Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
28 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Olmaya mənim yanıma uşaqlıq xəyallarını gerçəkləşdirmək üçün gəlmisən? 
- Yox, dedim, - o hisslər indi tamam başqalaşıb, onlar mənə xəyallarımdan daha əzizdir. 
- Mən yox, mənim erkəyim var və sənə yenə də həmin uşaq kimi baxıram. 
- Mən uşaq deyiləm, 32 yaşım var. 
- Amma yenə də uşaq kimi qalmısan... - Bu sözlərdən sonra o, üzümə zəndlə baxdı, sanki nəsə 
axtarırdı. Sonra, - istəsən, sənə təşkil edərəm, - dedi. 
Mən də eyni qayda ilə onun üzünə baxdım və: 
- Pis təklif deyil, - dedim... 
Onun sonradan mənə göndərdiyi qız yaraşıqlıydı... 
"Quş ağzı"ndan çıxdıq. O, sürücüsünə işarə elədi ki, bizim arxamızca gəlsin. Biz piyada 
Boğaziçi sahiliylə xeyli dinməzcə addımladıq. Onun əlində çörək qırıntıları vardı, bayaq 
restorandan çıxanda stolun üstündən götürmüşdü. O zaman onu başa düşməsəm də, indi 
anlayırdım. Züleyxa çörək qırıntılarını az qala başımızın üstündə uçuşan qağayılara atırdı. 
Onlardan ən fərasətlisi suya baş vurur və çörək qırıntılarını udurdu. 
 
Dənizə sallanmış köhnə qalanın yanına kimi piyada gəldik və bir kəlmə də olsun kəsmədik. 
Qalalar mənə əzəmətli, vüqarını itirməyən cəngavərləri xatırladır. Onlarda güclü bir enerji və heç 
zaman ölməyən ruh var. 
Bir müddət dinməz-söyləməz qalanın ətrafını fırlandıq. Züleyxa qalanın divarlarını sığallayırdı. 
Mən düz tapmışdım. Qalalar vüqarlı erkəklərdəndirlər və bunu gözəl qadınlar hamıdan tez 
duyur.  
Yolumuza davam elədik. Danışmağa sözümüz yox idi. Züleyxa məni mehmanxanaya qədər 
ötürmək istədi, razı olmadım. 
- Tək qalmaq istəyirəm, - dedim. 
- Yoruldun, demək? - Züleyxa dedi və gözəl gözlərini mənə yox, Boğaziçinə tərəf süzdürdü. 
- Heç səndən doymaq olarmı?! - dedim. 
O güldü. Elə ürəkdən qəhqəhə çəkdi ki, sanki sonuncu dəfə gülürdü... 
Ayrılanda söz verdim ki, İstanbula hər gəlişimdə mütləq ona baş çəkəcəm. Amma bu bizə nəsib 
olmadı...  
 
* * * 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
29 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Portye otağıma zəng vurub dedi ki, yanıma gələn var. Özü də gözəl bir bayandır. Şübhəsiz, 
Züleyxanın göndərdiyi hədiyyəydi. Allah eləsin, onun kimi gözəl və yaraşıqlı olsun. İstanbulun 
ortasında gözəl bir xanım və mən. Özümüzünkülərdən olmasa yaxşıdır. 
- Buraxın gəlsin, - dedim.  
Hamamdan təzə çıxmışdım, təzə bəylərə oxşayırdım. Çənəmin altını azca kəssəm də, zərəri 
yoxuydu, əksinə, bü görkəmim mənə "krutoy" (asıb-kəsən) oğlanları xatırladırdı. Avqust küləyi 
köhnə damlara açılan pəncərəmin ağ pərdələrini yellədirdi.  
Həyəcanımdan mahnı oxumağa başladım. Gələn bayanla hardan başlayıb, harda qurtaracağımı 
götür-qoy elədim. Amma bir tərəfə gedib çıxa bilmədim... 
Nəhayət, həmin an gəlib çatdı. Qapı döyüldü. "Gəlin" sözündən sonra içəri gözəl bir xanım girdi. 
Özündən öncə gözəl ətir qoxusu burnumun pərlərini oxşadı.  
Boyasız-filansız bir gözəl. Əynində cins şalvarı, yerliyi ağ, qabağı yazılı koftası vardı. 20-21 yaş 
ancaq vermək olardı. O, heç nə demədi, ayaqqabılarını çıxarmadan keçib, iki nəfərlik çarpayımın 
qırağında oturdu. Mehmanxanada iki nəfərlik çarpayılar kişiləri özündən çıxardır. Ona görə də 
tək kişiləri təkçarpayılı otaqlarda yerləşdirmək lazımdır ki, səhərə kimi yuxularını 
qarışdırmasınlar, subaylar sevgilərinə, evlilər arvadlarına xəyanət eləməsinlər, ya heç olmasa, o 
barədə düşünməsinlər. Görünür, Adəmi yoldan çıxaran nə buğda dənəsi, nə də qırmızıyanaq 
alma olub. Gərək bundan sonra ikiadamlıq çarpayı məsələsini gündəmə gətirək... 
Otağımın müvəqqəti sahibəsi özümü itirdiyimi görüb, ayaqqabılarını yavaş-yavaş çıxarmağa 
başladı, sanki məndən nəsə bir hərəkət gözləyirdi. Mənsə yerimdən tərpənmirdim və ayaq üstə 
dayanıb boş küncə baxırdım. Sonra gözlərimi qonağıma zillədim, nəhayətdə pəncərədən çölə 
baxmağa başladım. Çöldə maraqlı heç nə yoxuydu. Evlərin damında göyərçinlər dolaşırdı. 
Mən geri dönəndə o, koftasını da çıxarmışdı, ət rəngli lifçiyi həyasız kişilər kimi məmələrini 
qamarlamışdı. Mənim həyasız baxışlarım altında şalvarını soyunmağa başladı. Dəfələrlə 
demişəm axı: qadınlar söz tapmayanda soyunurlar. 
- Dayan, - dedim. - O, dayandı və təəccüblə üzümə baxdı. - Niyə belə eliyirsən? - deyə xəbər 
aldım. 
- Bizi heç zaman soyundurmurlar, özümüz soyunuruq. 
- Onu soruşmuram. Deyirəm ki, səni bu yola vadar edən nədi? 
Mən centlemenliyimdən belə eləmirdim, sadəcə fahişələrin psixologiyasını öyrənməyə 
çalışırdım. Təbii, hənanın yeri deyildi. 
- İstəyirsiniz gedim? - Qız ürkək baxışlarıyla xəbər aldı və ayağa durdu. 
- Yox, qal, - dedim, - danışmırsan danışma, özün bilərsən, sadəcə, mənimçün maraqlıydı... 
- Borcum var. Onu qaytarmalıyam. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
30 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Kimə? 
- Deyə bilmərəm.  
- Bəlkə köməyim dəydi?  
- Mənim borcum çoxdur. Bir-iki gecəyə onu həll eləmək olmaz. 
Özümün özümə gülməyim tutdu. İstanbulun ortasında tanımadığım bir fahişəyə kömək təklif 
eləyirdim... 
O, dinmədi və soyunmaqda davam elədi... 
Mən onu öpürdüm, amma Züleyxanı xatırlayırdım. Mənə elə gəlirdi ki, bu bədən, bu dodaq yad 
bir qadının yox, uzun illərdən bəri ürəyimdə həsrətini çəkdiyim gözəl Züleyxanındır. Onun 
ağappaq yumru döşlərini tumarlayırdım, məməsinin çəhrayı gilələrindən öpürdüm, həsrətini 
çəkdiyim baldırlarını sığallayırdım. 
- Ax, Züleyxa! - deyə inildəyirdim. 
Qız gedəndə mənə tərəf baxmadı və dedi: 
- Mənim adım Züleyxa yox, Zeynəbdir. 
- Unutmuşdum, - dedim. 
Əslində, heç adını soruşmamışdım da. Onun adının baş hərfi mənə bəs idi. Ona görə də 
dinmədim. Bütün "Z" hərflərini ən hündür ağacların başına, qıyya çəkən qayaların sinəsinə 
yazın... 
 
* * * 
 
Mən indi, yəni Züleyxadan ayrılandan təxminən üç ay yarım sonra İstanbula uçan təyyarədə 
oturub keçmişi xatırlayırdım, onun qana bələnmiş rəsmini və televiziya kadrlarını gözlərim 
önündə canlandırırdım. Hadisə təxminən bir həftə öncə olmuşdu. Bu dəfə İstanbula ədəbiyyat 
dərgilərinin toplantısında iştirak etmək üçün gedirdim, amma ondan öncə Türkiyədəki 
dostlarımla danışmışdım ki, bu hadisəni araşdırmaq üçün mənə iki gün əlavə vaxt və maşın 
ayırsınlar. "Yazacağım əsər sizi də maraqlandıra bilər" - demişdim. Arxadaşlar (səhv deyil, 
məhz, arxadaşlar) da mənə inanmış və İstanbulda yardım edəcəklərinə söz vermişdilər. 
Dekabrın ikinci həftəsi, çiskinli bir havada təyyarədə uçurdum və ölüm haqqında fikirləşirdim. 
Bir müddət öncə həyatı istədiyi kimi, sevə-sevə yaşayan Züleyxa - mənim və məhəllə uşaqlarının 
ilk sevgisi, gözəllik idealı vəhşicəsinə qətlə yetirilmişdi. Mən təkcə özümün yox, həm də 
keçmişin və məhlə uşaqlarının xətrinə bu hadisəni araşdırmalıydım, ona qaldırılan əli kəsə 
bilməsəm də tapmalıydım. Tapmalıydım ki, ona lənətlər də yağdıra biləydik. Çünki obyekti 
lənətləmək üçün onu müəyyən eləmək lazımıydı. Züleyxa haqqında düşüncələrimə mühərrikin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə