Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
51 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
bilən qadınlardan idi və indi də beləydi. Gülər ala gözlər, ovsunlu baxış, ağappaq dişlər. Züleyxa, 
sanki dişlərinin ağlığını göstərmək üçün gülürdü... Dişləri Züleyxanın keyfiyyət markası, müasir 
dildə desək, brendiydi. 
Fatimə xanım: 
- Siz hələ bu intervüyə (müsahibəyə) baxın, - dedi və saralmış səhifələrdən birini mənə göstərdi.  
Qəzetin tarixinə baxdım: 
- Bu, çoxdanın müsahibəsidi, düz on il əvvəlin, - dedim. 
- Nə olsun ki? Siz qəzetin tarixinə yox, onun içindəkinə, mənasına baxın. O, bizi ələ salır. Bizə 
nifrət edir. Bir buna baxın. Oxuyun! 
Mən altından qırmızı xətlər çəkilmiş sətirləri oxumağa başladım: "Mənim əkiz bacım vardı. 
Fatimə adında. Gününü Allaha, Tanrıya ibadətlə keçirirdi, babamla nənəmin dizinin dibində 
oturub, höccələyə-höccələyə Quran oxuyurdu. Namaz qılırdı. Gecə-gündüz ərə getmək haqqında 
fikirləşirdi. İnanıram ki, o, Allaha dua edəndə də özünü yox, gələcək ərini fikirləşirdi. O, bədbəxt 
adam idi. İndinin özündə də onun xoşbəxt olduğuna inanmıram. Qorxuram ki, uşaqlarını da özü 
kimi bədbəxt edə. İmkanım olsaydı, onun uşaqlarını yanımda saxlayardım. Amerikaya, Fransaya 
oxumağa göndərərdim. Qoy, oxuyub adam olsunlar. Həyatı sevə bilsinlər..." 
Sonra müxbirin ailə həyatı qurub-qurmayacağı barədə sualı və Hakan bəy adlı bir 
popmusiqiçiylə təzə eşqi barədə sualı gəlirdi. Züleyxa "erkəklərdə sədaqət yoxdur. Mən onlara 
heç zaman könül vermərəm. Vücud başqa, könül başqa. Birinci hamıya məxsus ola bilər, ikincisi 
yalnız mənim özümə məxsusdur" cavabını verirdi. 
Daha sonra müxbir Züleyxa xanımın zövqü ilə maraqlanırdı, hansı paltarlara üstünlük verdiyini, 
hansı xörəkləri sevdiyini soruşurdu. Cavablar hamısı Züleyxa xanımın düşüncələrinə və 
xarakterinə uyğunuydu. Amma məni heyrətləndirən başqa cavab idi. "Cocuqluq arkadaşlarımın 
tez-tez məni qonaq etdikləri şokoladlı dondurmaları xatırlayıram. Dünyada onlardan ləzzətlisi 
yoxdur. Heyf ki, nə cocuqluq var, nə də həmin şokoladlar və səmimiyyət. Mən onlarçün 
darıxıram..." 
O, bizi unutmamışdı. Hamının əxlaqsız hesab etdiyi Züleyxa keçmişin xiffətini çəkirmiş.  
Məni fikirlərdən Fatimə xanımın hikkəli səsi ayırdı: 
- Gördünüz, nə deyir? O, bizi aləmdə rüsvay eləyib... 
- Bu qəzetləri sizə kim göndərirdi? 
- Kimin göndərdiyini bilmirəm, amma bu cür qəzetlər müntəzəm olaraq bizə gəlirdi. Onların 
çoxunu cırıb atmışam ki, uşaqların əlinə düşməsin.  
Mən ürəyimdə onunla qismən razıydım, daha doğrusu, razılıq notları hərdən ağlımdan keçirdi. 
Belə baxanda, Züleyxa hamımıza xəyanət eləmişdi. Qəfil yoxa çıxandan sonra, sanki, işığımızı, 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
52 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
havamızı, sevincimizi də özü ilə aparmışdı. Amma başqa bir Züleyxa da vardı. Sevən ürəkli, 
cazibədar, özü demiş, nağıllardan gəlmiş bir gözəl. Və indi onun müsahibəsini oxuyanda bizi 
unutmadığının şahidi oldum, Fatimə xanıma, taleyə etiraz elədim: 
- O, niyə ölməliydi axı?! Yalnız bu sözlərə və azad yaşamaq eşqinə görəmi?! - deyə qeyzlə 
soruşdum. 
Fatimə xanım əsəbi halda suala sualla cavab verdi: 
- Siz buna azad yaşamaq deyirsiniz? O, yolunu azmışdı, ailəmizi biabır eləmişdi?! Bu yazıları 
oxuyanlar nə düşünə bilər?! Müqəddəs bir ailənin övladı, imam kimi bir babanın nəvəsi 
əxlaqsızmı olmalıydı?! 
- Mən sizi başa düşürəm, - aradakı gərginliyi azaltmaq üçün səsimin tonunu aşağı saldım, - 
amma Məhəmmədin burda nə günahı? Məhəmmədi bu işə niyə qatmalıydınız ki? 
Fatimə xanım da sakitləşdi və az qala pıçıltıya keçdi: 
- Məhəmməd özü də bunu istəyirdi. Türkiyəyə gedəndən bir ay sonra geri qayıtdı, dedi ki, 
Züleyxanın şəklini internetdi-nədi onda görüb, televizorda da ağlına gələni danışırmış. İlahiyyat 
fakültəsinin tələbəsi, Quran oxuyan, namaz qılan gəncə bu mənzərələr necə təsir edə bilərdi. 
Əgər bilsəydilər ki, Züleyxa kimi bir f... (sözünün dalını gətirmədi) Məhəmmədin xalasıdır, o 
özünü necə hiss edərdi. Mən də ona dedim ki, İstanbula qayıt və onu öldür. Elə belə də dedim: 
"Get o qancığı öldür!" 
Fatimə xanım danışa-danışa özü də bilmədən yenə də səsini qaldırırdı. Səsə qızı yan otaqdan 
çıxdı və: 
- Ana! - dedi. 
Fatimə xanım onun eyhamını, yəni "qonşular eşidər", ona görə də səsinin "xodunu" alsın 
eyhamını başa düşdü və: 
- Cəhənnəmə eşitsinlər! Onsuz da aləmdə rüsvay olmuşuq, - deyə qışqırdı. - Biz namuslu adımızı 
qoruyaq, bir ləçər də kef çəkmək üçün onu ləkələsin?! - Fatimə xanımın bu qeyzində Züleyxaya 
qarşı qısqanclıq hisslərini sezməmək mümkün deyildi. - Qoy, o getsin, dünyanı gəzsin, kef 
eləsin, bizsə biabır olaq, susaq! Beləsinə ölüm də azdır! 
Qızı qulaqlarını tutub öz otağına qayıtdı. 
Mən: 
- Hər halda insana cəzanı Tanrı verməlidir, bəndə yox! - deyə etiraz elədim. 
- Onu mən sizdən də yaxşı bilirəm, amma siz çox şeyi bilmirsiniz. İndi mən danışım, siz də 
yaxşı-yaxşı qulaq asın. 
- Dinləməyə hazıram. Mənim qulaqlarım sizin ixtiyarınızdadır, - dedim. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
53 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O, başladı, özü də nə başladı. Züleyxanın səhərdən axşama kimi küçələri dolaşmasından, 
videobarlara getməsindən, pozğun pornofilmlərə baxmasından... 
 
- O, dişi canavar idi, vəhşiydi. Bir də görürdün ki, evdən çıxdı və gecə qayıtdı. Xüsusən də atam 
dənizdə olanda. Babam xəstə yatdığından anam ona baxmağa getmişdi. Biz evdə tək idik. Mən 
Züleyxanın atmacalarından, söhbətlərindən qorxurdum. Çünki lap uşaqlıqdan kənddə, 
babamgildə böyümüşdüm, Quran oxumuşdum, namaz qılmışdım, mən ağzıdualı bir adam idim. 
O kənd imanlı adamların yeridir. Qız-gəlini üzü-başı açıq görməzsən. Bütün şəhər dənizə 
axışanda bu kəndin başıbağlılarından heç biri çölə çıxmırdı. İstidə yanardılar, amma dənizə 
getməzdilər. Adamlar dənizə müqəddəs varlıq kimi baxırdılar. Onu murdarlamaq istəmirdilər. 
Çünki dəniz adamlara çörək verirdi, bərəkət gətirirdi. Züleyxa kimi adamların sifətindəndir ki, o 
da bizdən küsdü. İndi dənizdə dənizlik qalmayıb... Mən hərdən evdən bayıra çıxırdım, köhnə 
məhləmiz üçün darıxanda ata evinə gəlirdim... Bir axşam Züleyxa yenə də evdən çıxdı və gecə 
qayıtdı. Otağıma girib gülə-gülə, məni cırnada-cırnada qəribə bir kinoya baxdığını dedi. Onun 
qəribə saydığı kinoda kişilər və qadınlar min hoqqadan çıxırdılar. Züleyxanın hərəkətləri barədə 
atama deməkdən qorxurdum. Züleyxa məni hədələmişdi ki, atama, ya anama bir söz desəm, 
Yusifi yoldan çıxaracaq... 
Bu sözlərdən sonra o, susdu. Mən pauzadan istifadə edib soruşdum:  
- Yusifin məsələyə nə dəxli? 
Fatimə xanım duruxdu. Nəsə fikirləşdi və handan-hana dedi: 
- Bəlkə də mən bunları sizə deməməliyəm, amma oğlumun və həqiqətin xatirinə, 
müqəddəslərimizin ruhu naminə deyəcəm. Mən Yusifə vurulmuşdum... 
- Məsələ aydındır, - dedim, - siz Züleyxanı Yusifə qısqanırmışsınız.  
- Yox, söhbət qısqanmaqdan getmir. Sadəcə Züleyxa bunu qəsdən edirdi. O, məni məhv eləməyi
alçaltmağı qarşısına məqsəd qoymuşdu. Bilirdi ki, mənim uşaqlıqdan Yusifdən xoşum gəlir. 
Amma bu, Züleyxanın düşüncəsində olanlardan deyildi. Yusifdən söz düşəndə o, məni ələ 
salırdı. Əcaib-qəraib şeylərdən danışırdı, adamı başdan çıxaran səhnələr təsvir edirdi. Guya ki, 
mənimlə Yusif... Nəysə... Züleyxa üçün müqəddəs heç nə yox idi... 
Söhbətin bu yerində Züleyxanın Yusif barədə danışdıqlarını xatırladım. O, Yusifin ölümünə 
istehzayla yanaşmışdı: "Deməli, mən bir şəhidin həyatdan nakam getməsinə imkan 
verməmişəm", - demişdi.  
- O hadisədən sonra isə... 
Fatimə xanım yenə də danışığına ara verdi. Mən söhbətin nədən getdiyini bilirdim. Yusifdən 
uşağa qalması barədə Züleyxanın etirafları qulaqlarımdan getməmişdi. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə