Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
54 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Züleyxa Yusifi yoldan çıxara bilmişdi. Onu demək istəyirsiniz, eləmi? 
- Onların hər ikisini şeytan yoldan çıxarmışdı. Mən bunu bilən kimi atama dedim. Şeytanın 
məhləmizə hakim kəsildiyinə şübhəm qalmayandan sonra. Züleyxa özü şeytaniləşmişdi, hansısa 
naməlum ruhların ixtiyarındaydı. O, özünü itirmişdi... 
Fatimə xanım söhbətinə ara verdi. Nəsə fikirləşdi, gözləri yol çəkdi və çaya işarə ilə: 
- Niyə içmirsiniz? - deyə soruşdu və ayağa durub mətbəxə keçdi.  
Başa düşdüm ki, boğazı quruduğundan su, ya çay içmək istəyir. Mömin qadınlar kişilərin 
yanında tikə kəsməz, su içməzlər. 
İndi orta əsrlər olsaydı, Züleyxanı daş-qalaq edərdilər, Avropada isə "autodafe" edərdilər, yəni 
diri-diri tonqalda yandırardılar. Birinci onu bacısı satardı. Buna heç bir şübhəm yoxuydu. 
Fatimə xanım qayıtdı. Sakitləşmişdi. Mənim sualımı gözləmədən söhbətini davam elətdirdi: 
- Mən Züleyxaya görə tez ərə getdim, daha doğrusu, atam məndən, gələcəyimdən qorxduğuna 
görə tez ərə verdi. Özüm də qorxurdum. Şeytan məni də yoldan çıxara bilərdi. O, hər yerdəydi. 
- Amma Züleyxa sonra gəldi, - deyə mən onun monoloquna müdaxilə elədim, - Bakıya qayıtdı. 
Fatimə xanım: 
- Gəldi, - deyə mənimlə razılaşdı, - bir ara mən onu bağışlamağa da hazır idim. Hətta Dubayda 
yoxa çıxandan sonra halına acıdım da. Amma bu qəzetlər bizə gələndə mənim əvvəlki hisslərim 
də qayıtdı. O, bizdən əl çəkmək istəmirdi. Şeytan qayıtmışdı. Mən onun fəsadlarından 
qorxurdum. Evdə qız uşağım böyüyürdü. Züleyxa onun xalasıydı. Bir suyu da qıza sıçraya 
bilərdi. Qızları yoldan çıxarmağa nə var ki. Qəzetlər uşağın əlinə düşsəydi, bir Allah bilir, nələr 
olacaqdı... Məhəmməd İstanbuldan yarımçıq geri dönəndə isə heç nə gözümə görükmədi. Dünya 
başıma fırlandı. "Get o qancığı öldür!" dedim. O, getdi... 
- Və qayıtmadı... 
- O, qayıtdı, amma bura yox, İrana. Bacı-qardaşlarımızın yanına. Amerikalılar Qarabağda İrana 
qarşı nəsə hazırlayırlar. Biz buna yol vermərik. 
- Hardan bilirsiniz? Məhəmməd dedi? 
- Bilirəm. Ürəyimə nəsə damıb... - bir qədər susduqdan sonra əlavə elədi, - televizorda dedilər ki, 
Amerikanın İrana verdiyi müddət başa çatır... 
Bir qədər öncə iranlı həmkarım: "Görən, Amerika İranı vura bilərmi və əgər vursa, azərbaycanlı 
qardaş-bacılarımız nə fikirləşəcək?" - deyə sual etmişdi. 
Fatimə xanımın öncəgörümünün nə qədər gerçək olub-olmadığını mən sona qədər başa düşə 
bilmədim. Mənə elə gəldi ki, Fatimə xanım dəli olub. Məhəmməd hara, İran hara? Onları bir-
birinə nə bağlayırdı ki? Suallar çox, cavablar isə yox idi. Hər şey müəmmalıydı. Fatimə xanımın 
böyüdüyü dindar kənd kimi... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
55 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Xudahafizləşib getmək istəyərkən ev sahibəsinin cavan qızı yan otaqdan çıxdı və məyus-məyus 
üzümə baxıb soruşdu: 
- Qardaşımdan bir xəbər var? - Başımı buladım. - Mən onu çox istəyirəm. Məhəmməd çox 
vicdanlı və pak adam idi. Hər şeyi öyrənməyə can atırdı. Ona görə də çox vaxt çaşırdı. 
- Hə, yəqin ki... 
Aramızda uzun pauza yarandı. Buradan çıxmaq lazım idi. Mənə elə gəldi ki, getməliyəm, suala 
cavab olmayan yerdə dayanmaq cansıxıcıdır. 
- Bir şey öyrənə bilsəniz, mənə də xəbər verin, - dedim və vizit kartımı çıxarıb, stolun üstünə 
qoydum. 
 
* * * 
 
"Nəsimi" metrosuna piyada düşdüm. Bir az tək qalmaq, Məhəmməd haqqında düşünmək 
istəyirdim. Mən fikir dolanbaclarında çaşmışdım. Məhəmməd xalasını niyə öldürməliydi? 
Namus üstəmi, yoxsa başqa səbəb vardı? Bu adamlar da, deyəsən, ağıllarını itiriblər. Azadlıq 
gəzən hicabın əleyhinədir, hicab örtən azadlığın. Arada yazıq Məhəmməd qalıb. 
Görəsən, o, uşaqlıqda necə olub? Dindar bir kənddə böyüyüb, sonra şəhərə gəlib. Axırda 
İstanbul. Mömin ailədən çıxmış, zina edən qadınların cəhənnəm odunda yanacaqları barədə 
hekayətlər eşitmiş, televizorda isə oğrun-oğrun komikslərə, manyaklığı təlqin edən filmlərə 
baxmış bir cocuq necə ola bilərdi. Yəqin ki, çaşardı. Bilirəm, bütün bunlar, əziz oxucum, 
yorucudur. Sizi, yəqin, tamam başqa mətləblər düşündürür. Mən də elə onu axtarıram. 
Məsələn, sizin üçün maraqlı deyilmi ki, sinif yoldaşları kafeyə, bar-kluba getmək istəyəndə 
Məhəmməd bundan imtina eləyir, evə tələsir, anasının tövsiyəsiylə "şeytan yuvalarından" uzaq 
gəzməyə çalışır, əvəzində isə "ana uşağı" ləqəbi qazanır. Quran oxuyur, amma oxuduğu yadında 
qalmır. Çünki fikri başqa yerdədir... 
Belə-belə işlər... 
Ürəyimdə sonuncu kəlməni dəfələrlə təkrarladım, sanki, bu, məni fikir dolanbaclarından 
çıxaracaqdı. Çıxardı da. Qulağımın dibində maşın siqnalı eşitdim, əhəmiyyət vermədim. Sonra 
adımla çağırdılar. Çevrilib baxdım. Qara rəngli "Prado" sürücüsü maşının şüşəsini aşağı sala-
sala: 
- Yaman fikirlisən, - dedi. 
Mən onu dərhal tanıdım. Tələbə vaxtı bir yataqxanada, bir otaqda qalmışdıq. O, hüquq 
fakültəsində oxuyurdu, arada-bir görüşürdük. Mən onu Mopassanın "sevimli dostuna" 
bənzədirdim. Qara, qalın bığları, şəvə saçları, iri, ala gözləri, çəkmə çənəsi, güləndə batan 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
56 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
yanaqları. Batmış yanaqları su burulğanına oxşayırdı. Bununla da o, sanki üzündəki mənfi və 
yad baxışları həmin burulğanda batırırdı... 
Hə, indi tapdım: istanbullu rəssam Sərdar Küçükoğlu mənim tələbə dostuma bənzəyirdi. Onları 
birləşdirən nəsə vardı. Yəqin elə ona görə də Sərdar bəyə tez isinişmişəm. Amma dostum, 
Mopassanın qəhrəmanından fərqli olaraq xanımların ürəyini ələ alan birisi, "ürəkyeyən" deyildi. 
Yavaş-yavaş ona yaxınlaşdım və bayaqkı atmacasını cavabsız qoymadım: 
- Belə də. Dünyanın işlərini həll eləməyə girişmişəm, - deyə zarafat elədim. 
- Gəl otur, aparım. 
- Yox, sağ ol, metro yaxındadır, - deyə onun təklifindən imtina elədim. 
- Günortadır, bir çay içək. 
Susuzlamışdım. Ona görə də boyun qaçırmadım, həm də bir qədər kefim açılardı. Keçmişdən-
gələcəkdən danışardıq. 
Metroya yaxın yerdə, kiçik parkdakı kafedə əyləşdik. Yüngülvari nahar elədik. Amma maraqlı 
burası deyil, maraqlısı dostumun Amerika səfəri barədə mənə danışdıqlarıydı. 
- Bir qrup hakimnən Nyu-Yorka getmişdik. Biz təzələrdənik axı. Özlərini bizə göstərmək 
istəyirdilər. 
- Göstərə bildilər? - deyə soruşdum. 
- Özü də necə! 
- Azad qadın heykəlini də gördün, yəqin?! - Mənim bu sualımda maraqdan çox istehza vardı. 
Dostum: 
- Çox şey gördüm, - dedi və nədənsə astadan danışmağa başladı. - Bu Amerika deyilən 
fiksiyadır, yəni, saxtadır. Guya, bunlar bizə demokratiya, azadlıq, təhlükəsizlik gətirəcəklər. Ə, 
bunlar dünyanın hər deşiyində terrorçu, quldur axtarırlar, amma Amerika quldurlarla, 
başkəsənlərlə doludur. 
- Yox əşi, sən də, - deyə yüngülcə etiraz elədim. 
- Kinolarına baxmamısan? 
- Kino ayrı, həyat ayrı, - sadəlövhcəsinə dedim, amma məqsədim onu danışdırmaq idi. Kənar 
müşahidə həmişə məni cəlb edib. 
- Eyni şeydi. Amerikada həyat elə kinolardakı kimidir. Təsəvvür elə: Nyu-Yorkun ortasında 
hoteldə yaşayırıq. Ora düşən kimi bizə xəbərdarlıq elədilər ki, beş küçə o tərəfə getsəniz, sizi 
soysalar, günah özünüzdədir. Nə polis, nə zad, boş şeydi. Hərənin belində bir tapança var. 
Bir dəfə yolnan hansısa şəhərə gedirdik, qəliz adı vardı, görüm nəydi o... əşi nəysə. Deməli, 
kimsə təklif elədi ki, viski içək. Maşını bir mağazanın qarşısında saxladıq, məlum oldu ki, burda 
viski yoxdur, amma bir üç yüz metr irəlidə - qəsəbənin içində tapmaq olar. Mən uşaqlardan 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə