Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
42 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qrup üzvləri əmim oğlunun xırdavat dükanındakı arxa otağa yığışırdılar. İlk gecə onlar 
islamdan, onun 18 təriqətindən, dində vətən, millət anlayışları barədə uzun-uzadı danışdılar, 
millət və torpaq birliyinin müqəddəsliyini dönə-dönə vurğuladılar. Sonra əmim oğlu dedi ki, əsas 
məsələ kasıbçılığın daşını atmaqdır. Bunun üçünsə biz azad olmalıyıq. Düzü, mən nədən və 
kimdən azad olacağımızı bilmirdim, bu məsələ mənimçün qaranlıq idi, əmim oğluna bu barədə 
sual verməyə də qorxurdum.  
Toplantıdan çıxanda Məhəmmədin sualını xocama verdim. Sən demə, onun da xocası varmış və 
bizim hamımızın böyüyü o imiş. "Mən Böyük Xocadan soruşaram" - dedi. Məhəmmədin sualına 
Böyük Xocanın cavabı qısa və qəti olmuşdu "əvət". 
Sonrakı günlərdə qrup üzvləri mənə aydın olmayan məsələdən söhbət edirdilər... 
İstanbulda partlayış baş verəndə Memogilin qrupundan bir neçə nəfəri tutdular. Əmim oğlu mənə 
dedi ki, biz buradan getməliyik, çünki bizi də tuta bilərlər. Düzü, əmim oğlunun bu əndişəsi 
mənə tam aydın deyildi, amma canımdan yana narahat olduğuma görə onunla birgə gedəsi 
oldum... Getməzdən öncə Məhəmmədə dedim ki, biz bəlkə bir daha görüşmədik, amma harada 
olduğumu mütləq ona deyəcəm. Mən ona etibar edirdim, çünki sözübütöv adama oxşayırdı... Bu 
cür adamlar satqın olmurlar. O, bizim qrup barədə məlumatlıydı, amma heç kimə bir söz 
deməmişdi. 
Biz şəhərdən çıxmamış Məhəmməd gəlib bizi tapdı. Və dedi ki, xalasını qətlə yetirib, daha 
doğrusu, onu öldürdüyü yadına gəlmir, amma özünü günahkar hiss edir..." 
Gündəlikdəki vərəqələrin bəzilərində iri, qara ləkələr vardı, yaxşı oxunmurdu, görünür, onlara su 
düşmüşdü, bəlkə də yağışdan islanmışdılar. Mən onların üstündə çox baş sındırmadım və 
Məhəmmədin adı olan vərəqləri oxumağa çalışdım. 
"...Məhəmməd qəfil yoxa çıxıb. Memo məni danladı ki, nahaqdan onu dəstəyə qoşduq və Böyük 
Xoca bunu bilsə, başımızı bədənimizdən ayıracaq. Əmim oğlu səhərdən axşama kimi məni 
danladı. O elə hesab eləyir ki, Məhəmməd düşmənlərimizin agentiymiş və bizi ələ verəcək..." 
"...Məhəmməddən xəbər yoxdur. Dəstəmiz yerini dəyişməlidir..." 
Gündəliyin daha bir neçə yerində Məhəmmədin adı çəkilirdi. Söhbət əsasən Memo ilə Dinqonun 
mübahisəsindən ibarət idi. Gündəlik sahibi Böyük Xocanın ona qəzəblənəcəyindən qorxurdu və 
taleyindən yana narahat idi... 
"...Böyük Xoca mənə və Memoya qəzəblənib..." 
 
* * * 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
43 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Dinqonun qeydləri bədbin sonluqla bitirdi. Mənə elə gəldi ki, əmoğluları Böyük Xoca deyilən 
adam o biri dünyaya "ədalət arxasınca" göndərib. Ürəyim sıxıldı. Ovqatıma təravət qatmaq üçün 
mehmanxananın çardağına - yeməkxanaya çıxdım. Boğaziçini seyr eləmək istədim, amma heç nə 
görə bilmədim. Hava tutqun olduğundan Boğaziçi qaranlıq dumana bürünmüşdü.  
Nahar eləyəndən sonra aşağı düşüb, vestibüldən Yılmaz bəyə telefon açdım. Məhəmmədin 
qaldığı yataqxananın ünvanını soruşdum və ora girməyə icazə istədim. 
Yılmaz bəy Məhəmmədin yaşadığı Əmin Xalçaçı yataqxanasının İstanbulun Avropa hissəsində, 
Boğaziçinin sağında yerləşdiyini və ora girişin azad olduğunu dedi. 
Portye məni başa saldı ki, deyilən ünvan, yəni Taksim caddəsi bizim mehmanxananın 
yaxınlığında yerləşir. Arada İnönü, yəni Beşitktaş futbol klubunun meydançası var. 
Mən maşın çağırmadım və yataqxanaya piyada getmək qərarına gəldim.  
İnönü stadionunun yanından keçəndə böyük bir coşqunun şahidi oldum. Görünür, beşiktaşlıların 
sevimli komandası növbəti yarışa çıxmışdı...  
Əmin Xalçaçı yataqxanası doğrudan da uzaqda deyildi və yarım saatdan sonra onun 
girişindəydim. Bu, on iki mərtəbəli köhnə tikiliydi. Birinci mərtəbənin iri şüşəbəndi və 
qarşısında səliqəli bağçası vardı.  
Qapıçı hara getdiyimi, nə axtardığımı soruşmasa da, özüm-özümü təqdim elədim, Yılmaz bəylə 
görüşdüyümü və məqsədimi söylədim.  
Qapıçı: 
- Mən belə şeyləri bilmərəm. Növbətçini çağırım, - dedi. 
Növbətçi gələnə kimi vestibülə göz gəzdirdim. Divardan Atatürkün portreti asılmışdı, altında isə 
"Çox qanlar bahasına məmləkətimizi yüksəltdik" sözləri yazılmışdı. Bir az aralıda isə məşhur bir 
şairin "Torpaq, uğrunda ölən varsa vatandır" kəlməsi qaralırdı. Bu sözlərin altında imza yox idi. 
Sonradan öyrəndim ki, həmin misralar Tofiq Fikrətindir. Şüşəbənddən çölə baxdım. Bağçada 
payız öz sözünü demişdi. Şabalıd və cökə ağaclarının yarpaqları tamam tökülmüşdü. Lap 
həyasızları hələ də budaqlardan asılı qalmışdı, küləyin əlində oyuncağa çevrilmişdilər, külək, 
sanki onlarla məzələnirdi. Bakını xatırladım. Sahil parkında sıra ilə əkilmiş palıd, çinar 
ağaclarını payız çoxdan soyunmağa vadar eləmişdi. Payızda ağaclar məsum qadına, külək isə 
həyasız kişilərə bənzəyir. 
- Əfəndim, mənimi aradınız? - deyə arxadan bir səs eşitdim. Geri döndüm. Qarşımda arıq, 
hoqqar bir qadın dayanmışdı. Bildim ki, növbətçi deyilən şəxs budur.  
- Hə, sizi axtarırdım, - dedim, özümü təqdim elədim. O da əlini uzatdı: 
- Həlimə. 
Mən gəlişimin məqsədini söylədim. O, Dinqo və Məhəmməd adını eşidəndə: 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
44 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Siz də əmniyyətdənsinizmi? - deyə suallı nəzərlərini üzümə zillədi. 
Mən üzündən yorğunluq yağan bu xanıma elə ayaq üstəcə bəzi şeyləri başa saldım. Mənim 
sözlərim onu bir qədər sakitləşdirdi və Dinqo ilə Məhəmmədin qaldığı otağı göstərməyə apardı.  
Bu da Məhəmmədin otağı. Darısqal bir məknada beş tələbə qalırdı. Mənə elə gəldi ki, bir 
zamanlar mən də burada olmuşam. Çox şey tanış idi. Və birdən yadıma düşdü ki, qürbətdə 
oxumuşam və vaxtı ilə mən də beş nəfərlik otaqda yaşamışam.  
 
Dinqo ilə Məhəmmədin yatdığı ikiqat çarpayıda indi başqaları uyuyurdu. Tələbələrin üçü harasa 
getmişdi, ikisi otaqdaydı. Biz içəri girəndə dərslərini hazırlayırdılar. Çəlimsiz, arıq oğlan nəsə 
yazırdı, ortabab birisi ikinci qatda uzanıb kitab oxuyurdu.  
Tələbələr bizi görən kimi özlərini yığışdırdılar, ikinci qatda yatan oğlan da aşağı düşdü, hər ikisi 
xoşgəldin etdi. Həlimə xanım başa saldı ki, mən onlardan öncə burada yaşamış oğlanın 
qohumuyam.  
- Hə, biz də eşitmişik, belə bir şey, amma tam anlaya bilmədik, - çəlimsiz oğlan belə dedi.  
- Nə eşitmisiniz ki? - xəbər aldım. 
- Onlar hansısa qrupa qoşulublar.  
Mən ixtiyarsız olaraq başımla təsdiqlədim və dedim ki, səbəbini heç kim dəqiq bilmir. Bəlkə 
onlar daha nəsə eşidiblər. 
- Biz də bilmirik, - həmin oğlan yenə də dilləndi, - biz bura köçəndə çarpayılar səliqə ilə 
yığılmışdı, dolablarda da heç nə yox idi. Bircə divarda bu rəsm qalmışdı. 
Mən o göstərən tərəfə baxdım. Divarda Sərdar Küçükoğlunun "Boğaziçində günəş" rəsmi 
asılmışdı. Heç nə anlamadım. "Bu rəsm bura necə düşüb?" Özüm-özümə bu sualı verdim, amma, 
hazır cavab yox idi. 
Mən otağa göz gəzdirdim, Məhəmmədin çarpayısına uzun-uzadı baxdım. "Bura niyə gəlmişəm, 
nə axtarıram?" - ürəyimdə fikirləşdim. İri qara bir milçək pəncərədə vızıldayırdı. Onun çölə can 
atması məni qıcıqlandırırdı və düşünməyə mane olurdu... 
Ha çalışırdım, amma ürəyimin dərinliyində və qafamın içində nəsə tapa bilmirdim. Eləcə, 
Məhəmmədin narahat-narahat döyükdüyünü, yataqda qurcuxduğunu, gecələr yerinin içində 
durub oturduğunu gözlərim önünə gətirirdim və elə bu düşüncələrlə də səssiz-səmirsiz otaqdan 
çıxdım. Sanki səssiz və ağ-qara kinoya baxırdım, amma Məhəmmədin üzünü heç cür 
görmürdüm. Mən onu təsəvvür edə bilmirdim, eləcə dörd yaşlı şəklini xatırlayırdım. Mən onun 
şəklinə baxmalıydım, onda, yəqin, nəsə, hansısa impulslar mənə ötürülə bilərdi. Züleyxanı, öz 
xalasını doğrudanmı o öldürüb?  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə