam elədi, daha doğrusu, mən ona qulaq asmaqda davam elədim... Ah, məişət 
qayğıları, mən sabah özümə duşxana almalıyam. Son sözlər heç kimə yönəlməyib, mənim 
ürəyimin səsləridir. Qəhr olsun, duşxanalar...  
- Gülzar xanım ilk günlər məni buradakı adət-ənənələrlə tanış etdi, kişilərlə davranmağın 
yollarını göstərdi. Məlum oldu ki, mən gecə barlarından birində işləyəcəm, amma ürəyi məni 
istəyən müştəriləri də razı salmalıyam. Müştərilərlə o, özü danışacaq və mənə düşən faizi də 
vaxtlı-vaxtında ödəyəcək. 
Mənim ehtirasım aşıb-daşsa da, buna dərhal razı olmadım, dedim ki, yalnız ürəyim istəyən 
müştərilərlə yata bilərəm. O isə cavabında dedi ki, mənim geriyə yolum yoxdur, əgər o deyən 
şərtlərə razı olmasam, ömürlük burada qalacam. Bu azmış kimi, məni tanıyan dost-tanışlarıma 
Bakıda uşaq saldırdığımı, indi isə Dubayda fahişəliklə məşğul olduğumu deyəcək. Düzü, mən bu 
cür ləkələrdən qorxmurdum, dünya vecimə deyildi, onsuz da yaxınlarımdan yarımamışdım. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə