Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
33 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
keçmişi xatırlamaq və Züleyxanın qatilini tapmaqda mənə kömək edə bilərdi. Mənim bu işləri 
araşdırmağa rəsmi səlahiyyətim yox idi. Amma İstanbuldan gedəndən sonra Züleyxa Göyçək 
Sərdar bəyə demişdi ki, mən onun həyatının bir parçasıyam, onun dünyasının adamıyam. Ona 
görə də istanbullu rəssam bu işlərdə mənə yardımçı olmağa söz verdi. 
Mən emalatxanadan çıxanda Sərdar bəy: 
- Bilməzdim ki, Zülexa xanım keçmişinə bu qədər bağlıymış, - dedi. 
- Keçmiş ona daha çox yaraşırdı, - öz mülahizəmi söyləməkdən qalmadım. "Çünki orda biz 
vardıq" ifadəsini dilimə gətirmədim.  
Züleyxanın varisi olmadığına görə, mülkünü heç kimə verməmişdi, daha dəqiqi, onu kiməsə 
verməyə, vəsiyyət etməyə vaxt tapmamışdı, yəqin ki, ölümün çox-çox uzaqda olduğunu xəyal 
edirmiş. Ölümsə onun həndəvərində ac-yalavac yalquzaq kimi fırlanırmış, qurbanını haqlamağa 
fürsət axtarırmış. Bilsəydim, ölümü boğazlayardım. 
Hökumət məmurları malikanəni hərraca çıxarmaq, pulunu isə uşaq evlərindən birinə köçürmək 
haqqında düşünürdülər. Züleyxadan olsaydı, yəqin pullarını qadın həbsxanalarına xərcləyərdi. 
Sərdar bəydən aralanandan sonra Boğaziçinə düşdüm. Sahillə boş-boşuna addımladım. Buna 
boş-boşuna gəzmək də demək olmazdı. Çünki Züleyxa-Malenanın xatirəsi mənimlə birgəydi. 
Mən onunla söhbətimizi xatırlayırdım. Ən çox gülüşü, ədaları. O, adamı həyəcanlandırırdı, 
maqnit kimi kişiləri özünə cəlb edirdi... 
Köhnə qalanın yanına çatanda dayandım. Biz onunla sonuncu dəfə burda ayrılmışdıq. Adi bir 
qalaydı. Köhnə və baxımsız... Çünki Züleyxa yox idi. Və onsuz Boğaziçi öz gözəlliyini itirmişdi. 
Köhnə qala da gözdən düşmüşdü, əzəmətini itirmişdi. İndi qala igid yox, əfəl bir kişini 
xatırladırdı. Gözəllər öz ölümləri ilə kişiləri cılızlaşdırır...  
Taksi tutub mehmanxanaya gəldim. Bakıdan gətirdiyim araqdan bir çappa stəkan içdim, 
restorana qalxıb şam elədim. Otağıma qayıdandan sonra uzun müddət yuxuya gedə bilmədim. 
Arağın da təsiri ölüb getmişdi. Televizorda maraqlı kinolar axtardım. Tapdıqlarıma da sona kimi 
baxa bilmədim, hövsələm çatmadı. Bəzi kanallar pulluydu. İstəsəydim baxa bilərdim. Amma 
orda da fərli bir şey tapacağıma əmin deyildim. Pornofilmlər məni heç zaman cəlb etməyib... 
Pəncərəmin önündə dayanıb yuxuya getməyə hazırlaşan şəhərə baxdım. İstanbul şıltaq körpələrə 
bənzəyirdi, sayrışan işıqlarından anlamaq olardı ki, yatmaq həvəsi yoxdur. Bir-birimizə 
oxşayırdıq. Züleyxa, İstanbul və mən. Biri əbədi yuxuya getmiş, biri daim oyaq, biri isə ikisinin 
ortasında. Amma yatmaq lazımıydı. Gecələr yuxulu adamları, gündüzlər ayıqları sevir. 
Qar kimi ağ çarpayıma uzandım. Döşəkağının bəyazlığı və təmizliyi qəlbimdə qəribə hisslər 
yaradırdı... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
34 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Nə illah edirdimsə, yuxum gəlmirdi, görünür, bu da ondanıydı ki, yuxu haqqında çox 
düşünürdüm. Yatağımda o tərəf-bu tərəfə çevrilə-çevrilə gecəni birtəhər yola verdim... 
 
* * * 
 
Səhər açılan kimi "Bahar çiçəkləri" gözəllik salonuna gəldim. İndi buranı Züleyxanın ən yaxın 
rəfiqəsi Əslihan xanım idarə edirdi. Gözəlliyinə söz ola bilməzdi. Amma ətiacı və eqoist 
qadınlara bənzəyirdi. Bu cür qadınların dodaqları nazik, döşləri xırda olur, amma bədən 
quruluşuna söz ola bilməz: 90-60-90. Züleyxa, bəlkə də acıdil qızları qəsdən seçirmiş, onu 
üstələməsinlər deyə.  
O: 
- Züleyxadan sizə yalnız bu qalıb, - dedi və mənə bir şəkil uzatdı.  
Bu, üç yaşlı Məhəmmədlə Züleyxanın şəkliydi. Balaca Məhəmməd Züleyxanı qucaqlamışdı, 
sanki onu iyləyirdi. Züleyxa bu şəkli mənə Boğaziçində göstərmişdi və onu portmanatında 
gəzdirirdi... 
- Zinət əşyalarını heç sevməzdi, bir dəfə taxan kimi rəfiqələrinə paylayardı, -deyə Əslihan xanım 
əlavə elədi. 
Bununla da o demək istəyirdi ki, Züleyxanın nə mülkünə, nə də var-dövlətinə iddia eləməyə 
dəyər. Evlərində də bu fikrə düşənlər varsa, onu başlarından çıxarsınlar. Amma Bakıda kimsə 
Züleyxanın mal-mülkünə göz dikə bilməzdi, çünki ondan xəbərləri də yoxuydu. Təbii, mənim də 
belə bir fikir ağlıma gəlməzdi. Məni ancaq Züleyxanı kimin və nəyin üstündə öldürməsi 
maraqlandırırdı. Bəlkə də bu, Züleyxanın taleyinə acımaqdan çox, onun ruhu ilə birgə keçmişə 
qayıtmaq və olanları, olacaqları qələmə köçürmək iddiasıydı. Bəzən keçmişlə yaşamaq (həmin 
keçmiş acı olsa da belə) gerçək həyatda vurnuxmaqdan qat-qat sərfəli və cəlbedicidir... 
Olanlar olmuşdu, amma necə?  
Malikanəyə Sərdar bəyin maşınında getdik. Hökumət məmuru da bizimləydi. Sərdar bəy dedi ki, 
Züleyxanın əmlakı reyestr xidmətinə verilib və onların icazəsi olmadan malikanəyə baxış 
keçirmək olmaz.  
Yolda istanbullu rəssamdan soruşdum ki, Züleyxanın öldürülməsində kimdən şübhələnir. O isə 
cavabında "Heç kimdən" - dedi, - "Züleyxa xanımı bir kimsə izləmirdi, hər halda, mən bunun 
şahidi olmamışam, özü də mənə bu barədə bir söz deməyib". 
Mən Züleyxayla Sərdar bəyin hansı münasibətdə olduğunu bilmirdim. Bəlkə də Sərdar bəy bir 
zamanlar Züleyxanı sevmişdi, ya bəlkə Züleyxa ona vurulmuşdu. Üzündə az nəzərə çarpan 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
35 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
çopurlar olsa da, Sərdar bəy yaraşıqlı kişiydi. Bu cür kişi tiplərini mən Mopassanın "sevimli 
dost"una oxşadıram. Nüfuzedici baxış, çəkmə sifət, qalın bığ.  
Züleyxayla zövqləri də üst-üstə düşürdü, hər ikisi Boğaziçini sevirdi. "Bahar çiçəkləri" gözəllik 
salonunun divarından asılmış "Boğaziçində günəş" rəsmi də Sərdar bəyin Züleyxaya 
hədiyyəsiydi. Mən onu Züleyxaya qısqanmırdım, əksinə, düşünürdüm ki, azəri gözəli istanbullu 
rəssamın yanında olsaydı, onu qoruya bilərdi.  
Biz malikanəyə çatdıq. Malikanə Beşiktaşda, Yıldız parkına yaxın, boğazın lap sahilindəydi.  
Hökumət məmuru malikanənin iri dəmir darvazasını dəstə açarla açdı. Malikanənin böyük həyəti 
vardı. Hasarların dibinə mənim indiyə kimi görmədiyim, yaxud indiyə kimi fikir vermədiyim və 
adını bilmədiyim gül kolları basdırılmışdı. Qəribəydi. Bir kolun üstündə rəngbərəng çiçəklər 
vardı. Payızın bu çiskinli havasında çiçəklər öz rənglərini itirməmişdilər. Mobil telefonumu 
çıxarıb, üstündə yağış damcıları mürgüləyən çiçəkləri çəkdim. Sərdar bəy malikanəni və gül 
kollarını diqqətlə süzdüyümü, onlara vurğunluqla baxdığımı görüb: 
- Züleyxa xanım hər səhər özü bu güllərə qulluq edərdi, onları Orhun bəy Afrikadan gətirmişdi, - 
dedi. 
Və mən indi başa düşdüm ki, bu çiçəklər niyə gözəldilər. Çünki onlarda Züleyxanın nəfəsi vardı. 
Biz üçmərtəbəli malikanəyə girdik. İçəridən kimsəsizlik qoxusu gəlirdi. Sanki hissiyyatım yoxa 
çıxmışdı. Mən Züleyxanın hənirtisini duya bilmirdim. Yuxarı qalxa-qalxa düşünürdüm ki, bir 
zamanlar Züleyxa da bu taxta pillələrlə addımlayıb. Daha doğrusu, bütün bunları düşünməkdən 
çox, təsəvvür edirdim... 
Hökumət məmuru dəstə açarla elə addımlayırdı ki, mən onu türmə nəzarətçilərinə bənzədirdim. 
O, bizdən irəlidə addımlayır, hər qapının ağzına çatanda dayanır, açarları şaqqıldada-şaqqıldada, 
cəld bir hərəkətlə qapını açır, kənara çəkilir və bizim otaqları seyr eləməyimizdən zövq alırdı. 
Onun baxışlarında bir soyuqluq vardı.  
Otaqlarda qəribə və maraqlı heç nə yox idi. Hər mərtəbədə, demək olar ki, eyni əşyalar vardı: 
stol, stul, kreslo, divan, televizorlar... Onları toz basmışdı. Kimsəsizlik bu əşyaları gözdən 
salmışdı.  
 
- Bunların üstünü örtmək olardı, - deyə mən nədənsə dilləndim, bəlkə də cansıxıcı pauzanı 
aradan qaldırmaq üçün belə dedim. 
Sərdar bəy: 
- Dostları Züleyxa xanımın əlləri dəyən əşyaları çılpaq saxlamağı üstün tuturlar, - dedi, - özü də 
bunlar müvəqqətidir, yəqin, malikanənin təzə sahibi buranı alanda əşyaları da saxlamayacaq. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə