Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
39 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
keçəndən sonra Züleyxanın Türkiyədə yaşadığını, zəngin bir fotomodel olduğunu eşitmişdik. Bu 
barədə bulvar qəzetləri yazırdılar, onun yarıçılpaq şəkillərini verirdilər, azəri qadınlarının 
namusuna xələl gətirdiyinə görə qınayırdılar, ürəklərində isə paxıllığını çəkirdilər. Züleyxanın 
namussuzluğundan yazan əsasən qadınlar idi. Görünür, onun yerində olmadıqlarına görə 
acıqlıydılar, talelərini qınamaq əvəzinə, həmcinslərinin və həmvətənlərinin uğurunu 
qısqanırdılar. Qadınlar onun kimi gözəl olmadıqlarına, erkəklər isə ona sahib çıxa bilmədiklərinə 
görə qəzəbliydilər. İndi o, hamının nifrət mənbəyiydi, çünki şöhrətliydi. Müdriklərdən biri deyib 
ki, "nifrət insanın populyarlığının göstəricisidir".  
Qadirlə mən sevinirdik. Züleyxanın ağ baldırlarını və döşlərinin arasını bizdən başqa görən 
olmamışdı. 
- Ax, Züleyxa! - İçimdə inildədim, soyuq havanı ciyərlərimə çəkdim. 
Bir saatın tamamında gözətçi çölə çıxdı və işarə elədi ki, rektorun yanına qalxa bilərəm... 
 
* * * 
 
- Əfəndim, çaymı, qəhvəmi? - Mən rektorun qəbul otağına qalxıb, göstərilən kresloda əyləşəndən 
sonra Yılmaz bəyin qarayanız yaşlı katibəsi soruşdu və şəkər dolu qənddanı qarşıma qoydu.  
- Heç nə istəmirəm, - dedim. 
Katibə: 
- Rektor bəy bir azdan sizi qəbul edəcək, - deyə gülümsündü. 
Razılıq əlaməti olaraq başımı tərpətdim və qabaqstolunun üstündəki jurnallara və bukletlərə göz 
gəzdirdim. Onların əksəriyyətinin Göytəpə universiteti haqqında olduğunu demək artıqdır. 
Universitetin tələbələr üçün açdığı imkanlar, tədris olunan dərslərin keyfiyyəti, otaqlar göz 
oxşayırdı. Şübhəsiz, şəkillər peşəkarın fotoaparatından çıxmışdı.  
Katibə öz işindəydi və stolun üstündəki kağız-kuğuzlarla qurdalanırdı. 
Bir müddət keçdi, rektordan səs çıxmadı. Narahatçılığımı duyan katibə hərdən başını qaldırıb 
mənə baxır və işlərin elə də pis olmadığına məni inandırmaq üçün gülümsünürdü. Nəhayət, 
rektorun yanındakı qonaq çıxdı və katibə xanım: 
- Buyurun, əfəndim, - deyə qapını açdı və mən rektorun otağına keçdim. 
Yılmaz Durmuş ayağa qalxdı, irəli gəlib mənimlə ikiəlli görüşdü, oturmağı təklif etdi, özü də 
mənimlə üzbəüz əyləşdi. 
- Bakıdan gəlmisiniz? - deyə soruşdu və cavab gözləmədən, - bizim Bakıda çoxlu dostlarımız 
var, - gülümsəyərək dedi, onların adlarını sadaladı, sonra, - bir sorunmu var? - deyə xəbər aldı.  
- Problem yoxdur, - dedim, - sadəcə bir işə görə sizi rahatsız etdim. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
40 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Sonra əlavə elədim ki, yazıçıyam, İstanbulda öldürülən Züleyxa Göyçək mənim yaxın 
qohumumdur və onun taleyi mənə əzizidir. O, başı ilə bildirdi ki, məni başa düşür və bu 
məsələdə yardımçı olmağa hazırdır.  
Mən Yılmaz bəyə hadisə barədə yığcam danışdım, Züleyxanın kimliyini anlatdım, İstanbulda nə 
işlə məşğul olduğunu dedim. 
- Züleyxa xanımın İstanbulda nə işlə məşğul olduğunu çoxları bilir, - deyə o, eyhamla danışmağa 
başladı. 
- Əslində, məni daha çox Məhəmməd maraqlandırır. O sizin tələbəniz olub. Son günlər onu 
Züleyxa Göyçəyin yanında görüblərmiş. 
Yılmaz Durmuş başının işarəsilə mənimlə razılaşdığını bildirdi və dedi: 
- Hə, belə bir tələbəmiz vardı, özü də yaxşı oxuyurdu, amma bir neçə ay bundan öncə yoxa çıxdı. 
Biz Bakıya, anasıgilə yazdıq. Oradan bizə xəbər gəldi ki, oğulları İstanbuldadır. Amma o, yoxa 
çıxmışdı. Sonra evlərinə telefon açdıq. Eyni cavabı aldıq. Bizim israrlı suallarımıza cavab olaraq 
anası telefonu bağladı. 
Bu arada katibə içəri girdi və üzünü mənə tutub bir daha soruşdu: 
- Əfəndim nə buyurur, çaymı, qəhvəmi? 
Mən çay sifariş elədim. 
- Eşitdim ki, Məhəmmədin adı PKK terrorçusunun üstündən tapılmış qeydlərdə var, - dedim. 
- Siz Dinqonu deyirsiniz, Dinqo Əlçatmazı. Mərdinliydi. O da bizim tələbəydi, amma daha öncə 
yoxa çıxmışdı. Bunun üstündə bizim başımız çox ağrılar çəkdi. Əmniyyət məmurları hələ də 
bizdən əl çəkməyiblər. Bəzi qəzetlər isə universitetimizi az qala terror yuvası adlandırır. 
- Bütün bunlar qəribədir, - dedim, - kim olsaydı sizdən şübhələnərdi, - rektorun tutulduğunu 
görüb, - məni düz anlamadınız. Demək istəyirəm ki, Məhəmməd sizin tələbəniz ola-ola hansısa 
naməlum qrupa qoşulub, özü də yaxşı oxuyan tələbəniz. Bəlkə gündəlikdə adı çəkilən sizin 
Məhəmməd deyil. 
- Ola bilər. Amma onlar, yəni əmniyyətçilər, buna əmindirlər. Mən o qeydləri sizə verə bilərəm. 
Bəlkə siz məsələyə bir aydınlıq gətirəsiniz. Bizim də canımız bu dedi-qodulardan qurtarar. Onun 
surətini əmniyyət məmurları mənə verib.  
Bu sözlərdən sonra o, katibəni çağırdı və tapşırdı ki, Dinqonun gündəliyinin surətini çıxardıb 
mənə versinlər. 
Mən katibəni gözləmədim və Yılmaz bəylə xudahafizləşib otaqdan çıxdım. Qapıdan çıxarkən 
Yılmaz Durmuş arxadan: 
- Arkadaşlara salam deyin, - dedi. 
- Mütləq deyərəm. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
41 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Amma ondan bir neçə saniyə sonra Yılmaz bəyin salamlarını, çatacaqları adları, ünvanları 
unutdum.  
Qəbul otağında çox ləngimədim, katibə gündəliyin surətini gətirdi və mən mehmanxanaya 
tələsdim. Dinqonun gündəliyini oxumaq indi mənimçün bir nömrəli məsələydi. 
Mehmanxanaya çatandan sonra sürücünü sərbəst buraxdım. Onsuz da mehmanxanadan çölə 
çıxmaq fikrim yoxuydu, sürücünü boş-boşuna saxlamaq mənasızıydı, amma bir azdan sonra 
fikrimi dəyişdim... 
 
* * * 
 
Dinqonun gündəliyini oxumağa başladım və Məhəmmədlə bağlı yerlərin altından qırmızı 
karandaşla dalğalı xətlər çəkdim, sonra hadisə və faktları xronoloci ardıcıllığa uyğun düzdüm. 
Nəticə bu cür oldu: 
"Bu gün Məhəmməd gəlib bizə qoşuldu. Məni xırdavat dükanında tapdı. Əmim oğlu, Memonu 
deyirəm, əvvəlcə onu qovmaq istədi. "Yad adam gətirdiyimizə görə Böyük Xoca bizə acıqlanar" 
dedi. "O, yad deyil, mənim dostumdur, sən bunu yaxşı bilirsən, həm də tanıyırsan, ondan bizə 
ziyan gəlməz" deyə israr elədim. Memo çox götür-qoy elədi, məni sorğu-suala tutdu, axırda "hər 
şeyə sən cavabdehsən" dedi və Məhəmmədin dəstəmizə qoşulmasına razılıq verdi.  
Biz onunla bir yerdə oxumuşuq. Boğaziçinin sol sahilindəki universitetdə. Məhəmməd daim 
fikirliydi. Heç kimə qoşulmurdu. Bir dəfə ondan fikirli olmağının səbəbini soruşdum. Amma o 
mənə cavab vermədi. Mən əvvəllər nəqşibəndçiydim, sonra nurçuluğu seçdim, axırda islamçılığı. 
Məktəbdən kənarda da islamçı qrup fəaliyyət göstərirdi. Sonradan bildim ki, onların məram və 
məqsədi tamam başqadır. Əmim oğlunun onlarla əlaqəsi vardı. Mən ona, yəni Memoya qardaşım 
kimi baxıram. Bir yerdə böyümüşük. 
Məhəmmədlə bir otaqda qalırdıq. O, çarpayının ikinci qatında yatırdı. Gecələr tez-tez oyanır, 
yerinin içində oturub nə barədəsə fikirləşirdi.  
Bir dəfə Məhəmməd özü mənə yaxınlaşdı və soruşdu ki, islamçı qrupun amalı nədir. Mən də 
cavab verdim ki, biz islam əleyhinə çıxanlara düşmən kimi baxırıq, təriqətçiləri isə qəbul 
eləmirik. O, məndən soruşdu ki, zina edən bir qadına ölüm düşürmü? Mən əvvəlcə 
təəccübləndim, sonra isə söz verdim ki, bu məsələni xocamızdan, yəni qardaş kimi sevdiyim 
əmim oğlundan soruşaram, çünki o bu məsələləri yaxşı bilir. İstəsə, onunla görüşdürə bilərəm. 
Amma o, bu təklifdən boyun qaçırdı və rica elədi ki, bu işi xocamdan özüm soruşum.  
Əmim oğlu bir dəfə məni də iclaslarına çağırdı və bərk-bərk tapşırdı ki, eşitdiklərimi və 
gördüklərimi heç kimə deməyim.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə