Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
45 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"Get o qancığı öldür!" - Bu, anasının Məhəmmədə tapşırığıydı və yalnız bir neçə gündən sonra 
Fatimə xanım Bakıdakı evində bunu etiraf edəcəkdi. Ona qədər isə müəmmalar içində yaşadım... 
Yataqxanadan çıxdım və Boğaziçinə düşdüm. Balıq aşiqləri qarmaqlarını suya sallamışdılar. 
Bakıdakı kimi. Amma indi Bakıda balıqçılar qalmayıb, ovçular qalıb. Günün günorta çağı 
adamların həyatını, gecələr isə yuxusunu oğurlayan ovçular.  
Boğaziçinin sahilində dayanıb balıqçı cərgəsinə baxırdım. Bu cərgə günbatana qədər uzanırdı. 
Kimlərsə pis keçmişini unutmaq, kimlərsə yaxşı keçmişini xatırlamaq, kimlərsə də bu günün 
çətinliklərini yaddaşından silmək üçün balıq tuturdu. Buna balıq tutmaq da demək olmazdı. 
Qarmağını suya sallayan hər kəs balıq tutmur ki. O, həyata ümidini beləcə gerçəkləşdirir, özünə 
ürək-dirək verir. Ümidin gətirdiyi ov köhnə də ola bilər, təzə də. Əsası ovdur, balığın qarmağa 
keçməyidir. Məndən yaşca böyük müdriklər dəfələrlə deyiblər: balıq qadın kimidir, onu tovlayıb 
tutana qədər sənin, tutandan sonra sən onun olursan. Çünki "kişi qadının arxasınca qadın onu 
tutanacan qaçır".  
Başımı bu cür yüngül fikirlərlə qatırdım ki, hardansa ağlıma bir fikir düşdü və üşəndim. 
Züleyxanı mən onunla görüşəndən bir neçə ay sonra qətlə yetirmişdilər və polisin məndən də 
şübhələnməyə əsası vardı.  
Bu fikir qəfil məni haqladığı kimi, qəfil də yox oldu. Çünki əsassızıydı... Qloballaşmaya qarşı 
olsam da, cani deyildim və heç kim məni izləmirdi, hər halda, psixoloji təsir vasitəsi olan açıq 
təqibi hiss eləməmişdim. 
 
Boğaziçinin sahilindən bir az aralıda Amerika bayrağı dalğalanırdı. Və mənə elə gəldi ki, kimsə 
bayrağın taxıldığı ofisin eyvanından gizlincə Boğaziçinə sarı baxır.  
Bir qədər öncə isə iranlı həmkarım: "Görən, Amerika İranı vura bilərmi və əgər vursa, 
azərbaycanlı qardaş-bacılarımız nə fikirləşəcək?" - deyə sual etmişdi. 
Canımdan üşütmə keçdi və mehmanxanaya tələsdim. Mən də Məhəmməd kimi qarabasmalar 
içində yaşamağa başlamışdım... 
 
* * * 
 
Səhər ertədən məni portyenin telefon zəngi oyatdı və hava alanına (limanına) getməyin 
zamanının çatdığını dedi. Maşın otelin qarşısında gözləyirdi. Danışdığımız kimi, məni sürücüm 
Əhməd bəy yox, mehmanxana taksisi aeroporta aparacaqdı. 
Hava limanına vaxtında çatdıq, səhər saatları olduğundan yollar elə də basırıq deyildi.  
Göy köynəkli sürücü Bakıya uçacağımı eşidəndə: 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
46 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Arkadaşım, Bakıda çox vodka içirlər, - dedi, üzündəki təbəssümü gizlətmədi. Deyəsən, o da hal 
əhliydi və "vurmaqla" arası sazıydı... 
- Sizdə də rakını sevərlər, - dedim. 
- Rakını Mustafa Kamal əfəndi də sevərmiş, - dedi və güldü. 
Biz vaxt öldürmək üçün yolboyu ordan - burdan danışdıq, Türkiyə-Azərbaycan birliyinin 
qırılmazlığından, erməni soyqırımının qondarmalığından söz açdıq, erməniləri daim dəstəkləyən 
Amerikanın bostanına daş atdıq. Həmişəki kimi yenə də o nəticəyə gəldik ki, günah bizim 
özümüzdədir. Sürücü arxadaşım: 
- Doğru, həpsi kəndimizin suçu, - dedi. 
 
* * * 
 
Təyyarəmiz vaxtında havaya qalxdı, ayağımız yerdən üzüldü... 
Yenə də qorxu sindromu. Havada üzən gəmi, içəridə bir-birilə xosunlaşan səfər yoldaşları, 
tranzitlə gedən yarıyuxulu sərnişinlər və öz-özüylə, fikirləriylə tək qalan bəndəniz. Təyyarə bir 
müddət yerində guruldayandan, sızıldayandan, titrəyəndən sonra yerindən götürüldü, mən də 
başqaları kimi ürəyimdə "Allah köməyimiz olsun" dedim və yerimi rahatladım. 
Göyərçin barmaqlı, gülərüz stüardessa bizi təhlükəsizlik vasitələrindən agah etdikdən sonra film 
başladı. "Terminator"un növbəti seriyasıydı. Əzələlərinə günəbaxan yağı sürtmüş (bizim 
bazardakılar meyvələri bu cür yağlayırlar) Şvartsnegger, Kaliforniyanın indiki qubernatoru, 
pulemyotun güllələrini yağış kimi adamların başına yağdırırdı. Yorucu və tanış mənzərəydi. 
Kinorejissorların, "prokatçik"lərin manyaklığına söz ola bilməzdi. Sadizmin tərəfdarları olan 
tamaşaçılar bu məzərəni böyük ləzzətlə seyr eləyirdilər. Mən qulaqcıqları çıxardım, radioya 
qoşuldum. Kanalların birində "seksilər" səslənirdi, digərində "İnşallah" mahnısının həzin sədası 
adamı sakitləşdirirdi. Bu mahnını mən ilk dəfə təxminən beş il bundan əvvəl Moskvada olarkən 
eşitmişdim. Uşaqlıq dostum Elmir "Ximki"dəki binanın 22-ci mərtəbəsində maqnitofonu 
oxudurdu. Mahnı xoşuma gəlmişdi. "Bilirsən, oxuyan kimdi?" - deyə soruşdu. Mən onu 
İqlesiasa, sonra Co Dassenə bənzətdim. "Salvator Adamodur", - dedi. O zaman mən bu 
müğənnini kəşf elədim. Bakıya qayıdanda Elmir o diski mənə bağışladı. İndi bu mahnını 
eşidəndə qorxum yoxa çıxdı. Səmanın ənginliyində Tanrıya yaxın bir yerdə "İnşallah" 
oxunurdusa, deməli, inşallah Bakıya da sağ-salamat çatacaqdım. 
Təyyarə hava limanına enəndə meqapolisə çevrilən şəhərə baxdım. Qərbin və Şərqin 
qovuşağında yerləşən şəhər getdikcə daş qəbiristanlığına bənzəyirdi. Daşa, asfalta bu qədər sevgi 
hardanıydı, görən? Hündür təpələrdəki binalar Manhettendəki əkiz binalara oxşayırdı. Tehranı da 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
47 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
bir vaxtlar mən bu cür görmüşdüm. Sivilizasiyaların hamısının axırı bir yerdə qurtarır - daşlıqda. 
Daş ürəklər, qəlblər, korşalmış hisslər, yoxa çıxan və tutya kimi axtarılan mərhəmət, humanizm. 
Adamlar qocaldıqca humanistləşir, sivilizasiya yaşlaşdıqca azğınlaşır.  
Gündən-günə artan, ucalan binalara baxdıqca evsiz-eşiksiz adamları düşünürdüm, onlar ölkədə 
on minlərlədi, amma bu qədər binalar kimsəsizlikdən qaranlığa qərq olub... 
Evdə ləngimədim, Fatiməgilə getdim. Onların ev ünvanını İstanbulda olarkən Yılmaz bəydən 
almışdım, Fatimə xanımın universitetə göndərdiyi cavab məktubunun surətini də özümlə 
götürmüşdüm. 
Lazım olan ünvanı tapmaq asan olmadı. Şəhər tamam dəyişmişdi. Parkları hündür binalar və 
kafelər, səkiləri mağazalar əvəz eləmişdi. Nəhayət, axtardığım binanı tapdım. Bir zamanlar 
burda, balaca parkın ortasında cavanların sevdiyi "Nərgiz" pivəxanası vardı. İndi o yoxa 
çıxmışdı.  
Maşın əlindən tərpənmək mümkün deyildi. Həyasız və nadan sürücülər maşınlarını harda gəldi 
saxlamışdılar. "İnomarka"lar piyada yolunu bağlamışdılar. Onların ünvanına lənət yağdırmaqdan 
savayı əlimdən heç nə gəlmədi. 
Fatiməgil də təzə binadan ev almışdılar, daha doğrusu, köhnə məhləmiz söküləndə ona da pay 
düşmüşdü. 
Susuzlamışdım. Marketə girib su aldım. Qoca bir qarı çörəyin dörddə birini almaq istəyirdi. 
Satıcı isə vermək fikrində deyildi. 
- Bunun qalanını kimə satım, - deyə donquldanırdı.  
Qadın yazıq nəzərlərilə mənə baxdı. O, əstəğfürullah, sümük gözləyən itlərə oxşayırdı, gözləri 
lap xırdalaşmışdı, bəbəklərini ağ pərdə örtmüşdü. İndi o, məni, yəqin ki, huri - mələyə oxşadırdı. 
Qarının baxışlarını oxumaq elə də çətin deyildi: "Bəlkə sən kömək edəsən?!" 
- O çörəyi bütövlükdə qarıya ver, pulunu məndən çıxarsan, - dedim və satıcıya on manat 
uzatdım. 
Satıcı utanan kimi oldu, bir balaca qızardı da: 
- Məni düz başa düş, qardaşoğlu, qonşuların çoxu çörəyi nisyə alır. Milyarder ölkədə də çörəyi 
nisyə alarlar?! Bağlayacam buranı! - deyə özünə bəraət qazandırdı və çörəyi qarıya verdi. 
Qarı çörəyi alıb torbasına qoydu və çox zəif səslə "sağ ol, çox sağ ol" deyib belini bükə-bükə 
uzaqlaşdı. Mənə elə gəldi ki, o qarını öncələr hardasa görmüşəm. 
Çölə çıxdım. Qarı əlini torbaya salıb eşələnirdi, yəqin ki, çörəyin böyründən qoparıb yemək 
istəyirdi. Tükü tökülmüş bir pişik onun böyür-başına fırlanırdı. Qarı çörəkdən kəsib ona atdı, 
pişik çörəyi iylədi, amma yemədi və ikiqat əyilmiş qarının tumanına sürtünməkdə davam elədi. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə