Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
57 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
biriylə qəsəbəyə getdim. Bir də gördüm ki, həmin dükançı dalımızca düşüb, nəsə qışqırır, sən 
demə deyirmiş ki, ora piyada getsək, bizi soyacaqlar, avtobusla gedək, təzədən qayıdıb maşına 
mindik... 
- Burda qəribə nə var ki? 
- Necə yəni nə var? Özləri bizdən qayda-qanun tələb eləyir, bütün dünyaya meydan oxuyur, 
amma öz evlərində intizam yarada bilmirlər... Rusiyada başqa cürdür. Amerikadan qayıdanbaş 
bir həftə Moskvada qaldım. Səhərdən axşama kimi küçələrini gəzdim, denən bir köpəyoğlu sənin 
qabağını kəsib, nəsə tələb elədimi? 
- Rusiya keçmiş Sovetlərin ən nəhəng ölkəsidir və hələ də orada qayda-qanun qalıb. Amma 
Amerika elə əvvəllərdən quldurlar məskəni olub da. Tarixdən oxumamısan? Amerikaya azad 
fikirliləri, sürgün olunanları, adam öldürənləri göndəriblər də, - deyə onun söhbətinə müdaxilə 
elədim, - sonra, - Amerikaya da elə belə baxmaq olmaz. O nəhəng ölkədir, - dedim. 
- Mən şəxsən orda heç bir nəhənglik görmədim. İkiüzlülükdən başqa. İndi də görmürsən, Dağlıq 
Qarabağa 8 milyon dollar ayırıb. 
Dostumun sonuncu sözləri Fatimə xanımın "Amerikalılar Qarabağda nəsə hazırlayır" sözlərini 
yadıma saldı. 
Dostum isə danışmaqda davam edirdi: 
- Nəysə, mürəkkəb məsələdir, - deyə dərindən ah çəkdi, - dur gedək. Bütün bunlar bizlik deyil. 
Məsələ daha da qəlizdir. Eşidib-bilən olsa, başımız ağrıyar. 
Kafedən çıxdıq. Mən işə gəldim. Kompüteri açıb, informasiya arxivinə qoşuldum. Çoxdandır 
dünyada baş verənlərdən xəbərsiz idim. 
Mail.ru saytında Türkiyə, İran və Rusiya dövlət başçılarının Ankara görüşü barədə məlumat 
verilirdi. Şərhçi öz mülahizələrində bildirirdi: "ABŞ-ın Avropa dövlətlərinə, eləcə də Avropa 
Birliyinə təzyiqləri getdikcə artmaqdadır və regionun ən aparıcı ölkələrindən olan, Asiya-Avropa 
birliyi ideyasını müdafiə edən bu üçlük okeanın o tayındakı ölkənin ikibaşlı oyunlarını qəbul 
eləmir." 
Məqalə şərhçisi daha sonra ABŞ-ın Küveyt, Əfqanıstan, İraq yürüşlərini yada salır, İranı 
hədələdiyini, İrana hücum üçün Azərbaycanın işğal altında olan torpaqlarında baza yaratdığını 
və təlimlərə başladığını yazırdı. "PKK dəstələrinin gizləndiyi Türkiyə ərazisində ABŞ kəşfiyyat 
təyyarəsinin görünməsi, görəsən, hansı məqsədlərə xidmət edir?" - deyə yazı müəllifi sual edirdi. 
Sonra o, nədənsə Haitidə baş vermiş zəlzələni xatırlayır və yazırdı: "Mütəxəssislər, eləcə də 
İngiltərənin gizli kəşfiyyat idarəsi ehtimal edir ki, Haitidə tektonik silahdan istifadə olunub. 
ABŞ-da istehsal edilmiş tektonik silah ilk dəfə Ermənistanda sınaqdan keçirilib. Əlbəttə, bunlar 
hamısı ehtimallardır", - deyə yazı müəllifi məqaləsinə nöqtə qoyurdu. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
58 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bütün bunlar mənə qəribə gəlirdi. Heç nə anlaya bilmirdim. Bərk yorulmuşdum. Yatmaq daha 
yaxşı olardı, onda hər şeyi unudar və səhərisi günü ayıq başla Məhəmməd barədə düşünə 
bilərdim. Ona görə də evə gəldim. Uşaqlar anaları ilə birgə babalarıgilə getmişdi, həmin axşam 
orada qalacaqdılar. 
Soyuducuda qalmış yarımçıq araqlardan iki qədəh içdim, çips yedim və başımı atıb yatdım. 
Yuxuladım desəm daha doğru olar. Yuxuya gedə bilərsən, amma yatmaq başqa məsələ. Səhərə 
kimi qarabasmalar içində vurnuxdum. Öncə Məhəmmədin tərəddüdlü və qaşqabaqlı üzünü 
gördüm, sonra Fatimə xanımın asıb-kəsən baxışlarını, daha sonra Züleyxanın adamı ovsunlayan 
iri, ala gözlərini və bəmbəyaz dişlərini. O, gülürdü, güldükcə də gözlərim qarşısında Amerikanın 
azad qadın heykəlinə dönürdü. Amma o, əlində məşəl əvəzinə "Hürriyyət+" qəzetini tutmuşdu. 
Görünür, Züleyxa qaranlığı işıqlandırmaq əvəzinə, qaranlıqda azad olmaq istəyirdi. 
Səhər yuxudan oyananda, daha doğrusu, gecəyə əlvida deyəndə yadımda Məhəmmədin 
qaşqabaqlı siması qalmışdı. Mən onu görürdüm. Mən onu təsəvvür edə bilirdim. Deməli, 
mətləbə yaxınlaşırdım. Müxtəlif fikirlər bir cümlə kimi cərgəyə düzülürdü.  
"Get o qancığı öldür". 
"Züleyxa xanımın yanına son zamanlar bir qohumu gəlirmiş". 
"Məhəmməd tərəddüdlər içindəydi. Bir gün gəlib dedi ki, xalasını öldürüb. Amma özünü 
günahkar saymır". 
"Sonra o, yoxa çıxdı". 
"Məhəmməd İrandadır. Bacı-qardaşlarımızın yanında". 
Bəs son? 
Bu son deyilən məqama çatmaq, eləcə də ondan öncəki mətləbləri aydınlaşdırmaq üçün 
beynimdə konturlar cızılmışdı, indi onu canlandırmağa ehtiyac vardı... 
Bax belə... 
* * * 
Məhəmməd bir din bilirdi. İslam. Amma İstanbula gələndə, daha doğrusu, Göytəpə 
universitetinin ilahiyyət fakültəsinin islam tarixi bölümündə oxumağa başlayanda məlum oldu ki, 
İslam yalnız namazdan, oruc tutmaqdan, Aşura günündə məscidlərə gedib imamların ruhuna dua 
oxumaqdan, özünə əzab verməkdən, fitrə çıxarmaqdan, nəzir-niyaz paylamaqdan ibarət deyil. Bu 
dinin çoxlu şaxələri, ona məlum olmayan tərəfləri, çalarları varmış. 
İlk ili hazırlıq kurslarına başladı. Şərt beləydi. Türkiyə türkcəsini burada asan yaşamaq üçün, 
ərəb dilini Quran oxumağa görə məcburi öyrənmək lazımıydı. İngilis, alman, rus dili kurslarını 
keçmək isə könüllüydü. O, alman dili qrupunu seçmişdi. Bunun da səbəbləri vardı. Uşaqlıqda rus 
dilini tez-tez eşitsə də, ondan xoşu gəlmirdi. Onların kəndində hələ də rusların qayıdacağına, 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
59 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
insanlara xoşbəxtlik gətirəcəyinə, hətta Leninin də diriləcəyinə, yaxud zühur eləyəcəyinə sidq-
ürəkdən inananlar vardı. Onlar köhnə kommunistlər idi və keçmişin unudulmaz günləri, 
gələcəyin xoş ümüdlərilə yaşayırdılar. Məhəmmədgilin ailəsində vəziyyət tamam başqa cürüydü. 
Babası dinin, abır-həyanın yoxa çıxmasında rus kafirlərini günahlandırırdı. Amma vəziyyət 
getdikcə dəyişirdi və məlum olurdu ki, adamların bel bağladığı Amerika deyilən vücudi-səltənət 
(babası belə deyirdi) əsl şeytan yuvasıymış və islam ölkələrindən keçmişin hayıfını çıxmağa 
çalışır. Babasının təsəvvürünə görə almanlar yaxşı millət idilər və vətən müharibəsi dövründə 
bütün millətləri qırmaq, müsəlmanları isə sağ saxlamaq istəyirmişlər... 
Dərslər Məhəmmədin təsəvvür etdiyi kimi asan deyildi. Birinci ili o, İslam tarixindən başqa, 
islam psixologiyası, islam sosiologiyası, islam musiqisi, hətta təsəvvüf, mövləvilik dərslərini 
öyrənməli, ney çalmağı bacarmalı, ilahiyyatın müxtəlif qollarını bilməli, Qurani-Kərimi düzgün 
qiraət eləməli, yaxşı avaz tutmalı, xəttatlığı öyrənməliydi... Bir sözlə, islam bir dəryaydı. İslam 
sona qədər dərk olunmayan bir elm idi. "O, dərslərə böyük bir həvəslə girişmişdi" - desəm, 
keçmiş sovet mətbuatının örnəklərini təkrarlamış olaram. Amma o, doğrudan da həvəsliydi. 
Bütün bunları öyrənməyə can atırdı. Məhəmməd şiə ailəsində böyümüşdü, amma indi sünnilərin 
içinə düşmüşdü, sufi elmini xırdalıqlarına qədər bilən uşaqlarla dostluq eləməyə məcburuydu. 
Ona görə də heç kimə qarışmırdı. Nəqşibəndilər kimi nə uzun cübbə geyinirdi, nə başına təkyə 
qoyurdu, nə də saqqal saxlayırdı. Bığ saxlayan nurçulara da qoşulmurdu. Sadə, adi geyimdə 
dərslərə gəlirdi. 
Tez-tez öz aralarında dava eləyən zamançılarla, təriqətçilərlə, nurçularla da işi yox idi. 
Ara-sıra, lap çox darıxanda Sevil-Nuri salonuna gedər, şairlərlə görüşə qatılardı. Sufiçiliklə, 
islam ədəbiyyatı ilə bağlı müstəqil mühazirələrə qulaq asardı.  
Amma onun əsas günü Əmin Xalçaçı yataqxanasında keçərdi.  
Universitetdən gələn kimi kontinə - yeməkxanaya düşər, fişlərini (talonlarını) verib, yeməyini 
götürər, qarnı doymayanda isə anasının verdiyi puldan xərcləyərdi. 
Sonra otağa çıxıb öz guşəsinə çəkilər, dərslərini hazırlayardı. Hərdən uşaqlara qoşulub televizora 
baxar, təsəvvüf barədə öyrəndiklərini dəftərinə qeyd eləyərdi.  
Amma bir gün, bir gün, təsadüfən xalası Züleyxanı gördü. Əvvəlcə jurnalda, sonra "Hürriyyət+" 
qəzetinin səhifələrində, axırda televerilişdə. 
Bu adi günlərin birində baş verdi. Həmin gün, yəni anası, babası, Xəzərin qumlu sahili üçün 
darıxmışdı və fikrini dağıtmaq üçün İstanbulu gəzirdi. Şəhərin çoxsaylı minarələrini seyr edirdi. 
Onlar doğrudan da əzəmətliydilər. Xüsusən də Sultan Məhmət camesi. Şəhərdə bu qədər 
məscidin olması əvvəllər ona qəribə gəlirdi. Çünki heç bir şəhərdə nə bu qədər məscid görmüş, 
nə də eşitmişdi. Təsadüfi bir yazıda rast gəldiyi mülahizə onun marağına son qoydu. Məqalə 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə