Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
31 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
uğultusu, ön oturacaqdakı cocuğun çığırtısı, sərnişinlərin hırıltısı mane olurdu. Bunlardan 
qurtulmaq üçün musiqi məkanını seçdim. 
Qulaqcıqları taxdım və oturacağın qoltuqluğundakı radiodüyməni fırlamağa başladım. Öncə 
qarmaqarışıq səslər gəldi, sonra cürbəcür mahnılar eşidildi. Mən birinin üstündə dayandım. İlk 
dəfə İstanbula uçanda da mən eyni mahnını eşitmişdim. Müğənni xanım ölümün şəninə şərqi 
oxuyurdu, "ölümdən başqa həpsi yalan" - deyirdi. Bəlkə, Züleyxanın ölümü də yalan idi. Mən 
telekadrları və qəzetdəki şəkilləri gözümlə görsəm də, Züleyxanın ölümünə inanmırdım, bəlkə də 
inanmaq istəmirdim.  
İllüminatordan çölə baxdım. Buludların üstü ilə uçurduq. Günəş ağappaq pambığa oxşar 
buludları işıqlandırır və məndə nostalji hissləri gücləndirirdi, sanki yerdə yağan çiskinin ona 
dəxli yoxuydu.  
"Ölümdən başqa həpsi yalan". Doğrudan da ölüm yalandımı? "Ölüm nə həyatın başlanğıcı, nə də 
sonudur, ölüm həyatın davamıdır". Bu fikirləri mən gündəliyimdə yazmışdım. Bilmirəm 
özümünküydümü, yoxsa hardansı çırpışdırmışdım. Hər halda yaxşıydı, ağlabatan idi. Heç kim 
ölmək istəmir, ölməyə məhkum olunanlar isə əsil həyatın o biri dünyada - axirətdə olduğuna 
inanır, ya da özünü inandırır. Bu mahnını oxuyan xanım, görəsən, ölümə inanırdımı, yoxsa o da 
əbədi həyat axtaranlar kimi axirətə bel bağlayırdı? 
Stüardessalar zəif yerlərimdən biridir. Onlar göydən enən mələklərə oxşayır. Fikirləşdim ki, işdi-
şayət, ölsəm, yəqin ki, bu stüardessalarla bir yerə düşəcəm, olsun ki, cənnətə. İstədim onlardan 
biriylə zarafat eləyəm, elə-belə, kefimi açmaq üçün. 
- Yanımda otura bilərsiniz? - onlardan bir qədər yaşlısından soruşdum. 
O, əvvəlcə məni başa düşmədi: 
- Anlamadım?! - dedi və göy sürməli gözlərini döydü. 
- Bilirsiniz, mən təyyarədə uçmaqdan qorxuram, siz mənim yanımda otursanız, qorxum keçər. 
- Yaxşı zarafatdır, - stüardessa dedi, gülə-gülə məndən uzaqlaşdı və su istəyən sərnişinə tərəf 
getdi. Onun yerişində arxasınca baxan bir kişinin gözləri vardı. O bunu hiss elədiyindən elə nazla 
yeriyirdi ki, sanki gözlərimin inciyəcəyindən və başqa səmtə baxacağından qorxurdu. 
Bir azdan sonra həmin stüardessa yenidən yanımdan keçdi və mənə tərəf baxmadan, az eşidəcək 
səslə, intim münasibətlərə işarə edən ədayla: 
- Qorxunuz keçdimi? - deyə soruşdu. 
- Onsuz da ikimiz də cənnətə düşəcəyik, - dedim. 
Mənim sözlərimi eşidib-eşitmədiyini bilmirəm, ancaq gülümsədiyi şəksiziydi... 
Təyyarə Boğaziçinə yaxınlaşanda yenə də məni nostalji hisslər bürüdü. Boğaziçi qara keçə kimi 
qırçınlanırdı, sular parket döşəməyə oxşayırdı... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
32 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
* * * 
 
İstanbul konfransı iki gün davam elədi. Biz ortaq türk dili və ədəbiyyatı barədə uzun-uzadı 
müzakirələr apardıq, nəticədə dəyərli qərar da qəbul elədik. Hamımız gözəl bilirdik ki, bizim bu 
istək və arzularımız yenə də kağız üzərində qalacaq. Müdrik və təcrübəli dostlarımdan biri: 
"türklər danışmağı çox sevir, amma nəticəsi olmur" - demişdi. 
Konfrans boyu mənim fikrim Züleyxanın yanındaydı. Onu kim və nəyin üstündə öldürə bilərdi? 
İlk ağlıma gələn o oldu ki, bunu islam fanatları eləyib. Gözəllik müsabiqəsinin əleyhdarları, 
yəqin, onu izləyib tapıblar. Ancaq bu versiya ağlabatan deyildi, çünki Züleyxanı Türkiyədə hamı 
Göyçək kimi tanıyırdı, yəni ona "Göyçək xanım" deyə müraciət edirdilər. Həm də bu hadisə, 
yəni gözəllik müsabiqəsi çoxdan olmuşdu, üstündən bir neçə il keçmişdi. 
Onun şəxsi düşmənlərinin olub-olmadığını da bilmirdim. Konfrans başa çatandan sonra ilk 
olaraq Sərdar bəyin yanına gəldim, axırda rəfiqələrilə görüşdüm. Onların dediyinə görə, hamı 
Züleyxa Göyçəyi sevirdi və bir kimsənin ona əl qaldırmağa ürəyi gəlməzdi, insafı yol verməzdi.  
Emalatxanaya gələndə Sərdar bəy yeni rəsm üzərində işləyirdi. Məlum oldu ki, bu, Züleyxa 
xanımın portretidir və rəssamın rəfiqəsi ölümündən iki gün öncə belə bir sifariş verib. O, çox 
qəmliydi. Sevimli qəlb dostunun qətlindən yana üzüntü keçirirdi və bu ağrının cizgiləri onun 
sifətində açıq-aşkar görünürdü.  
Biz ordan-burdan danışdıq. Hər ikimiz, xüsusən də o, Züleyxa xanımın adını dilinə gətirməkdən 
çəkinirdik, sanki onun ruhunu incidəcəyimizdən qorxurduq. Amma bu belə davam eləyə 
bilməzdi. Qətlə yetirilmiş adam mənim uşaqlıq arxadaşım, onunsa, cavanlıq dostuydu. Bu işi 
belə qoymaq olmazdı. Asayiş keşikçilərindən də xəbər-ətər yox idi. Onlar istintaq sirrini əldə 
bayraq tutmuşdular və qatilin kimliyi barədə bir söz demirdilər. 
- Bu işi belə qoymaq olmaz, - dedim, - nəsə eləməliyik. 
Sərdar bəy mənim bu sözlərimə əhəmiyyət vermədi, eləcə Boğaziçinə tərəf baxmaqda davam 
elədi. Biz bir müddət danışmadıq. Sonra Sərdar bəy: 
- Ölümdən heç kim yaxa qurtara bilməz. Amma bu adi ölüm yox, fəlakət idi, - dedi. 
Mən başımla təsdiqlədim. Emalatxanadan çıxanda ondan xahiş elədim ki, sabah məni 
Züleyxanın malikanəsinə aparsın. Çünki o, mənə həmin malikanəni göstərməyə macal 
tapmamışdı, daha doğrusu, buna mənim zamanım olmamışdı və malikanə "səyahətini" sonraya 
saxlamışdım. Ömür vəfa eləmədi, Züleyxa xanım məni gözləmədi, belə deyək ki, ölüm 
mərdimazar adamlar kimi aramıza girdi, onun və mənim istəyimi gözümüzdə qoydu. Mən 
Züleyxanın əlinin və ayağının dəydiyi, nəfəs aldığı mülkü mütləq görməliydim, çünki bu


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə