Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
68 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
tələsirdilər, yalnız bir küncdə oğlanla qız nə barədəsə xısınlaşırdılar, gülüşürdülər. Bir az aralıda, 
köhnə parkdakı oturacaqda kimsə büzüşüb yatmışdı. 
 
Şəhəri dolanmaq istədi. Yataqxanaya qayıtmağa tələsmirdi. Vapurla Boğaziçini xeyli gəzdi. 
Topqapıda oldu, bələdçiylə birgə keçmişə səyahət elədi. Ən çox yadında qalan isə Roma 
imperatorlarının tikdirdiyi Yerəbatan saray və orada üzən lodur balıqlar oldu...  
 
Axşamdan xeyli ötmüş yataqxanaya qayıtdı, otaq yoldaşları yatmışdılar. Sakitcə paltarını 
soyunub, yerinə girdi, başının altında nəsə xışıldadı, dirsəklənib baxdı. Alaqaranlıqda 
"Hürriyyət+"in loqosunu tanıdı. Qəzetin ötənilki saylarıydı və orada xalasının ona tanış şəkilləri 
və haqqında məlumatlar vardı... 
 
Qəzetləri bura kimsə gətirmişdi, amma kim? Burası qəribə və müəmmalıydı. Sanki kimlərsə onu 
sınağa çəkirdi, qəsdən cırnadırdı. İstədi dəhlizə çıxıb qəzetlərə yaxşı-yaxşı baxsın, amma qorxdu. 
Yeni nəsə tapacağından çəkindi. Bu işi sabaha saxladı. 
 
Yuxulamağa çalışdı. Nə illah elədisə, yuxuya gedə bilmədi. Onu qara basırdı. Sayıqlayırdı. 
"Bahar çiçəkləri"nin dəhlizləri, hücrələrdən gələn cürbəcür səslər, iniltilər, sonra "iri qapanmış 
gözlərlə" filmi. Maskalı kişilər və qadınlar. Özünü Tom Kruzun (personajın adı yadında 
qalmamışdı) yolunda qurban verən fahişə qadın. Birdən Məhəmməd görür ki, Tom Kruzun 
yerində o özüdür, maskalı qadın onun qorxudan ağappaq ağarmış sifətinə baxır və birdən 
maskanı çıxardır. Məhəmmədin heyrətdən gözləri bərəlir. Bu qadın Züleyxadır... 
 
Qarabasmalardan onu Dinqo ayırdı və: 
 
- Nə oldu sənə? - deyə pıçıltı ilə soruşdu. 
 
Məhəmməd durub yerinin içində oturdu. Bir anlığa harda olduğunu yadına salmağa başladı. 
Otağın alaqaranlıq ab-havası onu yuxudan tam ayılmağa qoymurdu. Yuxudakı səhnə hələ də 
gözlərinin önündəydi, lap yaxınlarda dolaşırdı. 
 
- Heç, - dedi və yerinə uzandı. Bir az keçmiş tam özünə gəldi və asta səslə, - Dinqo, səndən bir 
söz soruşacam, amma öz aramızda qalsın.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
69 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Dinqo nəsə mızıldadı, yəqin demək istəyirdi ki, heç kimə deməz. 
 
- Zina eləyən qadına ölüm düşürmü? 
 
Dinqo yerindən durdu, təəccüblə Məhəmmədin üzünə baxdı: 
 
- Bu, ilahiyyatın ilk fəslindədir, bilmirsən ki?! 
 
- Yox, orasını bilirəm. Amma öncə hökm verilməlidir, hökmün kimin verəcəyini isə bilmirəm. 
Həm də həmin qadın mənim qohumumdur, bunu başqası eləməlidir.  
 
- Deyirsən, yəni bunu kimsə etsin? 
 
- Yox, kimsə etməsin. Bilmək istəyirəm ki, mən özüm bunu edə bilərəmmi, şəriət buna imkan 
verirmi və bu ayəni başqa cür yozmaq olarmı? 
 
Dinqo bir az fikirləşəndən sonra: 
 
- Mən gərək onu xocamdan soruşam. İstəsən, mənimlə gedib, öz sualına özün cavab ala bilərsən. 
 
- Yox, sən soruş. 
 
- Yaxşı, soruşaram. 
 
Səhərisi gün Məhəmməd dərsə getmədi, yoldaşları otaqdan çıxandan sonra "Hürriyyət+" 
qəzetlərini balışının altından götürüb vərəqləməyə başladı. Qəzetdə Züleyxa Göyçəyin müxtəlif 
illərdə verdiyi müsahibələr, şəkillər gen-bol yer almışdı. Müsahibələrdən birində Dubaydakı 
gözəllik müsabiqəsi barədə sual verilmişdi. Züleyxa xanım "keçmiş keçmişdə qaldı, indiylə 
yaşamaq lazımdır" demişdi. "İndiylə yaşamaq? Yəni nə?" sualına isə o: "Həyata geniş gözlə 
baxmaq lazımdır. Biz dünyanın bir parçasıyıq və bunu unutmamalıyıq" cavabını vermişdi. 
Züleyxa Göyçək erkəkləri qısqandırmağın, qəzəbləndirməyin yolunu bildiyini və bundan böyük 
həzz aldığını da etiraf edirdi. Sonra Züleyxa xanım dünyada baş verən terror hadisələri barədə 
mülahizələrini bildirirdi. Onun fikrincə, terrorçuluq insanları saflaşdırır. Çünki "orada bir 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
70 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
cismani və intim akt var. Ölüm insanı qəfil haqlayır və sən ölümü bütün amansızlığıyla 
duyursan. Mən də qəfil ölüm istərdim".  
 
Məhəmməd qəzetləri bir neçə dəfə çevirib baxdı, sonra onu döşəyinin altına qoydu ki, kiminsə 
əlinə düşməsin... 
 
İki gündən sonra Dinqo Məhəmmədə yaxınlaşıb dedi ki, onun sualına hələ cavab ala bilməyib, 
çünki xocası burada yoxdur, amma hökmən soruşacaq. 
 
* * * 
 
Həmin hadisənin üstündən bir həftə keçmiş növbətçi xanım otağın qapısını döydü və 
Məhəmmədə muraciətlə astadan: 
 
- Bəy əfəndi, sizi soruşurlar, - dedi. 
 
Məhəmməd əlində oxuduğu kitabı dolabın üstünə qoyub həyətə çıxdı.  
 
Soruşan xalasıydı. Züleyxa əyninə ağ dəridən gödəkcə geymişdi. Par-par yanan qırmızı maşına 
söykənmişdi. Məhəmmədi görən kimi:  
 
- Ooo...! Mənim şahzadəm, səni rahatsız etmədim ki? - gülümsəyərək xəbər aldı.  
 
Məhəmməd: 
 
- Yox, - dedi, - sabahkı dərslərimə hazırlaşırdım. 
 
Xalası onu bağrına basdı... Yenə də həmin qoxu. Birdən Məhəmmədin yadına düşdü ki, yuxuda 
da xalasına bənzətdiyi qadından həmin ətir gəlirdi. Diksinən kimi oldu. Bu, sirli bir qoxuydu, 
fərdiydi, yalnız xalasına, ya da ona bənzərlərə məxsus ola bilərdi.  
 
Züleyxa Göyçək: 
 
- Sirr deyilsə, oxuduğun hansı dərsdi? - deyə soruşdu. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə