Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə27/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
75 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
* * * 
 
Memoyla daha bir neçə dəfə görüşdülər və bu görüşlər zamanı onun dilindən Türkiyə 
hakimiyyətinin ünvanına lənətdən başqa bir şey eşitmədi. Memo vəziyyətin pis olmasında 
hamını günahlandırırdı: Ərdoğan hakimiyyətini islamı satmaqda qınayırdı, Amerikanı şeytan 
yuvası adlandırırdı, bir zamanlar müsəlman ölkələrində kafirlərin dinini yaydığına görə 
marksistləri pisləyirdi. Onun sözlərindən belə çıxırdı ki, islam əleyhinə gedənlərin cəhənnəm 
odunda yanacağını gözləmək lazım deyil, onların cəzasını bu dünyada vermək lazımdır. Sadəcə 
hökm verənlər və onların icraçıları düz imanlı və əməli-saleh olmalıdırlar. 
Məhəmməd ilk gündən anlamışdı ki, Dinqo və əmisi oğlu gizli qrupa daxildir və hansısa 
missiyanın iştirakçılarıdır. Amma bütün bunların ona dəxli yoxuydu, onu bir sualın cavabı 
maraqlandırırdı və bu adamların timsalında özünə arxa tapdığını güman edirdi. 
Memoyla bir neçə təmasdan sonra qərara aldılar ki, Məhəmməd Böyük Xocayla görüşə hazırdır. 
Amma həmin görüş baş tutmadı. Axşama planlaşdırılan görüşü səhər-səhər Dinqo pozdu, daha 
doğrusu, səhərə yaxın yataqxanaya qayıdıb Məhəmmədə dedi ki, o, bir müddət İstanbuldan 
getməyə məcburdur. Şəhərdəki partlayışlarda onun qardaşından da şübhələnirlər, Məhəmmədə 
də məsləhət gördü ki, dilini farağat qoysun. Çünki əmniyyətçilər qardaşı ilə görüşənlərin 
hamısını həbs edirlər. Ola bilər ki, onlar Məhəmmədin də Memoyla görüşdüyündən 
xəbərdardırlar. 
Dinqo: 
- Mən səni mütləq tapacam, sənə etibar edirəm, məni görmək istəsən, bu ünvandan soruş, - dedi 
və kağız parçasını ona uzatdı. - Ünvanı yadında saxlayandan sonra cırıb atarsan. Ünvanı üstündə 
tapsalar, yaxud kiminsə əlinə düşsə, sənə başağrısı gətirər. Mobildən istifadə eləmə. Yasaqdır. 
Dinqo gedəndən sonra Məhəmməd bir müddət otaqda qaldı. Onun dərsə getmək həvəsi ölmüşdü. 
Şəhərdəki partlayışlar, ətürpədici telekadrlar ovqatını tamam korlamışdı. Bu tərəfdən də Dinqo 
və qardaşının qaçması ona pis təsir eləmişdi. Məhəmməd onların günahsızlığına əmin idi. 
Qardaşlar qaçaq-quldura oxşamırdılıar, yəqin ki, əllərindən pislik də gəlməzdi. Həmin gün o, 
dərsə getmədi. Yataqxananın poçtuna düşüb, Bakıya zəng elədi, çünki evdə ondan narahat idilər. 
İstanbuldakı partlayışların sədası Bakıya da çatmışdı. 
Anası ona: 
- Özünü gözlə, başqa şeylər barədə fikirləşmə. 
O, "başqa şeylər"in altında nəyin gizləndiyini anlayırdı, söhbət Züleyxadan gedirdi, ona görə də 
bir söz demədi və sağollaşıb dəstəyi asdı. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
76 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
* * * 
 
Məhəmməd poçtdan çıxanda qarşısında xalasını gördü. Züleyxa xanım bacısı oğlunu görcək 
yüyürüb onu qucaqladı: 
- Səndən nigaran idim, - dedi, ağlamsındı, - bu partlayışlar çox günahsızın qanını tökdü. 
- Nigaran qalmağına dəyməz. Mən iki gündür ki, şəhərə çıxmıram. 
- Gedək, - deyə xalası onun qolundan tutub küçə qapısına tərəf çəkdi.  
Məhəmməd xalasının ondan yana rahatsız olmasından, uşaq kimi kövrəlməsindən mütəəssir 
olmuşdu. Ona görə də xalasının ərkyana hərəkətinə etiraz etmədi və taleyini həyatın axarına, 
daha doğrusu, xalasının zərif əllərinin ixtiyarına verdi. 
Maşına oturdular. Qırmızı "Volsvagen"i xalası özü sürürdü. Yolboyu bir kəlmə də kəsmədilər. 
Yalnız bircə dəfə Züleyxa danışdı. Boğaziçindən yuxarı - Züleyxa Göyçəyin malikanəsinə gedən 
yolda xalası nəhri göstərib: 
- Çox cansıxıcı mənzərədir, sanki balıqlar yasa batıblar, günəş də görünmür, - dedi, mən 
Boğaziçini yayda xoşlayıram. Onda burda ağ yelkənli gəmilər üzür. Günəşin fonunda. 
Maşın Nişantaşıdakı varlı malikanələrin dolanbaclarından keçərək, bir dəmir darvazanın 
qarşısında dayandı. "Bahar çiçəkləri" məhəllənin o biri üzündə qaldığından onu görmədilər. 
Qapını açıb içəri keçdilər. Malikanənən geniş, amma cansıxıcı həyəti vardı. Sanki bura qara 
buludların kölgəsi düşürdü.  
- Nə durmusan, keçsənə, - deyə xalası əlindən tutub onu içəri çəkdi. 
Malikanənin geniş dəhlizi vardı, dəhlizdən yuxarı mərtəbələrə pilləkənlər qalxırdı. Dəhlizdən o 
yanda böyük zal idi. Onlar zala keçdilər. 
- Sən otur, mən bu saat gəlirəm, - xalası dedi və mətbəxə keçdi. 
Məhəmməd zala göz gəzdirdi. Otaq elə də zəngin deyildi: ortada böyük stol-stul dəsti, onun 
üstündə güldan və gül, küncdə bar, barın qarşısında - döşəmədə bəbir dərisi, divarda "Bahar 
çiçəkləri"ndə gördüyü "Boğaziçində günəş" rəsminin reproduksiyası. 
Mətbəxdən xalasının səsi gəldi: 
- Darıxmırsan ki? Xidmətçiləri bu gün evlərinə göndərmişəm, istəyirəm ki, özüm sənə qulluq 
edəm. 
O darıxmırdı. Amma nigaran və həyəcanlıydı. Xalası kim idi? Onun uşaqlıqda gördüyü gözəl 
Züleyxa, yoxsa İstanbulda hamının tanıdığı kimi Göyçək Züleyxa? Xalası mələk idi, yoxsa 
şeytan? Əməlisaleh insan idi, yoxsa fahişə, qız satan? Və indi burda, xalasının zahirən dəbdəbəli, 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
77 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
amma sadə evində onun nə işi vardı? İndi o, xalasının boynuna sarılsınmı, yoxsa anası dediyi 
kimi eləsin?  
- Qəhvəmi, kofemi, şirəmi? - xalası soruşdu. 
- Fərq eləməz, - cavabını verdi. 
Xalası hər üçündən gətirdi: 
- Hansını istəyirsən, seç. 
Yuxarı mərtəbədən səs gəldi. Kimlərsə pillələrlə aşağı düşürdü. Bu, cavan bir kişiylə yaraşıqlı 
bir xanımıydı. Məhəmmədə elə gəldi ki, həmin xanımı hardasa görüb, bəlkə də xalasının gözəllik 
salonunda. 
Züleyxa Göyçək ayağa durdu və həmin adamlardan: 
- Gedirsinizmi? - deyə soruşdu. 
- Gedəsi olduq, bizdə heç nə alınmadı, - deyə cavan kişi mızıldandı. 
Züleyxa xanım təəccübləndi: 
- Necə yəni alınmadı? 
Bu dəfə yaraşıqlı xanım cavab verdi: 
- Telefon zəngləri onu rahat buraxmır. Məqamında kimsə kefimizə soğan doğrayır. 
Cavan kişi: 
- Biz yenə də gələcəyik, - dedi, - bəlkə gələn dəfə yaxşı oldu.  
Züleyxa xanım onları darvazaya kimi ötürüb qayıtdı. 
- Mənim arkadaşlarımdır. Müsafirim idilər. Yola getmirlər, istəyirdim ki, onları barışdırım. 
Xalasının bu sözlərinin nə dərəcədə səmimi olduğunu anlamadı.  
- Mən sənin şəkillərini tez-tez "Hürriyyət+"də görürəm, - Məhəmməd qəfildən dilləndi. 
- Şəkillərimimi? 
- Hə. Müsahibələrini də oxumuşam. 
- Onlar çoxdan olub. Son vaxtlar, mən o qəzetə nə şəkil vermişəm, nə də müsahibə. Yazarlarını 
da görməmişəm. 
- Çoxdankı qəzetləri də görmüşəm, - Məhəmməd təmkinlə dedi. 
- O, keçmişdə qaldı. İndi mən tamam başqa bir insanam, özümün də erkəyim var. Biz onunla 
evlənməyə hazırlaşırıq. 
"Özümüm də erkəyim var". Bu söz Məhəmməddə qəribə assosiasiya yaratdı. Xalası hər dəfə 
"erkək" sözünü vurğulayanda Məhəmmədin qarşısında, sanki müəmmalı bir sirrin üstü açılırdı.  
- Mənim çox ağır həyatım olub. Sən bunları bilmirsən. Elə bilməsən yaxşıdır. Yaxşısı budur, 
başqa şeydən danışaq. Məsələn, səndən. Sevgilin varmı? - Məhəmmməd başını buladı. - Burası 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə