Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
48 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qarının onu qovmağa heyi qalmamışdı, bəlkə də pişik özününküydü deyən yanından 
qovmurdu... 
Nəhayət, ünvanı tapdım. Birinci mərtəbəsində "Ramal" mağazası yerləşən bina on üç 
mərtəbəliydi. Onun yanındakı zibillikdə bir kişi ilə qadın eşələnirdi. Durub baxdım. Qadın nəsə 
tapmışdı, kişi onun əlindən almaq istəyirdi. 
"Bilirsən, bizimlə avropalıların arasında fərq nədir?" Bu sualı mənə bir zamanlar yaşca böyük 
həmkarım vermişdi. Başımı bulamışdım. "Fərq ondadır ki, avropalılar öz vətənlərinin 
zibilliyində eşələnməyi qürbətdə firavan yaşamaqdan üstün tuturlar". Həmin həmkarımın bu 
fikirlərini yadıma salanda ürəyimdə Ulu Yaradana şükür elədim. Şükür elədim ki, "axırı biz də 
vətənimizin zibilliyində eşələnməyi qürbətdə yaxşı yaşamaqdan üstün tuturuq". Bilirəm ki, 
sarsaq fikirdi... 
Binanın onbirinci qatına piyada qalxdım, lift işləmirdi. Beşinci mərtəbəyə çatanda dayanıb 
nəfəsimi dərdim. Yan otaqdan qatmaqarışıq melodiya eşidilirdi. Musiqinin sözlərini anlaya 
bilmədim. Deyəsən, azərbaycanca oxuyurdular.  
Nəhayət, çatdım. Çin istehsalı olan dəmir qapını astaca döydüm və bir müddət gözlədim. 
İçəridən səs gəlmədi. Yəqin ki, eşitmədilər. Çünki qapının səsi yaxşı çıxmırdı. Ona görə də 
qapını təzədən, amma bir az bərkdən döyəsi oldum. Aha, eşitdilər. Ayaq səsləri qapıya 
yaxınlaşdı və qapının o biri üzündəki adam kimliyimi xəbər aldı. Deyəsən, Fatimə xanım 
özüydü. Mən kimliyimi dedim, köhnə qonşuları olduğunu yadına saldım. 
O, məni xeyli sorğu-suala tutdu, kimin oğlu olduğumu, hansı işin qulpundan yapışdığımı təkrar-
təkrar soruşdu, amma xatırlamadı. Görünür, tanımaq istəmirdi, hansısa keçmiş xatirə məni 
tanımaqdan çəkindirirdi. Nəhayət o: 
- İndi qonşulara da etibar qalmayıb, özü də köhnəsindən ola, - dedi. 
Mən onun eyhamlarını başa düşdüm. Köhnə qonşular keçmişdəki etibardan istifadə edib borc pul 
alırdılar, amma qaytarmırdılar. Zəmanə dəyişmişdi. Elə adamlar da. Mən dübarə dedim ki, elə-
belə qonşu deyiləm, yazaram, bəlkə də məni televizorda görüb, amma tanımayıb. Qapının 
dalındakı səs məni yenə də tanımadığını dedi. 
- Məhəmməddən xəbər gətirmişəm, - dedim. 
Mənim bu qəfil xəbərimdən o, özünü itirdi, səsini xırp kəsdi. Yəqin, mənə nə cavab verəcəyini 
düşünürdü. Sonra asta səslə, az qala pıçıltıyla: 
- Türkiyədən gəlmisən? - deyə xəbər aldı. 
Onun sualına cavabında mən də astadan dedim ki, Türkiyədən gəlmişəm və Məhəmməd barədə 
vacib xəbər var. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
49 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bundan sonra o, qapını azca araladı, məni başdan ayağa qədər süzdü. Üst-başıma baxdı, deyəsən, 
normal adam olduğuma inandı, qapını tamam açıb: 
- Gəlin, - dedi və kənara çəkildi. 
Mən içəri keçdim. Kandar qaranlığıydı. Cavan bir qız aralıda dayanmışdı. O da Fatimə xanım 
kimi hicablıydı və baxışlarıyla bizi izləyirdi. 
- Anam, sən get dərslərini hazırla, - deyə Fatimə xanım qıza bu cür müraciət elədi, sonra mənə 
tərəf dönüb, - anamın adını qoymuşuq, onu xatırlayarsınız, yəqin. 
Mən onun son sözlərini başımla təsdiqlədim. Cavan qız yan otağa keçdi, biz isə qonaq otağında 
oturduq. 
Qonaq otağı da yarıqaranlıq idi. Bu cür alatoran mühit adamda bədbin əhval yaradır. Uzun 
müddət belə bir məkanda yaşasan, görmə qabliyyətini də itirərsən. Amma, deyəsən, bu, ev 
sahiblərinin vecinə deyildi. 
Oturduğum divan köhnəydi, yumşaqlığı itmişdi. Güman ki, köhnə evin yadigarıydı.  
Fatimə xanım: 
- İndi sizə çay gətirərəm, - deyərək, mətbəxə keçdi və mənim: 
- Zəhmət çəkməyin, - sözlərimi qulaqardına vurdu.  
O gələnə kimi ətrafa göz gəzdirdim. Servantda bir neçə şəkil vardı. Durub onlara yaxınlaşdım, 
diqqətlə baxdım. Məhəmmədin uşaqlıq şəkli, bacısı ilə birgə dayanıb, görünür, köhnə məhlədə 
çəkilib. Məhəmmədin əynində ağ, uzun alt paltarı var, belələrini qoca kişilər geyinir. Bacısının 
uzunqol köynəyi və uzun tumanı var, başına yaylıq bağlayıb. Hər ikisi nəyəsə baxıb gülür, 
gözlərini də azcana qıyıblar. Yusifin duşxanasının böyrü görükür, əncir ağacının kölgəsi ora 
düşürdü.  
Sonra Məhəmmədin cavanlıq şəkli gəlirdi. O, bu şəkli, yəqin, şərəf lövhəsi üçün çəkdiribmiş. 
Mənə belə gəldi. Qaraqaş, qaragöz bu oğlan həmin vaxt nə düşünürmüş, görən? Fikirlidir, sanki, 
qarşıda onu ağır döyüş gözləyir. "İndi hardadır?" - deyə özüm-özümə pıçıldadım və nədənsə 
onun günahsızlığına inandım. 
Fatimə xanım bir azdan məcməyiylə birgə qayıtdı. Çayı stolun üstünə qoydu, mənim şəkillərə 
diqqətlə baxdığımı görüb: 
- Köhnə məhləmizi tanıdınız, yəqin? - Başımla təsdiqlədim. - Məhəmməd bu şəkli Türkiyəyə 
getməzdən öncə çəkdirmişdi, - deyə əlavə elədi. 
- Hə... - Mən dodağımın altında mızıldandım. 
- Çayınızı için. Lənkəran çayıdır, rəng qatılanlardan deyil. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
50 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Mən yerimə qayıtdım. Fatimə xanım böyürdəki kresloda oturdu, başını aşağı saldı. O, yəqin ki, 
mənim danışmağımı gözləyirdi. Mən nədən başlayacağımı bilmirdim. Onun gözləməyə hövsələsi 
çatmadı və başını qaldırıb: 
- Məhəmmədi gördünüzmü? - soruşdu. 
Mən cavab verməzdən öncə onun üzünə diqqətlə baxdım. Sanki hicabın altından mənə zillənən 
gözlər Züleyxanınkıydı. Amma sifət o deyildi. Onda daha çox əzab vardı, mənsə Züleyxanı 
sağlam və cavan kimi yadımda saxlamışdım. O, mənim diqqətlə baxdığımı görüb həyəcanlanan 
kimi oldu, qızardı, yaylığını düzəltdi.  
Mən: 
- Orda dedilər ki, Məhəmməd yoxa çıxıb, siz bilən harda olar? - deyə suala sualla cavab verdim. 
O, duruxdu. Qəribəydi ki, heç nigaran olmadı da. Sanki hər şeydən xəbəri vardı. "Bu necə 
anadır?!" Özlüyümdə heyrətləndim. Sonra Fatimə xanım hüznlü səslə: 
- Biz heç nə bilmirik, - dedi, - elə bilirdim, siz nəsə bilirsiniz. 
- Məhəmmədin yoxa çıxmasını sizə İstanbuldan da xəbər veriblər. Heç narahat olmadınızmı? 
Fatimə xanım yenə də susdu. Mən davam elədim: 
- Sizin bacınız vardı, Züleyxa. Ondan xəbəriniz var? 
Züleyxa adını eşidəndə sanki onu ilan vurdu, ağzı-gözü əyildi, kirpikləri səyriməyə, dodaqları və 
əlləri titrəməyə başladı. 
- Ondan danışma! O, kafirdir! - deyə üzümə bozardı. 
- Onun haqqında keçmiş zamanda danışsanız yaxşıdır, - dedim, - çünki o, yoxdur, o, ölüb, daha 
doğrusu, öldürüblər. 
Mənim bu sözlərim Fatimə xanıma təsir eləmədi. Görünür, o, ölümdən xəbərdar idi, bəlkə də bu 
qara xəbər onun vecinə deyildi. 
- Məhəmməddən şübhələnirlər, - dedim, - onun adı bir terrorçunun gündəliyindən tapılıb. 
- Məhəmmədin o qancığı öldürməsinə inanmıram. Amma öldürübsə, südümü ona halal edirəm.  
- O, sizin bacınız idi, onun haqqında bu qədər qansız niyə danışırsınız ki?! - heyrətimi 
gizlətmədim. 
Fatimə xanım hikkə ilə: 
- Siz heç nə bilmirsiniz. Siz onu tanımırsınız! - dedi. Sonra o biri otağa keçib, "Hürriyyət+" 
qəzetinin bir neçə nüsxəsini gətirdi və stolun üstünə atdı. - Baxa bilərsiniz, adam onlara baxanda 
özü özündən iyrənir. Əslində, mən onlara əl vurmamalıyam, kitabımız buna icazə vermir, amma 
məcburam. 
Qəzetləri bir-bir səhifələyib baxdım. "Hürriyyət+"in əlavələriydi. Züleyxanın yarıçılpaq şəkilləri 
qəzeti "bəzəyirdi". Şəkillərin hamısı, demək olar ki, eyni pozada çəkilmişdi. O, nə istədiyini 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə